Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2381/2024 24.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh X16 qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, onunla cavabdeh X21 arasında bağlanmış 554488 nömrə ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X8 anası X1 yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2017-ci il tarixində nikah bağlamışlar, nikahları X7 554488 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X25 Eren adlı bir övladı var. Hazırda iddiaçı ilə birgə nikah münasibətləri qalmadığını, birgə yaşayaraq təsərrüfat aparmağı qeyrimümkün olduğundan, ailə münasibətlərinin davam etdirilməsini qeyri-mümkün hesab edir. Cavabdehlə nikahları formal xarakter daşıyır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatına bildirmişdir ki, nikahın pozulması və uşağın onun yanında qalması hissəsində iddia tələbini müdafiə edir. Cavabdeh hazırda Türkiyədə yaşasa da işləmir. İşləmədiyi üçün aliment tələbi yoxdur. Qızı hazırda onun yanındandır və bağçada oxuyur. Müəyyən müddət sonra onun türk liseyində təhsil alması üçün çalışacaq. Çünki uşaq türk dilini də, bilməlidir. Odur ki, cavabdehin işsiz olması səbəbindən ondan aliment tələb etmir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
5. Cavabdeh 13 noyabr 2023-cü il tarixində məhkəmənin elektron ünvanına ona qarşı qaldırılan iddia ərizəsinə etiraz ünvanlayaraq, iddiaçının boşanma tələbinin rədd edilməsini və qızının öz himayəsində saxlanılmasını xahiş etmişdir.
6. Etirazını onunla əsaslandırmışdır ki, arvadı xx.xx.2023-cü il tarixində qızı xx.xx.2019-cu il təvəllüdlü X25 Eren ilə tətil məqsədilə vətəni Azərbaycana getmək üçün ondan 3 ay boyunca Azərbaycana getmək üçün muvafakat( icazə) verilməsini istəmişdir. O da, 3 aylığına gedib-qayıtması üçün ona muvafakat( icazə) vermişdir. Lakin arvadı qızını Türkiyəyə gətirmədiyi kimi, ona qarşı nikahın pozulmasına dair iddia qaldırmışdır. İddiaçıdan şikayətçidir və Türkiyə Məhkəmələrində boşanma davası açacağını bildirmişdir. Nəticədə, iddiaçının boşanma tələbinin rədd edilməsini və qızının (vəlayətinin) onun himayəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. R01 seriyalı, 554488 saylı nikah haqqında beynəlxalq şəhadətnamədən görünür ki, X21 ilə X11 arasında Türkiyə Respublikası T.R.Konyaaltı Bələdiyyəsində xx.xx.2017-ci il tarixində nikah bağlanmışdır.
8. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən və Türkiyə Respublikası tərəfindən verilən doğum sənədlərindən görünür ki, X25 xx.xx.2019-cu il tarixində Türkiyə Respublikasında doğulmuş, atası X17r. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. X21 ilə X11 arasında Türkiyə Respublikası T.R.Konyaaltı Bələdiyyəsində xx.xx.2017-ci il tarixində nikah bağlanmışdır.
10. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X25 adlı uşaqları vardır. Faktiki olaraq uşaq anasının himayəsindədir.
11. İddiaçı nikahın pozulmasına təkid edir. Cavabdeh nikahın ləğvinə və uşağın ananın himayəsində saxlanılmasına narazılığını ifadə edərək, məhkəməyə iddiaya qarşı etirazını təqdim etmişdir. Lakin iddiaçı cavabdehlə arasında uşağın yaşayış yeri ilə bağlı razılıq olduğunu bildirir.
12. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, komissiya yuxarıda qeyd olunanları, uşağın faktiki olaraq himayəsində olduğu valideyndən alınması üçün əsasların olmamasını, cavabdehin uşağın anası ilə yaşamasına etiraz etməməsini və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci və 60-cı maddələrini nəzərə alaraq, uşağın mənafeyinin üstünlüyü baxımından xx.xx.2019-cu il təvəllüdlü X9 anası iddiaçı X2 himayəsində qalmasını məqsədəmüvafiq hesab etmişdir.
13. Komissiya öz rəyində göstərir: İddiaçı X5 Komissiya iclasında iştirak edərək müvafiq izahat vermişdir. Cavabdeh X21 isə hal-hazırda Türkiyə Respublikasında yaşadığından və iclasda iştirak etmək üçün gələ bilmədiyindən, onunla +90 *** *** ** ** nömrəli mobil telefonla "WhatsApp" ani mesajlaşma mübadilə sisteminin video zəng funksiyası vasitəsilə görüntülü söhbət aparılmış və iş üzrə fikirləri dinlənilmişdir.
14. Mülki iş üzrə iddiaçı Ələkbərova X4 olarkən ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.1985-ci il təvəllüdlüdür, ali təhsillidir, övladı ilə birlikdə Bakı şəhərində yaşayır, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "Cihaz” İstehsalat Birliyinin İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsində işləyir. Cavabdehlə 2018-ci ildə internetdə tanış olub ailə qurub, birgə nikahdan bir qız övladı dünyaya gəlib, ilk vaxtlar münasibətləri yaxşı olub, lakin sonradan Eren Düzgöz işdən çıxıb və ailənin maddi tələbatlarını qarşılamayıb. Cavabdehin tənbəlliyi və ailənin gələcəyinə laqeyd münasibət göstərməsi, aralarında kəskin narazılıqların yaranmasına səbəb olub, buna görə də, tez-tez mübahisə ediblər. Cavadehin ailəyə göstərdiyi laqeydlideynlərinə davan etdiyini görüb və övladını da, özü ilə götürərək, Azərbaycana qayıdıb. Valideynlərinə məxsus evdə yaşayır, işləyir və övladının bütün maddi ehtiyaclarını lazımınca qarşılayır. Uşağın atası isə heç bir maddi dəstək göstərmir.
15. Cavabdeh X21 ona verilən suallara cavab olaraq bildirmişdir ki,xx.xx.1981-ci il təvəllüdlüdür, hal-hazırda Türkiyə Türkiyə Respublikasının Antalya şəhərində yaşayır və işləmri. İddiaçı X5 ilə ailədaxili səbəblərdən münasibətləri pozulub, ayrı yaşadıqları vaxtdan uşaq anası ilə qalır. İddiaçı uşağa yaxşı baxır və ona zərər vuracaq davranışlara yol vermir. Övladı azyaşlı olduğundan, qayğısına daha çox ehtiyacı olduğundan onun anası Nailə dolana etiraz etmir, özü isə uşaqdan imtina etmir, daimi olaraq onunla ünsiyyətdə olacaq. İddiaçı tərəfin həyat şəraiti müayinə edilmişdir (Akt rəyə əlavə olunur), cavabdeh tərəf Türkiyə Respublikasında yaşadığından və uşağın anası ilə qalmasına etiraz etmədiyindən onun həyat şəraiti müayinə edilməmişdir.
16. İşin araşdırılan hallarına əsasən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X8 anası X3 bağlı olması, onun himayəsində qayğı ilə əhatə olunması, təhlükəsiz şəraitdə yaşaması və anasından alınması üçün zəruri olan əsasların olmaması müəyyənedilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
18. 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
19. 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
20. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.
21. 150.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
22. Şərh olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasında israrlı olduğundan və barışıq üçün vaxt verilməsinə zərurət olmadığından X5 ilə X21 arasında bağlanmış nikah səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır.
23. Bundan başqa Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
24. 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.
25. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
26. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
27. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşağın maraqlarını, yaşını, mənafeyini, faktiki olaraq uşağın ananın himayəsində olmasını, atanın uşağın ananın yanında qalmasına razılığını və komissiya rəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019cu il təvəllüdlü X8 anası X1 yanında qalması müəyyən edilməlidir.
28. Uşağın saxlanılması ilə bağlı məsələ barədə tərəflər arasında qarşılıqlı razılıq vardır. Tətbiq edilən prosessual normalar:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 ilə X21 arasında xx.xx.2017-ci il tarixində Türkiyə Respublikası Konyaaltı Bələdiyyəsində qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından doğulan yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X8 anası X1 yanında qalması müəyyən edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. İddiaçı X5 ilə cavabdeh X21 arasında xx.xx.2017-ci il tarixində Türkiyə Respublikası Konyaaltı Bələdiyyəsində qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X8 anası X1 yanında qalması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev