Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2639/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Bank Respublika ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank Respublika ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bank Respublika ASC ilə Cavabdeh arasında bağlanmış 11140***-*******01L saylı xx.xx.2022-ci il tarixli kredit limiti razılaşmasına əsasən bank borcalana 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayırmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən iddiaçı Bank Respublika ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindənona dəfələrlə şifahi və rəsmi müraciət edilməsinə baxmayaraq o kredit və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçı Bank Respublika ASC-yə əsas borca görə 14672,56 manat, faiz borcuna görə 1334,05 manat, cəriməyə görə 137,83 manat olmaqla cəmi 16144,44 manat borcu yaranmışdır. Ona görə də Cavabdeh ilə Bank Respublika ASC arasında bağlanmış 11140***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ləğv edilməsinə, Cavabdeh əsas borca görə 14672,56 manat, faiz borcuna görə 1334,05 manat, cəriməyə görə 137,83 manat olmaqla cəmi 16144,44 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 138,44 manatın iddiaçı Bank Respublika ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Bank Respublika ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə Bank Respublika ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçı Bank Respublika ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Bank Respublika ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 11140***-*******01L saylı əsas kredit limiti razılaşmasından müəyyən olunur ki, bank borcalana 120 ay müddətinə qaytarmaq illik 29% -dən artıq olmamaq şərti ilə 50 000 manat kredit ayırmağı öhdəsinə götürmüşdür. Əsas kredit limiti razılaşmasının 2.2.-ci bəndindən müəyyən olunur ki, bu razılaşmanın 1.1-ci bəndinə əsasən borcalana kreditin verilməsi barədə onun kreditverənə təqdim etdiyi ÖMTA-da qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini,müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərir. Borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə təsdiq SMS-in göndərilməsi və s.) bu əsas kredit limiti razılaşmanın 2.1-ci bəndinə uyğun olaraq kredit verilir. Bank Respublika ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli SMS razılaşmasından müəyyən olunur ki, Bank Respublika ASC Cavabdeh 36 ay müddətinə illik 16% dərəcəsi ilə 15000 manat məbləğində kredit vermişdir. Bank Respublika ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 011140***-*******01L saylı kredit müqaviləsi üzrə əsas borca görə 14672,56 manat, faiz borcuna görə 1334,05 manat, cəriməyə görə 137,83 manat olmaqla cəmi 16144,44 manat borcu vardır. Bank Respublika ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 02/083 saylı pretenziyadan müəyyən olunur ki, bank borcalana borcun ödənilməsini təklif edərək, əks halda kredit müqaviləsinin ləğv edilməsi, borcun vaxtından əvvəl geri qaytarılmasının tələb edilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin müqavilə öhdəliklərini vaxtında və lazımı qaydada icra etməməsi araşdırma zamanı öz təsdiqini tapdığından iddiaçının 11140***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ləğv edilməsinə, əsas borca görə 14672,56 manat, faiz borcuna görə 1334,05 manat tələbi əsaslıdır, ona görə də, iddia ərizəsi bu hissədə təmin edillir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 20 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bank Respublika ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 11140***-*******01L saylı əsas kredit limiti razılaşması ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 11140***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən əsas borca görə 14672,56 manat, faiz borcuna görə 1334,05 manat, cəriməyə görə 20 manat, dövlət rüsumuna görə 138,44 manat olmaqla cəmi 16165,05 manat Bank Respublika ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2639/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2639/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver