Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2757/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1902 (bir min doqquz yüz iki) manat həcmində borc məbləğinin, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və ümumilikdə 1942 (bir min doqquz yüz doxsan iki) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinin şərtlərinə görə müqavilənin bağlandığı gün cavabdeh iddiaçıdan 1902 (bir min doqquz yüz iki) manat məbləğində pul almışdır. Müqavilənin şərtlərinə görə borc məbləğini cavabdeh 03 (üç) aydan gec olmayaraq tam həcmdə geri qaytarılmalı idi. Lakin, həmin müqavilə üzrə, müqavilə qüvvəyə mindiyi tarixdən etibarən bu günkü tarixinədək cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlığa baxmayaraq, heç bir ödəniş olunmamışdır. Əlavə olaraq bildirmişlər ki, xx.xx.2023-cü il tarixdə cavabdehə borc müqaviləsinə əsasən ona verilmiş pul vəsaitinin geri alınmasına və borc müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq məktubu cavabdehin qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Məktubda müqavilə üzrə cavabdeh öz üzərinə götürdükləri öhdəliklərini icra etməyi üçün xx.xx.2023cü il tarixədək müddət göstərilmişdir. Məktub rəsmi qaydada poçt vasitəsilə ünvanlarına göndərilmişdir. Xəbərdarlıq məktubunun göndərilməsinə də baxmayaraq, borc məbləği cavabdeh tərəfindən hal-hazıra kimi qaytarılmamışdır. Digər tərəfdən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.2-ci maddəsinə əsasən əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, həmin müqavilə 2023-cü ildə bağlansa da, əslində mübahisə 2018-ci ildə yaranmışdır. Həmin vaxt o, Nurlan Əhədzadə ilə birlikdə “Soon Line”-də işləmişdir. Birlikdə mal götürmüşlər, lakin bütün məbləğ onun adına hesablanıb. O, özünə aid hissəni ödəmiş, qalan məbləği isə Nurlan ödəməli idi. 2023-cü ildə bağlanmış müqavilənin isə mahiyyətini bilməmişdir. Həmin vaxt ona pul verilməyib. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında isə o, bildirmişdir ki, İddiaçı MMC adlı şirkəti tanımır. 2017-ci ildə telefon ekranı və s. ilə əlaqəli 5000-6000 manatlıq mal götürmüşdür. 2018-ci ildə Səudiyyə Ərəbistanında olmuşdur. O olmayaolmaya onunla birlikdə işləyən Nurlan adlı şəxs onun adından mal götürmüşdür. O, özünə məxsus olan borcu bağlamışdır. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, borcverən 1902 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalana verməyi, borcalan isə borcu müqavilə şərtlərinə uyğun olaraq borcverənə geri qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəninə əsasən, borc məbləğinin verilməsi borcverən tərəfindən borcalanın bank hesabına köçürülmə yolu ilə həyata keçirilir və borc məbləğinin verildiyi an həmin məbləğin borcalanın bank hesabına köçürüldüyü an hesab olunur. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin monitoriq mütəxəssisi X1 Cavabdeh iştirakı ilə akt tərtib edərək müştəriyə satılan mallara görə cavabdehin xx.xx.2022-ci il tarixə 1902 manat borcu olduğunu təsdiqləmişlər. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan və onun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsi üzrə heç bir ödəniş edilməmiş və cavabdehin hazırda 1902 manat borcu var. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Bu hal həm tərəflərin izahatları, həm də tərəflər arasında olan üzləşmə aktı ilə təsdiq olunur. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Cavabdeh malların ona aid hissəsini ödədiyini, onun adına rəsmiləşdirilsə də qalan borcun Nurlan adlı şəxsə məxsus olduğunu bildirsə də, bununla əlaqədar mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslıdır və iddia təmin edilməli, Cavabdeh 1902 (bir min doqquz yüz iki) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1902 (bir min doqquz yüz iki) manat məbləğində borc və 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, 1942 (bir min doqquz yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2757/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2757/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver