Məhkəmə qərarları › İş №e-2(001)-2641/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2641/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2641/2023 16.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Xalq Bank ASC-nin Cavabdeh X3 qarşı (3-cü şəxs qismində Şahin Telekom MMC cəlb edilməklə) ipoteka predmetinə tutmanın yönəldilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Xalq Bank ASC cavabdeh X3 qarşı (3-cü şəxs qismində Şahin Telekom MMC cəlb edilməklə) ipoteka predmetinə tutmanın yönəldilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, ASC Xalq Bankı (qarant\kreditor) ilə Şahin Telekom MMC (prinsipal/borclu) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 210LG170411 №-li qarantiyanın verilməsi şərtləri haqqında sazişə əsasən qarant prinsipalın tapşırığı ilə prinsipial ilə Bakcell MMC (benefisiar) arasında bağlanmış xx.xx.2013-cü il tarixli agent müqaviləsi üzrə prinsipalın benefisiar qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixidə daxil olmaqla olan müddətə benefisiara 200 000 manatdan artıq olmayan pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik qarantiya verməyi öz öhdəsinə götürmüşdür. Daha sonra saziş üzrə qarantla prinsipal arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 №-li əlavə sazişlə qarantiyanın müddəti xx.xx.2019-cu il tarixinə, xx.xx.2019-cu il tarixli 02 №-li əlavə sazişlə xx.xx.2020-ci il tarixinə və xx.xx.2020-ci il tarixli 03 №-li əlavə sazişlə isə qaratiyanın məbləği 20000 manat azaldılaraq 180 000 manat müəyyən olunmaqla xx.xx.2021-ci il tarixinə qədər uzadılmışdır. Qarantla prinsipial arasında bağlanmış xx.xx.2021-ci il tarixli 04 №-li əlavə sazişlə qarantiyanın müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır. İddiaçı sazişin şərtlərinə uyğun olaraq benefisiar Bakcell MMC-yə xx.xx.2017-ci il tarixli 675 №-li bank qarantiyasını (qarantiyanın xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli redaksiyaları, habelə qarantiya xx.xx.2020-ci il tarixli 1№-li və xx.xx.2021-ci il tarixli 2 №-li dəyişikliklər nəzərə alınmaqla) təqdim etmişdir. Prinsipialın saziş (o cümlədən xx.xx.2018ci il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 02 №-li, xx.xx.2020-ci il tarixli 03 №-li və xx.xx.2021-ci il tarixli 04 №-li əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alnımaqla) üzrə qarant qarşısında öhdəliklərinin icrasının təmin etmək məqsədilə iddiaçı ASC Xalq Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus olan, ünvan 1 ünvanında stifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka qoyulması barədə xx.xx.2017-ci il tarixli 210LG170411 İM №-li ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 02 №li, xx.xx.2020-ci il tarixli 03 №-li və xx.xx.2021-ci il tarixli 04 №-li əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) bağlanmışdır. Bankın ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC Xalq Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* №-li çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 02 №-li, xx.xx.2020-ci il tarixli 03 №-li və xx.xx.2021-ci il tarixli 04 №-li əlavə sazişlərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidməti tərəfmdən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* №-li, xx.xx.2019-cu il tarixi PX seriyalı, ******* №-li, xx.xx.2019-cu il tarixli PX seriyalı ******* №-li xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si **********) və xx.xx.2021-ci il tarixli (qeydiyyat №-si **********) çıxarışlar verilmişdir. X4 MMC benefisiar Bakcell MMC qarşısında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirmədiyindən sonuncu xx.xx.2022-ci il tarixli CEO_9268 saylı tələb məktubu ilə banka (qaranta) müraciət edərək qarantiya üzrə nəzərdə tutulmuş 180 000 manat məbləğində pul vəsaitinin ona ödənilməsini xahiş etmişdir. İddiaçı ASC Xalq Bankı öz növbəsində sazişə və müvafiq tələbə uyğun olaraq qarantiya üzrə nəzərdə tutulmuş 180 000 manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixdə benifisiarın müvafiq bank hesabına köçürmüşdür. Sazişin 3.1.2-ci yarımbəndinə və 4.2-ci bəndinə uyğun olaraq prinsipal bank tərəfindən benefisiara ödənilmiş pul vəsaitlərini onların ödənildiyi gün müddətində banka qaytarmalı və həmin məbləğə illik 35% dərəcəsi ilə hesablanan faizlər ödəməlidir. Beləliklə, sazişin istinad edilən müddəalarında nəzərdə tutulan hal baş verdiyinə görə bank tərəfindən qarantiya üzrə benefisiara ödəniş aparıldığı andan bankla prinsipal arasında borc münasibətləri yaranmışdır. Bununla bağlı borclu Şahin Telekom MMC-yə xx.xx.2022-ci il tarixli BŞ-XO-5.5.2022-001 saylı xəbərdarlıq və 30 günlük müddətin sonuna qədər benefisiara ödənilmiş məbləğlə birlikdə ödənişin aparıldığı tarixdən illik 35 % dərəcəsi ilə hesablanan faizlərin ödənilməsi tələb edilmişdir. Bundan başqa, borcluya xx.xx.2022-ci il tarixli BŞ-XO-20.5.2022-005 №-li eyni məzmunlu ikinci xəbərdalıq məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixinə prinsipal Şahin Telekom MMCnin kreditor qarşısında ümumi borcu 185 250 manat təşkil etmişdir ki, bunun da 180 000 manatı əsas borcdan, 5 250 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarət olmuşdur. Lakin borclu Şahin Telekom MMC ilə dəfələrlə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xəbərdarlıqların təqdim edilməsinə baxmayaraq, sonuncu tərəfindən borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Buna görə də iddiaçının öz tələblərini İpoteka haqqında Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən İpoteka haqqında Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli BŞ-XO-2.8.2022-003 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli BŞ-XO-2.8.2022-003 №-li bildirişin alınması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli BO-XO-8.8.2022-002 nömrəli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və həmin idarə tərəfindən bildirişin qeydə alınması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********85 №-li məktubla banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borclu Şahin Telekom MMC arasında bağlanmış sazişin 6.1-ci bəndinə əsasən həmin saziş tərəflərin öz üzərinə götürdüyü tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki, “həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor və borclu arasında bağlanmış müqavilədə öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi geckdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb elmək ücün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata kecirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun olaraq hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada metodu belə bir ehtimala əsaslanır ki, kreditor islərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləsmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə zaman, sözügedən qayda kreditorun konkret olaraq veni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddiaçı tərəfindən saziş üzrə borcun (kreditin) qaytarılması müddətinin bitdiyi, xx.xx.2022-ci ildən etibarən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər olan dövr ərzində sahibkarlıq subyekti olan borcalanlara iddiaçı tərəfindən verilmiş kreditlər (ASC Xalq Bankında verilən biznes krediti bank məhsulunun pasport) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, biznes məqsədləri üçün bank tərəfindən verilmiş kreditlər üzrə orta faiz miqdarı illik 10% faiz təşkil edir. Qeyd olunana əsasən bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablama aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 9 500 manat təşkil edir. Bundan başqa Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin icra olunması gününədək adi faizlərin və peniyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmişhüquqi mövqeyini nəzərə alaraq hesab edilir ki, hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinədək 10% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Ona görə də xx.xx.2017-ci il tarixli 210LG170411/İM№-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 2 ünvanında istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borclu Şahin Telekom MMC-nin xx.xx.2017-ci il tarixli 210LG170411 №-li qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə iddiaçı ASC Xalq Bankı qarşısında yaranmış 180 000 manat məbləğində əsas borcun, xx.xx.2022-ci il tarixinə qədər hesablanmış 5250 manat məbləğində adi faizlər üzrə borcun, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 10 % dərəcəsi ilə hesablanmış 22 350 manat məbləğində zərərin əvəzi olmaqla cəmi 207600 manatın və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 manatın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 485 manatın, mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Xalq Bank ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, tərəflər arasında bağlanan müqavilələrə əsasən əsas borc 180000 manat təşkil edir. İddiaçının tələbini cavabdeh qəbul etmir. Hesab edir ki, əldən çıxan fayda ilə bağlı illik 10% deyil, 5% faiz hesablanmalıdır. 3-cü şəxs Şahin Telekom MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, 3-cü şəxs Şahin Telekom MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə 3-cü şəxs Şahin Telekom MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti İpoteka haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 478. Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Maddə 479.1. Qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. Maddə 480. Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. Maddə 481. Əgər qarantiyada ayrı qayda nəzərdə tutulmayıbsa, o, qarant tərəfindən geri götürülə bilməz. Maddə 483. Əgər qarantiyada ayrı müddət nəzərdə tutulmayıbsa, qarantiya verildiyi gündən qüvvəyə minir. Maddə 484.1. Benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. Maddə 484.2. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləşdirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir. Maddə 485.1. Benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipiala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim etməlidir. Maddə 485.2. Qarant qoşulmuş sənədlərlə birlikdə benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə ağlabatan müddətdə baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir. Maddə 487.1. Qarantın benefisiar qarşısında qarantiyada nəzərdə tutulan öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi ilə məhdudlaşır. Maddə 487.2. Qarantın qarantiya üzrə öhdəliyi yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi üçün benefisiar qarşısında məsuliyyəti, əgər qarantiyada ayrı hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşmır. İpoteka haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Qarant ASC Xalq Bankı ilə prinsipal Şahin Telekom MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 210LG170411 saylı qarantiya verilməsi şərtləri haqqında sazişin 1.1.ci bəndindən müəyyən olunur ki, qarant prinsipalın tapşırığı ilə prinsipal ilə benefisiar Baksell MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli agent müqaviləsinə əsasən prinsipalın benefisiar qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədilə benefisiara bu sazişlə nəzərdə tutulmuş miqdarda, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik qarantiya verməyi öz öhdəsinə götürmüşdür. Sazişin 1.2-ci bəndindən müəyyən olunur ki, qarantiya benefisiara xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər olan müddətə verilir və həmin müddət bitdikdən sonra öz qüvvəsini itirir. Sazişin 1.3-cü bəndindən müəyyən olunur ki, prinsipialın bu saziş üzrə qarant qarşısında yaranmış öhdəliklərinin icrasının təminatı qismində xx.xx.2017-ci il tarixli 210LG170411/İM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan daşınmaz əmlak çıxış edir. Sazişin 2.1-ci bəndindən müəyyən olunur ki, qarant, müqavilə üzrə prinsipal tərəfindən üzərinə götürülmüş müvafiq öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq benefisiarın ilk yazılı tələbi ilə 200000 manat məbləğindən artıq olmayan istənilən məbləği sonuncuya ödəməyi öz öhdəsinə götürmüşdür. Sazişin 3.1.2.-ci bəndindən müəyyən olunur ki, qarant tərəfindən bu sazişin 2.1-ci bəndinə və qarantiyanın şərtlərinə müvafiq olaraq benifisiara ödənilmiş məbləğləri,onların ödənildiyi gündən etibarən 30 gündən gec olmayaraq heç bir əlavə şərt irəli sürmədən qaranta ödəmədiyi prinsipal öhdəsinə götürmüşdür. Sazişin 4.2-ci bəndindən müəyyən olunur ki, qarantiya üzrə benifisiara hər hansı bir ödəniş aparılarsa, prinsipal qaranta qarantiya üzrə ödənilmiş məbləğə, ödəniş aparıldığı tarixdən illik 35% dərəcəsi ilə hesablanan faizlər ödəyir. xx.xx.2017-ci il tarixli 210LG170411 saylı qarantiya verilməsi şərtləri haqqında sazişə 01 №li xx.xx.2018-ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, tərəflər qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə verilmiş qarntiyanın müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması barədə razılığa gəlmişlər. xx.xx.2017-ci il tarixli 210LG170411 saylı qarantiya verilməsi şərtləri haqqında sazişə 02 №li xx.xx.2019-cu il tarixli əlavə sazişdən müəyyən olunur ki, tərəflər qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə verilmiş qarntiyanın müddətinin xx.xx.2020-ci il tarixədək uzadılması barədə razılığa gəlmişlər. xx.xx.2017-ci il tarixli 210LG170411 saylı qarantiya verilməsi şərtləri haqqında sazişə 03 №li xx.xx.2020-ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, tərəflər əsas saziş üzrə verilmiş qarantiyanın məbləğinin 20000 manat azaldılaraq 180000 manata çatdırılması və müddətin xx.xx.2021-ci il tarixinə qədər uşazılması ilə bağlı razılığa gəlmişlər. xx.xx.2017-ci il tarixli 210LG170411 saylı qarantiya verilməsi şərtləri haqqında sazişə 04 №li xx.xx.2021-ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, tərəflər qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə verilmiş qarntiyanın müddətinin xx.xx.2022-ci il tarixədək uzadılması barədə razılığa gəlmişlər. Xalq Bank ASC-nin Bakcell MMC-yə ünvanladığı 210LG170411 №li xx.xx.2017-ci il tarixli bank qarantiyasından müəyyən olunur ki, prinsipal Şahin Telekom MMC və benefisiar Bakcell MMC arasında bağlanmış agent müqaviləsinə əsasən prinsipal qeyd edilmiş müqavilə üzrə öz öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə benifisiara bank qarantiyasını təqdim etməyi öz öhdəsinə götürərək bu öhdəliyini yerinə yetirilməsi məqsədi ilə ASC Xalq Bankına müraciət etməsi benefisiara bildirilərək sonuncunun birinci yazılı tələbi ilə qarant ASC Xalq Bankın qeyd edilən müqavilə çərçivəsində prinsipalın qaşısında olan borclarının ödənilməsi ilə bağlı öhdəliklərinin tam və ya lazımınca yerinə yetirlməməsi nəticəsində benefisiara dəyən bütün zərər məbləğinin habelə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə müqavilə üzrə nəzərdə tutulmuş vəsaitin, lakin cəmi 200 000 manatdan artıq olmayan pul vəsaitinin ödənilməsinin qeyd-şərtsiz öhdələrinə götürdüklərini, qarantiyanın xx.xx.2018-ci il tarixədək qüvvədə olmasını bildirmişdir. Xalq Bank ASC-nin Bakcell MMC-yə ünvanladığı 210LG170411 №li xx.xx.2018-ci il tarixli bank qarantiyasından müəyyən olunur ki, prinsipal Şahin Telekom MMC və benefisiar Bakcell MMC arasında bağlanmış agent müqaviləsinə əsasən prinsipal qeyd edilmiş müqavilə üzrə öz öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə benifisiara bank qarantiyasını təqdim etməyi öz öhdəsinə götürərək bu öhdəliyini yerinə yetirilməsi məqsədi ilə ASC Xalq Bankına müraciət etməsi benefisiara bildirilərək sonuncunun birinci yazılı tələbi ilə qarant ASC Xalq Bankın qeyd edilən müqavilə çərçivəsində prinsipalın qaşısında olan borclarının ödənilməsi ilə bağlı öhdəliklərinin tam və ya lazımınca yerinə yetirlməməsi nəticəsində benefisiara dəyən bütün zərər məbləğinin habelə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə müqavilə üzrə nəzərdə tutulmuş vəsaitin, lakin cəmi 200 000 manatdan artıq olmayan pul vəsaitinin ödənilməsinin qeyd-şərtsiz öhdələrinə götürdüklərini, qarantiyanın xx.xx.2019-cu il tarixədək qüvvədə olmasını bildirmişdir. Xalq Bank ASC-nin Bakcell MMC-yə ünvanladığı 210LG170411 №li bank qarantiyasından müəyyən olunur ki, prinsipal Şahin Telekom MMC və benefisiar Bakcell MMC arasında bağlanmış agent müqaviləsinə əsasən prinsipal qeyd edilmiş müqavilə üzrə öz öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə benifisiara bank qarantiyasını təqdim etməyi öz öhdəsinə götürərək bu öhdəliyini yerinə yetirilməsi məqsədi ilə ASC Xalq Bankına müraciət etməsi benefisiara bildirilərək sonuncunun birinci yazılı tələbi ilə qarant ASC Xalq Bankın qeyd edilən müqavilə çərçivəsində prinsipalın qaşısında olan borclarının ödənilməsi ilə bağlı öhdəliklərinin tam və ya lazımınca yerinə yetirlməməsi nəticəsində benefisiara dəyən bütün zərər məbləğinin habelə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə müqavilə üzrə nəzərdə tutulmuş vəsaitin, lakin cəmi 200 000 manatdan artıq olmayan pul vəsaitinin ödənilməsinin qeydşərtsiz öhdələrinə götürdüklərini, qarantiyanın xx.xx.2018-ci il tarixədək qüvvədə olmasını bildirmişdir. Xalq Bank ASC-nin Bakcell MMC-yə ünvanladığı 210LG170411 №li xx.xx.2019-cu il tarixli bank qarantiyasından müəyyən olunur ki, prinsipal Şahin Telekom MMC və benefisiar Bakcell MMC arasında bağlanmış agent müqaviləsinə əsasən prinsipal qeyd edilmiş müqavilə üzrə öz öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə benifisiara bank qarantiyasını təqdim etməyi öz öhdəsinə götürərək bu öhdəliyini yerinə yetirilməsi məqsədi ilə ASC Xalq Bankına müraciət etməsi benefisiara bildirilərək sonuncunun birinci yazılı tələbi ilə qarant ASC Xalq Bankın qeyd edilən müqavilə çərçivəsində prinsipalın qaşısında olan borclarının ödənilməsi ilə bağlı öhdəliklərinin tam və ya lazımınca yerinə yetirlməməsi nəticəsində benefisiara dəyən bütün zərər məbləğinin habelə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə müqavilə üzrə nəzərdə tutulmuş vəsaitin, lakin cəmi 200 000 manatdan artıq olmayan pul vəsaitinin ödənilməsinin qeyd-şərtsiz öhdələrinə götürdüklərini, qarantiyanın xx.xx.2020-ci il tarixədək qüvvədə olmasını bildirmişdir. Xalq Bank ASC-nin Bakcell MMC-yə ünvanladığı 210LG170411 №li xx.xx.2020-ci il tarixli bank qarantiyası üzrə 1 №li dəyişiklikdən müəyyən olunur ki, ASC Xalq Bankına daxil olmuş prinsipalın xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixli 210LG170411 №li Bank qarantiyası üzrə qarantiya müddətinin uzadılmasını və məbləğinin azaldılmasını təmin etmək məqsədi ilə qarantiyaya aşağıdakı dəyişikliklərin ediliməsi benefisiara bildirilmişdir. 1. Qarantiyanın ikinci abzasında olan 200 000 manat sözləri 180 000 manat sözləri ilə əvəz olunur; 2.Qarantiyanın dördüncü abzasında olan xx.xx.2020-ci il tarixi xx.xx.2021-ci il tarixi ilə əvəz olunur. Xalq Bank ASC-nin Bakcell MMC-yə ünvanladığı 210LG170411 №li xx.xx.2021-ci il tarixli bank qarantiyası üzrə 2 №li dəyişiklikdən müəyyən olunur ki, ASC Xalq Bankına daxil olmuş prinsipalın xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli 210LG170411 №li Bank qarantiyası üzrə qarantiya müddətinin uzadılmasını və məbləğinin azaldılmasını təmin etmək məqsədi ilə qarantiyaya aşağıdakı dəyişikliklərin ediliməsi benefisiara bildirilmişdir. 1. Qarantiyanın dördüncü abzasında olan xx.xx.2021-ci il tarixi xx.xx.2022-ci il tarixi ilə əvəz olunur. İpoteka saxlayan ASC Xalq Bankı, ipoteka qoyan Cavabdeh ilə prinsipal Şahin Telekom MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 210LG170411/İM saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka saxlayan ilə prinsipal arasında bağlanmış xx.xx.2017-ci il tarixli 210LG170411 №li qarantiya verilməsi şərtləri haqqında sazişə müvafiq olaraq ipoteka saxlayan prinsipalın tapşırığı ilə, prinsipal ilə benefesiar Bakcell MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli agent müqaviləsinə əsasən prinsipalın benefisiar qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədilə benefisiara sazişdə nəzərdə tutulmuş şərtlərlə 200000 manat məbləğindən artıq olmayan istənilən pul məbləğinin ödənilməsi haqqında xx.xx.2018-ci il tarixədək qüvvədə olan qarantiya verir. Saziş üzrə prinsipalın ipoteka saxlayan qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka qoyana aşağıdakı əmlakı ipoteka saxlayana ipotekaya verir: ünvan 3 ünvanında istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası. İpoteka müqaviləsinin 2.1.-ci bəndindən müəyyən olunur ki, X2 qiymətləndirmə şirkətinin xx.xx.2017-ci il tarixli xx.xx.2017-ci il tarixli 170076 XB saylı rəyinə əsasən ipoteka predmetnin bazar qiyməti 420 000 manat, likvid dəyəri 370 000 manat müəyyən edilmişdir. İpoteka müqaviləsinin 5.2-ci bəndindən müəyyən olunur ki, prinsipial tərəfindən sazişin 4.1-ci bəndində müəyyən edilmiş şərtlərlə və müddətlərdə qarantiyanın verilməsinə görə muzd və komissiya ödənilmədikdə, habelə həmin sazişin 3.1.2-ci yarımbəndində müəyyən edilmiş müddətdə qrantiya üzrə ödənilmiş məbləğ qaytarılmadığı və ya qarantiya üzrə ödənilmiş məbləğə hesablanmış faizlər ödənilmədiyi təqdirdə, ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasını ipoteka qoyana yazılı şəkildə bildirir. Bu bildirişi aldığı tarixdən bir ay ərzində ipoteka qoyan saziş üzrə ipoteka saxlayan qarşısında prinsipalın öhdəliklərini tam həcmdə yerinə yetirə və ya məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ipoteka saxlayanının tələblrinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilər. Bildirişi aldığı tarixdən keçən bir ay ərzində ipoteka qoyan yuxarıdakı hərəkətlərdən hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma yönəldilməsi məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən PX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 210LG170411 saylı xx.xx.2017-ci il tarixli qarantiya verilməsi şərtləri haqqında saziş üzrə öhdəliklərin icrasının təmini olaraq ASC Xalq Bankı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən PX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 210LG170411 saylı xx.xx.2017-ci il tarixli qarantiya verilməsi şərtləri haqqında saziş və xx.xx.2018-ci il tarixli 01 saylı əlavə saziş üzrə öhdəliklərin icrasının təmini olaraq ASC Xalq Bankı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən PX seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 210LG170411 saylı xx.xx.2017-ci il tarixli qarantiya verilməsi şərtləri haqqında saziş, xx.xx.2018-ci il tarixli 01 saylı əlavə saziş və xx.xx.2019-cu il tarixli 02 saylı əlavə saziş üzrə öhdəliklərin icrasının təmini olaraq ASC Xalq Bankı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 210LG170411 saylı xx.xx.2017-ci il tarixli qarantiya verilməsi şərtləri haqqında saziş, xx.xx.2018-ci il tarixli 01 saylı əlavə saziş, xx.xx.2019-cu il tarixli 02 saylı əlavə saziş, xx.xx.2020-ci il tarixli 03 saylı əlavə saziş üzrə öhdəliklərin icrasının təmini olaraq ASC Xalq Bankı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 210LG170411 saylı xx.xx.2017-ci il tarixli qarantiya verilməsi şərtləri haqqında saziş, xx.xx.2018-ci il tarixli 01 saylı əlavə saziş, xx.xx.2019-cu il tarixli 02 saylı əlavə saziş, xx.xx.2020-ci il tarixli 03 saylı əlavə saziş və 15.042021-ci il tarixli 04 saylı əlavə saziş üzrə öhdəliklərin icrasının təmini olaraq ASC Xalq Bankı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli 210LG170411/İM saylı ipoteka müqaviləsinə 01 №li xx.xx.2018ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, ipoteka müqaviləsinin 1.1.-ci bəndinin birinci abzası və 2.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: 1.1. ipoteka saxlayan və prinsipal arasında bağlanmış xx.xx.2017-ci il tarixli 210LG170411 №li qarantiya verilməsi şərtləri haqqında sazişə müvafiq olaraq ipoteka saxlayanprinsipalın tapşırığı ilə sonuncu ilə benefisiar Bakcell MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli agent müqaviləsinə əsasən prinsipalın benefisiar qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə benefisiara sazişdə nəzərdə tutulmuş şərtlərlə 200000 manat məbləğindən artıq olmayan istənilən pul məbləğinin ödənilməsi haqqında xx.xx.2019-cu il tarixədək qüvvədə olan qarantiya verməyi öz öhdəsinə götürür. 2.1. X2 qiymətləndirmə şirkətinin xx.xx.2018-ci il tarixli 180094 XB №li rəyinə əsasən ipoteka predmetnin bazar qiyməti 400 000 manat, likvid dəyəri 350 000 manat müəyyən edilir. xx.xx.2017-ci il tarixli 210LG170411/İM saylı ipoteka müqaviləsinə 02 №li xx.xx.2019cu il tarixli əlavə sazişdən müəyyən olunur ki, ipoteka müqaviləsinin 1.1.-ci bəndinin birinci abzasında xx.xx.2019-cu il tarixədək sözləri xx.xx.2020-ci il tarixədək sözləri ilə əvəz edilmiş, qarantiya üzrə benefisiara hər hansı bir ödəniş aparılarsa, prinsipal qaranta qarantiya üzrə ödənilmiş məbləğə, ödəniş aparıldığı tarixdən illik 35% faiz dərəcəsi ilə hesablanan faiz ödəyir. xx.xx.2017-ci il tarixli 210LG170411/İM saylı ipoteka müqaviləsinə 03 №li xx.xx.2020ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, ipoteka müqaviləsinin 1.1.-ci bəndinin birinci abzasında 200 000 manat sözləri 180 000 manat sözləri ilə, xx.xx.2020-ci il tarixədək sözləri xx.xx.2021-ci il tarixədək sözləri ilə əvəz edilmişdir. xx.xx.2017-ci il tarixli 210LG170411/İM saylı ipoteka müqaviləsinə 04 №li xx.xx.2021-ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, ipoteka müqaviləsinin 1.1.-ci bəndinin birinci abzasında xx.xx.2021-ci il tarixədək sözləri xx.xx.2022-ci il tarixədək sözləri ilə əvəz edilmişdir. Bakcell MMC-nin ASC Xalq Bankına ünvanladığı xx.xx.2022-ci il tarixli CEO-9268 saylı məktubundan müəyyən olunur ki, prinsipal Şahin Telekom MMC ilə benefisiar Bakcell MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli agent müqaviləsinə əsasən prinsipal qeyd edilmiş müqavilə üzrə öz öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə benefisiara bank qarantiyası təqdim etməyi öz öhdəsinə götürmüş və bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə ASC Xalq Bankına müraciət etmişdir. Qarant ASC Xalq Bankı prinsipalın benefisiar qarşısında cəmi 200000 manat məbləğindən artıq olmayan miqdarda borcların qeyd-şərtsiz ödənilməsinə dair xx.xx.2019-cu il tarixli 210LG170411 nömrəli bank qarantiyası vermiş, sazişə edilmiş 1 nömrəli dəyişikliyə əsasən qarantiya məbləği 200 000 manatdan 180 000 manata endirilmiş və müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 2 nömrəli dəyişikliyə əsasən isə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Sonuncu qeyd olunan tarixin yaxınlaşmasına baxmayaraq prinsipal müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımınca və vaxtında yerinə yetirmədiyindən 210LG170411 nömrəli bank qarantiyası üzrə 180 000 manat məbləğində pul vəsaitinin Bakcell MMC-nin bank hesabına köçürülməsinə dair aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. ASC Xalq Bankın xx.xx.2022-ci il tarixli 1 saylı ödəniş tapşırığının surətindən müəyyən olunur ki, ASC X7 Telekom MMC-nin adından verilmiş 210LG170411 saylı bank qarantiyası üzrə daxil olmuş tələbin ödənilməsi üçün Bakcell MMC-nin hesabına 180000 manat vəsaiti köçürmüşdür. İpoteka saxlayan ASC Xalq Bankının borcalan Şahin Telekom MMC-yə və ipoteka qoyan Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, ipoteka saxlayan ipoteka qoyana ipoteka premeti olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutuma yönəldilməsinə başladığını bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. ASC Xalq Bankının maliyyə arayışından müəyyən olunur ki, borcalan Şahin Telekom MMC-nin xx.xx.2022-ci il tarixinə müqavilə üzrə ASC Xalq Bankına əsas borca görə 180 000 manat, faiz borcuna görə 5250 manat, illik 10% dərəcəsi ilə 9500 manat olmaqla cəmi 194750 manat borcu vardır. X1 Bakı şəhəri 29 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının ASC Xalq Banka sonrakı ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. X1 Bakı şəhəri 29 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı xx.xx.2017-ci il tarixli 210LG170411/İM nömrəli ipoteka müqaviləsinə 04 nömrəli əlavə sazişin imzalanmasına etiraz etmədiyini bildirmişdir. Roveks Konmark MMC-nin xx.xx.2023-cü il tarixli 230349 DT saylı rəyindən müəyyən olunur ki, ünvan 3 ünvanında istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 380000 manat, likvid dəyəri 330000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4082 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli 210LG170411 nömrəli qarantiya verilməsi şərtləri haqqında sazişin və ona əlavə edilmiş sazişlərin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə Şahin Telekom MMC-nin Xalq Bank ASC-yə əsas borcu 180 000 manat, faiz borcu 5250 manat, xx.xx.2022-ci il tarixdən iddia ərizəsində borcun hesablandığı xx.xx.2022-ci il tarixədək illik 10% dərəcəsi ilə hesablanan faiz borcu 9500 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. ASC Xalq Bankının maliyyə arayışından müəyyən olunur ki, borcalan Şahin Telekom MMC-nin xx.xx.2023-cü il tarixinə müqavilə üzrə ASC Xalq Bankına əsas borca görə 180 000 manat, faiz borcuna görə 5250 manat, illik 10% dərəcəsi ilə 18850 manat olmaqla cəmi 204100 manat borcu vardır. ASC Xalq Bankının maliyyə arayışından müəyyən olunur ki, borcalan Şahin Telekom MMC-nin xx.xx.2023-cü il tarixinə müqavilə üzrə ASC Xalq Bankına əsas borca görə 180 000 manat, faiz borcuna görə 5250 manat, illik 10% dərəcəsi ilə 22350 manat olmaqla cəmi 207600 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ipoteka qoyan ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanmasına dair bildirişini aldıqdan sonra ipoteka müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Ona görə də məhkəmə iddiaçının xx.xx.2017-ci il tarixli 210LG170411/İM№-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 2 ünvanında istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiyməti 330000 manat olmaqla açıq hərracda satılmasına və satışından əldə olunan vəsait hesabına borclu Şahin Telekom MMC-nin xx.xx.2017-ci il tarixli 210LG170411 №-li qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə iddiaçı ASC Xalq Bankı qarşısında yaranmış 180 000 manat məbləğində əsas borcun, xx.xx.2022-ci il tarixinə qədər hesablanmış 5250 manat məbləğində adi faizlər üzrə borcun tutulmasına dair hissədə tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə iddiaçının əldən çıxan faydaya görə illik 10% tələbi ilə bağlı qeyd edir ki, iddiaçı bu tələb üzrə özü tərəfindən tərtib olunan arayış və aparılmış hesabatla bağlı sübutlarını məhkəməyə təqdim etmədiyindən, iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin ediləcəyi tarixin hazırkı icraatda müəyyən edilməsi mümkün olmadığından iddia tələbi bu hissədə qimən təmin edilərək xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə 11175 manat ipoteka predmetinin satışından əldə edilən vəsaitdən iddiaçının xeyrinə tutulmalı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırkı mübahisəyə baxılması üçün tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakları tələb olunmadığından məhkəmə hesab edir ki, iş üzrə iddiaçının mediasiya prosesinin təbiqi ilə bağlı tələb etdiyi 400 manat istisna olmaqla digər məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında 0,01206 ha torpaq sahəsində yerləşən 231,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası ilkin satış qiyməti 330000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən xx.xx.2017-ci il tarixli 210LG170411 №-li qarantiyanın verilməsi şərtləri haqqında saziş üzrə əsas borca görə 180000 manat, faiz borcuna görə 5250 manat, əldən çıxan faydaya görə xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə üçün illik 5% dərəcəsi ilə 11175 manat, məhkəmə xərclərinə görə 620 manat olmaqla cəmi 197045 manat ASC Xalq Bankının xeyrinə, ekspetiza tədiqatının dəyərinə görə 150 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar