Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2356/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 1.528,39 ABŞ dolları, faiz borcuna görə 184,37 ABŞ dolları, cərimə borcuna görə 636,95 ABŞ dolları olmaqla borcun cəmi məbləğində 2.339,71 ABŞ dolları tutulması, tələbin Cavabdeh məxsus 2014-cü il buraxılışlı, qara rəngli, ban nömrəsi KNAFX411BF5302754 olan, **-KE-*** qeydiyyat nişanlı “KİA Cerato” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onu satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı kredit müqaviləsi üzrə cəmi 2.339,71 ABŞ dolları və 60 manat dövlət rüsumu məbləğində pulun ona ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh və X1 onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış MFAVT-0027 15 yanvar 2015-ci il tarixli Baş Kredit müqaviləsinə əsasən illik 9 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 12.819 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi X3 ilə bank arasında MFAVT-0027 saylı 15 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. MFAVT-0027 saylı 15 yanvar 2015-ci il tarixli Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh məxsus 2014-cü il buraxılışlı, qara rəngli, ban nömrəsi KNAFX411BF5302754 olan, **-KE-*** qeydiyyat nişanlı, “KİA Cerato” minik markalı nəqliyyat vasitəsi bank qarşısında 15 yanvar 2015-ci il tarixli MFAVT-0027 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 15 yanvar 2015-ci il tarixli MFAVT-0027 saylı Baş Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunun (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı Baş Kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1.518,39 ABŞ dolları, faiz borcuna görə 184,37 ABŞ dolları, cərimə borcuna görə 636,95 ABŞ dolları olmaqla borcun cəmi məbləğində 2.339,71 ABŞ dolları pul təşkil edir. Tərəflər arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli MFAVT-0027 saylı İstehlak Krediti müqaviləsinə 1 saylı əlavə müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə) “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəmək hüququ vardır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(001)- 2356/2022 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Qeyd olunan qərardaddan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli MFAVT- 0027 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor borcalana 36 ay müddətinə illik 13,5% dərəcəsi ilə avtomobil almaq məqsədi ilə 12.819 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müştəri ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən 10-cu gecikmə gününədək gecikdirilmiş məbləğin 0,1%, 11-ci gündən başlayaraq isə 1% dəbbə pulu ödəyir. Dəbbə pulunun maksimum məbləği müqavilə məbləğinin 20 faizindən çox ola bilməz. Kredit məbləğinin ödəniş tarixinin əvvəli 15 fevral 2015-ci il tarixindən başlamaqla, 15 yanvar 2018-ci il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, MFAVT- 0027 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi “KİA Cerato” markalı, KNAFX411BF5302754 ban, 1591 mühərrik nömrəli avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi öz üzərinə götürmüşdür; 05 aprel 2016-cı il tarixdə İddiaçı ASC, Cavabdeh və X3 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı İstehlak krediti müqaviləsinə 1 saylı Əlavə Sazişdən görünür ki, 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı İstehlak krediti müqaviləsinin bəzi bəndləri dəyişdirilmiş, kreditin 72 ay müddətinə 15 fevral 2022-ci il tarixə kimi verilməsi, kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin 9% faizi təşkil etməsi, müqavilənin digər bəndlərinin isə dəyişdirilmədən saxlanması razılaşdırılmışdır; 05 aprel 2016-cı il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı ipoteka müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ipoteka müqaviləsinin bəzi bəndləri dəyişdirilmiş, kreditin 72 ay müddətinə 15 fevral 2022ci il tarixə kimi verilməsi, kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin 9% faizi təşkil etməsi, müqavilənin digər bəndlərinin isə dəyişdirilmədən saxlanması razılaşdırılmışdır; AC 804724 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA Cerato” markalı, **-KE-*** (k.n.n. **-XB-***) dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir; Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Baş X6 İdarəsinə ünvanlandığı 16 avqust 2016-cı il tarixli məktubun surətindən görünür ki, “KİA Cerato” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bankın xeyrinə ipoteka yüklülüyünün saxlanılması (girovda qalması) şərti ilə dövlət qeydiyyat nişanının dəyişdirilməsinə və yüklülük barəsində məlumat qeyd edilməklə qeydiyyat şəhadətnaməsinin verilməsinə bank etiraz etmir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar DİN BDYPİ X5 (QİS) tərəfindən verilən çıxarışdan görünür ki, “KİA Cerato” markalı, **-KE-*** (k.n.n. **-XB-***) dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 20 dekabr 2021-ci il və 31 yanvar 2022-ci il tarixli, 16-02/058-051 nömrəli bildirişlərin surətlərindən görünür ki, sonuncudan banka olan borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan avtomobilə tutmanın yönəldilməsi barədə tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Baş X6 İdarəsinə ünvanlanmış 08 fevral 2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən tutmanın ipoteka predmetlərinə yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, həmin ərizə 11 fevral 2022-ci il tarixdə İdarə tərəfindən qəbul edilmişdir; 24 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15 yanvar 2015ci il tarixli, MFAVT-0027 saylı kredit müqaviləsi üzrə 1.518,39 ABŞ dolları məbləğində əsas borc, 184,37 ABŞ dolları məbləğində faiz borcu, 636,95 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 2.339,71 ABŞ dolları məbləğində borcu var. 03 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə avtomobil almaq məqsədilə illik 13,5% hesablanmaqla 36 ay müddətinə 12.819 manat məbləğində kredit vermişdir. Həmçinin tərəflər arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi özünə məxsus “KİA Cerato” minik markalı **-KE- *** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daha sonra tərəflərin razılaşması ilə kreditin və ipotekanın müddəti 15 fevral 2022-ci ilədək uzadılmışdır. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayan) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. Beləliklə, cavabdeh qeyd olunan kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə bank tərəfindən cavabdehə 1.518,39 manat əsas borc, 184,37 manat faiz borcu, 636,95 manat cərimə olmaqla, ümumilikdə 2.339,71 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsində tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı kredit müqaviləsi üzrə hesablanmış 636,95 məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği azaldılmalı və 100 dollar məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı kredit müqaviləsi ipoteka ilə təmin edildiyindən, kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan “KİA Cerato” markalı, **-KE-*** (k.n.n. **-XB-***) dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti 15 yanvar 2015-ci il tarixli, MFAVT- 0027 saylı kredit müqaviləsi üzrə hesablanmış pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə ipoteka qoyan Cavabdeh qaytarılmalı, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəməyə kifayət etmirsə, çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.518,39 ABŞ dolları məbləğində əsas borc, 184,37 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1.802,76 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iş üzrə ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun 46 manatı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “KİA Cerato” markalı, **-KE-*** (k.n.n. **-XB-***) dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 1.802,76 (bir min səkkiz yüz iki dollar yetmiş altı sent) ABŞ dolları və 46 (qırx altı) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəməyə kifayət etmirsə, çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. 15 yanvar 2015-ci il tarixli, MFAVT-0027 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.518,39 (bir min beş yüz on səkkiz dollar, otuz doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 184,37 (bir yüz səksən dörd dollar, otuz yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (bir yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1.802,76 (bir min səkkiz yüz iki dollar, yetmiş altı sent) ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun 46 (qırx altı) manatı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “KİA Cerato” markalı, **-KE-*** (k.n.n. **-XB-***) dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 1.802,76 (bir min səkkiz yüz iki dollar yetmiş altı sent) ABŞ dolları və 46 (qırx altı) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəməyə kifayət etmirsə, çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-2356/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2356/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver