Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2900/2022 28.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Dəmirbank ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə qaytarmaq illik 30% dərəcəsi ilə 2600 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2015-ci il tarixli ZM-100008985 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2523,74 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kredit restruktizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1626,67 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları=1,4 AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********779 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 1729,34 ABŞ dolları təşkil edir. Bundan 569,12 ABŞ dolları əsas, 183,62 ABŞ dolları faiz, 892,04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 84,56 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdehlə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixə qədər uzadılmışdır. Qeyd olunan iş üzrə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Cavabdeh X2 bunu əsas gətirərək iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü bildirmiş və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X1 borcu Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərini həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərmanının təsirinə düşmüş və cavabdehə 1589,38 manat məbləğində kompensasiya hesablanmış, cavabdeh bu məbləği Azərpoçt MMC vasitəsilə qəbul etmişdir. Eyni zamanda qalan cavabdehə borcunun restruktruzasiya olunması təklif olunmuşdur. Qeyd olunan Fərmanın icra müddəti 31 dekabr 2019-cu il tarixə qədər müəyyən edilmişdir. Bu müddət ərzində Fərmanın təsirinə düşən şəxslərin məhkəmə işlərinin icraatı dayandırılmış, bir qismi baxılmamış saxlanmışdır. Buna görə də həmin müddət zamanı iddia müddətinin axımı dayanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixə qədər banka müraciət edərək borcunu restruktruzasiya etdirmə ehtimalını nəzərə alaraq həmin müddət ərzində tətbiq olunan iddia müddətinin axımının dayanması cavabdehin borcuna da şamil edilməlidir. Odur ki, iddiaçı tərəfindən ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa olunmasını, cavabdehin müddətin təbiq edilməsi barədə ərizəsinin təmin olunmamasını xahiş edir. Ona görə də, Dəmirbank ASC-nin xeyrinə əsas borca görə 569,12 ABŞ dolları, faiz borcuna görə 183,62 ABŞ dolları, cərimə borcuna görə 892,04 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 84,56 ABŞ dolları borc olmaqla ümumilikdə 1729,34 ABŞ dolları məbləğində borcun və 49,40 manat dövlət rüsumunun borcalandan tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı Dəmirbank ASC ilə aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən ona bank tərəfindən 18 ay müddətinə 30% dərəcəsi ilə 2600 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, kreditorun ona verdiyi kreditin qalıq məbləği 2523,74 ABŞ dolları hesablanmış və kredit müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kredit restruktizasiya edilmiş, onun kreditor qarşısında kredit öhdəliyinin qalığı 1626,67 ABŞ dolları hesablanmış, ödəniş qrafiki üzrə onun tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilmiş və kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Bankın ona qarşı sözüdən iddia ərizəsi üzrə tələbi xx.xx.2019-cu il tarixindən yaranmışdır. Mülki işin materiallarından görünür ki, iddiaçının ona qarşı tələb hüququ xx.xx.2019-cu il tarixdən yaranmış, lakin sözügedən iddia ərizəsi ilə iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il təşkil edir. Beləliklə məlum olur ki, iddiaçının ona qarşı olan iddiası üzrə tələb müddəti xx.xx.2022-ci il tarixdə bitdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Fərmana əsasən, aldığı kompensasiyanın banka ödənilməsi üçün, bağladığı müqavilənin restruktrizasiya edilməsi üçün o, banka müraciət etsə də, ona bankın ləğv edilməsi, ona sms göndəriləcəyi, bunun üçün müəyyən müddət gözləməsi, sms aldıqdan sonra müqavilə bağlamaq üçün müraciət etməsi bildirilmişdir. O, iddiaçının təklifini gözləsə də, bu müddət ərzində onunla güşətli şərtlərlə müqavilə bağlanmamışdır. Onun öhdəliklərinə zamin olan həyat yoldaşı Cavabdeh2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Dəmirbank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli ********* kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 18 ay müddətinə qaytarmaq illik 30% dərəcəsi ilə 2600 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Dəmirbank ASC-nin xx.xx.2015-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə Cavabdeh1 2600 ABŞ dollarını vermişdir. Borcverən Dəmirbank ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100008985/ZM saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalanın xx.xx.2015-ci il tarixli ********* kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına bank qarşısında təminat vermişdir. Dəmirbank ASC-nin xx.xx.2015-ci il tarixli ********* kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borclu xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər əsas borca görə 2600 ABŞ dolları, faiz borcuna görə 661,37 ABŞ dolları olmaqla ümumilikdə 3261,37 ABŞ dollarını banka ödəməlidir. Borcverən Dəmirbank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 4328 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 4328 saylı əlavə sazişdən müəyyən olunur ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği olan 2600 ABŞ dollarının qaytarılma müddəti xx.xx.2017-ci il tarixinədək təyin edilir. Borcverən Dəmirbank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişdən müəyyən olunur ki, kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1626,67 ABŞ dolları təşkil edərək restrukturizasiya edilmiş kredit müddəti xx.xx.2019-cu il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8% təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Dəmirbank ASC-nin 70005035-8 saylı müqaviləyə əlavədən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər əsas borca görə 876,14 ABŞ dolları, faiz borcuna görə 65,66 ABŞ dolları olmaqla ümumilikdə 941,8 ABŞ dollarını banka ödəməlidir. Dəmirbank ASC-nin xx.xx.2016-xx.xx.2019-cu il tarix aralığında hesabdan çıxarışından müəyyən olunur ki, Cavabdeh1 dövrün sonuna qalıq borcu 569,12 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan Dəmirbank ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, borcalana xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 1724,1 ABŞ dolları məbləğində borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan Dəmirbank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixinə ləğv prosesində olan Dəmirbank ASC-yə əsas borca görə 569,12 ABŞ dolları, xx.xx.2019-cu il tarixinə faiz borcuna görə 183,62 ABŞ dolları, cəriməyə görə 892,04 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 84,56 ABŞ dolları olmaqla ümumilikdə 1729,34 ABŞ dolları borcu vardır. Bakı şəhər Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İ № 805068 saylı xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2016-cı il tarix ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 620 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 01.16-3-2022-5936 saylı məktubundan müəyyən olunur ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh1 ilə ləğv prosesində olan Dəmirbank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüşdür. Belə ki, həmin müqavilə üzrə cavabdehə cəmi 1589,38 manat kompensasiya məbləği hesablanmış və onun sərəncamına verilmişdir. Fərmanın tələblərinə tam şəkildə cavab verdiyindən sözügedən müqavilə üzrə qalıq qalan borc məbləği restrukturizasiya edilərək borclar sırasına da daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, borcverən Dəmirbank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşdüyündən Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın borcverənə olan əsas borcunun restrukturizasiya edilməsi nəzərdə tutulsa da borcverən borcalanla, istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən, kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir. Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X4 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə Cavabdeh1 iddiaçının tələbinə iddia müddətinin təbiqi barədə ərizəsinə, iddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun müddətin bərpa edilməsinə dair vəsatətinə münasibət bildirib qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşdüyü üçün bu müqavilə üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən bu işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni, Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Cavabdeh1 izahatında aldığı kompensasiyanı banka ödəmək istədiyini, bankla güzəştli şərtlərlə müqavilə bağlamaq istədiyini, lakin bankın ləğv olunmasını, iddiaçının əməkdaşlarının ona ünvanına göndərilən sms aldıqdan sonra müqavilə bağlamaq üçün müraciət etməli olduğunu, bu səbbədən iddiaçıdan təklif gözləməsini, iddiaçının nümayəndəsi isə izahatında güzəştli şərtlərlə cavabdehin ləğvediciyə müraciət etməli olduğunu bildirdiyindən məhkəmə hesab edir ki, tərəflərin güzəştli şərtlərlə müqavilə bağlamaq üçün bir-birinə təklif göndərilməsini gözlədikləri müddət iddia müddətinə daxil ola bilməz. Ona görə də məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürlməməsi qənaətinə gəlir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə əsas borca görə 569,12 ABŞ dolları tələbi əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının faiz və cərimə tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib cavabdehlə güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda cavabdehə qarşı cərimə və faizlər tələi irəli sürməsi hüquqdan suistifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 0xx.xx.2022-ci il tarixli 2(001)-2900/2022 saylı qərardadına əsasən iddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 569,12 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 49,40 manat ləğv prosesində olan Dəmirbank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2900/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2900/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver