Məhkəmə qərarları › İş №e-2(001)-2837/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2837/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2837/2025 08.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi Səftərov Hüseyn Sahib oğlunun katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC)-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 173 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 71.395 (yetmiş bir min üç yüz doxsan beş) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə X4 arasında bağlanmış 204/R müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, məhəllə 1130, ev 2, A bloku, 81 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, məhəllə 1130, ev 2, A bloku, 81 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 173/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nətiəcədə cavabdehin xx.xx.2012-ci il tarixli 173 saylı kredit müqaviləsi üzrə cəmi borcu 122.749,92 (bir yüz ityirmi iki min yeddi yüz qıxr doqquz manat, 92 qəpik) manat təşkil edir. Bundan 66.203,90 (altmış altı min iki yüz üç manat, 90 qəpik) manat əsas, 56.546,02 (əlli altı min beş yüz qırx altı manat, 02 qəpik) manat faiz borcu təşkil edir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndələri iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehə məhkəmə iclasları barədə müvafiq qaydada xəbərdarlıq edilmiş, lakin o iştirak etməmiş və bununla bağlı məhkəməyə üzürlü səbəb göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli ******************** saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana 180 ay, illik 15% dərəcəsi ilə 71395 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh oğluünvan 1 ünvanında yerləşən binanın A blokunda 13-cü mərtəbəsində istifadədə olan 109 kv.m ümumi sahəsindən ibarət 2 otaqlı 81 saylı mənzili ipoteka qoymuşdur. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2025-ci il tarixə 66203.90 manat əsas, 56546.02 manat faiz borcu olmaqla, ümumilikdə 122749.92 manat borcu yaranmışdır. Borclu Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdə göstərilmişdir ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, 180 ay müddətinə, illik 15 faiz hesablanmaqla, 71395 manat məbləğində kredit verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2025-cü il tarixinə əsas borc məbləği 66203,90 manat, faiz borc məbləği 56546,02 manat olmaqla, 122749,92 manat məbləğində ümumi borc yaranmışdır. xx.xx.2012-ci il tarixli məxaric orderinə əsasən Cavabdeh 71395 manatı "xxxx"ASCdən təhvil almışdır. Azərbaycan Respublikası Müdafiə Naizrliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 8 nömrəli mənzil istismar sahəsinin xx.xx.2025-ci il tarixli 287 saylı məktubundan görünür ki, məhkəmə bildirişi Cavabdeh çatdırılmaq üçün öz razılığı əsasında qohumu X1 təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3505 nömrəli rəyinə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2012-ci il tarixli, 173 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC olan borcu 23 yanvar 2025-ci il tarixə - maliyyə arayışının tarixə: Əsas borc üzrə 66205.42 manat, faiz borcu üzrə 86780.61 manat, 07 mart 2025-ci il tarixə pretenziya məktubunun göndərildiyi tarixə: əsas borc üzrə 66205.42 manat, faiz borcu üzrə 87994.38 manat müəyyən edilir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqavilələrinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqavilələri ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqavilələri ilə aldıqlarını iddiaçıya qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni xx.xx.2012-ci il tarixli Kredit müqaviləsinə əsasən 66203.90 manat əsas, 56546.02 manat faiz borcu olmaqla, cəmi 122749.92 manat məbləğində pulu "xxxx" ASC-yə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 413 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia təmin edilsin. Cavabdeh 66203.90 manat (altmış altı min iki yüz üç manat, doxsan qəpik) əsas, 56546.02 manat (əlli altı min beş yüz qırx altı manat, iki qəpik) faiz borcu olmaqla, cəmi 122749.92 manat (yüz iyirmi iki min yeddi yüz qırx doqquz manat, doxsan iki qəpik) məbləğində vəsait və dövlət rüsumu üçün ödənilmiş 413 (dörd yüz on üç) manat pul alınaraq İddiaçı ASC-yə verilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının MEM hesabına ödənilsin. (hesab AZ34CTRE********************) Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar