Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-296/2024 08.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-248/14 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 274079.53 manat – bundan 119950.23 manat əsas, 91310.46 manat faiz və 62818.84 manat cərimə borcu və iş üzrə ödənilmiş 564,08 manat dövlət rüsumunun, ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehdə məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 281 (Yeni qaydalarla: ünvan 1 ünvanında 6-cı mərtəbədə 101.2 kv.m. ümumi, 58.6 kv.m. yaşayış, 42.6 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəlməsi, əmlakın likvid satış qiyməti müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən onun xeyrinə tutulması, ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan cavabdehin və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: 2.1. Tərəflər təsdiq edirlər ki, xx.xx.2024-cü il tarixə X2 üzrə Cavabdehin İddiaçı qarşısında 119.950,23 (bir yüz on doqquz min doqquz yüz əlli manat 23 qəpik) manat əsas, 102.742,82 (bir yüz iki min yeddi yüz qırx iki manat 82 qəpik) manat faiz və 29,72 (iyirmi doqquz manat 72 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 222.722,77 (iki yüz iyirmi iki min yeddi yüz iyirmi iki manat 77 qəpik) manat icra ediməmiş borc öhdəliyi mövcud olmuşdur. 2.2. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləğilərindən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 30.900 (otuz min doqquz yüz) manat əsas borcdan, xx.xx.2024-cü il tarixdə 5.400 (beş min dörd yüz) manat əsas borcdan və 54.400 (əlli dörd min dörd yüz) manat faiz borcundan ödənişlər edilmişdir və bu Saziş imzalanan tarixə cavabdehin 84.064.08 (səksən dörd min altmış dörd 08 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.3. Cavabdeh 84.064.08 (səksən dörd min altmış dörd 08 qəpik) manat qalıq borc məbləğini və iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 564,08 (beş yüz altmış dörd manat 08 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun və 6 (altı) ay müddətində, hər ay 14.112,20 (on dör min doqquz manat, 20 qəpik) manat ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğ Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində vaxtında və lazımınca icra edilmədikdə bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv ediləcək, qalıq borcun tutulması, tutmanın bu Sazişin 1-ci bəndində qeyd edilən mənzilə yöndəldilməsi, həmin Mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi məqsədilə İddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. 2.5. Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər pozulduğu və icra edilmədiyi təqdirdə bu Sazişin 2.1-ci bəndində qeyd olunan borc məbləğlərinin İddiaçıya tam şəkildə ödənilməsinə etiraz etmir. 2.6. Bu Sazişin 2.3-cü bəndi Cavabdeh tərəfindən vaxtında və lazımınca icra edildikdən sonra İddiaçı X2ndə hesablanmış əlavə faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, xx.xx.2024-cü il tarixə X2 üzrə Cavabdehin İddiaçı qarşısında 119.950,23 (bir yüz on doqquz min doqquz yüz əlli manat 23 qəpik) manat əsas, 102.742,82 (bir yüz iki min yeddi yüz qırx iki manat 82 qəpik) manat faiz və 29,72 (iyirmi doqquz manat 72 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 222.722,77 (iki yüz iyirmi iki min yeddi yüz iyirmi iki manat 77 qəpik) manat icra ediməmiş borc öhdəliyi mövcud olmuşdur. 2.2. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləğilərindən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 30.900 (otuz min doqquz yüz) manat əsas borcdan, xx.xx.2024-cü il tarixdə 5.400 (beş min dörd yüz) manat əsas borcdan və 54.400 (əlli dörd min dörd yüz) manat faiz borcundan ödənişlər edilmişdir və bu Saziş imzalanan tarixə cavabdehin 84.064.08 (səksən dörd min altmış dörd 08 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.3. Cavabdeh 84.064.08 (səksən dörd min altmış dörd 08 qəpik) manat qalıq borc məbləğini və iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 564,08 (beş yüz altmış dörd manat 08 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun və 6 (altı) ay müddətində, hər ay 14.112,20 (on dör min doqquz manat, 20 qəpik) manat ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğ Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində vaxtında və lazımınca icra edilmədikdə bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv ediləcək, qalıq borcun tutulması, tutmanın bu Sazişin 1-ci bəndində qeyd edilən mənzilə yöndəldilməsi, həmin Mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi məqsədilə İddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. 2.5. Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər pozulduğu və icra edilmədiyi təqdirdə bu Sazişin 2.1-ci bəndində qeyd olunan borc məbləğlərinin İddiaçıya tam şəkildə ödənilməsinə etiraz etmir. 2.6. Bu Sazişin 2.3-cü bəndi Cavabdeh tərəfindən vaxtında və lazımınca icra edildikdən sonra İddiaçı X2ndə hesablanmış əlavə faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini öz üzərinə götürür. İddiaçı Əmanətlərin Sığortalanması Fondunin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-296/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-296/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver