Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3041/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh - xx.xx.2012-ci il tarixli, 3731 saylı kredit müqaviləsi üzrə 23 327.15 manat məbləğində əsas borc, 15 045.70 manat məbləğində faiz borcu, 8431.20 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10 452.24 manat məbləğində faiz məbləği, ümumilikdə isə 57 256.29 (əlli yeddi min iki yüz əlli altı manat, 29 qəpik) manat məbləğində - xx.xx.2012-ci il tarixli, 3729/12 saylı kredit müqaviləsi üzrə 47 936.75 manat məbləğində əsas borc, 30 939.18 manat məbləğində faiz borcu, 17 326.01 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21 418.56 (iyirmi bir manat dörd yüz on səkkiz manat, 56 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 117 620.50 manat məbləğində xx.xx.2013-cü il tarixli, 4384 saylı kredit müqaviləsi üzrə 17 652.13 manat məbləğində əsas borc, 12 592.13 manat məbləğində faiz borcu, 3125.60 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8428 manat məbləğində faiz məbləği, ümumilikdə isə 41 797.86 (qırx bir min yeddi yüz doxsan yeddi manat, 86 qəpik) manat məbləğində kredit borcunun və 507 (beş yüz yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin İnam filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında 3731 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 55 000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı ASC-nin İnam filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında 3729/12 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə, 100 000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Bundan əlavə, İddiaçı ASC-nin İnam filialı ilə Cavabdeh arasında xx.xx.2013- cü il tarixində kredit verilməsi haqqında 4384 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 16 (on altı) faiz ödənilməsi şərti ilə 15 (on beş) ay müddətinə, 40 200 (qırx min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlər göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışlarından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. - xx.xx.2012-ci il tarixli, 3731 saylı kredit müqaviləsi üzrə 23 327.15 manat məbləğində əsas borc, 15 045.70 manat məbləğində faiz borcu, 8431.20 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10 452.24 manat məbləğində faiz məbləği, ümumilikdə isə 57 256.29 (əlli yeddi min iki yüz əlli altı manat, 29 qəpik) manat məbləğində - xx.xx.2012-ci il tarixli, 3729/12 saylı kredit müqaviləsi üzrə 47 936.75 manat məbləğində əsas borc, 30 939.18 manat məbləğində faiz borcu, 17 326.01 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21 418.56 (iyirmi bir manat dörd yüz on səkkiz manat, 56 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 117 620.50 manat məbləğində - xx.xx.2013-cü il tarixli, 4384 saylı kredit müqaviləsi üzrə 17 652.13 manat məbləğində əsas borc, 12 592.13 manat məbləğində faiz borcu, 3125.60 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8428 manat məbləğində faiz məbləği, ümumilikdə isə 41 797.86 (qırx bir min yeddi yüz doxsan yeddi manat, 86 qəpik) manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 3731 saylı kredit müqaviləsinin mövcud olduğu bank əməliyyat sistemində aparılmış əməliyyatların “loq file”-na baxış keçirilərkən xx.xx.2016-cı il tarixində kreditin bitmə tarixi xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixinə (əməliyyat “Alıyeva L.E” adlı istifadəçi adı altında) dəyişdirilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 4384 saylı kredit müqaviləsinin mövcud olduğu bank əməliyyat sistemində aparılmış əməliyyatların “loq file”-na baxış keçirilərkən xx.xx.2016-cı il tarixində kreditin bitmə tarixi xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinə (əməliyyat “Alıyeva L.E” adlı istifadəçi adı altında) dəyişdirilmişdir. Odur ki, hazırki iş üzrə bank ilə cavabdeh arasında bağlanan müqavilələri cavabdehin yerinə kim tərəfindən imzalanması, ödənişlərin kim tərəfindən aparılması araşdırılmalı və verilmiş kreditlər üzrə müqavilələrin hansı məqsədlə qanunsuz müddətlərinin uzadılmasını dəqiq müəyyən etmək məqsədi ilə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etdi. Eləcə də iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, o, bankla heç bir kredit götürməmişdir. Müqavilədə imza onun ola bilər, çünki həmin dövrdə bankın əməkdaşı olmuşdur. Nümayəndəsi (vəkil) tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə edib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin “Eektron Məhkəmə” informasiya sistemində olan: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 3731 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 55.000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 3729/12 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 100.000 (yüz min) manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4384 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 16% tətbiq edilməklə, 15 ay müddətinə 40200 (qırx min iki yüz) manat məbləğində kredit verilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh 08 dekabr 2023-cü il tarixinə xx.xx.2012ci il tarixli, 3731 saylı kredit müqaviləsi üzrə 23 327.15 manat məbləğində əsas borc, 15 045.70 manat məbləğində faiz borcu, 8431.20 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 10 452.24 manat məbləğində faiz məbləği, ümumilikdə isə 57 256.29 (əlli yeddi min iki yüz əlli altı manat, 29 qəpik) manat məbləğində borcu mövcuddur. - maliyyə arayışından görünür ki, Cavabdeh 08 dekabr 2023-cü il tarixinə xx.xx.2012ci il tarixli, 3729/12 saylı kredit müqaviləsi üzrə 47 936.75 manat məbləğində əsas borc, 30 939.18 manat məbləğində faiz borcu, 17 326.01 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 21 418.56 (iyirmi bir manat dörd yüz on səkkiz manat, 56 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 117 620.50 manat məbləğində kredit borcu mövcuddur. maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli, 4384 saylı kredit müqaviləsi üzrə 17 652.13 manat məbləğində əsas borc, 12 592.13 manat məbləğində faiz borcu, 3125.60 manat məbləğində cərimə üzrə borcu, kecikdirilmiş vaxt üçün hesablanmış 8428 manat məbləğində faiz məbləği, ümumilikdə isə 41 797.86 (qırx bir min yeddi yüz doxsan yeddi manat, 86 qəpik) manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İnam filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında 3731 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İnam filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında 3729/12 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə, 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İnam filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixində kredit verilməsi haqqında 4384 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 16 (on altı) faiz ödənilməsi şərti ilə 15 (on beş) ay müddətinə, 40200 (qırx min iki yüz) manat məbləğində kredit verilmişdir. Göründüyü kimi xx.xx.2012-ci il tarixli, 3731 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-ci il tarixdə, xx.xx.2012-ci il tarixli, 3729/12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-ci il tarixdə və xx.xx.2013-cü il tarixli, 4384 saylı kredit müqaviləsi üzrə isə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2014-cü il tarixdə bitmiş və iddia müddətinin axımı başlamışdır. Cavabdeh tərəf müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olmasını nəzərə alaraq, iddia müddətini tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə esab edir ki, ərizə əsaslıdır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır...” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “......ddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”. Məhkəmə yuxarıda göstərilən normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında əks olunan hüquqi mövqeyləri nəzərə alaraq hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 3731 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-ci il tarixdə, xx.xx.2012-ci il tarixli, 3729/12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2015-ci il tarixdə və xx.xx.2013-cü il tarixli, 4384 saylı kredit müqaviləsi üzrə isə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2014-cü il tarixdə bitmiş, iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni hər üç müqavilə üzrə üç illik müddəti ötürdükdən sonra müraciət etmişdir. Belə olan halda iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh - xx.xx.2012-ci il tarixli, 3731 saylı kredit müqaviləsi üzrə 23 327.15 manat məbləğində əsas borc, 15 045.70 manat məbləğində faiz borcu, 8431.20 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10 452.24 manat məbləğində faiz məbləği, ümumilikdə isə 57 256.29 (əlli yeddi min iki yüz əlli altı manat, 29 qəpik) manat məbləğində - xx.xx.2012-ci il tarixli, 3729/12 saylı kredit müqaviləsi üzrə 47 936.75 manat məbləğində əsas borc, 30 939.18 manat məbləğində faiz borcu, 17 326.01 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21 418.56 (iyirmi bir manat dörd yüz on səkkiz manat, 56 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 117 620.50 manat məbləğində - xx.xx.2013-cü il tarixli, 4384 saylı kredit müqaviləsi üzrə 17 652.13 manat məbləğində əsas borc, 12 592.13 manat məbləğində faiz borcu, 3125.60 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8428 manat məbləğində faiz məbləği, ümumilikdə isə 41 797.86 (qırx bir min yeddi yüz doxsan yeddi manat, 86 qəpik) manat məbləğində kredit borcunun və 507 (beş yüz yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh - xx.xx.2012-ci il tarixli, 3731 saylı kredit müqaviləsi üzrə 23 327.15 manat məbləğində əsas borc, 15 045.70 manat məbləğində faiz borcu, 8431.20 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10 452.24 manat məbləğində faiz məbləği, ümumilikdə isə 57 256.29 (əlli yeddi min iki yüz əlli altı manat, 29 qəpik) manat məbləğində - xx.xx.2012-ci il tarixli, 3729/12 saylı kredit müqaviləsi üzrə 47 936.75 manat məbləğində əsas borc, 30 939.18 manat məbləğində faiz borcu, 17 326.01 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21 418.56 (iyirmi bir manat dörd yüz on səkkiz manat, 56 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 117 620.50 manat məbləğində - xx.xx.2013-cü il tarixli, 4384 saylı kredit müqaviləsi üzrə 17 652.13 manat məbləğində əsas borc, 12 592.13 manat məbləğində faiz borcu, 3125.60 manat məbləğində cərimə üzrə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 8428 manat məbləğində faiz məbləği, ümumilikdə isə 41 797.86 (qırx bir min yeddi yüz doxsan yeddi manat, 86 qəpik) manat məbləğində kredit borcunun və 507 (beş yüz yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3041/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3041/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver