Məhkəmə qərarları › İş №e-2(001)-3057/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3057/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3057/2022 27.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurabanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Yelo Bank ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 1%-lə 60 ay müddətinə 12116,84 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il martın 31-dək Cavabdeh1 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8751,65 manat əsas borc, 21,85 manat faiz borcu, 24,43 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8797,93 manat borcu vardır. Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka cəimə borcu 24,43 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı ürə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 12,22 manat məbləğində tələb olunur. Banka müraciət etdikdən sonra kredit müqaviləsi üzrə 5000 manat ödənilmiş və bank bu ödənişləri əsas borcdan silmişdir. Ona görə də xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş qalan əsas, faiz, cərimə borcunun və dövlət rüsumuna görə 107,86 manatın cavabdehlərdən müşatərək qaydada bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. X3 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 6-Z1-3-0- 562-15 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 5 il müddətinə qaytarmaq, illik 1% ödəmək şərti ilə 12116,84 manat kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 6-Z1-3-0-562-15 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 12116,84 manat, faiz borcuna görə 370,15 manat olmaqla cəmi 12486,99 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən Nukoyl İKB ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 6-Z1-3-0-562-15 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli 6-Z1-3-0-562-15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Yelo Bank ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Yelo Bank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 6-Z1-3-0-562-15 saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 8751,65 manat, faiz borcuna görə 21,85 manat, cəriməyə görə 24,43 manat borcu vardır. Yelo Bank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 6-Z1-3-0-562-15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3751,65 manat, faiz borcuna görə 49,89 manat, cəriməyə 161,73 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı birgə borclular olan cavabdehlərin xx.xx.2019-cu il tarixli 6-Z1-3-0-562-15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmələri, iddiaçı məhkəməyə müraciət etdikdən sonra həmin müqavilə üzrə 5000 manat ödənişin aparılması və bankın bu məbləği əsas borcdan silməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehlərdən əsas borca görə 3751,65 manat, faiz borcuna görə 21,85 manat, cəriməyə 12,22 manat tələbini əsaslı hesab edib, iddia ərizəsinin bu hissədə təmin, qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli 6-Z1-3-0-562-15 saylı kredit müqaviləsi üzrə əsas borc görə 3751,65 manat, faiz borcuna görə 21,85 manat, cəriməyə görə 12,22 manat, dövlət rüsumuna görə 107,86 manat olmaqla cəmi 3893,58 manat Yelo Bank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar