Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2272/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Cavabdeh iştirakı ilə, Ləğv Prosesində olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 19 mart 2007-ci il tarixli, 327 nömrəli kredit müqaviləsinə əsasən 3757,28 manat əsas, 304,44 manat faiz, 2498,08 manat gecikdirilmiş faiz borcu olmaqla cəmi 6559,8 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının iddiaçının xeyrinə tutulması,tutmanın ipoteka predmeti olan “VAZ-2106” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2007-ci il tarixli, 327 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə “VAZ-2106” markalı avtobusun alınması məqsədi ilə 18 ay müddətinə illik 28 faizlə 4717 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq sözügedən avtomobilin ipotekaya qoyulması məqsədi ilə 19 mart 2007-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh istifadə etdiyi məbləği faizləri ilə birlikdə vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra olunmaması nəticəsində 30 noyabr 2021-ci il tarixə iddia tələbində göstərilən məbləğdə borcu yaranmışdır. Sonda Ə.R.Yusubov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil ddia müddətinin tətbiqinə dair yazılı ərizəsini müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, kredit müqaviləsi 19 mart 2007-ci il tarixdə, 18 ay müddətinə bağlanmışdır. Müqavilə müddətinin bitdiyi tarixdən təxminən 14 il sonra hazırki iddia verilmişdir. Buna görə də, iddia rədd edilməli, həmin müqavilə üzrə ipoteka ilə yüklü olan avtomobil yüklülükdən azad edilməli, öhdəliklərə xitam verilməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsi 19 mart 2007-ci il tarixdə 18 ay müddətinə bağlanmışdır, yəni, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 19 noyabr 2008-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsi tərəfindən ərizə verilmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən məhkəmə hesab edir ki, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 86 manat və bank xərci kimi 0,4 manat məbləğində pul vəsaiti onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fonduna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2272/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2272/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver