Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2481/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 162,50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-ci il tarixli, e-2(007)-1269/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. İddiaçı "xxxx" QSC “X2” MMC ilə bağlanmış xx.xx.2016ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən, məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X2” MMC -yə sifariş etmişdir. “X2” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məhkəmə qətnaməsi üzrə ödənilməmiş pul borcu, o cümlədən xx.xx.2021-ci il tarixindəki 215 manat, xx.xx.2021-ci il tarixindəki 170 manat, xx.xx.2021-ci il tarixindəki 150 manat, xx.xx.2021-ci il tarixindəki 108 manat, xx.xx.2021-ci il tarixindəki 7 manat tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait “X2” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X2” MMC -yə 162.50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X2” MMC-yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% və 25% həcmində yəni ümumilikdə 162.50 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış müqavilənin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri (öhdəlikləri) ndə qeyd edilmişdir ki, «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istfadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətlər ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidmət ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə“Borcverənin” əldən çıxmış faydasını ödəmək; İddia tələblərini bir iddia ərizəsində birləşdirməklə bağlı isə onu qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il qərarında isə qeyd olunur ki, iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir: Belə ki, iş materiallarında olan: “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 244587 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 19%-lə, 24 ay müddətinə, 1000 manat kredit verilmişdir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilədən yaranan öhdəlikləri lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı “borcverən”in çəkdiyi və ya çəkməli olduğu bütün xərclərinin (zərərin, məsrəflərin, o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi/ çəkməli olduğu xərclərin) əvəzinin “Bank” a ödənilməsini qəbul, bəyan və təsdiq edir. “X1” MMC ilə “X3 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, Kredit Kartları və/ və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(007)-1269/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə bağlanmış 244587 saylı kredit müqaviləsi üzrə cəmi 615,87 manat məbləğində borcun, 3,40 manat məbləğində poçt xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X3 Azərbacan” QSC-yə ödənilməsi qət edilmişdir. “X1” MMC və “X3 Azərbaycan” QSC arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli təhvil aktından görünür ki, “X1” MMC tərəfindən xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən, Cavabdeh borcu üzrə xx.xx.2021-ci il tarixdə ödənilmiş 215 manat “X3 Azərbaycan” QSC-yə təhvil verilmişdir. “X1” MMC və “X3 Azərbaycan” QSC arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli təhvil aktından görünür ki, “X2” MMC tərəfindən xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən, Cavabdeh borcu üzrə xx.xx.2021-ci il tarixdə ödənilmiş 170 manat “X3 Azərbaycan” QSC-yə təhvil verilmişdir. “X1” MMC və “X3 Azərbaycan” QSC arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli təhvil aktından görünür ki, “X1” MMC tərəfindən xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən, Cavabdeh borcu üzrə xx.xx.2021-ci il tarixdə ödənilmiş 150 manat “X3 Azərbaycan” QSC-yə təhvil verilmişdir. “X1” MMC və “X3 Azərbaycan” QSC arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli təhvil aktından görünür ki, “X1” MMC tərəfindən xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən, Cavabdeh borcu üzrə xx.xx.2021-ci il tarixdə ödənilmiş 108 manat “X3 Azərbaycan” QSC-yə təhvil verilmişdir. “X1” MMC və “X3 Azərbaycan” QSC arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli təhvil aktından görünür ki, “X1” MMC tərəfindən xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən, Cavabdeh borcu üzrə xx.xx.2021-ci il tarixdə ödənilmiş 7 manat “X3 Azərbaycan” QSC-yə təhvil verilmişdir. “X3 Azərbaycan” QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, “X3 Azərbaycan” QSC ilə “X2” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən kart krediti müqaviləsi əsasında ödənilən son tarix xx.xx.2021-ci il tarixinə 650 manat “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 162,50 manat məbləğində xidmət haqqı ödənilmişdir. “X3 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya bildirişinin surətindən görünür ki, ondan «X1” MMC -yə köçürülmüş 162,50 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Qeyd olunan bildirişin göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, bildiriş Cavabdeh çatdırılmışdır. xx.xx.2025-ci il tarixli qəbzə əsasən iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixdə bağlanmış 244587 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1269/2020 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra iddiaçı bank “X1” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 162,50 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Qeyd edirəm ki, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada hər hansı hüquqi şəxs və ya konkret olaraq “X1” MMC tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı qanunvericilikdə tələbkardan hər hansı ödənişin alınması da nəzərdə tutulmamışdır. Əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-6cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2481/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2481/2025
18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver