Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3003/2023 16.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" ASC cəlb edilməklə) “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilin mülkiyyətçisi X2 oğlu Cavabdeh2 ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilə gəlin köçmüş və həmin vaxtdan indiyə qədər həmin ünvanda yaşayır. Həmin ünvanda birgə nikah dövründə doğulmuş övladları X11 və X9 qeydiyyatda olmaqla yaşayır. "xxxx" ASC ilə X7 arasında 5 iyul 2007-ci il və 6 mart 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin təminatı olaraq, qaynatası X3 mülkiyyətində və onların ailəsinin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzili Bank qarşısında yüklü edilmişdir. Bakışəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-181\2010 nömrəli , 19 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X4 K-3529 saylı kredit müqaviləsi üzrə cəmi 60.927 ABŞ dollarıməbləğində, K-3716 saylı kredit müqaviləsi üzrə cəmi 91.508 ABŞ dolları məbləğində borc Bankın xeyrinə tutulmuş və tutma ipoteka yüklü edilmiş Bakışəhəri, Binəqədi rayonu, 8-cimikrarayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylımənzilinə yönəldilmiş, mənzilin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və Bakışəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzili Bank tərəfindən 76.500 manata alınmış və bu barədə xx.xx.2018-ci il tarixdə hərracın nəticələri barədə yekun protokol tərtib edilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət reysterindən RX seriyalı ******* nömrəliçıxarışa əsasən Bakışəhəri, Binəqədi rayonu, 8-cimkr, S.S.Axundov küçəsi,ev 40, mənzil 25 tam mülkiyyət hüququ üzrə Bankın adına 18 oktyabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X6, Cavabdeh2 və X1 Bakışəhəri, Binəqədi rayonu, 8-cimkr. S.Sani Axundov küçəsi, 40 saylıevin 25 saylımənzilindən isitifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Hazırda cavabdehlər ondan uşaqları ilə birlikdə mübahisəli mənzili tərk etməyini tələb edirlər. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddialarının təmin edilməsini xahiş etdi. Bundan əlavə iddiaçı ilə Cavabdeh2 hazırda nikahda olduğunu, iddiaçının öz ata evində qeydiyyatda olduğunu, iddiaçının kreditdən xəbərinin olmadığını bildirdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddianı qəbul etdiyini bildirdi və əlavə olaraq iddiaçının və uşaqlarının evdən çıxarılmalarına etiraz edərək, bank qarşısında cəmi 8-9 min dollar borcun qaldığını bildirdi.
5. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.
6. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz etmiş və bildirmişdir ki, mənzil Bankın mülkiyyətidir və mülkiyyətçi kimi bank iddiaçının istifadə hüququnun tanınmasına etiraz edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları və məhkəmənin hüquqi dəyərləndirməsi:
7. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzili xx.xx.1980-ci il tarixli Bakı şəhər X8 İcraiyyə Komitəsinin 190813 saylı orderinə əsasən Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşamaları üçün ayrılmışdır. xx.xx.2003-cü il tarixdə həmin mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçı Cavabdeh1 gəlini, digər Cavabdeh2 arvadıdır. İddiaçı ilə Cavabdeh2 1998-ci il tarixdə nikaha daxil olmuş və hal-hazırda nikahdadırlar. Tərəflərin birgə nikahlarından 2 uşaqları vardır. İddiaçı cavabdehlər və uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Həmin mənzil cavabdehlərin müvafiq olaraq kürəkəni və bacısının ərinin kredit müqaviləsinin təminatı qismində ləğv edilmiş Azəriqazbankın qarşısında ipoteka ilə yüklü edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-181/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Bankın iddiası təmin edilmiş və tələb ipoteka predmeti olan həmin mənzilə yönəldilmişdir. 2018-ci il tarixdə hərracın nəticələrinə uyğun olaraq mənzil ləğv prosesində olan "xxxx" ASC-nin mülkiyyətinə keçmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. Daha sonra ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, və X5 qarşı mənzilə istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılma barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və müvafiq olaraq Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və apellyasiya şikayəti təmin edilməmişdir. Həmin vaxt İddiaçı qeydiyyatda olmadığına görə ona qarşı tələb irəli sürülməmişdir.
8. Hazırda iddiaçı həmin mənzilə istifadə hüququnun tanınmasını tələb edir və tələbini onunla əsaslandırır ki, kredit müqaviləsindən məlumatı olmamışdır və o, 1998-ci ildən həmin mənzildə yaşayır.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh işin nəticəsində maraqlı olduğundan iddianı qəbul edir.
10. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddia əsassızdır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
13. 205.1. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir.
14. 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.
15. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
16. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
17. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
18. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı 1998-ci ildə icarədarın ailə üzvü kimi mənzilə köçmüş və orada yaşamağa başlamış(Keçmiş Mənzil Məcəlləsinin 54-cü maddəsi), 2003-cü ildə isə mənzilin hüquqi statusu dəyişmiş və iddiaçı yenə də yaşamağa davam etmişdir. Lakin 2018-ci ildə tutma yönəldilən əmlakın mülkiyyətçisi dəyişmiş və mülkiyyətçisinin həmin mənzillə bağlı bütün hüquqlarına xitam verilmişdir. Tələbin mahiyyətindən o ehtimal olunur ki, iddiaçı mənzilin mülkiyyətçisinə qarşı tələb yönəltməsə də, o, Mülki Məcəllənin 228.4-cü maddəsinin tələbinə əsasən istifadə hüququnun tanınmasını tələb edir. Yəni iddiaçı mülkiyyətçisinin dəyişməsinin istifadə hüququna xitam verilmədiyi hüquqi nəticəsini əsas götürsə də, mənzilin mülkiyyətçisi olmayan şəxslərə qarşı istifadə hüququnun tanınması tələbini irəli sürmüşdür. Halbuki istifadə hüququ mənzilin mülkiyyətçisinə münasibətdə tanınmalı olan hüquq olduğu kimi, Mülki Məcəllənin 228.4-cü maddəsi də məhdud əşya hüququ kimi yaranmış istifadə hüququna münasibətdə keçərlidir. Bununla belə iddiaçının məhdud əşya hüququ kimi istifadə hüququnun yaranmadığı aşkardır və onun etibarlı ailə münasibətlərinə istinad etməklə mənzilin əvvəlki mülkiyyətçisi və istifadə hüququ olan şəxsə qarşı istifadə hüququnun tanınması barədə tələb irəli sürməsi anlaşılan olmamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının "xxxx" ASC-yə münasibətdə də hər hansı məhdud əşya hüququnun yarandığı müəyyən edilmir. Tətbiq edilən prosessual normalar:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
21. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
22. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
23. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
24. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" ASC cəlb edilməklə) “istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev.