Məhkəmə qərarları › İş №e-2(001)-302/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-302/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-302/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, İddiaçı "xxxx" X2 nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X6 cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi **-AN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet-Cruze” markalı avtomobillə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ilə Cümşüdov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyinin 2 ədəd çırağını və onun tumba hissəsini sıradan çıxararaq müəssisəyə 3764.20 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin 22 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi **-AN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet-Cruze” markalı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Cavabdeh2 tərəfindən idarə edilən **-AN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet-Cruze” markalı nəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası növündə "xxxx" ASC-də sığortalanmışdır. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir. İddia tələblərini qanuni və əsaslı sayaraq iddiaçı tərəf hesab edir ki, müəssisəyə vurulmuş 3764.20 manat məbləğində maddi ziyan cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 tutularaq "xxxx" X3 ödənilməlidir. Tərəflərindən cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" X3 vurulmuş 3764.20 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" X2 nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 "xxxx" ASC-yə qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, dəymiş ziyanın məbləği ilə razı olmadıqlarını, işıq dirəyinin təmir edilməklə bərpa olunması üçün 1800 manat məbləğində vəsaitin kifayət etdiyini və bununla bağlı qüsur aktını məhkəməyə təqdim edərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş izahatın surətindən görünür ki, 20 aprel 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Z.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı izahatında qeyd etmişdir ki, 2019-cu il tarixdən etibarən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əldə etməklə yanaşı sürücülük hüququna malikdir. Hal-hazırda özünə məxsus Chevrolet-Cruz markalı, **-AN- *** qeydiyyat nömrə nişanlı avtomobili idarə edir. Beləliklə də, 20 aprel 2023-cü il tarixdə saat 01 radələrində özünə məxsus Chevrolet-Cruz markalı dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Z.Əliyev küçəsi ilə saatda 50 k/metr sürətlə yolun sağdan ikinci zolağı ilə hərəkət edirdi, bu zaman özündən aslı olmayaraq, yolun hərəkət hissəsində olan zaman sükan arxasında mürgüləmiş yə yuxuya getmişdir. Bir an səs eşitmiş və yuxudan ayıldıqda görmüşdür ki, idarə etdiyi avtomobil yolun kənarında olan səkiyə dəyərək yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları müvafiq sənədləşdirmə işləri apardıqdan sonra, idarə etdiyi avtomobil müvəqqəti duracağa qoyulmuşdur. Hadisədən sonra evə gəldikdə bədən nahiyyəsində ağrıları olması səbəbindən X11 Xəstəxanasına müraciət etmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin TŞ-nə ezam edilmiş, Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK- 1/152 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Chevrolet-Cruz markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib hissəsinin yarandığı üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" X6 tərəfindən "xxxx" şirkətinə ünvanlanmış 14 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Müəssisə tərəfindən “Chevrolet Cruze” markalı **- AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" şirkətində sığortalandığı bildirilmiş, müəssisəyə dəymiş maddi ziyana görə sığorta ödənişinin bank hesablarına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasından görünür ki, “Polermo” tipli işıq dirəyinin bərpasına 3764.20 manat xərclənmişdir. İş materiallarında olan "xxxx" X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 31 saylı aktdan görünür ki, “Palermo” tipli işıq dirəyinin 2014-cü ildən istismardadır. Çuqun altlığın və 2 ədəd çırağın ilkin qiyməti 4351.70 manat təşkil edir. Normaya görə köhnəlmə dərəcəsi 13.5% tətbiq edilməklə, köhnəlmə dərəcəsinin məbləği 3764.20 manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" Şirkəti tərəfindən "xxxx" X3 ünvanlanmış məktubdan görünür ki, Şirkətin mütəxəssisləri tərəfindən zərərçəkmiş əmlaka dəymiş zərərin qiymətləndirilməsi aparılmış və qiymətləndirmə nəticəsində əmlaka dəymiş zərərin məbləği 1800 manat müəyyən edilmişdir. Hesablanmış sığorta ödənişini pul şəklində ödəyə bilərlər. Belə ki, hazırki məktubu aldıqdan 2 iş günü ərzində müəyyən edilmiş zərər məbləğinin ödənilməsinə razılıq verdikdə hesablanmış məbləği ödəməkləri üçün bank hesabının (məktub ilə) onlara təqdim edilməsi xahiş edilmişdir. Bildirilmişdir ki, müəyyən edilmiş zərər məbləği ilə razı olmadıqları halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq (Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir) "xxxx" ASC onların yazılı ərizə ilə təklif etdikləri 3 müstəqil ekspertdən birinin vasitəsi ilə dəymiş zərərin qiymətləndirilməsini təşkil etməyə hazırdırlar. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, "xxxx" X3 məxsus əmlaka dəymiş zərər ümumilikdə 1800 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Kərimov X5 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1910 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza qarşısında qoyulmuş sualın həlli məqsədi ilə müvafiq müqayisə metodu ilə tədqiqat apararkən “Palermo” tipli işıq dirəyinin və ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də, “Palermo” tipli işıq dirəyinə dəymiş ziyan iş materiallarında olan (cild i.v 18-19) "xxxx" Şəbəkə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT-da olan məlumatlara əsasən nəzəri hesablama yolu ilə müəyyən edilmişdir. İş materiallarında olan (cild i.v 18-19) "xxxx" X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT-da göstərildiyi kimi “Palermo” tipli işıq dirəyinin 2014-cü ildən istismarda olduğunu, çuqun altlığının və 2 ədəd çırağının ilkin qiymətinin 4351.70 manat olması nəzərə alınarsa, istismarına 13.5% (9 il x 1.5%) köhnəlmə tətbiq etməklə qalıq dəyəri 3764.20 (4351.70-13.5%) manat təşkil edər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 904.2-ci maddəsinə əsasən, sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yə hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Bununla yanaşı, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri, zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər, sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. Həmin Qanunun 16.4-cü maddəsinə uyğun olaraq, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakıntəmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 56-cı maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə, üçüncü şəxsə dəyə bilən zərərə görə sığorta məbləği 5000 manat müəyyən edilir. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Z.Əliyev küçəsi ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə yolun kənarında olan "xxxx" X3 məxsus “Polermo” tipli işıq dirəyinə çırpılmış və bunun nəticəsində həmin işıq dirəyinə zərər vurulmuş, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh2 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən icbari sığorta növündə sığortalanmışdır. İşıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasından görünür ki, “Polermo” tipli işıq dirəyinin bərpasına 3764.20 manat xərclənmişdir. "xxxx" X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 31 saylı akta əsasən “Palermo” tipli işıq dirəyinin 2014-cü ildən istismardadır. Çuqun altlığın və 2 ədəd çırağın ilkin qiyməti 4351.70 manat təşkil edir. Normaya görə köhnəlmə dərəcəsi 13.5% tətbiq edilməklə, köhnəlmə dərəcəsinin məbləği 3764.20 manat qiymətləndirilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, "xxxx" X3 məxsus əmlaka dəymiş zərər ümumilikdə 1800 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəf sığorta şirkətinə müraciət edərək, müəssisəyə dəymiş maddi ziyana görə sığorta ödənişinin bank hesablarına köçürülməsini xahiş etmiş, "xxxx" Şirkəti tərəfindən "xxxx" X3 ünvanlanmış məktubla təsdiq edilmişdir ki, şirkətin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərərin qiymətləndirilməsi aparılmış və qiymətləndirmə nəticəsində əmlaka dəymiş zərərin məbləği 1800 manat məbləğində müəyyən edilmiş, həmin məbləğinin ödənilməsinə razılıq verildiyi təqdirdə hesablanmış məbləğin ödənilməsi üçün bank hesabının onlara təqdim edilməsi xahiş edilmişdir. Həmin məktubla, həmçinin cavabdeh tərəfin nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatla təsdiq edilir ki, sığorta şirkətinə qarşı irəli sürülmüş iddia tələbini cavabdeh təşkilat qismən qəbul edir, yalnız dəymiş zərərin məbləği hissəsində məbləğlə razılaşmırlar. Dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1910 nömrəli ekspert rəyi ilə təsdiq edilmişdir ki, "xxxx" X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT-da göstərildiyi kimi “Palermo” tipli işıq dirəyinin 2014-cü ildən istismarda olduğu, çuqun altlığının və 2 ədəd çırağının ilkin qiymətinin 4351.70 manat olması nəzərə alınmaqla, istismarına 13.5% (9 il x 1.5%) köhnəlmə tətbiq etməklə qalıq dəyəri 3764.20 (4351.70-13.5%) manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" X3 məxsus “Polermo” tipli işıq dirəyinə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, sığorta müqaviləsi üzrə Cavabdeh2 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə mülki məsuliyyətin icbari sığortası növündə "xxxx" ASC tərəfindən sığortalandığından iddia tələbi həmin cavabdehə qarşı qismən təmin edilməli, ekspert rəyi ilə təsdiq edilmiş 3764.20 manat məbləğində dəymiş zərərin əvəzi cavabdeh "xxxx" ASCdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təqsirli olan, lakin mülki məsuliyyəti sığortalanmış şəxsə münasibətdə əsassız olduğu üçün ona qarşı hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən maddi zərərə görə 3764.20 (üç min yeddi yüz altmış dörd manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" X3 ödənilsin. İddia tələbi digər Cavabdeh2 qarşı təmin edilməsin. Eyni zamanda 50 manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar