Məhkəmə qərarları › İş №e-2(001)-2539/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2539/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2539/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı müştərək qaydada “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1,Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 772 manat əsas kredit borcu, 35.18 manat kreditdən istifadəyə görə faiz borcu, əsas borc üzrə cərimə məbləği 7.49 manat, faiz borcu üzrə cərimə məbləği 31.48 manat olmaqla,cəmi 846.15 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixədək illik 24% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 AZN məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 001FİZAM76343801 və 001FİZAM76344001 saylı xx.xx.2019-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.19001-S099067/763437 30 sentyabr 2019-ci il tarixli Kredit müqaviləsinin restrukturizasiyasına dair 24 dekabr 2020-ci il tarixli 1241220- 176343701R nömrəli Razılaşmanın 2-ci bəndinə əsasən, bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə Cavabdeh1 həmin kredit üzrə 8301.24 AZN məbləğdə əsas borcu, 762.747AZN məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən, bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit üzrə faiz dərəcəsi 20.95 faiz və kreditin son icra müddəti xx.xx.2024-ci ilmüəyyən olunur. 19001- S099067/763437 30 sentyabr 2019-ci il tarixli Kredit müqaviləsinin restrukturizasiyasına dair 05 may 2021-ci il tarixli 1050***-*******01R nömrəli Razılaşmanın 2-ci bəndinə əsasən, bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə Cavabdeh1 həmin kredit üzrə 9063.98 AZN məbləğdə əsas borcu, 07 AZN məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən, bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit üzrə faiz dərəcəsi 20.95 faiz və kreditin son icra müddəti xx.xx.2023-ci ilmüəyyən olunur. 19001-S099067/763437 30 sentyabr 2019-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair 06 aprel 2022-ci il tarixli 1060***-*******01R nömrəli Razılaşmanın 2-ci bəndinə əsasən, bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə Cavabdeh1 həmin kredit üzrə 6832.35 AZN məbləğdə əsas borcu, 07AZN məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən, bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit üzrə faiz dərəcəsi 20.95 faiz və kreditin son icra müddəti xx.xx.2024-ci ilmüəyyən olunur. Kreditin müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024-cı il tarixə İddiaçı ASC-nə 772 AZN əsas kredit borcu və 35,18 AZN kreditdən istifadəyə görə faiz borcu,əsas borc üzrə cərimə məbləği 7,49 AZN, faiz borcu üzrə cərimə məbləği 31.48 AZN olmaqla cəmi 846.15 AZN borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehlərə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin Cavabdeh4 bildirişi alsa da, məhkəməyə əsaslandırılmış etirazını təqdim etməmiş, digər cavabdehlərin isə bildirişləri ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli kredit limiti müqaviləsindən görünür ki, İddiaçı ASC borcalana xx.xx.2029-cu il tarixinədək illik 24% ödəmək şərti ilə 120 ay müddətinə 100000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 001FİZAM76344001 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti kreditor və borclu Cavabdeh1 arasında bağlanmış 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalarla müəyyən olunur və bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 001FİZAM76344001 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti kreditor və borclu Cavabdeh1 arasında bağlanmış 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalarla müəyyən olunur və bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan və zaminlər tərəfindən imzalanan 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli 1 saylı razılaşmadan görünür: “Kreditverən” 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 24 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixinədək 0 ay güzəşt olmaqla, 10000 manat məbləğində borc pul vəsaitini “Borcalanın” mülkiyyətinə verir. “Borcalan” isə 200 manat məbləğində xidmət haqqı ödəyir. Kredit fərdi mikro kredit məqsədilə verilir. Razılaşmanın 5-ci bəndinə əsasən kredit üzrə illik faiz dərəcəsi 26.2 %-dir. Razılaşmanın 6-cı bəndinə əsasən güzəşt müddəti ərzində “Borcalan” götürülmüş kreditə görə yalnız xx.xx.2019-cu il tarixli 19001-S099067/763437 saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizlşəri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə “Borcalan” əsas borc, faiz və digər ödənişləri “Kreditverənə” ödəyəcəkdir. Faiz ödənişləri aylıq qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0 manat məbləğində cərimə ödəyir. Razılaşmanın 7-ci bəndinə əsasən borcalan tərəfindən vaxtından əvvəl ödəniş həyata keçirildiyi təqdirdə müvafiq ödəniş bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kreditin tam bağlanmasına yönəldiyi təqdirdə “Borcalan” “Kreditverənə” ödəniş gününə olan əsas borcun qalıq hissəsinin 1 % həcmində komissiya haqqı ödəyəcəkdir. Razılaşmanın 8-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixli 19001- S099067/763437 saylı kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlə lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 24 % üstəgəl 5 % gecikdirmə faizi ilə hesablanır. “Borcalan” bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Kreditverənə” gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı “kreditverən” dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu özündə saxlayır. xx.xx.2019-cu il tarixli razılaşma əsasında verilən ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixli xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il kimi qeyd edilmiş, aylıq ödəniş məbləği 529,27 manat hesablanmışdır. Ödəniş cədvəli borcalan və zaminlər tərəfindən imzalanmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan və zaminlər tərəfindən tanış olduqlarına görə imzalanan 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli kredit müqaviləsi çərçivəsində imzalanan xx.xx.2020-ci il tarixli 1241***-*******01R saylı razılaşmadan görünür: “Kreditverən” 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 20,95 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixinədək 3 ay güzəşt olmaqla, 9063,98 manat məbləğində borc pul vəsaitini “Borcalanın” mülkiyyətinə verir. Razılaşmanın 2-ci bəndinə əsasən “Kreditverən” 19001- S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya əsasən verilmiş 8301,24 manat məbləğində kredit üzrə əsas borcun qalığının və hesablanmış faizin restrukturizasiyası məqsədilə verilir. Razılaşmanın 5-ci bəndinə əsasən kredit üzrə illik faiz dərəcəsi 20,95 %-dir. Razılaşmanın 6-cı bəndinə əsasən güzəşt müddəti ərzində “Borcalan” götürülmüş kreditə görə yalnız xx.xx.2019-cu il tarixli 19001-S099067/763437 saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə “Borcalan” əsas borc, faiz və digər ödənişləri “Kreditverənə” ödəyəcəkdir. Faiz ödənişləri aylıq qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0,3 manat məbləğində cərimə ödəyir. Razılaşmanın 7-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixli 19001-S099067/763437 saylı kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlə lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 20,95 % üstəgəl 5 % gecikdirmə faizi ilə hesablanır. “Borcalan” bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Kreditverənə” gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı “kreditverən” dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu özündə saxlayır. xx.xx.2020-ci il tarixli razılaşma əsasında verilən ödəniş cədvəlinə əsasən 3 ay güzəşt müddəti tətbiq edilməklə ilkin ödəniş tarixli xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd edilmiş, aylıq ödəniş məbləği 540,82 manat hesablanmışdır. Ödəniş cədvəli borcalan və zaminlər tərəfindən imzalanmışdır Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında bağlanan xx.xx.2021-ci il tarixli 1 FİZAM176343803 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmadan irəli gələn öhdəliklərinin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsasını müəyyən edir. İcrası zaminliklər təmin olunan öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S099067/763437 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanan xx.xx.2021-ci il tarixli 1FİZAM176344003 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmadan irəli gələn öhdəliklərinin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsasını müəyyən edir. İcrası zaminliklər təmin olunan öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S099067/763437 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh4 arasında bağlanan xx.xx.2021-ci il tarixli 1FİZAM176344302 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmadan irəli gələn öhdəliklərinin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsasını müəyyən edir. İcrası zaminliklər təmin olunan öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19001-S099067/763437 saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan və zaminlər tərəfindən tanış olduqlarına görə imzalanan xx.xx.2021-ci il tarixli 1050***-*******01R nömrəli restrukturizasiya razılaşmasının 2-ci bəndindən görünür ki , “Kreditverən” bu razılaşmanın 1-ci bəndində göstərilən kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli əlavə razılaşmaya əsasən borcalana illik 24 % dərəcəsi ilə 20 ay müddətinə xx.xx.2022-ci il tarixinədək 8301,24 manat məbləğində kredit vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit üzrə 9063,98 manat məbləğində əsas və 0 manat faiz borcu mövcuddur. Razılaşmanın 3-cü bəndinə əsasən kredit üzrə illik faiz dərəcəsi 20,95 % kreditin son icra tarixi xx.xx.2023-cü il müəyyən edilir. Razılaşmanın 7-ci bəndinə əsasən ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 20,95 % üstəgəl 5 % gecikdirmə faizi ilə hesablanır. “Borcalan” bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Kreditverənə” gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. xx.xx.2021-ci il tarixli razılaşma əsasında verilən ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixli xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il kimi qeyd edilmiş, aylıq ödəniş məbləği 540,82 manat hesablanmışdır. Ödəniş cədvəli borcalan və zaminlər tərəfindən imzalanmışdır İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan və zaminlərdən tanış olduqlarına görə Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanan xx.xx.2022-ci il tarixli 1050***-*******01R nömrəli restrukturizasiya razılaşmasının 2-ci bəndindən görünür ki, “Kreditverən” bu razılaşmanın 1-ci bəndində göstərilən kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsasən borcalana illik 20,95 % dərəcəsi ilə 22 ay müddətinə xx.xx.2023-cü il tarixinədək 9063,98 manat məbləğində kredit vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit üzrə 6832,35 manat məbləğində əsas və 0 manat faiz borcu mövcuddur. Razılaşmanın 3-cü bəndinə əsasən kredit üzrə illik faiz dərəcəsi 20,95 % kreditin son icra tarixi xx.xx.2024-cü il müəyyən edilir.Razılaşmanın 7-ci bəndinə əsasən ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 20,95 % üstəgəl 5 % gecikdirmə faizi ilə hesablanır. “Borcalan” bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə “Kreditverənə” gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. xx.xx.2022-ci il tarixli razılaşma əsasında verilən ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixli xx.xx.2022-ci il, sonuncu ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd edilmiş, aylıq ödəniş məbləği ilk 6 ay 300 manat, daha sonra 412,72 manat hesablanmışdır. Ödəniş cədvəli borcalan və zaminlərdən Cavabdeh2 və Cavabdeh3 tərəfindən tərəfindən imzalanmışdır Bank tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh1 Əlili oğlunun banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 772 manat əsas, 35,18 manat faiz, 7,49 manat cərimə, 31,40 manat isə faiz borcu üzrə hesablanmış cərimə borcu var. Bank tərəfindən borclulara ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borcalanlara xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borca görə 872 manat, faiz borcuna görə 33,8 manat, cərimə borcuna görə 24,48 manat olmaqla, cəmi 930,28 manat borcun 3 gün ərzində banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif edilmişdir, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları aşağıdakı kimi müəyyən edilir: İddiaçı ilə cavabdehlər arasında kredit müqaviləsindən və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək müqavilə şərtlərini pozmuşdur. İddiaçı ilə borcalan arasında bağlanan kredit müqaviləsinin təminatı kimi həmin tarixdə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. Daha sonra kredit müqaviləsinə 3 müxtəlif tarizdə restrukturizasiya Sazişi imzalanmış, müqavilə müddəti, ödəniş qaydası və faiz məbləğləri dəyişdirilmişdir. Hazırda iddiaçı sonuncu dəyişiklə hesablanan həm qalıq əsas borcu, həm faiz borcunu, həm cərimə borcunu, həm də əldən çıxmış fayda üçün faiz borcunu tələb edir. Borc məbləği barədə maliyyə arayışı xx.xx.2024-cü il tarixinə aiddir. Müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Tələb edilən borc məbləğinə münasibətdə məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir. Lakin məhkəmə cavabdehdən tələb edilən cərimə və faiz məbləğinə münasibətdə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli plenum qərarında göstərilmişdir ki, Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Müraciətdə qoyulan məsələlərdən biri də kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı bir daha qeyd etməyi vacib hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi kreditor borclunun öhdəliyini lazımi qaydada icra etməməsinə görə xx.xx.2024-cü il tarixdə müqavilədən imtina etməklə müqavilənin ləğv edildiyi ana qədər yaranmış öhdəliyin icrasını tələb etmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehin ünvanına bildiriş göndərərkən, ona xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə yaranmış, 872 manat əsas, 33,8 manat faiz, 24,48 manat cərimə olmaqla, cəmi 930,28 manat borcun 3 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Hazırda isə iddiaçı məhkəməyə təqdim etdiyi maliyyə arayışına görə isə cavabdehdən xx.xx.2024-cü il tarixinə hesablanan 772 manat əsas, 35,18 manat faiz, 7,49 manat cərimə borcu, 31,48 manat faizə görə hesablanan cərimə borcu olmaqla, cəmi 846.15 manat məbləğində borcun ödənilməsini tələb edir. Göründüyü kimi iddiaçı müqavilədən imtinadan sonrakı dövr üçün müqaviləyə əsaslanaraq borcluya artıq faiz borcu və faiz borcuna görə cərimə borcu hesablamışdır ki, bu isə yuxarıda qeyd edildiyi kimi qanunvericiliyin tələbinə uyğun deyildir. Odur ki, məhkəmə faiz və cərimə məbləğinin tutulması hissəsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab etməklə, cərimə borcunun iddia ərizəsində tələb edilən həcmdə, faiz borcunun isə müqavilədən imtina edildiyi vaxta olan həcmdə cavabdehdən tutulmalı olduğu qənaətinə gəlir. Bundan başqa xx.xx.2024-cü il tarixinə yaranmış olan əsas borcun məbləği 872 manat olsa da, borclu tərəfindən xx.xx.2024-cü il tarixində müqavilə üzrə 100 manat ödənildiyindən həmin məbləğ bank tərəfindən iddia ilə məhkəməyə müraciət edilən zaman nəzərə alındığından məhkəmə hesab edir ki, 772 manat həcminə hesablanan əsas borcu mübahisələndirən hal mövcud deyil. Borc məbləğinin zaminlərdən tutulması hissəsində məhkəmə qeyd edir ki, öhdəliyin təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında ilk dəfə 2019-cu ildə, ikinci dəfə isə 2021-ci il tarixində bağlanan zaminlik müqavilələri ilə zaminlər borclunun 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli kredit limiti müqaviləsindən və həmin müqaviləyə imzalanan razılaşmalardan irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, 19001-S099067/763437 saylı 30 sentyabr 2019-ci il tarixli müqavilədən sonra həmin müqavilənin şərtlərində və ödəniş planında dəyişikliklər edilməsi üçün 3 dəfə əlavə razılaşmalar imzalanmışdır. Belə ki, xx.xx.2020-ci il tarixli 1241***-*******01R saylı, xx.xx.2021-ci il tarixli 1050***-*******01R nömrəli və xx.xx.2022-ci il tarixli 1050***- *******01R nömrəli razılaşma və onun əsasında verilən ödəniş cədvəli həm əsas borclu, həmdə zaminlər tərəfindən imzalanmışdır. Odur ki, zaminlərdən Cavabdeh1 Əlili oğlu və Cavabdeh3 kredit müqaviləsinin müddətinin uzadılmasından və faiz dərəcəsinin dəyişməsindən məlumatı olmuşdur. Odur ki, Cavabdeh2 və Cavabdeh3 zamin kimi Cavabdeh1 Əlili oğlunun kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Lakin sonuncu dəfə imzalanan xx.xx.2022-ci il tarixli 1050***-*******01R nömrəli restrukturizasiya razılaşması isə zaminlərdən Cavabdeh4 tərəfindən imzalanmamış, yəni müqavilənin müddəti və hesablanacaq faiz dərəcəsində olan dəyişikliklər barədə onun razılığı alınmamışdır. Belə olduğu zaman məhkəmə o qənaətə gəlir ki, ona münasibətdə zaminliyə xitam verilməlidir. Belə ki, Mülki Məcəllənin: -470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, 19001-S099067/763437 saylı kredit müqaviləsi üzrə əsas borca görə 772 manat, faiz borcuna görə 33,8 manat, cərimə borcuna görə 7,49 manat olmaqla, cəmi 813,29 manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 19001-S099067/763437 saylı kredit müqaviləsi üzrə əsas borca görə 772 manat, faiz borcuna görə 33,8 manat, cərimə borcuna görə 7,49 manat olmaqla, cəmi 813,29 (səkkiz yüz on üç manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar