Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2502/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyun 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 214 manat əsas borc, 32,1 manat cərimə borcu olmaqla, ümumilikdə 246,1 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 171 manat əsas borc, 25,6 manat cərimə borcu olmaqla, ümumilikdə 196,6 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 208,6 manat əsas borc, 31,2 manat cərimə borcu olmaqla, ümumilikdə 239,8 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 294,6 manat əsas borc, 44,1 manat cərimə borcu olmaqla, ümumilikdə 338,7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 347 manat əsas borc, 52 manat cərimə borcu olmaqla, ümumilikdə 399 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə 403,8 manat əsas borc, 60,5 manat cərimə borcu olmaqla, ümumilikdə 464,3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 146 manat əsas borc, 21,9 manat cərimə borcu olmaqla, ümumilikdə 167,9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 380,2 manat əsas borc, 57 manat cərimə borcu olmaqla, ümumilikdə 437,2 manat, ümumilikdə 2429,1 manat borcun və 45,30 manat ödənilmiş dövlət rüsumun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2020-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən, aldığı “Gree” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla cəmi 799 manat, 01 avqust 2020-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən, aldığı “X1 9” markalı mobil telefona görə 20 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla cəmi 602 manat, 19 noyabr 2020-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaomi Redmi 9” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 433,65 manat, 12 dekabr 2020-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaomi Redmi 9” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla cəmi 482,14 manat, 05 fevral 2021-ci il tarixli ********* saylı müddətli nisyə alğısatqı müqaviləsinə əsasən, aldığı “Xiaomi Redmi 9T” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla cəmi 487 manat, 13 aprel 2021-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaomi Redmi 97” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla cəmi 484,8 manat, 10 may 2021-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən, aldığı 3 fərqli aksessuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 15 manat olmaqla cəmi 176 manat, 19 may 2021-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A125” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla cəmi 492,2 manat, ümumilikdə səkkiz müqavilə üzrə 3956,79 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq xx.xx.2020-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 45 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 90 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 25 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli nisyə alğısatqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 28 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 27 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 15 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 28 manat ödəniş etmiş və səkkiz müqavilə üzrə cəmi qalıq qalmış 2165,2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınır. Nisyə alğı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 0,5 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu ümumi səkkiz müqavilə üzrə 2639 manatdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 812 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq hərmin cərimə məbləğinin 90 %-i gözəşt edilmiş, cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i, yəni 263,9 manat İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin bildiriş cavabdehə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş “Gree” markalı soyuducunu qəbul etməyi və 18 ay müddətinə ayda 45 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 18 iyun 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 18 iyul 2020-ci il, sonuncu ödəniş tarixi 18 dekabr 2021-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 18 iyun 2020-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 214 manat əsas borcu vardır. Cərimə məbləği 18 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 453 gündür. 01 avqust 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş “X1 9” markalı mobil telefonu qəbul etməyi və 20 ay müddətinə ayda 31 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 01 avqust 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 01 sentyabr 2020-ci il, sonuncu ödəniş tarixi 01 aprel 2022-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 01 avqust 2020-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 256 manat əsas borcu vardır. Cərimə məbləği 01 mart 2021-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 351 gündür. 19 noyabr 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş “Xiaomi Redmi 9” markalı mobil telefonu qəbul etməyi və 18 ay müddətinə ayda 25 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 19 noyabr 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 19 dekabr 2020-ci il, sonuncu ödəniş tarixi 19 may 2022-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 19 noyabr 2020-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 208,6 manat əsas borcu vardır. Cərimə məbləği 19 iyul 2021-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 211 gündür. 12 dekabr 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş “Xiaomi Redmi 9” markalı mobil telefonu qəbul etməyi və 18 ay müddətinə ayda 27 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 12 dekabr 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 12 yanvar 2021ci il, sonuncu ödəniş tarixi 12 iyun 2022-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 12 dekabr 2020-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 294,6 manat əsas borcu vardır. Cərimə məbləği 12 iyul 2021-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 218 gündür. 05 fevral 2021-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş “Xiaomi Redmi 9T” markalı mobil telefonu qəbul etməyi və 18 ay müddətinə ayda 28 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 05 fevral 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 05 mart 2021-ci il, sonuncu ödəniş tarixi 05 avqust 2022-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 05 fevral 2021-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 347 manat əsas borcu vardır. Cərimə məbləği 05 iyul 2021-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 225 gündür. 13 aprel 2021-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş “Xiaomi Redmi 97” markalı mobil telefonu qəbul etməyi və 18 ay müddətinə ayda 27 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 13 aprel 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 13 may 2021-ci il, sonuncu ödəniş tarixi 13 oktyabr 2022-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 13 aprel 2021-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 403,8 manat əsas borcu vardır. Cərimə məbləği 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 217 gündür. 10 may 2021-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş 3 fərqli aksessuaru qəbul etməyi və 12 ay müddətinə ayda 15 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 10 may 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 10 iyun 2021-ci il, sonuncu ödəniş tarixi 10 may 2022-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 10 may 2021-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 146 manat əsas borcu vardır. Cərimə məbləği 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 220 gündür. 19 may 2021-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş “Samsung A125” markalı mobil telefonu qəbul etməyi və 18 ay müddətinə ayda 28 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 19 may 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 19 iyun 2021-ci il, sonuncu ödəniş tarixi 19 noyabr 2022-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 19 may 2021-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 380,2 manat əsas borcu vardır. Cərimə məbləği 19 avqust 2021-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 180 gündür. Tələbkar tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubuna əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 44,30 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 iyun 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC “Gree” markalı soyuducuyu 799 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 45 manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. 01 avqust 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC “Xiaomi Redmi 9” markalı mobil telefonu 602 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 20 ay müddətinə aylıq 31 manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. 19 noyabr 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC “Xiaomi Redmi 9” markalı mobil telefonu 433,6 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 25 manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. 12 dekabr 2020ci il tarixli ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC “Xiaomi Redmi 9” markalı mobil telefonu 482,1 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 27 manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. 05 fevral 2021-ci il tarixli ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC “Xiaomi Redmi 9T” markalı mobil telefonu 487 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 28 manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. 13 aprel 2021-ci il tarixli ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC “Xiaomi Redmi 97” markalı mobil telefonu 484,8 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 27 manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. 10 may 2021-ci il tarixli ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC 3 fərqli aksessuaru 176 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 15 manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. 19 may 2021-ci il tarixli ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC “Samsung A125” markalı mobil telefonu 492,2 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 28 manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləğləri cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 44,30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə müqavilələr üzrə cavabdehdən tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğlərinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 10,7 manat məbləğində müəyyən edilməli, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilməli və 8,55 manat məbləğində müəyyən edilməli, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilməli və 10,43 manat məbləğində müəyyən edilməli, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilməli və 14,73 manat məbləğində müəyyən edilməli, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilməli və 17,35 manat məbləğində müəyyən edilməli, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilməli və 20,19 manat məbləğində müəyyən edilməli, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilməli və 7,3 manat məbləğində müəyyən edilməli, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilməli və 19,01 manat məbləğində müəyyən edilməli və həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18 iyun 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 214 manat əsas borc, 10,7 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 171 manat əsas borc, 8,55 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 208,6 manat əsas borc, 10,43 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 294,6 manat əsas borc, 14,73 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 347 manat əsas borcu, 17,35 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 403,8 manat əsas borc, 20,19 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 146 manat əsas borc, 7,3 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 380,2 manat əsas borc, 19,01 manat cərimə borcu olmaqla, ümumilikdə səkkiz müqavilə üzrə cəmi 2273,46 manat borc və 45,30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18 iyun 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 214 (iki yüz on dörd) manat əsas borc, 10,7 (on manat, yetmiş qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 171 (yüz yetmiş bir) manat əsas borc, 8,55 (səkkiz manat, əlli beş qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 208,6 (iki yüz səkkiz manat, altmış qəpik) manat əsas borc, 10,43 (on manat, qırx üç qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 294,6 (iki yüz doxsan dörd manat, altmış qəpik) manat əsas borc, 14,73 (on dörd manat, yetmiş üç qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 347 (üç yüz qırx yeddi) manat əsas borcu, 17,35 (on yeddi manat, otuz beş qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 403,8 (dörd yüz üç manat, səksən qəpik) manat əsas borc, 20,19 (iyirmi manat, on doqquz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 146 (yüz qırx altı) manat əsas borc, 7,3 (yeddi manat, otuz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 380,2 (üç yüz səksən manat, iyirmi qəpik) manat əsas borc, 19,01 (on doqquz manat, bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə səkkiz müqavilə üzrə cəmi 2273,46 (iki min iki yüz yetmiş üç manat, qırx altı qəpik) manat borcun və 44,30 (qırx dörd manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2502/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2502/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver