Məhkəmə qərarları › İş №e-2(001)-2389/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2389/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2389/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Bayramova Vüsalə Şaxsuvar qızı arasında xx.xx.2021-ci il tarixli, BPM**********09 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bayramova Vüsalə Şaxsuvar qızına 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №316892 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Bayramova Vüsalə Şaxsuvar qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 278 saylı məktubuna əsasən Bayramova Vüsalə Şaxsuvar qızının mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Mərkəzi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bayramova Vüsalə Şaxsuvar qızının xx.xx.2024-cü il tarixədək Banka ödənilməmiş 273.16 manat əsas borcu qalmışdır. Cavabdeh tərəfindən mərhum Bayramova Vüsalə Şaxsuvar qızından qalmış mirasın qəbul edilməsinə baxmayaraq, cavabdeh ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-28490/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 399.3, 462.1, 739, 1306, 1146, 1255 və 1306.1-ci maddələri ilə əsaslandıraraq, Bayramova Vüsalə Şaxsuvar qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********09 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 273.16 manat əsas borcun, ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-si ilə X3 arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən illik 24% olmaqla 36 ay müddətinə X2 400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 "xxxx" ASC-yə 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 273.16 manat (vəfat etdiyi tarixə) əsas borcu vardır. İş materiallarında olan Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən verilmiş 05 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 noyabr 2022-ci il tarixdə vəfat etmiş mərhum Bayramova Vüsalə Şaxsuvar qızının vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak: "xxxx" ASC tərəfindən verilmiş PB- OUT-02595-2023/1 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən ümumi bank hesabının qalığı 613.18 manat məbləğdən ibarətdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdeh X1 vərəsəsi Cavabdeh ünvanlanmış 17 oktyabr 2023-cü il tarixli bildirişə əsasən məlum olur ki, bank tərəfindən cavabdehə 3 gün ərzində borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 316892 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bayramova Vüsalə Şaxsuvar qızı 16 noyabr 2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bayramova Vüsalə Şaxsuvar qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsəsi olan Cavabdeh onun kreditoru qarşısında öhdəliyi icra etməli olduğu üçün, "xxxx" ASC ilə Bayramova Vüsalə Şaxsuvar qızı arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 273.16 manat məbləğində borc Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh 09 sentyabr 2021-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsi üzrə 273.16 (iki yüz yetmiş üç manat on altı qəpik) manat məbləğində pul vəsaiti və 30.40 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar