Məhkəmə qərarları › İş №e-2(001)-3024/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3024/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3024/2022 23.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 vərəsələri Cavabdeh1 qzından və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 1772,8 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 1772,81 manat kredit borcu və ödənilmiş 37,72 manat dövlət rüsumunun, habelə 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Mərkəzi” filialı ilə X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********21 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2150 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı dövlət Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 90 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X6 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X6 vəfat etdiyi tarixə Banka ödənilməmiş 1772,80 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 1772,81 manat borcu qalmışdır. Cavabdehlər mərhum X5 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, notariat ofisi tərəfindən göndərilmiş sənədlərdən də müəyyən olunur ki, cavabdehlər ölmüş şəxsin mirasını qəbul etmişlər və onun vərəsələridirlər. X14 öldüyü gün bank tərəfindən kredit müqaviləsi üzrə faiz hesablanması dayandırılmışdır. Şəxs ölənə qədər kredit müqaviləsi üzrə ödənişlərini normal yerinə yetirmişdir. Hazırda kredit müqaviləsi üzrə 1772,80 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 1772,81 manat borc qalmışdır.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, X9 onun atasıdır. Atası xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Digər Cavabdeh1 anasıdır. Onlar mirası qəbul etməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. "xxxx" ASC ilə borcalan X9 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli BPM**********21 saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən bank borcalana 24 ay müddətinə, illik 24 % dərəcəsi olmaqla 2150 manat kredit verməyi, borcalan isə verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada qaytarmağı barədə öhdəlik götürmüşdür.

8. xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, "xxxx" ASC 2150 manat məbləğində pul vəsaitini borcalan X8 vermişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat Ofisinin 90 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mərhum X6 ölümü ilə əlaqədar, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır.

10. 3 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 10 dekabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 059168 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

11. "xxxx" ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixlinə olan №0774 saylı maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə cavabdehin banka 1772,8 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 1772,81 manat məbləğində borcu vardır.

12. "xxxx" ASC tərəfindən borclu mərhum X6 vərəsələri Cavabdeh1 və Cavabdeh2 sonuncu dəfə xx.xx.2022-ci il tarixində ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara banka olan borcu icra etməyəcəkləri təqdirdə barələrində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdarlıq olunmuşdur.

13. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 37,72 manat məbləğində dövlət rüsumu ödəmişdir.

14. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilən vərəsəlik işinə dair sənədlərin surətindən görünür:

15. Cavabdeh1 xx.xx.2020-ci il tarixində Bakı şəhəri 20 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu ildə ünvan 2 ünvanında qeydiyyatda olan əri X6 vəfat etdiyini bildirmiş və miras əmlaka- Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, 1 otaqlı 293 saylı mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

16. Cavabdeh2 xx.xx.2020-ci il tarixində Bakı şəhəri 20 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu ildə ünvan 2 ünvanında qeydiyyatda olan X4nun vəfat etdiyini bildirmiş və miras əmlaka- Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, 1 otaqlı 293 saylı mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

17. Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evi tərəfindən verilən Vİİ-ЖГ seriyalı, 444729 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X7 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixində 787 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.

18. Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evi tərəfindən verilən AZ-İ seriyalı, 434775 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X4, anası Cavabdeh1dır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

19. İddiaçı "xxxx" ASC ilə borcalan X9 arasında 04 iyul 2019-cu il tarixli BPM**********21 saylı kredit müqaviləsi bağlanmış və bank borcalana 24 ay müddətinə, illik 24 % dərəcəsi olmaqla 2150 manat kredit vermişdir.

20. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

21. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixində Bakı şəhəri 20 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında qeydiyyatda olan X6 vəfat etdiyini bildirmişlər və miras əmlaka- Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən, 1 otaqlı 293 saylı mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər.

22. X1 ölümü ilə əlaqədar cavabdehlər arvadı Cavabdeh1 və qızı Cavabdeh2 xx.xx.2020-ci il tarixli ərizələri əsasında Bakı şəhəri 20 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır.

23. Notariat işinə əlavə olunmuş Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli, 111 saylı məktubla müəyyən edildi ki, notariat ofisi tərəfindən mərhum X5 miras qalmış əmlaka dair- Bakı şəhəri Yasamal rayonu, Qərbi Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsi, blok 3, mərtəbə 12 ünvanında yerləşən 1 otaqlı, 239 saylı mənzilə dair çıxarışın verilməsi xahiş edilmişdir.

24. Hazırda "xxxx" ASC məhkəməyə müraciət edərək, borclu mərhum X6 miras qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 1772,80 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 1772,81 manat kredit borcu və ödənilmiş 37,72 manat dövlət rüsumunun, habelə 0,4 manat xidmət haqqının tutulmasını məhkəmədən xahiş etmişdir.

25. Cavabeh Cavabdeh2 digər cavabdeh anası Cavabdeh1 ilə atasından qalan mirası qəbul etmədiklərini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

28. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

29. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

30. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

31. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

32. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

33. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

34. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

35. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

36. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

38. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

39. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

40. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

42. Göründüyü kimi "xxxx" ASC qarşısında X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün borclunun arvadı və qızıhazırki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixində Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət etmişlər.

43. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 miras əmlakı qəbul etmədiklərini bildirsə də, notariat işinə əlavə olunmuş Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli, 111 saylı məktubla müəyyən edildi ki, notariat ofisi tərəfindən mərhum X5 miras qalmış əmlaka dair- Cavabdeh1 ərizəsi əsasında vərəsəlik işi açılmış və Bakı şəhəri Yasamal rayonu, Qərbi Bünyadzadə küçəsi ilə 7-ci Alatava küçəsinin kəsişməsi, blok 3, mərtəbə 12 ünvanında yerləşən 1 otaqlı, 239 saylı mənzilə dair çıxarışın verilməsi xahiş edilmişdir.

44. Odur ki, cavabdehlər mirasın qəbulu barədə notariat ofisinə ərizə verməklə mirası qəbul etmişlər. Eyni zamanda miras əmlakın alış qiyməti 34400 abş dolları olan mənzil olduğu nəzərə alındıqda, vərəsələrin miras payının həcmi miras qoyanın passivini qarşılayır. Bu baxımdan əgər vərəsələr miras qoyanın aktivini qəbul etmişlərsə, deməli onun miras əmlak həcmində passivini də qəbul etmiş hesab olunurlar.

45. Məhkəmə sadalanan normaları rəhbər tutub, tədqiq edilmiş sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli, BPM**********21 saylı kredit müqaviləsi üzrə borcalan X6 mirası qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə üzrə kreditorun birgə borcluları hesab edildiyindən, öhdəliyin pozulmasına görə birgə məsuliyyət daşıyaraq kreditor qarşısında yaranmış borcu müştərək qaydada ödəməlidirlər. Kredit müqaviləsi üzrə borcun mövcudluğu iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Tətbiq edilən prosessual normalar:

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

47. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

48. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

49. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

50. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

51. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 04 iyul 2019-cu il tarixli BPM**********21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1772,8 (min yeddi yüz yetmiş iki manat səksən qəpik) manat, faiz borcuna görə 0,01 (bir qəpik) manat olmaqla, ümumilikdə 1772,81 (min yeddi yüz yetmiş iki manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 37,72 (otuz yeddi manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, habelə 0,4 (qırx qəpik) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 04 iyul 2019-cu il tarixli BPM**********21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1772,8 (min yeddi yüz yetmiş iki manat səksən qəpik) manat, faiz borcuna görə 0,01 (bir qəpik) manat olmaqla, ümumilikdə 1772,81 (min yeddi yüz yetmiş iki manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 37,72 (otuz yeddi manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, habelə 0,4 (qırx qəpik) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar