Məhkəmə qərarları › İş №e-2(001)-2368/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2368/2025

10.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2368/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi və evdən istifadə və s. ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr-n qərb hissəsində yerləşən, şəhid İbrahim Sadıqlı (köhnə adı Sad Park94) ünvanında olan 250 kv.m torpaq sahəsinin və üzərində tikilmiş 3 (üç) mərtəbəli evin 1-ci mərtəbəsində iki padval bir qaraj, 2-ci mərtəbədə iki otaq bir kuxna və sanitar qovşaqı, 3-cü mərtəbədə 4 otaq vardır. İddiaçı istifadəsinə 3 (üç) mərtəbəli evin 1-ci mərtəbəsində iki padval bir qaraj və qarajın qarşısında olan torpaq sahəsi, 2-ci mərtəbədə bir otağ verilməsi, Cavabdeh istifadəsinə 3 (üç) mərtəbəli evin 2-ci mərtəbədə 1 otaq bir kuxna və sanitar qovşaqı, 3-cü mərtəbədə 4 otaq mənzildən istifadə qaydaları müəyyən edilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilən sənədlər(elektron qaydada təqdim edilmiş sənədlər istisna olmaqla), ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi və evdən istifadə və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənişi edən Nümayəndə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində tərəflər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar