Məhkəmə qərarları › İş №e-2(001)-2960/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2960/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2960/2024 22.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 02 dekabr 2022il tariхli, 101804-320694/3 nömrəli kredit müqaviləsi üzrə 3.846,08 manat məbləğində əsas bоrc və 386,51 manat faiz borcu оlmaqla, cəmi 4.232,59 manat borcun, 27 oktyabr 2022 il tariхli, 101804-320694/2 nömrəli kredit müqaviləsi üzrə 1.272,95 manat əsas borc və 379,34 manat faiz borcu olmaqla, cəmi 1.652,29 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 5.884,88 manat borcun və 78,85 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02 dekabr 2022 il tariхli, 101804-320694/3 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 14.5% dərəcəsi ilə 7.000,00 (yeddi min) manat məbləğində krеdit vеrilmişdir. Həmçinin, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27 oktyabr 2022 il tariхli, 101804-320694/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 17.5% dərəcəsi ilə 5.000,00 (beş min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 19 mart 2024cü il tarixinə cavabdehin 02 dekabr 2022 il tariхli, 101804-320694/3 nömrəli kredit müqaviləsi üzrə 3.846,08 manat məbləğində əsas bоrc və 386,51 manat faiz borcu оlmaqla, cəmi 4.232,59 manat məbləğində kredit bоrcu yaranmışdır. 19 mart 2024-cü il tarixə cavabdehin 27 oktyabr 2022 il tariхli, 101804-320694/2 nömrəli kredit müqaviləsi üzrə 1.272,95 manat əsas borc və 379,34 manat faiz borcu olmaqla, cəmi 1.652,29 manat məbləğində kredit bоrcu yaranmışdır. Belə ki, Borcalan kreditləri vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etdiyini, kredit götürdüyünü və maddi çətinliklərlə əlaqədar ödəniş edə bilmədiyini və krediti hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli, 101804-320694/2 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (borcalan) ilə İddiaçı ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 18 ay müddətinə, illik 17,50 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermiş, borclu isə krediti faizləri ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli və kassa məxaric orderinin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 5000 manat məbləğində kredit vəsaitini tam şəkildə almışdır. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 317,84 manat olmaqla 27 aprel 2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 27 oktyabr 2022-ci il tarixli, 101804-320694/2 saylı kredit müqaviləsi üzrə Banka 1272,95 manat əsas borc və 379,34 manat faiz borcu olmaqla, cəmi 1652,29 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan və həmin xəbərdarlığın ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə 27 oktyabr 2024-cü il tarixli, 101804-320694/2 saylı kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli, 101804-320694/3 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (borcalan) ilə İddiaçı ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 24 ay müddətinə, illik 14.5 faiz ödəmək şərti ilə 7000 manat məbləğində kredit vermiş, borclu isə krediti faizləri ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli və kassa məxaric orderinin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 7000 manat məbləğində kredit vəsaitini tam şəkildə almışdır. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 337,75 manat olmaqla 02 dekabr 2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 02 dekabr 2022-ci il tarixli, 101804-320694/3 saylı kredit müqaviləsi üzrə Banka 3846,08 manat əsas borc və 386,51 manat faiz borcu olmaqla, cəmi 4232,59 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan və həmin xəbərdarlığın ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə 02 dekabr 2022-cü il tarixli, 101804-320694/3 saylı kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 42,37 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı və 36,48 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 78,85 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün, ondan İddiaçı ASC-nin xeyrinə 27 oktyabr 2022 il tariхli, 101804-320694/2 nömrəli kredit müqaviləsi üzrə 1.272,95 manat əsas borc və 379,34 manat faiz borcu olmaqla, cəmi 1.652,29 manat borc, 02 dekabr 2022-ci il tariхli, 101804-320694/3 nömrəli kredit müqaviləsi üzrə 3.846,08 manat məbləğində əsas bоrc və 386,51 manat faiz borcu оlmaqla, cəmi 4.232,59 manat borc, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 5.884,88 manat borc tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 78,85 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 27 oktyabr 2022-ci il tariхli, 101804-320694/2 nömrəli kredit müqaviləsi üzrə 1.272,95 (min iki yüz yetmiş iki manat doxsan beş qəpik) manat əsas borc və 379,34 (üç yüz yetmiş doqquz manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1.652,29 (min altı yüz əlli iki manat iyirmi doqquz qəpik) manat, 02 dekabr 2022-ci il tariхli, 101804- 320694/3 nömrəli kredit müqaviləsi üzrə 3.846,08 (üç min səkkiz yüz qırx altı manat səkkiz qəpik) manat məbləğində əsas bоrc və 386,51 (üç yüz səksən altı manat əlli bir qəpik) manat faiz borcu olmaqla, cəmi 4.232,59 (dörd min iki yüz otuz iki manat əlli doqquz qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5.884,88 (beş min səkkiz yüz səksən dörd manat səksən səkkiz qəpik) manat məbləğində borc və 78,85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar