Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2926/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Tətbiq edilən hüquq 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1. maddəsinə əsasən ərizədə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə təqdim edilmiş iddia ərizəsini araşdırarkən aşağıdakı nöqsanları aşkara çıxarmışdır.
1. İlk öncə iddia ərizəsinin məzmunundan tələbin mövcud alimentin artırılması və ya nənədən uşağın saxlanılması üçün alimentin tutulmasına dair olması müəyyən edilmir. Belə ki, tələb mövcud alimentin artırılması olduğu halda cavabdeh qismində yalnız uşağın saxlanılmasına görə aliment ödənişinə cəlb edilmiş valideyn, hazırki halda ata olmalıdır. Alimentin atadan tutulması mümkün olmaması səbəbindən maddi imkanı buna yol verən baba-nənədən aliment tutulmasına münasibətdə isə qanunvericiliyin tələbinə əsasən cavabdeh qismində məhz onlar göstərilməlidir.
2. Ərizənin başlığında iddia icraatı qaydasında verilməsi göstərilsə də, ərizənin iddianın təmin etmə tədbirinə dair verilməsi göstərilmiş, ərizənin verilməsi zamanı 106,60 manat məbləğində dövlət rüsumunun ödənilməsi, rüsumun Abşeron Rayon Məhkəməsinə ödənilməsi, ödəyən şəxsin isə hazırki tələblə bağlı olmayan bir şəxs olması göstərilmişdir.
3. İddia ərizəsinin qoşmasında müəyyən sayda sənədlərin əlavə edilməsi göstərilsə də, lakin qoşmada sadalanan heç bir sənəd faktiki olaraq iddia ərizəsinə əlavə edilməmişdir.
4. Məhkəmə iddiaçıya həmçinin ailə qanunvericiliyi və «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun yuxarıda sadalanan tələbləri baxımından ailə münasibətlərindən qaynaqlanan mübahisələrin mütləq qaydada ilkin mediasiya sessiyasından keçməyin zəruriliyini xatırladır.
Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə nəticəyə gəlir ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarına riayət edilməməsi kimi qiymətləndirilərək iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.5, 151 və 152-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı aliment tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
X2