Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2618/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbi və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00261-EY nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 16000 manat məbləğində qalıq, ona hesablanmış 2186.13 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 19186.13 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 147.56 manat məbləğində pulun tutulması, tələbin cavabdehdə məxsus qızıl-zinyət əşyalarına: 4 ədəd 49.65 qram, 750 əyarlı, likvid dəyəri 3475.50 manat olan sep və qolbaq, 6 ədəd 36.75 qram, 750 əyarlı, likvid dəyəri 2572.50 manat olan sırğa, 2 ədəd 6.7 qram, 750 əyarlı, likvid dəyəri 469 manat olan sep və kloun, 2 ədəd 17 qram, 900 əyarlı, likvid dəyəri 1411 manat olan 10-luq, 1 ədəd 26.1 qram, 750 əyarlı, likvid dəyəri 1827 manat olan qolbaq, 1 ədəd 8.2 qram, 750 əyarlı, likvid dəyəri 574 manat olan üzük, 5 ədəd 29.15 qram, 750 əyarlı, likvid dəyəri 2040.50 manat olan qarnitur, 1 ədəd 12.45 qram, 385 əyarlı, likvid dəyəri 410.85 manat olan medalyon, 1 ədəd 9.1 qram, 750 əyarlı, likvid dəyəri 637 manat olan sep, 2 ədəd 8.5 qram, 900 əyarlı, likvid dəyəri 705.5 manat olan 5-lik, 1 ədəd 9.5 qram, 750 əyarlı, likvid dəyəri 665 manat olan klon, 1 ədəd 17.3 qram, 750 əyarlı, likvid dəyəri 1211 manat olan qolbaq yönəldilməsi və həmin qızıl-zinyət əşyalarının açıq hərracda satılaraq cavabdehdən kreditin əsas borcu üzrə 16000 manat məbləğində qalıq, ona hesablanmış 2186.13 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 19186.13 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 147.56 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00261-EY nömrəli kredit müqaviləsinə əsasən onun tərəfindən 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 16000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi onunla cavabdeh arasında xx.xx.2022ci il tarixli, 2022/00261-EYG nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan qızıl-zinyət əşyalarını iddiaçının xeyrinə girov qoymuşdur: 4 ədəd 49.65 qram, 750 əyarlı, likvid dəyəri 3475.50 manat olan sep və qolbaq, 6 ədəd 36.75 qram, 750 əyarlı, likvid dəyəri 2572.50 manat olan sırğa, 2 ədəd 6.7 qram, 750 əyarlı, likvid dəyəri 469 manat olan sep və kloun, 2 ədəd 17 qram, 900 əyarlı, likvid dəyəri 1411 manat olan 10-luq, 1 ədəd 26.1 qram, 750 əyarlı, likvid dəyəri 1827 manat olan qolbaq, 1 ədəd 8.2 qram, 750 əyarlı, likvid dəyəri 574 manat olan üzük, 5 ədəd 29.15 qram, 750 əyarlı, likvid dəyəri 2040.50 manat olan qarnitur, 1 ədəd 12.45 qram, 385 əyarlı, likvid dəyəri 410.85 manat olan medalyon, 1 ədəd 9.1 qram, 750 əyarlı, likvid dəyəri 637 manat olan sep, 2 ədəd 8.5 qram, 900 əyarlı, likvid dəyəri 705.5 manat olan 5-lik, 1 ədəd 9.5 qram, 750 əyarlı, likvid dəyəri 665 manat olan klon, 1 ədəd 17.3 qram, 750 əyarlı, likvid dəyəri 1211 manat olan qolbaq. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə yaranmış borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərlmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da görünür ki, bildirişin təqdim edilməsi üçün borclunun yaşadığı ünvana gedilmiş, lakin borclu bildirişi qəbul etməkdən imtina etmişdir. Göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 16000 manat məbləğində qalıq, ona hesablanmış 2186.13 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 19186.13 manat məbləğində borc yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00261-EY saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC Cavabdeh 16000 manat məbləğində 36 ay müddətə illik 30 faiz dərəcəsi ilə kreditin verilməsini, sonuncu isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00261-EYG saylı girov müqaviləsindən görünür ki, sonuncu 4 ədəd 49.65 qram, 750 əyarlı, likvid dəyəri 3475.50 manat olan sep və qolbaq, 6 ədəd 36.75 qram, 750 əyarlı, likvid dəyəri 2572.50 manat olan sırğa, 2 ədəd 6.7 qram, 750 əyarlı, likvid dəyəri 469 manat olan sep və kloun, 2 ədəd 17 qram, 900 əyarlı, likvid dəyəri 1411 manat olan 10-luq, 1 ədəd 26.1 qram, 750 əyarlı, likvid dəyəri 1827 manat olan qolbaq, 1 ədəd 8.2 qram, 750 əyarlı, likvid dəyəri 574 manat olan üzük, 5 ədəd 29.15 qram, 750 əyarlı, likvid dəyəri 2040.50 manat olan qarnitur, 1 ədəd 12.45 qram, 385 əyarlı, likvid dəyəri 410.85 manat olan medalyon, 1 ədəd 9.1 qram, 750 əyarlı, likvid dəyəri 637 manat olan sep, 2 ədəd 8.5 qram, 900 əyarlı, likvid dəyəri 705.5 manat olan 5-lik, 1 ədəd 9.5 qram, 750 əyarlı, likvid dəyəri 665 manat olan klon, 1 ədəd 17.3 qram, 750 əyarlı, likvid dəyəri 1211 manat olan qolbaq girov qoymuşdur. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 2022/00261-EY saylı kredit müqaviləsi üzrə 16000 manat qalıq borc, 2186.13 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 19186.13 manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikasının qanununlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyi barədə xəbardar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızı-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 23342 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 147,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq pretenziya (bildiriş) göndərməklə, kredit müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməsi ilə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Bu konteksdə hər nə qədər iddiaçı iddiasında müqavilənin ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, qeyd edilənlər müqavilənin ləğv edilməsi barədə deyil, ləğv edilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1000 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00261- EY saylı “Kredit müqaviləsi” ləğv edilmiş hesab edilməli, həmin kredit müqaviləsi üzrə Cavabdeh 16000 manat qalıq borc, 2186.13 manat faiz borcu və 100 manat cərimə olmaqla, ümumilikdə 18286,13 manat məbləğində borc İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələbin Cavabdeh məxsus qızıl-zinyət əşyalarına: 4 ədəd 49.65 qram, 750 əyarlı, likvid dəyəri 3475.50 manat olan sep və qolbaq, 6 ədəd 36.75 qram, 750 əyarlı, likvid dəyəri 2572.50 manat olan sırğa, 2 ədəd 6.7 qram, 750 əyarlı, likvid dəyəri 469 manat olan sep və kloun, 2 ədəd 17 qram, 900 əyarlı, likvid dəyəri 1411 manat olan 10-luq, 1 ədəd 26.1 qram, 750 əyarlı, likvid dəyəri 1827 manat olan qolbaq, 1 ədəd 8.2 qram, 750 əyarlı, likvid dəyəri 574 manat olan üzük, 5 ədəd 29.15 qram, 750 əyarlı, likvid dəyəri 2040.50 manat olan qarnitur, 1 ədəd 12.45 qram, 385 əyarlı, likvid dəyəri 410.85 manat olan medalyon, 1 ədəd 9.1 qram, 750 əyarlı, likvid dəyəri 637 manat olan sep, 2 ədəd 8.5 qram, 900 əyarlı, likvid dəyəri 705.5 manat olan 5-lik, 1 ədəd 9.5 qram, 750 əyarlı, likvid dəyəri 665 manat olan klon, 1 ədəd 17.3 qram, 750 əyarlı, likvid dəyəri 1211 manat olan qolbaq yönəldilməli və həmin qızıl-zinyət əşyalarının açıq hərracda satılaraq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, borc ödənildikdən sonra artıq qalan pul məbləği Cavabdeh qaytarılmalı, iddia digər hissədə rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 140 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00261-EY “Kredit müqaviləsi” ləğv edilmiş hesab edilsin, həmin kredit müqaviləsi üzrə Cavabdeh 16000 manat borc, 2186.13 manat faiz borcu və 100 manat cərimə olmaqla, ümumilikdə 18286,13 (on səkkiz min iki yüz səksən altı manat, on üç qəpik) manat məbləğində borc, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 140 (bir yüz qırx) manatı İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma cavabdehə məxsus qızıl-zinyət əşyalarına: 4 ədəd 49.65 qram, 750 əyarlı, likvid dəyəri 3475.50 manat olan sep və qolbaq, 6 ədəd 36.75 qram, 750 əyarlı, likvid dəyəri 2572.50 manat olan sırğa, 2 ədəd 6.7 qram, 750 əyarlı, likvid dəyəri 469 manat olan sep və kloun, 2 ədəd 17 qram, 900 əyarlı, likvid dəyəri 1411 manat olan 10-luq, 1 ədəd 26.1 qram, 750 əyarlı, likvid dəyəri 1827 manat olan qolbaq, 1 ədəd 8.2 qram, 750 əyarlı, likvid dəyəri 574 manat olan üzük, 5 ədəd 29.15 qram, 750 əyarlı, likvid dəyəri 2040.50 manat olan qarnitur, 1 ədəd 12.45 qram, 385 əyarlı, likvid dəyəri 410.85 manat olan medalyon, 1 ədəd 9.1 qram, 750 əyarlı, likvid dəyəri 637 manat olan sep, 2 ədəd 8.5 qram, 900 əyarlı, likvid dəyəri 705.5 manat olan 5-lik, 1 ədəd 9.5 qram, 750 əyarlı, likvid dəyəri 665 manat olan klon, 1 ədəd 17.3 qram, 750 əyarlı, likvid dəyəri 1211 manat olan qolbaq yönəldilməsi və həmin qızıl-zinyət əşyalarının açıq hərracda satılaraq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, borc ödənildikdən sonra artıq qalan vəsait Cavabdeh qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-2618/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2618/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver