Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2739/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı (QBTK) X1 (MMM) Cavabdeh, Zamin1 və Zamin2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QBKT MMM ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, **********3432 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh illik 28 faizlə 18 ay müddətinə geri ödəmək şərti ilə 5000 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh götürdüyü krediti müqavilədə nəzərdə tutulan müddətdə və qaydada faizləri ilə birlikdə geri ödəməyi öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq 24 avqust 2020-ci il tarixdə iddiaçı ilə Zamin2 və Zamin1 arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtinə əsasən, N.Zamin2 və Zamin1 Cavabdeh iddiaçı qarşısında öhdəliklərinin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərilərinə götürmüşlər. Lakin, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, 18 mart 2022-ci il tarixə 2755 manat əsas, 337,19 manat faiz, 47,5 manat cərimə borcu olmaqla ümumilikdə 3139,69 manat borcu yaranmışdır. İddiaçı QBKT MMM Cavabdeh, X3 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada yuxarıda göstərilən məbləğdə borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı QBKT MMM qarşısında götürdüyü öhdəliklərə tam etmədiyinə görə iddia ona münasibətdə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin2 və Zamin1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürdüklərindən məhkəmə hesab edir ki, iddia onlara münasibətdə də qismən təmin olunmalıdır. Beləliklə, iddia əsas və faiz borcuna münasibətdə iddia ərizəsində göstərilən məbləğlərə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı QBKT MMM arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 2755 məbləğində əsas borca tənasübsüz olaraq 47,5 məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 47,5 məbləğində dəbbə pulunun məbləği azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 52 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2755 manat əsas, 337,19 manat faiz, 30 manat cərimə borcu olmaqla ümumilikdə 3122,19 manat məbləğində borc müştərək qaydada Cavabdeh, Zamin1 və Zamin2 tutularaq İddiaçı QBKT MMM-ə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh, Zamin1 və Zamin2 tutularaq İddiaçı QBKT MMMə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2739/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2739/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver