Məhkəmə qərarları › İş №e-2(001)-2940/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2940/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2940/2022 05.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilələrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilələrin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı AccessBank QSC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 AccessBank QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 AccessBank QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 9 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2021-ci il tarixli 005R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022 ci il tarixə 208 gün üçün hesablanmış faiz borcu 181,11 manat təşkil edir. Məhkəməyə müraciət edildikdən sonra borcalan ödəniş aparmış, hal-hazırda onun xx.xx.2022-ci il tarixinə əsas borcu 1428,6 manat, faiz borcu 202,11 manat, cərimə borcu 433,22 manat olmaqla cəmi 2063,93 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 302 gün təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin a yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də, Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşmasının, xx.xx.2020-ci il tarixli 005R**********S saylı və xx.xx.2021-ci il tarixli 005R**********SB saylı sazişlərin ləğv edilməsinə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı AccessBank Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 1428,6 manat məbləğində kredit borcun, 181,11 manat məbləğində faiz borcunun və 337,17 manat məbləğində cərimənin, 41,46 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılıaşmaları əsasında istənilən məbləğ, 120 ay, xx.xx.2030-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu kredit müqaviləsi və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28% müəyyən edilir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər qaytarılmalı kredit üçün kredit borcunu, faizləri, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. Borcverən AccessBank QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005S**********02 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 borcverən AccessBank QSC ilə bağladığı uzunmüddətli kredit müqaviləsindən əmələ gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birkə məsuliyyət daşıyır. Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank borcalana 9 ay müddətinə qaytarmaq, aylıq 2,0833% ödəmək şərti ilə 3000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndindən müəyyən olunur ki, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Müqavilənin 4.2.2-ci bəndindən müəyyən olunur ki, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2020-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 3000 manat, faiz borcuna görə 325,52 manat olmaqla, cəmi 3325,52 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2020-ci il tarixli kreditin verilməsi barədə məlumatdan müəyyən olunur ki, bank ayırdığı kreditə görə 3000 manatı Cavabdeh2 vermişdir. Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R**********S saylı sazişdən müəyyən olunur ki, bankla borcalan arasında xx.xx.2020-ci il tarixli 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması əsasında borcalan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2020-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2448,36 manat, faiz borcuna görə 343,25 manat olmaqla, cəmi 2791,61 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005R**********B saylı sazişdən müəyyən olunur ki, bankla borcalan arasında xx.xx.2020-ci il tarixli 005L**********68 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması əsasında borcalan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2021-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2037,3 manat, faiz borcuna görə 308,18 manat olmaqla, cəmi 2345,49 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüş, zamin Cavabdeh1 ödəniş planı ilə tanış olaraq razılaşmasını öz imzası ilə təsdiq etmişdir. AccessBank QSC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank birgə borclulara borc ödənilmədiyi təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi, borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. AccessBank QSC-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli 0O5R********** saylı kredit razılaşması üzrə xx.xx.2022ci il tarixinə əsas borca görə 1627,6 manat, faiz borcuna görə 181,11 manat, cəriməyə görə 337,17 manat olmaqla cəmi 2145,88 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 208 gün təşkil edir. AccessBank QSC-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli 0O5R********** saylı kredit razılaşması üzrə xx.xx.2022ci il tarixinə əsas borca görə 1428,6 manat, faiz borcuna görə 202,11 manat, cəriməyə görə 433,22 manat olmaqla cəmi 2063,93 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 302 gün təşkil edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Həmin Məcəllənin 424.2.-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 1428,6 manat, faiz borcuna görə 181,11 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının müqavilələrin ləğv edilməsinə, kredit razılaşması üzrə birgə borclulardan müştərək qaydada əsas borca görə 1428,6 manat, faiz borcuna görə 181,11 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 50 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşması ləğv edilsin. Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R**********S saylı sazişi ləğv edilsin. Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 005R**********B saylı sazişi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən, əsas borca görə 1428,6 manat, faiz borcuna görə 181,11 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 41,46 manat olmaqla cəmi 1701,17 manat AccessBank QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar