Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2782/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı Guseinov Nasraddinin Cavabdehnə qarşı “dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Guseinov Nasraddin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTKya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzildə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği olan 7493.40 manatın və hüquqi yardım üçün ödənilmiş 1000 manatın Cavabdehndən tutularaq Guseinov Nasraddinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Guseinov Nasraddin tərəfindən dəyəri ödənilməklə Cavabdeh MMC-dən müxtəlif elektronik avadanlıqlar alınmışdır. Həmin avadanlıqlar Cavabdeh MMC-nin əməkdaşları tərəfində Guseinov Nasraddinin faktiki sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTN-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2ci mərtəbəsindəki 85 nömrəli mənzildə yerləşdirilmişdir. Bir müddət sonra mənzildə su sızmasına aid olan problemlər yaranmışdır. Mənzildə su sızmasının səbəbini müəyyənləşdirmək məqsədi ilə mənzilə X2 MMC-də mütəxəssis dəvət olunmuşdur. Məlum olmuşdur ki, su sızmasının səbəbi moydadırın altında yerləşən su xəttinin qabyuyan avadanlığın su borusuna başlanığı yerdir. Belə ki, boru su xəttinin yivli hissədən düzgün bağlanmadığından borunun bağlandığı yerdən vintili açarkən (qabyuyan maşını su ilə təmin edərkən) suyun birbaşa qabyuyan maşına deyil, borunun birləşdiyi yerdən axaraq döşəməyə sızması müəyyən edilmişdir. X2 MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşılada, 1-ciYaşıl Ada küçəsində yerləşən, "xxxx" MTK-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzildə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği 7493.40 manat təşkil edir. Bununla bağlı bir neçə dəfə şifahi qaydada Cavabdeh MMC-nə müraciət olunsa da, onlar dəymiş zərərin aradan qaldırlması üçün hər hansı tədbir görməmişdir. Bununla bağlı, cavabdeh şirkətə və eyni zamanda Antiihisar və İstehlak Bazarına nəzarət Dövlət Ximətinə müraciət olunsa da, sonuncu qurumdan iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi qabyuyan məhsulu "xxxx" MMC tərəfindən quraşdırılmamışdır. İddiaçı tərəf sözlə quraşdırılmanın onlar tərəfindən həyata keçirildiyini iddia etsə də, bununla bağlı sübut təqdim edə bilməmişdir. İş materiallarında təhvil-təslim aktı mövcuddur. Qeyd olunanlara əsasən, iddia tələbini qəbul etmirlər və iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, ev üçün alınmış əşya Cavabdeh MMC-nin əməkdaşları tərəfindən quraşdırılmışdır. Onun səhv quraşdırılması nəticəsində iddiaçıya 7493 manat məbləğində ziyan dəymişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə ərizə göndərərək, məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etsə də, üzülü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsinə dair sübutlar ərizəyə əlavə edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini (vəkili) izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını məcmu halda araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ev üçün alınmış qabyuyan maşının quraşdırılmasına nəzarət edilməsini ev sahibi olan Nasraddin Guseynov ona tapşırmışdır. Cavabdeh MMC-nin ev ustaları gəlib quraşdırıb ona təhvil verib getmişlər. Səhəri gün Nasraddin Guseinov ona zəng etmişdir ki, qabyuyan maşın səhv quraşdırıldığından, evi su basıb. İş materiallarında olan: X7 Dairəsi mağazasına məxsus cədvəldən görünür ki, KH**********0000008-419730 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Soba Gorenje BOS6737SYB, KH**********0000008-419728 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Soyuducu LG GR- X267CQES, 0CTP3LDRA00171 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 0CTP3LDR900126 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 302MAAKDMV64 seriyalı – LG OLED48C26LA məhsulu, KH**********0000008-419729 seriyalı-Yupiter YP- 450(23-55) məhsulu, Qabyuyan Electrolux EMG48200L və Yupiter YP-555 (32-70/40KG) məhsullarının ümumi dəyəri 14366,84 manat müəyyən dilmişdir. X7 Dairəsi mağazasına məxsus YK-1***-******* nömrəli Təhvil-Təslim aktından görünür ki, KH**********0000008-419730 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Soba Gorenje BOS6737SYB, KH**********0000008-419728 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Soyuducu LG GR-X267CQES, 0CTP3LDRA00171 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 0CTP3LDR900126 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 302MAAKDMV64 seriyalı – LG OLED48C26LA məhsulu, KH**********0000008- 419729 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Qabyuyan Electrolux EMG48200L və Yupiter YP-555 (32-70/40KG) məhsulu xx.xx.2023-cü il tarixdə müştəri X1 qohumu Samir İdris qeyd edilən malları tam qüsursuz şəkildə qəbul etmiş və heç bir iradı olmamışdır. “X4” MMC-nin xx.xx.2025-ci il tarixli, 139 nömrəli qiymətləndirmə rəyindən görünür ki; Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTN-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzildə su sızmanın səbəbini müəyyənləşdirmək üçün mətbəx mebelinin daxilində baxış keçirərkən su sızmanın moydarının atında yerləşən su xəttinin qabyuyan avadanlıq su borusuna bağlandığı yerdə yivli hissədə olduğu müəyyən edilmişdir. Bel ki, boru su xətinə yivli hissədən düzgün bağlanmadığından borunun bağlandığı yerdən vintili açarkən (qabyuyan maşınını su ilə təmin edərkən) suyun birbaşa qabyuyan maşına deyil, borunun birləşdiyi yerdən axaraq döşəməyə sızması müəyyən edildi. Nəticədə axmış su döşəmənin altından keçərək otağın orta hissəsinə qədər gəlib çatmış, döşəmənin bir hissəsi su sızmadan qopmuş, qabarmış, deformasiyaya uğramış, nahamarlığını itirmiş, döşəmə yararsız vəziyyətə düşmüşdür. Mənzildə su sızmasına səbəb qabyuyan avadanlığına gələn su xəttinə birləşən yivli bağlayıcının düzgün bağlanmamasıdır. Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTN-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği – 7,493.40 manat müəyyən edilmişdir. "xxxx" ASC-nə məxsus xx.xx.2024-cü il tarixli, 2603 nömrəli qəbzdən görünür ki, Nasraddin Guseinov Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 1000 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırda iddiaçı ərizəsinin əsasını Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTN-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzilə cavabdeh təşkilat tərəfindən qabyuyan avadanlığın boru su xətinə yivli hissədən düzgün bağlanmadığından borunun bağlandığı yerdən vintili açarkən (qabyuyan maşınını su ilə təmin edərkən) suyun birbaşa qabyuyan maşına deyil, borunun birləşdiyi yerdən axaraq döşəməyə sızması nəticəsində iddiaçıya maddi ziyanın vurulması təşkil edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarnda qeyd olunmuşdur ki, “......Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.”. İşin məhkəmə araşdırılması ilə cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilə qabyuyan maşının quraşdırılması və bunun nəticəsində iddiaçıya maddi zərər vurulması müəyyən edilmir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilatın öz üzərinə yalnız iddiaçı tərəfindən alınmış malların cavabdehə çatdırılması öhdəliyini götürməsi müəyyən edilmiş və həmin öhdəlik icra edərək xx.xx.2023-cü il tarixdə X7 Dairəsi mağazasına məxsus YK- 1***-******* nömrəli Təhvil-Təslim aktına əsasən KH**********0000008-419730 seriyalı- Yupiter YP-450(23-55) məhsulu, Soba Gorenje BOS6737SYB, KH**********0000008- 419728 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Soyuducu LG GR-X267CQES, 0CTP3LDRA00171 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 0CTP3LDR900126 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 302MAAKDMV64 seriyalı – LG OLED48C26LA məhsulu, KH**********0000008-419729 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Qabyuyan Electrolux EMG48200L və Yupiter YP-555 (32-70/40KG) məhsulu müştəri (iddiaçı) X1 qohumu Samir İdrisə təhvil verilmiş və o, qeyd edilən malları tam qüsursuz şəkildə qəbul etmiş və heç bir iradı olmamışdır. Bundan başqa cavabdeh təşkilatın iddiaçı qarşısında alınmış malların qeyd edilən mənzildə quraşdırılması kimi öhdəliyi də müəyyən edilməmişdir. Hazırda isə iddiaçı tərəfindən məhkəməyə, mənzilə dəymiş ziyanın həcmi ilə bağlı (mütəxəssis rəyi) sübut təqdim edilsə də, həmin ziyanın məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 1000 manat mıəbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi rədd edildiyindən, həmin hissədə də, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Guseinov Nasraddinin Cavabdehnə qarşı “dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Guseinov Nasraddinin Cavabdehnə qarşı “dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2782/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2782/2025
30.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver