Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-266/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASCnin xeyrinə 19895.57 manat məbləğində əsas borcun, 2374.61 manat məbləğində faiz borcunun, 457.82 manat məbləğində cərimə borcunun, cəmi 22728 manat borcun və 159 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı tələbini artıraraq, məhkəməən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 19895,57 manat əsas, 4028,37 manat faiz borcu və 457,85 manat cərimə borcunun və 159 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 22% olmaqla 20000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir
4. İddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,"xxxx" ASC tərəfindən onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu alçaldan məlumatları işlədiyi müəssisəyə habelə bank və şaxsi həyat, kommersiya sirrini təşkil edən məlumatları iş yerinə və digər üçüncü şəxslərə ötürülməsi və yayması hədə-qorxularına vǝ santajlarına görə habelə bank sirrini təşkil edən məlumatların onun ailə üzvlərinə və digər yaxın qohumlarına sızdırdığına va yaydığına görə və bunun nəticəsi olaraq ona dərin psixoloji sarsıntı, iztirab, mənəvi əzab-əziyyət verdiyinə və yaşatdığına görə və sağlamlığıma zərər vurduğuna görə habelə şərəf və ləyaqətini alçaltdığına görə həmçinin işgüzar nüfuzuna ağır zərbə vurduğuna görə və bunların nəticəsi olaraq işdən ayrılmasına səbəb olduğuna görə ona rəsmi məktub yazaraq ondan üzr istəməsi öhdəliyinin Bankın (zǝrǝrvuranın) üzərinə qoyulmasına va Bankdan (zərərvurandan) onun xeyrinə 3000 manat məbləğində mənəvi zərərin əvəzinin, 50 manat dövlət rüsumunun və 1 (bir) manat xidmət haqqının tutulmasına (ödənilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və onun əməkdaşları bank sirrinə dair məsələlərlə bağlı ciddi qanun pozuntularına yol vermiş və qanunazidd hərəkətlərini ona qarşı müntəzəm olaraq davam etdirmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967-ci maddəsina müvafiq olaraq Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının vǝ müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda va qaydada verilə bilər. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunanları əsas tutaraq, bildirir ki, "xxxx" ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967-ci maddəsinin habelə "Banklar haqqında" Qanununun 41-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq ona, xx.xx.2022-ci və 21.02 2022-ci il tarixlərində iş yerinə və rəhbərliyinə kredit gecikmələri barədə məlumat verəcəyinə dair şantaj və təhdid xarakterli mesajlar göndərmişdir. Həmçinin qeyd etmək lazımdır ki, xx.xx.2021-ci il tarixli o və Bank arasinda imzalanmış Kredit Sazişində (Müqaviləsində) "xxxx" ASC-in 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri adlı bankdaxili korporativ sənədə istinad edilərək deyilir ki, tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər yuxarıda qeyd olunan şərtlər ilə müəyyən olunur. Həmin sənədə nəzər yetirdikdə məlum olur ki, sözügedən sənədin 10.3 maddəsi Azərbaycan Respublikasinin Qanunverciliyinə (Mülki Məcəllǝyǝ, "Banklar haqqinda" Qanuna, "Kommersiya sirri" haqqinda Qanuna, "Fərdi məlumatlar" haqqında Qanuna" və "İstehlakçıların hüquqlarnın müdafiəsi" Qanuna) ziddir. Beləliklə həmin Şərtlərin 10.3 maddəsində qeyd olunur ki, Bank zaruri hesab etdiyi digər hallarda bank sirrini təşkil edən məlumatların bank əməkdaşlarına, müştərinin iş yerinə, Bankın əməkdaşlıq etdiyi aidiyyatı üzrə şəxslərə və Bankın zəruri hesab etdiyi digər şəxslərə verə bilər və Müştəri buna etiraz etmədiyinə dair üzərinə öhdəlik götürür. Bu bənd imzalandığı gündən etibarsızdır çünki müştərinin (borcalanın) hüquqlarının məhdudlaşdırılmasına və kobud şəkildə pozulmasına xidmət edir. Beləki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla bağlı həmçinin onuda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967ci habelǝ Banklar haqqında" Qanunun 41-ci maddəsinə müvafiq olaraq Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kanar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmus müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 16-cı maddəsinə müvafiq olaraq istehlakçının hüquqların məhdudlaşdıran müqavilıə şərtləri etibarsız sayılır. İstehlakçın hüquqlarnı mahdudlaşdıran müqavilə şərtlarinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfinədn tam həcmdə ödənilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, "Kommersiya sirri haqqında Qanunun 2.0.1-ci maddəsinə müvafiq olaraq kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə, başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmin Qanunun 2.0.7-ci maddəsinə uyğun olaraq kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması demakdir. Həmin Qanunun 5.0.4-cu maddəsinə müvafiq olaraq, kommersiya sirrindan öz maraqları üçün istifadə etmiş şaxslardan vurulan ziyanın əvəzini məhkəmə qaydasında almaq nəzərdə tutulur. Bundan başqa " Fərdi malumatlar" haqqında Qanunun 5.2-ci maddəsinə müvafiq olaraq konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator va bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı asasında verilə bilər. Həmin Qanunun 13.1-ci maddəsinə müvafiq olaraq fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyatçiya və ya operatora, claca da onlar tarafindən fərdi məlumatları istanilan üçüncü şaxsa verilmasina yalnız subyektin yazılı razılığı ilə yol verilir. Bundan başqa və ən dəhşətlisi də ondan ibarətdir ki, "xxxx" ASC-in əməkdaşları müxtəlif zənglər etməklə onu və ailə üzvlərini həddindən artıq çox narahat etmiş, kobud şəkildə borcun ödənilməsini tələb etmiş, yoldaşına əmrlə borcu ödəyin demiş, anasına eviniz yada başqa bir şey varsa satın krediti ödəyin kimi qanunsuz tələblər və təkliflər etmişdirlər. Həmçinin, ona “iş yerinizǝ gələcəyik” kimi qanunsuz və təhdidlər söyləmişdirlər. Zənglərin birində, bank əməkdaşına xəstə olduğunu, işə getmədiyini, ödəməyə imkanı olmadığını, imkan olanda ödəyəcəyini deyǝndə, ona demişdir ki, indi hamı sənin kimi borc götürsün, sonrada desin ki, əməliyyat olmuşam, imkanım yoxdu kimi bəhanələr etsin, ki borcu ödəmirəm. O, bank əməkdaşlarının bu cür qanunsuz hərəkətləri, onu və ailə üzvlərini narahat etmələrinə görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş və onlardan şikayət etmiş və bu barǝdə Banka olan etiraz məktubunda göstərmişdir. Bundan sonra, Bankın əməkdaşlarından biri (çox güman ki, Problemli Kreditlar Şöbəsinin rəhbəri tolefonla zəng edərək xahiş etmişdir ki, şikayətini geri alsın. Səbəb kimi, polis əməkdaşının ona tez tez yığmasıni və izahat yazmaq üçün bölməyə dəvət etməsini və onun buna vaxtı olmamasını göstərmişdir. O isə öz növbəsində bildirmişdir ki, onu birdaha narahat etməsinlər). Polisə məlumat vermǝyǝ Bank və onun əməkdaşları onu məcbur etdilər. Yalnız, polis işə müdaxilə etdikdən sonra və onlara qarşı vətəndaşı narahat etmayin tələbi irəli sürüldükdən sonra va onlara izah olunduqdan sonra ki, bu cür məsələlərdə məhkəməyə müraciət olunur, onlar daha narahat etmədilər. Bundan başqa, bankın kredit borcu ilǝ alaqadar müştərinin iş yerinə zəng edib va yaxud məktub göndərib şikayət etməyə hüququ yoxdur. Bundan başqa, hər hansı bir şəxsin bankla apardığı istənilən əməliyyat - bank hesabat, əmanət, kredit və s. bank sirridir. Yani bu məlumatı bank yalnız müştəriyə, ya da qanunla nəzərdə tutulan müəyyən hallarda bəzi dövlət orqanlarına verə bilər. Amma digər şəxslərə bank bu məlumatı verə bilməz. Hətta müştərinin ailə üzvlərinə, qohumlarına belə . İş yerinə isə ümumiyyətlə, məlumat verə bilməz. Bank belə qanunazidd və qeyri-etik hərəkətlər etməsi nəticəsində bank sirri pozulur və bu hal ona gətirir ki, həmin şəxs haqqında mənfi fikir formalaşır. Bu isə həmin işçinin iş yerində qalmasına, əmək haqqına və s. məslələrə pis təsir göstərə bilər Bu, qanunla da nəzərdə tutulmayıb. Çünki bu, bank sirri sayılır. Hər bir şəxsin kommersiya sirri mövcuddur. Bank nümayəndəsi iş yerinə zəng edib ancaq müştərinin özü və ya zamini ilə danışa bilər. Bank nümayəndəsi kredit borcu olan müştərinin iş yerindəki başqa şəxslərlə zəng edə bilməz. Həmçinin ümumiyyətlə, bank borclunun özündən və onun zaminindən başqa şəxsə zəng etməli deyil. Ailənin digər üzvlərinin bu işa heç bir aidiyyəti yoxdur. Bank of Baku ASC-in ona təzyiq aləti kimi sənin iş yerinə zəng edəcəyik va yaxud gələcəyik kimi təhdid va hədə-qorxuları habelə ailə üzvlərinə və qohumlarına zəng edərək müraciət etməsi və onlara ona məxsus bank sirri haqqında məlumat verməsi ciddi qanun pozuntusu olub. Yəni beləliklə, İddiaçı ASC qanunsuz olaraq ona aid olan bank sirrini yayıb. (ailə üzvlərinə va qohumlarina zəng etməklə habelə iş yerinə məlumat göndərəcəyi hədələrini göndərməklə) Əgər müştəri ödəniş etmək, müqavilə şərtlərini yerinə yetirmək qabiliyyətində deyilsə va bunu halhazırkı durumda edə bilmirsə, o zaman bank ya müştərisinə möhlət verərək güzəştə gedə bilər, yox əgər bunu etmirsə məhkəməyə müraciət edə bilər. Əfsuslar olsun ki, "xxxx" məhkəməyə qədər olan dövrdə güzəştə getmək və vəziyyəti danışıqlar və sivil qaydada həll etmək əvəzinə, təhdid, şantaj habelə və ən əsası qeyri-qanuni va qeyri-etik yolları seçdi. Bankın və onun əməkdaşlarının yuxarda qeyd olunan yollara, metodlara, santaj və təhdid mesajlarına əl atmasını Bank əməkdaşlarının savadsızlığından, qeyripeşəkarlığından və qanunları bilməməklərindən habelə Bankın qəsdən Qanunvericiliyi pozmasından(vətəndaşların passivliyindən, qanunlardan məlumatsız olmalarından suiistifadə edirlər) va çox yalnış qurulmuş bankdaxili korporativ idarəetmə və kredit siyasətindən irəli gəldiyinə inanır və Bankın bu cür qeyri-qanuni va qeyri-etik hərəkətlər etməsi onun nüfuzuna və imicinə çox mənfi təsir göstərməkdədir. Və ən əsası olaraq qeyd etmək lazımdır ki, Bankın və onun əməkdaşlarnın qanunazidd və qeyri-etik hərəkətləri nəticəsində o və ailə üzvləri mənəvi və psixi sarsıntı keçirmiş, iztirab və əzab çəkmişlər. Bank belə qanunsuz hərəkətlərə yol verməklə onların sağlamlıqlarına və əsəb sistemlərinə ciddi zərbə vuraraq onlara mənəvi iztirablar və əziyyətlər yaşatmışdır. Habelə, bank mülki qanunvericiliyi kobud şəkildə pozaraq onun şərəf və layaqətini və işguzar nüfuzunu alçaltmaq habelə şəxsi hayat sirrini pozmaq cəhdləri etmişdir. İş yerinizə rəhbərliyinizə məlumat veriləcək deməklə və onu bu formada hədələməklə, Bank onu iş yerində rüsvay etmək, rəhbərlik qarşısında alçaltmaq və beləliklə işgüzar nüfuzuna zərbə endirmək niyyətində olub. Xüsusi ilə burada birdaha vurğulamaq istəyir ki,"xxxx" ASC Azarbaycan Respublikasının Konstitusiyası habelə Mülki Məcəllə və digər normativ-hüquqi aktlarına zidd olaraq xx.xx.2022 və 21.02 2022-ci il tarixlərində iş yerinə və rəhbərliyinə kredit gecikmələri barədə məlumat verəcəyinə dair şantaj və təhdid xarakterli mesajlar göndərmişdir. Məhz ona qarşı olan bu təhdid və şantaj xarakterli qeyri-qanuni hərəkətlər səbəbindən keçirdiyi stress və həyəcan nəticəsində artıq stend olan ürəyində işemik xəstəlik və gərginlik stenokardiyası dahada dərinləşmiş və ümumi vəziyyəti dahada ağırlaşmışdır. Nəticədə onda tənginəfəslik,sinədə göynəmə, kürəkdə ağrılar və tərləmələr müşahidə olunmuşdur. Bundan başqa, ürəyin aritmiyası və qan təzyiqinin qalxıb düşməsi vəziyyətini birazda pisləşdirmişdir. Bir neçə dəfə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq təcili tibbi yardım çağırılmışdır. Sadalanan neqativ tibbi proseslərin nəticəsi olaraq, səhhətinin pisləşməsi onun ürǝyi üzərində mini əməliyyat, yəni koronar anqioqrafiyanın keçməsi ilə nəticələnmişdir. Daha sonra isə, ambulator müalicədən stasionar müalicəyə transfer olunaraq bir neçə dəfə xəstəxanarejimində yatmışdır. Beləliklə, "xxxx" ASC-in hüquqazidd əməli nəticəsində ona güclü stress, narahatlıq, mənəvi sarsıntı və iztirab habelə ürək damarlarının spazmaları simptomları yaşanmış və dahada kəskinləşmişdir. “Bank of Baku" ASC-in və onun əməkdaşlarının ona qarşı olan və yuxarıda ətraflı təsvir olunan qanunazid hərəkətləri onun şüuruna dərin tasir göstərməklə onda mənfi psixoloji reaksiyalara səbəb olmuş və sağlamlığına ciddi ziyan dəymişdir. Bankın ona göstərdiyi qeyri qanuni və qeyri-insani təzyiqləri nəticəsində o, dərin mənəvi iztirab və psixoloji sarsıntı keçirərək və ürək damarlarında güclü spazmalar yaşayaraq ürək infarktına yaxın ağır hisslər keçirmişdir. Bucür hərəkətlərlə, Bank onun həm ürəyinə, həm də ümumi sağlamlığına habelə mərkəzi sinir və psixoloji vəziyyətinə çox ciddi zərbə vurmuşdur. Bunun nəticəsi olaraq o, dərin depressiya və stressə düşərək uzun müddət həyata olan marağını, yaşama eşqini, nikbinliyini va motivasiyasını itirmiş və uzun müddət özünu toplaya bilməmişdir. Həmçinin qeyd etməlidir ki, Bank və onun əməkdaşları bu mənəvi iztirabları, əziyyətləri ona sistematik və müntəzəm olaraq uzun müddət davam etdirmişdirlər. Bankın ona göstərdiyi qeyri-qanuni va qeyri-etik psixoloji təzyiqlər, şantajlar və hədə-qorxuların nəticəsi onun yuxarıda qeyd etdiyi kimi psixi vəziyyətinə ağır zərbələr vurmuş, ona maddi və mənəvi zərər dəymiş, mənəvi iztirab və sarsıntılar vermiş və bu da öz növbəsində onun işləmə qabiliyyətini o dərəcədə aşağı salmışdır ki, o, artıq işini davam etdirmək və normal iş fəaliyyəti ilə məşğul olmaq iqtidarında olmamış və bütün bu proseslərin nəticəsi olaraq işdən ayrılmalı olmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir və təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsinə dəqiqləşdirmə təqdim etməklə hazırda cavabdehdən bankın xeyrinə 19895,57 manat əsas, 4028,37 manat faiz və 457,85 manat cərimə borcunun tutulmasını xahiş edir. Hazırda cavabdehdən tələb edilən faiz məbləğində dəyişiklik edilmiş və məbləğ artırılmışdır. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin verildiyi tarixdən xeyli müddət keçmişdir və cavabdehin kredit müqaviləsinin müddəti bitməmişdir. Bu halda ödəniş qrafiki nəzərə alınmaqla faiz məbləğinin artırılmasına səbəb olmuşdur. Ekspert rəyi ilə də tanışdır. Demək olar ki, ekspertiza rəyində göstərilən nəticələrlə bankın tələbi arasında kəskin fərq yoxdur. Qarşılıqlı iddiaya münasibətində isə hesab edir ki, qarşılıqlı iddianın heç bir hüquqi əsası yoxdur və həmin iddia işin baxılmasının uzadılması məqsədilə verilmişdir. Cavabdehin iddiaçı bankda üç müxtəlif krediti var ki, onlardan ikisi barəsində icra qeydi vardır. Hazırda cavabdeh həmin icra qeydlərini də, başqa məhkəmələrdə mübahisələndirir və eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. Hətta həmin işlərin hazırki işə birləşdirilməsi ilə bağlı məsələ qalxsa da, baxılan işin məhkəmə iclasının baxış mərhələsində olması səbəbindən bu addım atılmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi və sübut hesab etdiyi SMS mətnlərini həmin işlər üzrə də, digər məhkəmələrə sübut kimi təqdim edilib. Cavabdeh ümumiyyətlə SMS-lərin hansı kredit mübahisəsinə aid olduğunu, hətta hazırki işə aidiyyatının olduğunu sübut edə bilir. Göndərilən SMS-lərin məzmunlarının şantaj xarakterli olduğu iddia edilsə də, məlum məsələdir ki, cavabdeh bank əməkdaşlarından hüquqmühafizə orqanlarına şikayət edib. Ortada şantaj olmuş olsa idi, hər hansı cinayət işi başlana bilərdi. Halbuki, belə bir qərar mövcud deyildir. Cavabdeh özü anasının, arvadının telefon nömrələrini bankın onunla əlaqə saxlamasını mümkün etmək üçün təqdim etmişdir. Bank tərəfindən həmin nömrələr araşdırılmamışdır.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixində bankdan 20000 manat məbləğində kredit götürmüşdür. Kredit borcundan cəmi 4 dəfə ödəniş edilib. Cavabdeh tərəfindən ödəniş qrafikdə nəzərdə tutulan ödənişin qaydası və məbləği barədə tələblər pozulmuşdur. Sonuncu dəfə kredit ödənişindən xx.xx.2022-ci il tarixində 150 manat ödəniş edilmişdir. Həmçinin borcun ödənilməsi zamanı cavabdeh tərəfindən gecikmələrə yol verilmişdir. Hətta ödənişi 1 ay gecikdirdiyi də olmuşdur. Cavabdeh yanvar ayında 450 manat ödəniş etmişdir. Bank tərəfindən cavabdehə kedit verilən zaman qarşı tərəfin iş yerində müvafiq arayışı olmuş və bankdan kredit götürəndə işsiz olmamışdır. Cavabdehlə bank arasında olan münasibət nağd kredit layihəsindən irəli gəlir. Qarşılıqlı iddia ilkin iddia ilə üst-üstə düşmür. Cavabdehin iş yerinə məktub göndərilməyib. Bank tərəfindən hər hansı hüquq norması, bank sirri pozulmamışdır. Məlumat üçün bildirir ki, sms mətnləri işçilər tərəfindən yazılmır, həmin mətn protokollaşdırılır. Cavabdehlə müqavilə bağlanan zaman ona kredit müqaviləsi üzrə ödəniş qrafiki təqdim edilmişdir. xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən faizə görə ödəniş edilmədiyindən, yeni qrafik tərtib edilmişdir. Hətta cavabdehin istəyi ilə yeni ödəniş qrafiki tərtib edilmişdir.
8. Bundan başqa qarşılıqlı iddia ərizəsinə etiraz aşağıdakı qaydada əsaslandırılmışdır: qarşılıqlı iddiaya ayrıca baxılmalıdır. Qarşılıqlı iddianın məhkəmə tərəfindən qəbul edilməsi MPM-nin 156.1-ci maddəsi ilə tənzimlənir və hakim tərəfindən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə icraata qəbul edilə bilər. Mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının məzmunu belə nəticəyə gəlməyə imkan verir ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiasına qarşı tələb və müdafiə vasitəsinin təzahürüdür və hər iki iddia növü arasında bağlılıq və asılılıq mövcud olmaqla, qarşılıqlı tələblərin ödənilməsinə və ya aradan qaldırılmasına yönəlməlidir. Lakin cavabdehin verdiyi iddia tamamilə başqa iddia olub qarşılıqlı iddianın tələblərini ödəmir və cavabdeh bu barədə ayrıca iddia verib məhkəməyə müraciət edə bilər. Ümumi halda isə ilkin iddia tələbi tam haqlı tələb olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi is absurd mülahizələrə əsaslandığından rədd edilməlidir. Cavabdehin öhdəliyi təqsirsiz səbəbdən gecikdirməsi təsdiq olunmur. Belə ki, cavabdeh məhkəməyə ayrı-ayrı vaxtlarda etiraz və qarşılıqlı iddia tələbi təqdim edərək bir-birinə zidd əsaslandırmalar vermişdir. Əvvəlcə səhhətində yaranan problemlərə görə, əmək qabiliyyətini müvəqqəti itirməsini və buna görə də krediti ödəyə bilmədiyini qeyd etsə də, sonradan qarşılıqlı iddiasında səhhətində olan problemlərin bankın əməkdaşlarının ona edilən zənglərin sayəsində yarandığını bildirmişdir. Cavabdeh səhhəti ilə əlaqədar ödəmə qabiliyyətini itirdiyini, öhdəliyi təqsirli olmadığı hallara görə icra etmədiyini önə çəkərək MM-in 445.5-ci maddəsinə əsasən öhdəliyi gecikdirmədiyini bildirir. Halbuki, onun etirazına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, cavabdehin əmək qabiliyyəti yerindədir. Onun ən azı uzun müddət ödəmə qabiliyyətini itirməsini göstərən hallar mövcud deyildir. Cavabdeh əsasən ambulator, bəzən isə bir-neçə günlük stasionar müalicə almışdır. İşləməməsi barədə hər hansı sənəd əlavə etməmişdir. Hətta cavabdehin istinad etdiyi halları həqiqi qəbul etsək belə, həmin hallar öhdəliyin təqsirsiz səbəbdən icra edilməməsi kimi qəbul edilə bilməz. Cavabdehin ödəmə qabiliyyətinin olmaması səbəbinə görə güzəşt məsələsinə məhkəmə qərarı çıxarıldıqdan sonra baxıla bilər. Bank sirri pozulmamışdır: Cavabdehin bankı MM-in 967-ci maddəsində nəzərdə tutulmuş bank sirrinin pozulmasına görə ittihamına gəldikdə isə, cavabdehin bu dəlili də əsassızdır. Əvvəla, bank cavabdehin krediti barədə hər hansı kənar şəxsə, o cümlədən onun iş yeri üzrə rəhbərliyinə məlumat verməmişdir. Digər tərəfdən hazırkı dövrdə krediti olmaq ayıb bir şey sayılmadığı üçün cavabdehin iş yerinə belə bir məlumat verilsə belə bu hər hansı mənəvi iztiraba səbəb ola bilməz. Cavabdeh mənəvi iztirab və sarsıntı keçirməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdeh kredit sazişində və şərtlərində imza etməklə kredit barədə məlumatların onun iş yerinə verilməsinə etiraz etməmişdir. Bir məsələ də qeyd olunmalıdır ki, bank sirrinin pozulması dedikdə sirrin kredit müqaviləsinin məqsədlərindən kənar şəkildə yayılmasından və nəticədə müştərinin hansısa maddi-mənəvi itkilərə məruz qalması başa düşülməlidir. Bank, kredit müqaviləsinin şərtlərini yerinə yetirərkən, kreditor hüquqlarını həyata keçirərkən və borcun geri qaytarılması üçün tədbirlər görərkən borclunun ətrfında olan şəxslərin borcun mövcudluğundan xəbər tutması heç cür bank sirrinin pozuntusu sayıla bilməz. MM-in 741-ci maddəsi pozulmamışdır. Cavabdehin etirazında qeyd etdiyi MM-in 741-ci maddəsinə əsasən faizlərin ilin sonu tutulması tələbi pozulmamışdır. Həmin maddəyə görə borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı kredit (borc) də bir il başa çatanadək hər ay geri qaytarıldığı üçün faizlər də ona uyğun aylıq ödənilməlidir. Digər tərəfdən bir hüquqşünas kimi öz hərəkətinin hüquqi nəticəsini tam dərk edən cavabdeh özü də müqavilə və ödəniş cədvəlinə imza etməklə faizlərin aylıq ödənilməsinə razılaşmışdır. Ödənişin silinmə növbəliliyi: Bank tərəfindən düzgün həyata keçirilmişdir Cavabdehin istinad etdiyi MM-in 440.2-ci maddəsi bir-neçə tələbə-öhdəliyə aid hüquq norması olub hazırkı yeganə kredit mübahisəsinə tətbiq edilə bilməz. Cavabdehin nəzərdə tutduğu mənada hazırkı mübahisəyə və ödənişin borc növlərinə uyğun bölüşdürülməsinə MM-in 432.4-cü maddəsi tətbiq edilir. Həmin maddəyə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Qeyd etmək lazımdır ki, ödəniş cədvəli MM-in 432.4-cü maddəsində nəzərdə tutulmuş qaydadan daha yumşaq olub hər ay əsas borcun bir hissəsinin də silinməsini nəzərdə tutur. Bundan əlavə cavabdeh ödəniş cədvəlinə imza etməklə ödənişin borc növləri üzrə məhz cədvəldə göstərilən nisbətdə silinməsi ilə razılaşmışdır. Yuxarıda göstərilənlərə əsasən qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ilkin iddia tələbini banka aralarında kredit müqaviləsinin bağlanması və tələb edilən əsas borca münasibətdə qəbul edir. Lakin, nəzərə alınmalıdır ki, bankla aralarında müqavilə bağlanan zaman AR Mülki Məcəlləsinin 741-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əslində tərəflər arasında bağlanan kredit müqaviləsi qanunvericiliyin tələblərinin kobud pozulması ilə bağlanmışdır. Belə ki, məcəllənin tələbləri nəzərə alınarsa, əslində ondan tutulmalı olan faiz məbləğləri ilin sonunda tutulmalı idi. Lakin hazırki müqavilə ilə isə bank tərəfindən faiz məbləği hər ay hesablanmışdır. Belə olduğu təqdirdə tərəfindən edilən ödənişlərin əsas hissəsi faiz borcundan silinir və əsas borc məbləğinin daha az azalmasına səbəb olur. Yəni, bankın strategiyasına görə əsas borc məbləğinin daha gec ödənilməsinə nail olunmaq üçün faiz borcu hər hesablanmalar bocalandan tutulur. Belə olduğu təqdirdə isə ödəyəcəyi borc məbləğinin faiz borcundan silinəcəyini bildiyindən, müqavilə üzrə ödənişlər etməmişdir. Səhhətində yaranan problemlərə görə əmək qabiliyyətini itirdiyindən 4-5 ay işə getməmişdir. Həmin dövrdə isə bankın X3nə ərizə ünvanlayaraq, mövcud şəraitin nəzərə alınmasını və ona hər hansı güzəşt təqdim edilməsini xahiş etmişdir. Bank isə onun müraciətinə və faktiki halına biganə yanaşaraq, borcun ödənilməsini tələb etmişdir. Qarşılıqlı iddiasına münasibətdə isə qeyd edir ki, bank tərəfindən bank sirrini təşkil edən məlumatlar yayıldığından qanunvericiliyin tələbi pozulub. Belə ki, onun bank onun kredit borcu ilə əlaqədar həm anası, həm arvadı ilə danışıqlar aparılıb. Hətta ailəsinə banka olan borcun ödənilməsi üçün əmlak satışı ilə bağlı təklif belə edilmişdir. Bankın əməkdaşları onu gündəlik olaraq, gündə isə bir neçə dəfə yığaraq, sms göndərərək narahat etdiklərindən barələrində tədbir görülməsi üçün 6-cı PB-nə şikayət etmişdir. Hətta bankın həmin əməkdaşları bölməyə dəvət olunmuş və izahatları alınmışdır. Şikayətindən sonra isə bank daha onunla əlaqə saxlamamışdır. Ona göndərilən SMS mətnlərində göstərilir ki, banka olan borcunu ödəməyəcəyi təqdirdə onun iş yerinin rəhbərliyinə müraciət ediləcək. Əslində bununla bankın nəyə nail olacağı məlum deyil. Belə ki, rəhbəri onu kredit borcunun ödənilməsi üçün necə məcbur edə bilər. Göründüyü kimi bu kimi hərəkətlər onun mənəvi cəhətdən sarsıntı keçirməsinə səbəb olmuş, bu sarsıntılar səhhətinə zərər vurduğundan işdən çıxmalı olmuşdur.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, Bank tərəfindən ona və ailəsinə telefon zəngləri edilərək kobud və aqresiv danışılır. Bankdan kredit götürən zaman “Gilan Holding”-də işləmişdir. Bank tərəfindən edilən zənglər və göndərilən SMS mətni təhdid xarakterlidir. Hətta bankın nümayəndəsi tərəfindən anasına bildirilmişdir ki, mülkiyyətdə torpaq sahəsi varsa satılsın və banka olan borc ödənilsin. Bankın 4 il etibarlı müştərisi olmuş, kredit məbləği bank tərəfindən ona təklif edilmişdir. Hətta özü banka yaranmış borc məbləği ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmələrini təklif etmiş, lakin bank tərəfindən məhkəməyə müraciət edilməmiş, proses uzadılmışdır. Kredit götürməmişdən əvvəl də xəstə olmuş, Bankın SMS-lərindən sonra halı pisləşmiş, 6 №-li xəstəxanada müalicə almışdır. Hətta başqa bir bankdan da kredit götürsə də, ona hər hansı SMS göndərilməmişdir. Bankdan 36 ay müddətinə 20000 manat kredit götürdüyü doğrudur. İlk aylar qanunamüvafiq ödənişləri etmişdir. Lakin sonradan ödəmək imkanı olmamışdır. Borcu ödəmək niyyətində olsa da, maddi imkanı yoxdur. İddiaya etirazında da göstərmişdir ki, borcu ödəməyi planlaşdırır. Heç vaxt banka borcunu ödəməyəcəyini bildirməmişdir.Bankla bağlanmış müqavilə heç ona təqdim edilməyib. Etdiyi ödənişlərdə silinmələr düzgün aparılmamışdır. Belə ki, Mülki Məcəllənin 741-ci maddəsinə əsasən faizlər ilin sonunda ödənilməlidir, lakin bank qanunsuz olaraq aparılan ödənişlərdən ilkin olaraq faiz və cəriməni silmişdir. Eyni zamanda müqavilədəki həmin şərtlər, yəni faizin tutulması və borcun ödənilmədiyi halda bank sirrini təşkil edən məlumatların yayılması barədə şərtlər etibarsızdır.
11. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddiaya dair etirazında göstərir: O, Cavabdeh, "xxxx" ASC-in 2018-ci ildən etibarən daimi və loyal müştərisidir. Hər zaman ona bank tərəfindən ayrılmış istehlak krediti üzrə ödənişləri vaxtı-vaxtında və məsuliyyətlə yerinə yetirmişdir. Əminliklə qeyd edə bilər ki, heç bir ciddi və uzunmüddətli gecikmələrim olmamış və Bankın daxili sistemində müsbət və yüksək reytinqli müştəri kimi qeydiyyatda olmuşdur. Lakin, 2021-ci ilin dekabr ayından etibarən onun səhhətində ciddi problemlər başladığı üçün habelə bunun nəticəsi olaraq əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyinə görə 2022-ci il yanvar ayının 24- dən etibarən xəstəlik məzuniyyətinə çıxmaq məcburiyyətində qalmışdır. İşdə keçirdiyi stress və həyəcan nəticəsində artıq stend olan ürəyində işemik xəstəlik və gərginlik stenokardiyası dahada dərinləşmiş və ümumi vəziyyəti daha da ağırlaşmışdır. Nəticədə onda tənginəfəslik, sinədə göynəmə, kürəkdə ağrılar və tərləmələr müşahidə olunmuşdur. Bundan başqa, ürəyin aritmiyası və qan təzyiqinin qalxıb düşməsi vəziyyətini birazda pisləşdirmişdir. Bir neçə dəfə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq onun üçün təcili tibbi yardım çağırılmışdır. Sadalanan neqativ tibbi proseslərin nəticəsi olaraq, səhhətinin pisləşməsi onun ürəyi üzərində mini əməliyyat, yəni koronar anqioqrafiyanın keçməsi ilə nəticələnmişdir. Daha sonra isə, ambulator müalicədən stasionar müalicəyə transfer olunaraq bir neçə dəfə xəstəxana rejimində yatmışdır. 2022-ci yanvarın sonundan əmək qabiliyyətini itirməyinə və əmək haqqının 60% qədərini almağına baxmayaraq, o, yaranmış belə çətin və ağır durumda bacardığı qədər, yəni imkan daxilində yanvardan etibarən bir neçə dəfə hissə hissə ödənişlər etmişdir. "xxxx"dan başqa digər bank və bank olmayan kredit təşkilatlarına həmçinin kreditləri var və səhhəti ilə əlaqədar olaraq maliyyə vəziyyətinin ağır olması səbəbindən ödənişləri tam həcmdə etmək imkanı olmayıb və bunu ona dəfələrlə zəng edən "xxxx" ASC-in əməkdaşlarına bildirmişdir. Ödənişləri tam həcmdə və vaxtı vaxtında ödəməməyi üçün üzürlü səbəbləri olmuşdur. Bu səbəblər səhhətində olan ciddi problemləri və bunun nəticəsi olaraq əmək qabiliyyətinin itirilməsi, əmək haqqının 60% qədərini almağı, dərman və müalicə xərclərinin və məsrəflərinin yüksək olması, habelə himayəsində iki azyaşlı övladlarının və işləməyən yoldaşının olmasıdır. Səhhətinin getdikcə pisləşməsi ona gətirib çıxartdı ki, o, aprel ayının sonundan işdən ayrılmalı olmuş və müalicələrini davam etdirmək məcburiyyətində qalmışdır. Hətta, may ayının sonunda vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, təcili tibbi yardım vasitəsi ilə Ə.D. Məlikov adina 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. xx.xx.2022- ci il tarixindən bugünədək işsizdir və ödəniş etmək üçün heçbir imkanı yoxdur. Bundan başqa, müalicə və digər tibbi prosedurlarıa və dərmanlarına xeyli xərci və məsrəfləri çıxır. Bucür ağır şərtlər altında ödəniş etmək qabiliyyətində deyil. Lakin, bu o demək deyil ki, ödəniş etmək fikirində deyil və yaxud ödənişlər üzrə öhdəliklərini qəsdən və üzürsüz səbəb olmadan icra etmir və ya onları bilərəkdən icra etməkdən boyun qaçırır. Əksinə məsələyə məsuliyyətli və vicdanlı yanaşaraq habelə qanunverciliyin tələblərinə riayət edərək, Banka rəsmi məktubla müraciət etmiş, banka pis vəziyyətdə və çətin durumda olduğunu izah edərək xahiş etmişdir ki, ona müəyyən güzəşt və kompromislər olunsun. Bundan başqa, ona dəfələrlə zəng edən bank əməkdaşlarına vəziyyəti barədə və ödəmə qabiliyyətinin olmaması haqda mütəmadi olaraq məlumat vermişdir. Lakin, Bank onun məktubuna rəsmi cavab versə də, heçbir kompromisə və güzəştə getməmişdir və nə ona möhlət vermis, nə də, konstruktiv danışıqlar aparmış, nə da kreditin restruktizasiyasini həyata keçirmişdir. İndi səhhətində müsbət vəziyyət yaransada, hal-hazırda işsiz olduğum üçün borcu ödəmək imkanı yoxdur. Yuxarda izah etdiyi kimi, başına gələn hadisələr, yaranmış borcunun ödənilməsini mümkünsüz etmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə müvafiq olaraq əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Yuxarıda ətrafli izah etdiyi kimi, gecikmələri ondan asılı olmayan, təqsiri olmadan və üzürlü səbəblər nəticəsində baş vermişdir. Üzürlu səbəblərinə dair bütün zəruri sənədlər mövcuddur. Bir neçə ay səhhəti ilə məşgul olduğu üçün aktiv iş axtarışı ilə məşğul ola bilməmişdir. Lakin, son bir ay ərzində səhhətində pozitiv dəyişikliklər müşahidə olunduğu üçün aktiv iş axtarışına başlamışdır. Artıq bir neçə yerdən müsahibələrə dəvət almış və çox umid edir və inanır ki, CV göndərdiyi özəl şirkətlərdən birinə işə düzəlməyə müvəffəq olacaq. İntervyuda iştirak etdiyi şirkətlərdən müsbət cavab gözləyir. Yeni işə başladığı təqdirdə, növbəti ayın maaşını alan kimi imkan dairəsində kredit ödənişlərini bərpa etmək niyyətindədir, çünki onun borcu ödəməmək, borcdan qəsdən yayınmaq və yaxud üzürlü səbəb olmadan borcu ödəməmək habelə borcu ümumiyyətlə ödəməkdən imtina etmək kimi fikir və niyyətləri qətiyyən yoxdur və olada bilməz. Borcunun olduğunu inkar etmir və onu ödəmək fikri var, lakin indiki vəziyyətdə və məbləğdə ödəmək imkanı yoxdur, imkanı yaranan kimi ödənişlərini, imkan dairəsində, bərpa etmək niyyətindədir. Yuxarda qeyd olunanlardan başqa ona qarşı irəli sürülmüş iddiaya etiraz olaraq "xxxx" ASC-in onunla imzaladığı xx.xx.2021-ci il tarixli CC/15305/83/28 saylı Kredit Müqaviləsi(sazişi) və həmin Kredit sazişi üzrə və onun ayrılmaz tərkib hissəsi hesab olunan xx.xx.2021-ci il tarixli Ödəniş Cədvəli üzrə Razılaşmada yol verdiyi qanun pozuntularını diqqətə çatdırmaq istəyir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. "xxxx" ASC isə mənimlə bağladığı Kredit Müqaviləsinə müvafiq olaraq və mənə təqdim etdiyi ödəniş cədvəlinə əsasən faizləri ayda bir dəfə tutur. Bu mövcud qanunvericiliyə ziddir. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə müvafiq olaraq əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, bore bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu maddədən belə nəticəyə gəlmək olur ki, Bank qanunu pozmuşdur, çünki faizlər ilin sonunda deyil, əksinə hər ay tutulmuşdur. Bundan başqa, aramızda bağlanmış kredit müqaviləsinə əsasən borcun bir il başa çatanadək qaytarılması şərti və yaxud öhdəliyi mövcud deyildir, əksinə kredit borcu 36 ay müddətinə qaytarılması təmin edilməlidir. Başqa sözlə desək, kredit borcunun bir il bitənədək qaytarılması kredit müqaviləsində şərtləşdirilməyib. Bundan başqa, borcun faizlər ilə bir vaxtda ödənilməsi və eyni zamanda qaytarılması tələbini mövcud qanunvericilik nəzərdə tutmur əgər bir il başa çatanadək qaytarılmalı deyilsə. Beləliklə, Bankın əsas borc ilə faizi eyni zamanda tələb etməsi qanunsuz və əsassızdır, çünki Mülki Məcəllədə borcluya qarşı bu cür tələb mövcud deyil. Bu səbəbdən, "xxxx" ASC-in onunla bağladığı kredit müqaviləsi qanunsuz və etibarsızdır. Bundan başqa, bankın kreditləşmə şərtlərinə müvafiq olaraq təqdim etdiyi ödənişin silinməsi ardıcıllığı, yəni gecikdirilmiş borc üzrə ödənişdən, ilk növbədə, cərimə faizlərinin, sonra faizlərin və yalnız yekunda asas borcun tutulması qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən, əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Təbii ki, əsas borc onun üçün borclu olaraq daha ağır tələbdir, çünki əsas borcun üstünə faiz gəlir. Buna görə də cərimə faizinin və faizin ilk növbədə tutulması qanunsuzdur. Beləliklə, onunla "xxxx" arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 nömrəli istehlak krediti müqaviləsi habelə Bankın ona təqdim etdiyi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli Azərbaycan Respublikasının qanunvericiliyinə, yəni Mülki Məcəlləyə ziddir. Bu isə o deməkdir ki, sözügedən Kredit Müqaviləsi etibarsız və qanunsuzdur. Yekun olaraq bu onu deməyə əsas verir ki, "xxxx" ASC Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 741 və 440.2-ci maddələrini pozaraq borcalanı aldatmış və onun etibarından sui-istifadə etmiş və hüquqlarını pozmuşdur. Əlavə olaraq qeyd edir ki, "xxxx" ASC və onun əməkdaşları bank sirrinə dair məsələlərlə bağlı ciddi qanunpozuntularına yol vermiş və qanunazidd hərəkətlərini ona qarşı müntəzəm olaraq davam etdirmişdir. "xxxx" ASC Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin 967-ci maddəsinin habelə "Banklar haqqında" Qanununun 41-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq ona, xx.xx.2022 və 21.02 2022-ci il tarixlərində iş yerinə və rəhbərliyinə kredit gecikmələri barədə məlumat verəcəyinə dair şantaj və təhdid xarakterli mesajlar göndərmişdir.
12. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia ərizəsinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş etirazı ilə bağlı əlavəsində göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Deməli, həmin Məcəllənin 741-ci maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış kredit müqaviləsi də etibarsızdır. "xxxx" ASC-in onunla bağladığı kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli etibarsızdır. Həmçinin, Mülki Məcəllənin 440.2-ci maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış kredit müqaviləsi birdaha etibarsızdır, çünki həmin maddəyə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Beləliklə, bankın kreditləşmə şərtlərinə müvafiq olaraq təqdim etdiyi ödənişin silinməsi ardıcıllığı, yəni gecikdirilmiş borc üzrə ödənişdən, ilk növbədə, cərimə faizlərinin, sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması qanunsuzdur. Beləliklə, "xxxx" ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbələrini həmin Məcəllənin 741-ci, 440.2-ci və 967-ci (bank sirri haqqında müddəalar) maddələrinə riayət etməməklə ve onlara qarşı zidd hərəkət etməklə pozmuşdur. Əlavə olaraq qeyd edir ki, bundan öncəki etirazında bildirmişdir ki, xx.xx.2021ci il tarixli o və Bank arasında imzalanmış Kredit Sazişində ( Müqaviləsində) "xxxx" ASC-in 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri adlı bankdaxili korporativ sənədə istinad edilərək deyilir ki, tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər yuxarıda qeyd olunan şərtlər ilə müəyyən olunur. Məhz bu sözügedən Kreditləşmə və Xidmət şərtlərinin 11.1 və 11.8- ci bəndləri həmçinin Azərbaycan Respublikasının Qanunverciliyini pozur. Beləki, 11.1- ci bənddə qeyd olunur ki, Müqaviləni imzalamaqla Müştəri və Zamin bəyan edirlər ki, müqavilə üzrə öhdəliklərini tam və ya lazımınca icra etmədikdə öhdəliyin icrasının təmin edilməsi istiqamətində Qanunverciliyə (Qanunvericilikdə belə hal yoxdur, Qanunların adından Bank sui-istifadə edir) və Müqaviləyə müvafiq olaraq tədbirlərin görülməsi məqsədi ilə Bank tərəfindən onların yaşadığı ünvana və/ və ya iş yerinə müvafiq məktublar, bildirişlər göndərilməsinə və ya Bank əməkdaşlarının/ nümayəndələrinin onların yaşadığı ünvana və/və ya iş yerinə gəlməsinə etiraz etmirlər. Bundan başqa, həmin Şərtlər və Xidmətlərin 11.8-ci bəndinə əsasən Bank müqavilədən irəli gələn hüquq və vəzifələrini Müştərinin razılığı olmadan üçüncü şəxsə verə bilər. Müştəri isə yalnız Bankın yazılı razılığı ilə belə hüquqa malikdir. Bu bəndlər imzalandığı gündən etibarsızdır çünki borcalanın hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına xidmət edir. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967- ci habelə " Banklar haqqında" Qanunun 41 maddəsinə müvafiq olaraq Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası "İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında Qanunun 16-cı maddəsinə müvafiq olaraq istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, "Kommersiya sirri" haqqında Qanunun 2.0.1. maddəsinə müvafiq olaraq kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmin Qanunun 2.0.7. maddəsinə uyğun olaraq kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması deməkdir. Həmin Qanunun 5.0.4. maddəsinə müvafiq olaraq, kommersiya sirrindən öz maraqları üçün istifadə etmiş şəxslərdən vurulan ziyanın əvəzini məhkəmə qaydasında almaq nəzərdə tutulur. Bundan başqa, " Fərdi məlumatlar" haqqında Qanunun 5.2. maddəsinə müvafiq olaraq konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. Həmin Qanunun 13.1. maddəsinə müvafiq olaraq fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Yekun olaraq yuxardaki mühüm Qanunvericilik normaları onu deməyə əsas verir ki, Bankın müştəriyə aid bank və kommərsiya sirrini təşkil edən məlumatları üçuncü şəxslərə verməyə habelə müştərinin iş yerinə getməyə yaxud borc haqqında məlumatları iş yerinə və rəhbərliyinə habelə qohumlarına və ailə üzvlərinə bildirməyə yaxud onlardan şikayət etməyə və bununlada onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələməyə və alçaltmağa və ona beləliklə qeyri-qanuni ve qeyri-etik psixoloji və mənəvi təzyiq göstərməyə heçbir hüququ yoxdur. "xxxx" ASC özünün 26 aprel 2014-cü il tarixli Kreditləşmə Şərtləri vasitəsi ilə müştəriləri aldadır və onlara qarşı qeyri-qanuni hərəkətlərə yol verir.
13. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia ərizəsinə verilmiş əlavəyə etirazında göstərir: faizlərin aylıq hesablanması və onların hər ay üzrə artırılması mövcud Qanunvericiliyə ziddir. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə müvafiq olaraq "əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir". Bundan başqa, aramızda bağlanmış Kredit müqaviləsinə əsasən borcun bir il başa çatanadək qaytarılması şərti və öhdəliyi mövcud deyildir. Əksinə olaraq kredit borcunun qaytarılması 36 ay ərzində təmin edilməlidir, yəni bu bir illik deyil üç illik müddətinə verilmiş istehlak kreditidir. Başqa sözlə, kredit borcunun 1 il bitənədək qaytarılması kredit müqaviləsində şərtləşdirilməyib. Bundan başqa, borcun faizlər ilə bir vaxtda ödənilməsi və eyni vaxtda qaytarılması tələbini mövcud qanunvericilik nəzərdə tutmur əgər borc 1 il başa çatanadək qaytarılmalı deyildirsə. Beləliklə, Bankın əsas borc ilə faizi eyni zamanda hər ay tələb etməsi qanunsuz və əssasızdır çünki Mülki Məcəllədə borcluya qarşı bu cür tələb mövcud deyil. Artırılmış faiz borcu və cərimə borcu üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Bunu onunla əsaslandırmaq olar ki, bundan öncə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının yekun rəyində göstərilən borc üzrə faiz və cərimələr İddiaçı verdiyi rəqəmlər ilə üst üstə düşmür. Bu o deməkdir ki, bank qeyri-dəqiq, yalnış və yalan rəqəmlər və məlumatlar təqdim edir. “İddia tələbinin artırılması barədə” tələb, bundan öncə keçirilən ekspertizanın verdiyi rəqəmlər və məlumatlar ilə uyğunsuzluq və ziddiyyət təşkil etdiyi üçün Bankın verdiyi faiz borcunun artması və cərimə borcu üzrə rəqəmlərin və məlumatların yenidən araşdırılaraq məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi olduqca vacibdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
14. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı kredit sazişinə (ərizə), ödəniş planına əsasən bank kredit alana aylıq ödəniş 763,81 manat olmaqla, 36 ay müddətinə, illik 22% olmaqla 20000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 05 noyabr 2021-ci il, sonuncu ödəniş tarixi 07 oktyabr 2024-cü il olaraq müəyyən edilmişdir. Kredit müqaviləsinə əsasən müştəriyə 3801000CC1530528A83C saylı cari hesab və 1851000CC150528A83 saylı ssuda hesabı açır.
15. İddiaçı ASC tərəfindən xx.xx.2014-cü il tarixində İddiaçı ASC tərəfindən təsdiq edilən, həmçinin Cavabdeh tərəfindən imzalanan “İddiaçı ASC-nin Müştərilərinə kreditləşmə və xidmət şərtləri”nin 3.3-cü bəndindən görünür ki, müqavilə üzrə verilmiş nağd pul krediti və ona hesablanmış faizlər ödəniş cədvəlinə əsasən müştəri tərəfindən banka nağd və ya köçürülmə yolu ilə kredit müddətində qaytarılır. Şərtlərin 10.3-cü bəndinə əsasən bank sirri təşkil edən məlumatlar yalnız müştəriyə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Müştəri bu müqavilə üzrə bank xidmətlərinin təşkili, tələb hüquqlarının ötürülməsi, borcun alınmasının təmin edilməsi, kredit üzrə hər hansı bir pozuntunun aşkar olunması zamanı və bankın zəruri hesab etdiyi digər hallarda bank sirrini təşkil edən məlumatların bankın əməkdaşlarına, müştərinin iş yerinə, bankın əməkdaşlıq etdiyi aidiyyəti üzrə şəxslərə, müvafiq dövlət orqanlarına və bankın zəruri hesab etdiyi digər şəxslərə verilməsinə etiraz etmədiyini qəbul edir. Şərtlərin 11.1-ci bəndinə əsasən müqaviləni imzalamaqla müştəri və zamin bəyan edirlər ki, müqavilə üzrə öhdəliklərini tam və ya lazımınca icra etmədikdə öhdəliyinin icrasının təmin edilməsi istiqamətində qanunvericiliyə və müqaviləyə müvafiq olaraq tədbirləri görülməsi məqsədilə bank tərəfindən onların yaşadıqları ünvana və / və ya iş yerinə müvafiq məktublar, bildirişlər göndərilməsinə və ya bank əməkdaşlarının/nümayəndələrinin onların yaşadıqları ünvana və və/ya iş yerinə gəlməsinə etiraz etmirlər.
16. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 20000 manat kredit ayrılmışdır.
17. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsinə dair razılaşmadan görünür ki, bu razılaşmaya əsasən müqavilənin (05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı) 1 saylı əlavəsində göstərilən ödəniş cədvəli dəyişdirilərək, ilkin ödəniş tarix xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2024-cü il olmaqla aylıq ödəniş 776,23 manat müəyyən edilmişdir.
18. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı müqavilə üzrə 19895,57 manat əsas, 4028,37 manat faiz, 457,82 manat məbləğində cərimə borcu vardır.
19. İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən aldığı kredit vəsaitinə görə xx.xx.2022-ci il tarixinədək İddiaçı ASC-nə cəmi 1578 manat məbləğində pul vəsaiti ödənilmişdir.
20. İddiaçı ASC tərəfindən borcluya ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, borcluya 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
21. 28 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 159 manat dövlət rüsumu ödənilmişdir.
22. Azəraycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi 15 nömrəli şəhər poliklinikasının həkim məsləhət komissiyası tərəfindən təsdiq edilən əmək qabiliyyətinin olmaması barədə ******* saylı vərəqədən görünür ki, Cavabdeh gərginlik stenokardiyası və s. diaqnoz qoyulmaqla ambulator rejimli müalicə tövsiyyə edildiyindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cil tarixədək işdən azad edilmiş sonda isə stasionar müalicəyə buraxılmışdır.
23. Ə.D.Məlikov adına 6 saylı BSX tərəfindən verilən ambulator kartadan olan çıxarışdan görünür ki, xəstə Cavabdeh vəziyyəti orta ağırlıqdadır. Şəxsə angioplastika olunub və 1 stend qoyulub. Son ağırlaşma 1 aydı davam edir. Müalicə sonrası xəstəliyin nəticəsi dəyişikliksiz qeyd olunub.
24. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli SMS mətninin surətindən bildirişin mətni aşağıdakı formada oxunur: “Hörmətli müştəri. Sizi kredit ödənişinizin gecikmələri barəsində bildiriş formasında iş yerinizdə rəhbərliyinizə müraciət olunacaq. Bank of Baku”
25. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlər rüsumu ödənilmişdir.
26. Cavabdeh tərəfindən İddiaçı ASC-nin X3 X5 Aliyə yazılan ərizələrdən görünür ki, Cavabdeh kredit üzrə borc üzrə əsas və faiz borclarının silinməsi üçün ona gözəşt edilməsini xahiş etmiş, onu və ailə üvzlərini borcun qaytarılması ilə bağlı narahat edilməməsini xahiş etmiş, borc məbləğinin tələb edilən həcmdə ödəməyə maddi imkanın olmadığını bildirmişdir.
27. Cavabdeh tərəfindən “X2” MMC-nin direktoruna yazılan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən tutduğu vəzifədən azad edlməsi və bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 9/6998 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh İddiaçı ASC-nə olan borcu 22.727,27 manat məbləğində müəyyən edilir. O cümlədən əsas kredit borcu 19895,57 manat, faiz borcu 2092,35 manat faiz, 739,35 manat cərimə borcu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “2434” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə hesablanmış alınacaq faizlər-milli valyutada” aid olduğu müəyyən edildi. Lakin təqdim edilmiş “3801” saylı cari hesabda (Fiziki şəxslərin cari hesabları-milli valyutada) aparılmış ödənişlərdən “2434” saylı hesaba “cərimə borcu” təyinatı ilə silinmişdir. Bu səbəbdən hazırki ekspertiza tədqiqatı zamanı borcalan tərəfindən aparılmış ödənişlər əsas və faiz borcu üzrə silinmiş, cərimə borcu isə hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 150 manatdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
29. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı kredit sazişinə (ərizə), ödəniş planına əsasən bank kredit alana aylıq ödəniş 763,81 manat olmaqla, 36 ay müddətinə, illik 22% olmaqla 20000 manat məbləğində kredit vermişdir. Kreditin verilməsi məxaric orderi və cavabdehin öz izahatları ilə təsdiq edilir.
30. İlkin iddia üzrə iddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etməmiş, nəticədə cavabdehin maliyyə arayışında göstərilən məbləğdə-05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı müqavilə üzrə 19895,57 manat əsas, 4028,37 manat faiz, 457,82 manat məbləğində cərimə borcu yaranmışdır.
31. Faktiki olaraq müqavilənin müddəti bitməmişdir. (Müqavilənin bitmə tarixi xx.xx.2024)Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir.
32. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə iddia edir ki, bankla arasında 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı kredit müqaviləsi bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinin tələbləri pozulmuş, həmçinin bank sirrini təşkil edən məlumatların bank tərəfindən yayılması nəticəsində ona mənəvi zərər dəymişdir. Hesab edir ki, ödəniş cədvəli nəzərə alınmaqla, bankın tərəfindən etdiyi və ediləcək kredit ödənişləri üzrə pul vəsaitlərindən ilk olaraq faiz borcunu tutmaqda haqlı deyildir. Belə ki, MM-nin 741-ci maddəsində göstərilir ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Yəni bank bir il başa catmadan dərhal ödənişin birinci ayından ondan faiz borclarını tutmaqda haqlı deyildir. Həmçinin, bununla bağlı aralarında hər hansı bir razılaşma yoxdur. Bundan başqa bankın onun ailə üzvləri ilə əlaqə saxlaması və iş yerinin rəhbərliyinə kredit borcu ilə bağlı məlumat verməklə hədələməsi nəticəsində ona 3000 manat məbləğində mənəvi zərər vurmuşdur.
33. İlkin iddia üzrə tələb edilən borc məbləği cavabdeh tərəfindən mübahisələndirildiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 9/6998 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh İddiaçı ASC-nə olan borcu 22.727,27 manat olmaqla, həmin borcdan əsas kredit borcu 19895,57 manat, faiz borcu 2092,35 manat faiz, 739,35 manat cərimə borcu müəyyən edilir.
34. İşin mübahisələndirilməyən halı tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması və bank tərəfindən Cavabdeh 20000 manat məbləğində kreditin verilmiş olmasıdır.
35. İşin mübahisələndirilən halı isə bank tərəfindən cavabdehdən kredit borcunun ödənilməsi tələb edildiyi dövrdə bank sirri təşkil edən məlumatların yayılması nəticəsində sirrin pozulmuş olub-olmaması, bunun nəticəsində cavabdehə mənəvi zərərin dəyib-dəyməməsi və bank tərəfindən tərtib edilmiş müqavilə şərtlərində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinin tələblərinin pozulub-pozulmaması ilə bağlıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
37. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
39. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
40. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
41. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
42. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
43. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
44. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
45. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
46. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
47. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
48. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə borcalan 20000 manat məbləğində krediti qəbul etmiş və qrafik üzrə ödəniş etmək barədə öhdəlik götürmüşdür. Daha sonra borcalan maliyyə sıxıntısı çəkdiyindən tərəflərin razılığı ilə xx.xx.2021-ci ildə ödəniş qrafiki dəyişdirilmiş və borcalan hər ay 776.23 manat ödəniş etmək barədə öhdəlik götürmüşdür. Lakin keçən müddət ərzində borcalan tərəfindən cəmi 1578 manat kredit ödənişi edilmişdir. Bu səbəbdən kreditor müqavilənin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə yaranan borcun tutulmasını tələb edir.
49. Göründüyü kimi borcalan həqiqətən də müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Halbuki maliyyə sıxıntısı, iş yerini itirməsi, əmək haqqının azalması və.s bu kimi hallar borclunun üzərinə götürdüyü öhdəlik üzrə onun risk dairəsinə daxildir. Odur ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan kreditorun müqavilədən imtina etməklə bütün öhdəliyin icrasını tələb etməkdə haqlı olmuşdur.
50. Kredit borcu ilə bağlı tərəflər arasında yaranmış fikir ayrılığına münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Əvvəla qeyd edilməlidir ki, bu məsələ ilə bağlı mühasibatlıq ekspertizası keçirilmiş və ekspertiza tədqiqatı nəticəsində borcalanın xx.xx.2022-ci il tarixə yaranmış əsas borcunun 19895.57 manat, faiz borcunun 2092.35 manat, cərimə borcunun 739.35 manat olduğu müəyyən edilmişdir.
52. Daha sonra iddiaçı tələbini artıraraq, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsaslanaraq cavabdehdən əsas borc üzrə 19895.57 manat, faiz borcu üzrə 4028.37 manat, cərimə borcu üzrə 457.82 manat pul tələb etmişdir.
53. Göründüyü kimi iddiaçının tələb etdiyi əsas borcla ekspert rəyi üst-üstə düşür. Faiz borcu ilə bağlı uyğunsuzluğun əsas səbəbi isə iddia tələbinin sonradan artırılmış olmasıdır.
54. Bununla bağlı məhkəmə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmışdır. Ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə borcalanın 144 gün gecikməsi vardır və hər günə düşən faiz məbləği 12.16 manatdır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və o qənaətə gəlir ki, iddiaçının tələb etdiyi əsas borcla ekspertiza zamanı müəyyən edilən əsas borc məbləği üst-üstə düşsə də, tələb edilən faiz borcu ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.
55. Belə ki, xx.xx.2022-ci il tarixə faiz borcunun 2092.35 manat olduğunu qəbul edərək, hər günə düşən faiz məbləğinin 12.16 manat olduğunu nəzərə alaraq sonuncu maliyyə arayışına uyğun olaraq iddia tələbinin artırıldığı günə, yəni xx.xx.2022-ci il tarixə 139 gecikmə gününə faiz borcu 1690.24 manat təşkil edir. Odur ki, borcalanın kredit müqaviləsi üzrə faiz borcu 3782.59(2092.35+1690.24) manat məbləğində müəyyən edilməlidir.
56. Cərimə borcuna münasibətdə isə məhkəmə hesab edir ki, 457.82 manat məbləğində tələb edilən cərimə borcu əsas borca mütənasibdir və ekspertiza tədqiqatı ilə müəyyən edilən məbləğdən azdı. Odur ki, cərimə borcu iddia tələbi həddində müəyyən edilməlidir.
57. Məhkəmə cavabdehin Mülki Məcəllənin 741-ci maddəsinin tələbinə zidd qaydada kreditor tərəfindən faizin tutulması və hesablanması ilə bağlı etirazını əsassız hesab edir.
58. Belə ki, Mülki Məcəllənin 741-ci maddəsi borcun hissə-hissə qaytarılmasını deyil, borcun bir dəfəyə qaytarılması qaydasını müəyyən edir. Halbuki Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbi baxımından müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
59. Bundan əlavə Mülki Məcəllənin 432-ci maddəsi öhdəliyin hissə-hissə icrası qaydasını müəyyən etmişdir. Həmin maddənin 4-cü bəndində isə qeyd edilmişdir ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
60. Eyni zamanda tərəflər arasında bağlanan kredit müqaviləsi üzrə ödəniş qaydasının müəyyən annuitet formasında olduğu müəyyən edilir. Müəyyən annuitetlərdə ödənişlər müəyyən bir zaman müddəti ərzində başlayır və müəyyən bir tarixdə bitir. (ödəniş cədvəli və hesabdan çıxarışlar nəzərə alındıqda) Bu cür ödənişinin mahiyyəti özünü onda göstərir kredit ödənişinin ilk ilində (və ya illərində, müqavilənin müddətindən asılı olaraq) aylıq ödənişlərin tərkibində əsas payı borc üzrə faizlər tutur.
61. Odur ki, kredit müqaviləsi üzrə tutulmaların aparılması müqaviləyə və mülki qanunvericiliyə uyğun aparıldığından cavabdehin bu hissədə etirazı əsassız hesab edilməli və cavabdehdən kredit müqaviləsi üzrə əsas borca görə 19895.57 manat, faiz borcuna görə 3782.59 manat, cərimə borcuna görə 457.82 manat olmaqla, cəmi 24135.98 manat məbləğində pul vəsaiti tutulmalıdır.
62. İlkin iddia tələbi digər hissədə, yəni müqavilənin ləğv edilməsi hissəsində də əsaslı hesab edilməlidir.
63. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
64. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
65. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
66. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
67. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
68. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini pozduğundan və kreditorun öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qaldığından kreditorun müqavilədən imtinası əsaslı hesab edilməli və müvafiq olaraq kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
69. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakı hüquqi dəyərləndirmə aparmışdır.
70. Qarşılıqlı iddiaçı bankın kommersiya sirrini pozduğuna görə onun şərəf, ləyaqətinin alçaldığını, işgüzar nüfuzuna xələl gətirildiyini iddia etməklə ondan üzr üstənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və mənəvi zərərin kompensasiyası olaraq 3000 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş edir.
71. Eyni zamanda tələbini əsaslandırarkən İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri barədə müqavilənin 10.3-cü bəndinin etibarsız olduğunu iddia edir. Belə ki, borcalan tərəfindən imza edilərək qəbul edilən həmin bənddə göstərilmişdir ki, Bankın zəruri hesab etdiyi digər hallarda bank sirrini təşkil edən məlumatlar yalnız Müştəriyə və ya onun səlahiyyətli nümayəndələrinə verilir. Müştəri bu müqavilə üzrə bank xidmətlərinin təşkili, tələb hüquqlarının ötürülməsi, borcun alınmasının təmin edilməsi, kredit üzrə hər hansı bir pozuntunun aşkar olması zamanı və Bankın zəruri hesab etdiyi digər hallarda bank sirrini təşkil edən məlumatların bankın əməkdaşlarına, Müştərinin iş yerinə, Bankın əməkdaşlıq etdiyi aidiyyatı üzrə şəxslərə, müvafiq dövlət orqanlarına və bankın zəruri hesab etdiyi digər şəxslərə verilməsinə etiraz etmədiyini qəbul edir.
72. Odur ki, iddiaçı Bank tərəfindən ona xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə “Hörmətli müştəri! Sizin kredit ödənişinizin gecikmələri barəsində bildiriş formasında iş yerinizdə rəhbərliyinizə müraciət olunacaq.” məzmunlu smsləri şantaj və təhdid xarakterli mesajlar hesab edir və bundan başqa bankın əməkdaşlarının ona və ailə üzvlərinə zəng edərək qeyri-etik ifadələrlə borcu tələb etməsini qanunsuz hesab edir. Bunun nəticəsində o və ailə üzvləri mənəvi iztirablar və sarsıntı keçirtmişlər və ona mənəvi zərər dəymişdir.
73. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Şəxsin şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl yetirilməsi isə o halda mümkündür ki, məlumat şəxsin şərəf və ləyaqətini ləkələsin, həmin məlumatlar doğru olmasın, bu məlumatlar yayılsın. Bundan əlavə məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Bununla yanaşı şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
74. Əvvəla qeyd edilməlidir ki, Bank tərəfindən göndərilən mesajlarda şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar olmamış, həmin məlumatlar yayılmadan birbaşa şəxsin özünə göndərilmişdir.
75. Eyni zamanda Bank sirrini təşkil edən məlumatlar da faktiki olaraq yayılmamışdır.
76. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 41.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
77. Bundan əlavə Mülki Məcəllənin 967-ci maddəsinə əsasən, Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.
78. Göründüyü kimi bank sirrini təşkil edən məlumatlar yayılmamış və hər hansı mülki hüquq pozuntusu törədilməmişdir.
79. Halbuki Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
80. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
81. Sadalanan normaların məzmunundan göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
82. Odur ki, hüquq pozuntusunun olmadığı müəyyən edildiyindən normanın digər dispozitiv şərtlərinin yoxlanılmasına zərurət yoxdur.
83. Belə ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
84. Müqavilənin standart şərtinin etibarsızlığı barədə qarşılıqlı iddiaçının dəlilinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin məsələ tələbə bağlı olduğundan və bu barədə tələb irəli sürülmədiyindən həmin hissədə hüquqi dəyərləndirmə aparılmamalıdır. Tətbiq edilən prosessual normalar:
85. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
86. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
87. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
89. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
90. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı kredit sazişi (müqaviləsi) ləğv edilmiş hesab edilməli, 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı kredit sazişi (müqaviləsi) üzrə Cavabdeh əsas borca görə 19895.57 manat, faiz borcuna görə 3782.59 manat, cərimə borcuna görə 457.82 manat olmaqla, cəmi 24135.98 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
91. Məhkəmə xərcləri ilə bağlı isə məhkəmə hesab edir ki, ilkin iddianın təmin edilmiş hissəsinə nisbətdə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
92. İddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, həmin iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
93. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı kredit sazişi (müqaviləsi) ləğv edilmiş hesab edilsin. 05 oktyabr 2021-ci il tarixli, CC/15305/83/28 saylı kredit sazişi (müqaviləsi) üzrə Cavabdeh əsas borca görə 19895.57 manat, faiz borcuna görə 3782.59 manat, cərimə borcuna görə 457.82 manat olmaqla, cəmi 24135.98 (iyirmi dörd min yüz otuz beş manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddianın təmin edilmiş hissəsinə nisbətdə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149 (yüz qırx doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edlsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev