Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2637/2022 16.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Kapital Bank ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Kapital Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Kapital Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK3722616A115 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20% dərəcəsi ilə 36 ay müddətinə 15566,89 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2021-ci il tarixli Z-RGTK3722616A115 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2022-ci il tarixə Kapital Bank ASC-yə əsas borca görə 15566,89 manat, faiz borcuna görə 2421,52 manat olmaqla cəmi 17988,41 manat borcu yaranmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Kapital Bank ASC-nin xeyrinə əsas borca görə 15566,89 manat, faiz borcuna görə 2421,52 manat olmaqla cəmi 17988,41 manat borcun, dövlət rüsumuna görə 143,96 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı Kapital Bank ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli RGTK3722616A115 saylı kredit müqaviləsinə əsasən bank ona 15566,89 manat kredit vermiş, aldığı krediti hissəhissə qaytarmağı öhdəsinə götürsə də borcunu qaytara bilməmişdir. Hazırda iddiaçının əsas borca görə 15566,89 manat, faiz borcuna görə 2421,52 manat olmaqla cəmi 17988,41 manat tələbini qəbul edir və borcunu hissə-hissə, yəni hər ay 30 manat olmaqla banka qaytaracaqdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. X1 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK3722616A115 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana illik faiz dərəcəsi 20% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 15566,89 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kapital Bank ASC-nin xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh1 ayrılmış kreditə görə 15566,89 manat verilmişdir. X1 ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z- RGTK3722616A115 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 borcverən qarşısında xx.xx.2021-ci il tarixli RGTK3722616A115 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2021-ci il tarixli RGTK3722616A115 saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 15566,89 manat, faiz borcuna görə 2421,52 manat olmaqla cəmi 17988,41 manat borcu yaranmışdır. Kapital Bank ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2021-ci il tarixli 16/46545 saylı bildirişdən müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə gecikdirilmiş borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə borcun, faizlərin, cərimələrin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birgə borclular olan cavabdehlər xx.xx.2021-ci il tarixli RGTK3722616A115 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 15566,89 manat, faiz borcuna görə 2421,52 manat borclarının yaranması öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslıdır, ona görə də iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli RGTK3722616A115 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 15566,89 manat, faiz borcuna görə 2421,52 manat, dövlət rüsumuna görə 143,96 manat olmaqla cəmi 18132,37 manat Kapital Bank ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2637/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2637/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver