Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2968/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə baxış iclası xx xxxxxxx 2020-ci il tarixə saat 09:00-a təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmişlər. İş materiallarindan görünür ki, hazırkı iddia ərizəsi ilkin olaraq məhkəməyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(001)-2968/2020 saylı qərardadı ilə İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iş üzrə icraat iddia icraatına keçirilmiş və qərardadda səbəb kimi “iddiaçının təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmir” qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya aşağıdakı məzmunda sorğu göndərilmişdir: “ ... Bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, Sizə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməniz təklif olunur. Belə ki, iş materiallarında olan sənədlər qanunvericiliyin göstərilən tələbinə cavab vermir”. xx.xx.2020-ci il tarixdə məhkəməyə iddiaçı «X1 Azərbaycan» QSC-nin ərizəsi daxil olmuş və ərizədə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur”. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya yenidən yuxarıda qeyd olunan məzmunda sorğu göndərilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəməyə iddiaçı «X1 Azərbaycan» QSC-nin ərizəsi daxil olmuş və ərizədə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur”. Məhkəmə iclası yenidən – xx.xx.2020-ci il tarixə təxirə salınmış, lakin iddiaçı yenidən məhkəmə iclasına gəlməmiş və məhkəməyə eyni məzmunlu ərizə göndərməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, iddia ərizəsinə iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilməsini sübut etməli olan bildiriş əlavə edilsə də, həmin bildirişin cavavdehə göndərilməsi/çatdırılmasını təsdiq edə biləcək hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda iddia ərizəsinə ərizəni imzalayan şəxsin səlahiyyətli şəxs olmasını təsdiq edən sənədlər də əlavə edilməmişdir. Bundan əlavə, Məhkəmə dəfələrlə sorğuda da qeyd etdiyi kimi, iddia ərizəsi məhkəməyə elektron qaydada daxil olduğundan, iddia ərizəsinə əlavə edilmiş sənədlər ümumiyyətlə mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Ona görə də, Məhkəmə tərəfindən iddiaçıya dəfələrlə sorğular göndərilmiş, lakin iddiaçı həmin sorğulara məhəl qoymamış, məhkəmənin sorğularına hər hansı reaksiya verməmiş və iddiaçının nümayəndəsi bir dəfə də olsun məhkəmənin iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır: Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən məhkəmə qarşısında irəli sürdüyü tələbləri əsaslandıra biləcək lazımi sənədləri iddia ərizəsinə əlavə etmədiyi və işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığı üçün iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2968/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2968/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver