Məhkəmə qərarları › İş №e-2(001)-287/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-287/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-287/2024 12.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Cavabdeh Park Azure MTK-nın qanuni təmsilçisi X2 Cavabdeh2 iştirakı ilə İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdehlər Park Azure MTK-ya və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Park Azure MTK-ya və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə tərəflər tərtib etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən: Bir tərəfdən Əmanətlərin Sığortalanması Fondu, icraçı direktoru X4 şəxsində (bundan sonra iddiaçı adlanacaq), digər tərəfdən Cavabdeh2 və Park Azure Mənzil-Tikinti Kooperativi (bundan sonra cavabdeh adlanacaq), aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla iddiaçı və cavabdeh (bundan sonra Tərəflər adlanacaq) bu Sazişi imzaladılar. 1.Sazişin mövzusu "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə 01 may 2023-cü il tarixinə cəmi 399321.93 (üç yüz doxsan doqquz min üç yüz iyirmi bir manat, 93 qəpik) manat – bundan 156737.12 (bir yüz əlli altı min yeddi yüz otuz yeddi manat, 12 qəpik) manat əsas, 97366.74 (doxsan yeddi min üç yüz altmış altı manat, 74 qəpik) manat faiz və 145218.07 (bir yüz qırx beş min iki yüz on səkkiz manat, 07 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 689.32 (altı yüz səksən doqquz manat 32 qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)- 4486/2023 saylı mülki mübahisənin barışıq yolu ilə həll edilməsi. 2.Sazişin şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh2 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə cəmi 399321.93 (üç yüz doxsan doqquz min üç yüz iyirmi bir manat, 93 qəpik) manat – bundan 156737.12 (bir yüz əlli altı min yeddi yüz otuz yeddi manat, 12 qəpik) manat əsas, 97366.74 (doxsan yeddi min üç yüz altmış altı manat 74 qəpik) manat faiz və 145218.07 (bir yüz qırx beş min iki yüz on səkkiz manat, 07 qəpik) manat cərimə borcu mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Cavabdeh2 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə borcun güzəşt tətbiq edilməklə ödənilməsi üçün vaxt verilməsi barədə ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək əsas borcdan 20 000 (iyirmi min) manat və faiz borcundan 10 000 (on min) manat olmaqla ümumilikdə 30 000 (otuz min) manat məbləği xx.xx.2023-cü il tarixində ödəmişdir. Həmçinin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Afiyyədin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 127 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M11, m2) (reyestr nömrəsi: **********63-05301-093545, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) 17 oktyabr 2023-cü il tarixli ADİF-10/23 saylı ipoteka müqaviləsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2.3. Bu səbəbdən Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə faiz hesablanması dayandırılır və 136737.12 (bir yüz otuz altı min yeddi yüz otuz yeddi manat, 12 qəpik) manat əsas borc, 65062.88 (altmış beş min altmış iki manat 88 qəpik) manat faiz borcu və 689.32 (altı yüz səksən doqquz manat 32 qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 202489.32 (iki yüz iki min dörd yüz səksən doqquz manat 32 qəpik) manat məbləğində borcu 36 (otuz altı) ay müddətində bərabər hissələrə bölünməklə hər ay 5624.7 (beş min altı yüz iyirmi dörd manat, 70 qəpik) manat ödəmək öhdəliyini bu Saziş təsdiq edildiyi tarixdən Cavabdeh2 öz üzərinə götürür. 2.4. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən Cavabdeh1 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərinə xitam edilir. 2.5. Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 tərəfindən 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə 202489.32 (iki yüz iki min dörd yüz səksən doqquz manat 32 qəpik) manat məbləğində borcun ödənilməsindən sonra bank əməliyyat sistemində qalıq faiz və cərimə borcların silinməsi öhdəliyini öz üzərinə götürür. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində qeyd edilən ödəniş Cavabdeh2 tərəfindən tam və vaxtında icra edildikdən sonra ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Afiyyədin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 127 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M11, m2) (reyestr nömrəsi: **********63-05301-093545, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) Cavabdeh2 müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. 2.7. Cavabdeh2 tərəfindən bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlərə (iradəsindən asılı olmayan hallar - zəlzələ, yanğın və digər təbii fəlakət, habelə müharibə, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud digər qarşısıalınmaz qüvvə istisna olmaqla) 2 (iki) ay ərzində əməl edilmədiyi halda bu Sazişin 2.1-ci bəndində göstərilən məbləğlərin tutulması məqsədi ilə icra vərəqəsinin verilməsi üçün müvafiq məhkəməyə müraciət olunacaqdır. 2.8. Cavabdeh2 təsdiq edir ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər pozulduğu və icra edilmədiyi təqdirdə bu Sazişin 2.1-ci bəndində qeyd olunan borc məbləğlərinin iddiaçıya tam şəkildə ödənilməsinə, borcun ödənilməsi məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Afiyyədin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 127 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M11, m 2) (reyestr nömrəsi: **********63-05301-093545, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) açıq hərracdan satılmasına, əldə olunan pul məbləğindən 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə borcun Əmanətlərin Sığortalanması Fonduna ödənilməsinə, çəkilmiş hərrac və digər xərclərin ödənilməsinə və əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına etiraz etmir.

3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.3-cü bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1-3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.Yekun müddəalar 4.1.Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və tam icra edilənədək qüvvədədir. 4.2.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.3.Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.4.Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 nüsxədə tərtib olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Məhkəmə, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ

İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Park Azure MTK-ya və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.Sazişin mövzusu "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə 01 may 2023-cü il tarixinə cəmi 399321.93 (üç yüz doxsan doqquz min üç yüz iyirmi bir manat, 93 qəpik) manat – bundan 156737.12 (bir yüz əlli altı min yeddi yüz otuz yeddi manat, 12 qəpik) manat əsas, 97366.74 (doxsan yeddi min üç yüz altmış altı manat, 74 qəpik) manat faiz və 145218.07 (bir yüz qırx beş min iki yüz on səkkiz manat, 07 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 689.32 (altı yüz səksən doqquz manat 32 qəpik) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)- 4486/2023 saylı mülki mübahisənin barışıq yolu ilə həll edilməsi. 2.Sazişin şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh2 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə cəmi 399321.93 (üç yüz doxsan doqquz min üç yüz iyirmi bir manat, 93 qəpik) manat – bundan 156737.12 (bir yüz əlli altı min yeddi yüz otuz yeddi manat, 12 qəpik) manat əsas, 97366.74 (doxsan yeddi min üç yüz altmış altı manat 74 qəpik) manat faiz və 145218.07 (bir yüz qırx beş min iki yüz on səkkiz manat, 07 qəpik) manat cərimə borcu mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Cavabdeh2 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə borcun güzəşt tətbiq edilməklə ödənilməsi üçün vaxt verilməsi barədə ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək əsas borcdan 20 000 (iyirmi min) manat və faiz borcundan 10 000 (on min) manat olmaqla ümumilikdə 30 000 (otuz min) manat məbləği xx.xx.2023-cü il tarixində ödəmişdir. Həmçinin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Afiyyədin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 127 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M11, m2) (reyestr nömrəsi: **********63-05301-093545, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) 17 oktyabr 2023-cü il tarixli ADİF-10/23 saylı ipoteka müqaviləsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2.3. Bu səbəbdən Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə faiz hesablanması dayandırılır və 136737.12 (bir yüz otuz altı min yeddi yüz otuz yeddi manat, 12 qəpik) manat əsas borc, 65062.88 (altmış beş min altmış iki manat 88 qəpik) manat faiz borcu və 689.32 (altı yüz səksən doqquz manat 32 qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 202489.32 (iki yüz iki min dörd yüz səksən doqquz manat 32 qəpik) manat məbləğində borcu 36 (otuz altı) ay müddətində bərabər hissələrə bölünməklə hər ay 5624.7 (beş min altı yüz iyirmi dörd manat, 70 qəpik) manat ödəmək öhdəliyini bu Saziş təsdiq edildiyi tarixdən Cavabdeh2 öz üzərinə götürür. 2.4. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən Cavabdeh1 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərinə xitam edilir. 2.5. Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 tərəfindən 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə 202489.32 (iki yüz iki min dörd yüz səksən doqquz manat 32 qəpik) manat məbləğində borcun ödənilməsindən sonra bank əməliyyat sistemində qalıq faiz və cərimə borcların silinməsi öhdəliyini öz üzərinə götürür. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində qeyd edilən ödəniş Cavabdeh2 tərəfindən tam və vaxtında icra edildikdən sonra ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Afiyyədin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 127 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M11, m2) (reyestr nömrəsi: **********63-05301-093545, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) Cavabdeh2 müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. 2.7. Cavabdeh2 tərəfindən bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlərə (iradəsindən asılı olmayan hallar - zəlzələ, yanğın və digər təbii fəlakət, habelə müharibə, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud digər qarşısıalınmaz qüvvə istisna olmaqla) 2 (iki) ay ərzində əməl edilmədiyi halda bu Sazişin 2.1-ci bəndində göstərilən məbləğlərin tutulması məqsədi ilə icra vərəqəsinin verilməsi üçün müvafiq məhkəməyə müraciət olunacaqdır. 2.8. Cavabdeh2 təsdiq edir ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər pozulduğu və icra edilmədiyi təqdirdə bu Sazişin 2.1-ci bəndində qeyd olunan borc məbləğlərinin iddiaçıya tam şəkildə ödənilməsinə, borcun ödənilməsi məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Afiyyədin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 127 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M11, m 2) (reyestr nömrəsi: **********63-05301-093545, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) açıq hərracdan satılmasına, əldə olunan pul məbləğindən 13 fevral 2014-cü il tarixli YH-143/14 saylı kredit müqaviləsi üzrə borcun Əmanətlərin Sığortalanması Fonduna ödənilməsinə, çəkilmiş hərrac və digər xərclərin ödənilməsinə və əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına etiraz etmir.

3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.3-cü bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1-3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.Yekun müddəalar 4.1.Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və tam icra edilənədək qüvvədədir. 4.2.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.3.Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinin tələbləri, yəni işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunur. İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Park Azure MTK-ya və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə 2(001)- 287/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar