Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-236/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil1 Məmmədhüseyn oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, aprel ayının 22, 23 və 24 tarixlərində mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov kücəsi, bina 28A, mənzil 37-də mənzilin üst qonşusu - X5 məxsus olan 40 saylı mənzilində yaşayan şəxs tərəfindən bilərəkdən sanitar qovşağında su acıq saxlanılaraq, su trubasının axıntı yaratdığını bildiyi halda ona edilmiş xəbərdarlığa əhəmiyyət verməyərək iddiaçının təmirdən yeni çıxmış mənzilini zədələməklə ona qəsdən zərər vurmuşdur. Baş verənlərlə əlaqədar olaraq 102 xidmətinə edilmiş zəng nəticəsində polis əməkdaşları iddiaçı ilə əlaqə saxlasalar da, əsaslı tədbirlər görülməmişdir. Nərimanov rayon 35 saylı MKİS–in rəisi İ.Sadiqov, mühəndisi Şahid3, sahə nəzarətcisi Y.Ataşov tərəfindən tərtib edilmiş aktdan da məlum olur ki, baş verən su axıntısı nəticəsində mənzilimin tavan hissəsində cökmələr yaranmış ,divarların islanması nəticəsində elektrik xəttində qısa qapanmalar yaranaraq sıradan çıxmış, mətbəx mebelinin üzərinə su axmaları və dəhlizin yan divarların islanması nəticəsində qopmalar əmələ gəlmişdir. "xxxx" MMC-nin sertifikatlı mütəxəssisi, AQC-nin sertifikatlı üzvü, ali təhsilli, daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə Qiymətləndirici-mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28a ünvanında yerləşən, 37 saylı mənzilə su axıdılma nəticəsində dəymiş ziyanın məbləği hesablanmışdır. Aparılan hesablamaların nəticəsi olaraq həmin məbləğ 2210 manat təşkil etmişdir. Nərimanov rayon 35 saylı MKİS –in verdiyi arayışdan da göründüyü kimi mənzilin mülkiyyət hüququ ilə X5 məxsusdur. Qeyd olunanlara əsasən cavabdeh X1 mənzilimə su axıdılma nəticəsində iddiaçıya dəymiş 2210 manat ziyanın alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi X9 məhkəməyə bildirdi ki, həyat yoldaşı X7 ona məxsus olmuş mənzili 2018-ci ildə satmış, hal-hazırda mənzil həyat yoldaşının deyil, Cavabdeh2 mülkiyyətindədir. Həmçinin Cavabdeh1 həmin mənzildə xx.xx.2023-cü il tarixli kirayə müqaviləsi əsasında yaşayır. Mənzil vaxtilə elə həmin şəxsdən alınmışdır. Sızıntı şaxtadan yaranmış sızıntıdır. Bundan sonra iddiaçı məhkəməyə ərizələrlə müraciət edərək cavabdehin əsl cavabdehlərlə əvəz edilməsini, Cavabdeh2 2210 manat, Cavabdeh1 isə 1812,30 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh X7 əsl cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 ilə əvəz edilmişdir. Cavabdeh2 mülahizəsi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş və mülahizə onunla əsaslandırılmışdır ki, iddiaçı ona zərər vurulduğunu sübut etməmişdir. Belə ki, 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli akt da iddiaçıya cavabdehin mənzilindən su axıdılması nəticəsində zərər vurulduğunu təsdiq etmir. Çünki həmin şəxslərin heç biri 40 nömrəli mənzilə baxış keçirtməmiş, mənzildə hər hansı bir su axıntısını müşahidə etməmişdir ki, 37 nömrəli mənzilə su axıdılmasının 40 nömrəli mənzilin təsirindən baş verdiyi qənaətinə gələ bilsin. Digər tərəfdən, həmin aktdan belə görünmür ki, 40 nömrəli mənzildə nöqsan və ya qüsur nədən ibarətdir. Çünki akta əsasən sanitar qovşağından su krantını açan zaman su borusundan aşağıya axan su aşkar edilmişdir. Qeyd edilənlər həqiqət olsaydı belə, bu cavabdehin təqsirli sayılmasına əsas ola bilməzdi. Çünki su krantını açdıqda təbii ki, su borusundan su axıntısı baş verməlidir və bu təbii baş verən haldır. Həmin hal isə nə krantda, nə də boruda hansısa nöqsan və ya qüsurun olmasına, habelə həmin avadanlıqların nasaz olmasına işarə etmir. Bu baxımdan xx.xx.2023-cü il tarixli akt həm mülahizə xarakteri daşıyır və ehtimallara əsaslanır, həm də əsassızdır. Bu baxımdan həmin sənəd qətnaməyə əsas olan sənəd kimi qəbul edilə bilməz. Çünki Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini ehtimallara əsasən deyil, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ekspertizasının rəyində tədqiqatın metodu göstərilməmiş və həmin rəy obyektiv olmamaqla mülahizə xarakteri daşıyır. Hətta zərər vurulduğu təsdiqini tapsaydı belə, məhkəmə mühəndis-texniki və tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16- 16/2-xx-xx/5691 nömrəli rəyi ilə müəyyən edilən təmirin smeta xərci kimi 2190 manat əsassızdır. Çünki həmin rəydən görünmür ki, hansı mənbələrdən əldə edilmiş məlumat əsasında və hansı metodika əsasında təmir xərclərinin 2190 manat olması müəyyən edilmişdir. İddiaçı cavabdehin təqsirli əməlinin törədilməsini və həmin əməlin ona real zərər vurulmasına səbəb olmasını sübut etməmişdir. İddiaçı ona zərər vurulduğunu iddia etsə də, cavabdehin təqsirli əməlini, bu əməllə ona vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğunu sübut etməmişdir. Şaxtada olan nöqsan və ya qüsurlara görə mənzil mülkiyyətçisi məsuliyyət daşımır. Şaxtada olan nöqsan və qüsurlara görə mülkiyyətçi deyil, Mənzil Kommunal İstismar Sahəsi cavabdehdir. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən şaxtalar ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Göründüyü kimi, şaxtalar ümumi paylı mülkiyyət hesab edildiyindən, binanın həmin hissəsi şəxsin ayrıca mülkiyyətində olmadığından onun məsuliyyət dairəsindən kənara çıxır. Bu səbəbdən şaxtada baş verən nöqsana görə mülkiyyətçinin təqsiri müəyyən edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Məmmədhüseyn oğlu izahatında məhkəməyə bildirdi ki, iddiaçının mənzilinə aprel ayında və 2023-cü ilin sonlarında zərər dəymişdir. Tələb mənzil istismar idarəsinin aktında öz əksini tapmışdır. Belə ki, həmin aktda su axıntısının sanitar qovşaqda olan problemlə əlaqədar yarandığını müəyyən edə biliblər. İddiaçı və onun həyat yoldaşı bu hadisənin psixoloji gərginliyindən xilas ola bilmir. Ev təmir edildikdən sonra, yenə də cavabdeh suyu axıtmağa davam etmiş və mənzilə dekabr ayında yenidən zərər dəymişdir. Mənzil istismar idarəsinin əməkdaşları aktn aid olduğu mənzildə olublar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 izahatında məhkəməyə bildirdi ki, onların mənzilinə istənilən vaxt baxış keçirilə bilər. Evin bütün mebelləri, evdə olan bütün əşyalar, evin qapısı yararsız vəziyyətə düşmüşdür. Sanitar qovşağının suyunun axıdılması cavabdehin mənzilinin də divarlarını pis günə qoyub. İddiaçı iddia tələbində qeyd edilən məbləğdən qat-qat artıq ziyan çəkmişdir. Ən böyük ziyan isə səhhətlərinə dəyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlara istinad edir və həmin aktlardan biri hüquqlarını müdafiə etdiyi şəxsə aid edilir. Aktda mənzilə baxış keçirildiyi qeyd olunsa da, lakin, mənzilə Mənzil İstismar İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Həmçinin, akt əsaslı hesab edilsə belə, suyun cavabdehin təqsiri ucbatından iddiaçının mənzilinə axıdılması öz təsdiqini tapmamışdır. Ekspert rəyinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyində metodika göstərilməyib və ekspertin hansı metodla tədqiqat aparması məlum deyil. Kirayəçi və iddiaçı arasında qonşuluq münasibətlərindən yaranan mübahisələr olduğu məlumdur və bu Cavabdeh2 hazırkı mülki iş üzrə cavabdeh olmağına səbəb ola bilməz. Eyni zamanda, şaxta ümumi mülkiyyət olması səbəbindən orada yaranan problemə görə cavabdeh məsuliyyət daşımır. Cavabdeh1 məhkəməyə iddiaya etirazla müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 28a, mənzil 40 onun şəxsi mülkiyyətində olub, o, həmin mənzili oğlum X11 bağışlamışdır. O, X6 məcburiyyət qarşısında 150.000 manat dəyərində olan həmin mənzili 80.000 manata satmış, X8 isə həmin mənzili Cavabdeh2 bağışlamışdır. O, həmin mənzildə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək kirayədə yaşamağı ilə əlaqədar Cavabdeh2 ilə kirayə müqaviləsi imzalamış, həmin mənzildə 2024-cü ilin yanvar ayının 10-na kimi yaşamış və ayda müqavilədə 250 manat göstərilməsinə baxmayaraq, 400 manat Cavabdeh2 nağd pul ödəmişdir. O, 10 dekabr, 11 dekabr və 12 dekabr 2023-cü il tarixlərdə kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 28a, 40 saylı mənzildən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, bina 28a mənzil 37ə su axıtmamış və bu hər hansı bir sənədlə və ekspert rəyi ilə də sübut edilmir. Digər tərəfdən həmin mənzil Cavabdeh2 şəxsi mülkiyyətində olduğundan bütün maddi məsuliyyət ona aiddir. Bu baxımdan o, həmin işdə iddiaya cavab verməli şəxs deyil. O, kirayə müqaviləsi müddətindən 6 ay əvvəl həmin müqavilənin Notariat Kontorunda ləğv edilməsinə dair ərizə ilə müraciət etmiş və bu barədə kirayədə qaldığı mənzlin iülkiyyətçisinə məlumat vermiş, hazırda Bakı şəhərinin Zabrat qəsəbəsində kirayədə yaşayır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ... baxış zamanı üst mərtəbədə X5 məxsus olan 40 saylı mənzilin sanitar qovşağından su kantını açan zaman su trubasından aşağıya axan suyun aşkar edilməsi ... neçə gündün baş verən bu su axıntısı nəticəsində 37 saylı mənzilin mətbəxinin tavan hissəsində çökmələrin yaranması, divarların islanması nəticəsində elektrik xəttində qısı qapanmanın yaranaraq sıradan çıxması, mətbəx mebellərinin üzərinə suyun axıdılması, mənzilin dəhlizində yan divarların islanması nəticəsində divarda qopmaların əmələ gəlməsi aktlaşdırılmış və akt 35 saylı MKİS-in rəisi Şahid1, mühəndisi Şahid3 və sahə nəzarətçisi Şahid2 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ... baxış zamanı üst mərtəbədə X5 məxsus olan 40 saylı mənzilin sanitar qovşağından su axıntısının baş verməsi, baş verən su axıntısı nəticəsində 37 saylı mənzilin yataq otağının divar kağızlarının qopması, yan divarlarda nəmlənmə nəticəsində qopmaların əmələ gəlməsi, axıntının dəhlizdə və mətbəxdə də bax verməsi, qısa qapanma nəticəsində elektrik xətlərinin sıradan çıxması, otağın və dəhlizin tavan hissəsində ləkələrin əmələ gəlməsi, bu hadisənin əvvəllər dəfələrlə baş verməsi, lakin nə ev sahibi tərəfindən, nə də həmin mənzildə kirayədə yaşayanlar tərəfindən bir tədbirin görülmədiyi aktlaşdırılmış və akt 35 saylı MKİS-in rəisi Şahid1, mühəndisi Şahid3 və sahə nəzarətçisi Şahid2 tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5691 saylı ekspert rəyində göstərilmişdir ki, ... tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 37 saylı mənzilin 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 40 saylı mənzilin isə 37 saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, 37 saylı mənzilin sanitar qovşaq, dəhliz və mətbəx tikililərində qüsurların əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məlumatları nəzərə alınaraq, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, 28A nömrəli evin, 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 40 saylı mənzildən su axıdıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. ... Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, 28A nömrəli evin 37 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2190 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 02-208/23 saylı mütəxəssis rəyindən görünür ki, mənzilə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, 28A nömrəli evin 37 saylı mənzilinə su axıdılma nəticəsində 1812,30 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, b. 28A, mənzil 40 xx.xx.2018-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, reyestrdə 3M-1617 № ilə qeyd edilmiş Kirayə müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, b. 28A, mənzil 40 aylıq 250 manat kirayə haqqı ödəmək şərtilə 1 il müddətinə sonuncuya kirayə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, reyestrdə 3M-251 № ilə qeyd edilmiş Müqavilənin ləğvinə dair müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli, reyestrdə 3M-1617 № ilə qeyd edilmiş Kirayə müqaviləsinə xitam verilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1. aprel ayının 22-24 tarixlərində baş vermiş su axıdılma ilə; 2. dekabr ayının 10-12 tarixlərində baş vermiş su axıdılma ilə bağlı hissələr. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hər iki tərəfə məxsus olan mənzillər beş mərtəbəli binada yerləşir, iddiaçının mənzili dördüncü mərtəbədə, Cavabdeh2 mənzili isə həmin mənzilin üstündə olan sonuncu – beşinci mərtəbədə yerləşir. İddiaçının mənzilinə su axıdılmış və əmlakına ziyan dəymişdir. Suyun axıdılması iddia edilən Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 28A, mənzil 40 xx.xx.2018-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətindədir. Yəni hər iki su axıdılma faktı baş verdiyi zaman 40 saylı mənzilin mülkiyyətçisi Zərbəyib Zəkili olmuş, lakin dekabr ayında su axıdılan zaman həmin mənzil kirayə müqaviləsinə əsasən Cavabdeh1 istifadəsində olmuş və iddiaçıya ziyan onun hərəkət/hərəkətsizliyi nəticəsində dəymişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 2190 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməli; 1812,30 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 2190 (iki min yüz doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 41,90 (qırx bir manat doxsan qəpik) manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. 1812,30 (min səkkiz yüz on iki manat otuz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 38,13 (otuz səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 1,47 (bir manat qırx yeddi qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının 50 (əlli) manat dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-236/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-236/2024
08.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver