Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3042/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı (İB) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə mülki işə 15 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İB-nə vurulmuş 717,6 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 747,6 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Banki Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-ci il tarixli 109137 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus, ünvan 1 ünvanında evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən yaşayış evinin qaz xətti üzərində istismarda olmuş (Abonent kodu **********70560) Smart G-4 İtron markalı 1402AZ**********72 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və yeni Zenner G-4 Smart markalı **********139 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsinin nəzarəti altında İddiaçı İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-6852/Q002 nömrəli aktına əsasən “Sayğacın çıxış plastmas borusu sınıqdır, xətalar normadan artıqdır, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir” barədə rəy verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacına baxış keçirilərkən onun məqsədli şəkildə qaz sayğacına müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 777,60 ( 6480 kub-metr x 0,12 ) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Onunda qeyd etmək istəyirik ki,cavabdeh tərəfindən yuxarıda qeyd edilən akt üzrə borcdan 60 manat ödənilmişdir. Qeyd olunan məbləğdən cavabdeh müəyyən ödənişlər etmiş və hazırda cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği Abonent SALDOSU və GASREP üzrə ümumi 717,6 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini bildirib, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, onun mənzilinə qaz sayğacı 2019-cu ildə mənzilin eyvanına yerləşdirilmişdir. 2023-cü ildə iddiaçının əməkdaşları sayğaca baxış keçirərək, çıxarıb aparmış, ona heç bir məlumat verməmişlər. Onların təbii qazdan orta istehlak miqdarı 30 manat həcmində olmuşdur. Sonradan ödənişlərdən tutmalar aparıldığını görüb iddiaçıya müraciət etdikdə, ona borc hesablandığını müəyyənləşdirmişdir. Halbuki, onun borcun yaranmasından məlumatı olmamışdır. Sonda cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - 08 avqust 2019-cu il tarixli, 109137 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi”ndən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus mənzilə “G4” markalı sayğac quraşdırılmışdır. - 16 oktyabr 2023-cü il tarixli, MSK-14-2-2/3-5-6852/Q002 nömrəli “Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” aktdan, 17 oktyabr 2023-cü il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktdan və 31 oktyabr 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, cavabdehin mənzilindən götürülmüş sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, hesablama mexanizminin keçən qazın həcmini qeydə almadığı göstərilmiş, itirilmiş təbii qazın miqdarı 6480 kub-metr müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, cavabdehə 2023-cü ilin oktyabr ayında 6480 kub-metr sərfiyyata görə qalıq və aktlar üzrə 777,6 manat borc hesablanmış, 2024-cü ilin yanvar ayında cavabdeh tərəfindən 30 manat, fevral ayında yenidən 30 manat ödəniş edilmiş, hazırda borcun məbləği 717,6 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.4 və 3.4.1-ci maddəsinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılması iddiaçının üzərində olsa da, sayğaca müdaxilənin məhz iddiaçının təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən itirilmiş təbii qaza görə iddiaçıya borc hesablana bilməz. Bununla yanaşı “Azərbaycan Respublikasının Energetika Nazirliyi Eneri Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı”nın məktubunda qeyd olunmuşdur ki, “Sizin yaşadığınız ünvan 3 ünvanda qaz üzrə abonent hesabına 700 manat məbləğində borc yazılması barədə Energetika Nazirliyinə daxil olmuş müraciətinizə X2 Agentliyinin (bundan sonra - Agentlik) Bakı filialında baxılmışdır. Toplanmış materiallara əsasən məlum olmuşdur ki, qeyd olunan ünvanda qaz xətti üzərində quraşdırılmış G-4 İtron markalı 1402AZ**********72 nömrəli sonradan ödənişli (Smart kart) qaz sayğacı xx.xx.2023-cü il tarixində İddiaçı (Bundan sonra - İB) nümayəndələri tərəfindən çıxarılaraq G-4 Zenner markalı **********139 nömrəli sonradan ödənişli (Smart kart) qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə müvafiq olaraq “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Çıxarılaraq dövlət yoxlamasına göndərilmiş G-4 İtron markalı 1402AZ**********72 nömrəli sonradan ödənişli (Smart kart) qaz sayğacının xx.xx.2023-cü il tarixli MSK-14-2- 2/3-5-6852/Q002 nömrəli laboratoriya rəyində “Sayğaca baxış keçirildi, sayğacın çıxış plasmas borusu sınıqdır, xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcminin qeyd etmir. Sayğac istismara yararsızdır.” qeyd edilmişdir. Dövlət yoxlamasının nəticəsinə əsasən Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixində ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək 6480 m3 həcmdə, 777,60 manat məbləğində dəymiş ziyan hesablanmış və 2023-cü ilin oktyabr ayında abonentin hesabına borc kimi işlənilmişdir. Abonent saldosunun təhlili zamanı 2023-cü ilin oktyabr ayında istehlakçının hesabına 6480 m3 həcmdə, 777,60 manat məbləğində borc hesablanıb daxil edildiyi aşkar olunmuşdur. Bununla əlaqədar bildiririk ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 13-cü maddəsinin 8-ci bəndinə əsasən 8-1-ci hissədə nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qanunun 8-1-ci bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasmda təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini İstehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nm (bundan sonra - Qaydalar) 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına.görə cavabdehliyi isə özləri daşıyırlar. Odur ki, bu hal qaz paylayıcısı tərəfindən “X3”nın 4.8 və 4.9- cu bəndlərinin tələblərinin pozulması kimi qiymətləndirilir. Həmçinin, səlahiyyətli orqanların qərarı olmadan, günahı sübuta yetirilmədən abonentə hər hansı bir maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənləri nəzərə alaraq qeyd edilən ünvanın abonent hesabına işlənilmiş 6480 m3 həcmdə, 777,60 manat məbləğinin hesablanması, sənədləşdirilməsi qanunvericiliyə uyğun baxılması və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi məqsədi ilə, İddiaçı İB-yə sorğu göndərilmişdir. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin cavab məktubunda bildirilmişdir ki, İddiaçı İB tərəfindən Binəqədi Rayon Məhkəməsinə maddi ziyanın ödənilməsi ilə bağlı müraciət edilmiş və hal-hazırda 2(001 )- 3042/2024 mülki iş üzrə Binəqədi Rayon Məhkəməsində icraat davam etdirilir. Odur ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən veriləcək qərardan asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.” Göründüyü kimi həmin məktubda da qeyd olunduğu kimi “səlahiyyətli orqanların qərarı olmadan, günahı sübuta yetirilmədən abonentə hər hansı bir maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir” Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. . Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı (İB) Cavabdeh qarşı İddiaçı İB-nə vurulmuş 717,6 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 747,6 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3042/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3042/2024
15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver