Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2976/2023 26.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1240,84 manat məbləğində və 32,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə (bundan sonra bank) Cavabdeh arasında xx.xx.2020-ci il tarixində “Kartmane” xidməti üzrə kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə VİSA Rewards Kartmane tipli bank kartı verilmiş və **********0944-340444 saylı kart hesabı açılmışdır. xx.xx.2022-ci il tarixdə Bank tərəfindən texniki səhv olaraq müştərinin kartına 1535,22 manat məbləğində vəsait yüklənmişdir. Cavabdeh vəsaiti özünün digər kartına köçürmüşdür. xx.xx.2022-ci il tarixdə qeyd edilən vəsait overdraft borcu yaradılaraq geri çəkilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixinə borcu 1240,84 manat təşkil edir. Bankın “Nəsimi” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2022-ci il tarixli RB05-02/233 saylı və xx.xx.2023-cü il tarixli RB-05-02/280 saylı bildiriş məktubları göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 1240,84 manat (bir min iki yüz qırx manat səksən dörd qəpik) manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə,cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, iş materiallarına əlavə edilmiş Rabitəbank” ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində “Kartmane” xidməti üzrə kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə VİSA Rewards Kartmane tipli bank kartı verilmiş və **********0944-340444 saylı kart hesabı açılmışdır. Tərəflər arasında plastik kartların əldə edilməsi və istifadəsinə dair müqavilədən görünür ki, bu müqavilə kartların verilməsi və onlardan istifadə edilməsi ilə bağlı bank və müştəri arasında hüquq münasibətlərinin əmələ gəlməsini, onların hüquq və vəzifələrini, məsuliyyət dairəsini, kartlardan istifadənin əsas şərtlərini və qaydalarını, tərəflər arasında bu sahədə yarana bilən digər münasibətləri müəyyən edir və tənzimləyir. Həmin müqavilənin 8.5-ci maddəsinə əsasən, kart hesabı üzrə overdraft yarandığı təqdirdə, bu haqda müştəriyə telefon, e-mail və ya SMS vasitəsilə məlumat verilir. Müştəri overdraft üzrə yaranan borcu Banka overdraftın yarandığı gündən etibarən 30 təqvim günü ərzində ödəməzsə, bu halda, bankın overdraft borcu məbləğində tətbiq etdiyi illik 2% dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş hesabdan çıxarşdan görünür ki, borclunun hesabına xx.xx.2022-ci il tarixdə 1534,22 manat və 1 manat pul vəsaitləri yüklənmiş, həmin pul vəsaiti üzrə 300 manat və 1,79 manat məbləğində ödənişlər edildikdən sonra xx.xx.2023cü il tarixə overdraft məbləği 1233,43 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, 2022-ci ilin noyabr ayının 16-da bank tərəfindən texniki səhv olaraq müştərinin kartına 1535,22 manat yüklənmişdir. Müştəri vəsaiti özünün digər kartına köçürmüşdür. xx.xx.2022-ci il tarixində qeyd edilən vəsait overdraft borcu yaradılaraq geri çəkilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixinə borcu 1240,84 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və 31 mart 2023-cü il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.3-ci maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən edilmiş texniki səhv nəticəsində cavabdehə məxsus karta 1535,22 manat məbləğində pul vəsaiti yüklənmiş və cavabdeh tərəfindən həmin pul vəsaitindən istifadə edilmiş və 1233,43 manat məbləği geri qaytarılmamışdır. Həmin pul vəsaitinin cavabdeh tərəfindən istifadə olunması əsasız varlanma kimi qiymətləndirilməli və həmin məbləğin qaytarılması əsassız varlanmanın yaratmış olduğu hüquqi əsaslara və nəticələr uyğun olaraq qiymətləndirilməlidir. Eyni zamanda iddiaçı iddia tələbində 1240,84 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etmiş olsa da, iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixə overdraft məbləği 1233,43 manat təşkil edir. Belə olan halda hesab edirəm ki , iddia qismən təmin edilməli, əsassız varlanma obyekti olan 1233,43 (bir min iki yüz otuz üç manat 43 qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, ödənilmiş 32,41 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 1233,43 (bir min iki yüz otuz üç manat 43 qəpik) manat məbləğində pul vəsaiti və 32,41 (otuz iki manat 41 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2976/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2976/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver