Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3062/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 155,76 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3 Azərbaycan” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(001)-3174/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəzərinizə çatdırırıq ki, iddiaçı"xxxx" QSC “X2” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X2” MMC -yə sifariş etmişdir. “X2 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək Məhkəmə qətnaməsi üzrə ödənilməmiş pul borcu, o cümlədən ödənilən xx.xx.2022-ci il tarixindəki 160.13 manat, xx.xx.2022-ci il tarixindəki 160.13 manat, xx.xx.2022-ci il tarixindəki 160.13 manat, xx.xx.2022-ci il tarixindəki 160.13 manat, xx.xx.2022-ci il tarixindəki 160.13 manat, xx.xx.2022-ci il tarixindəki 159.60 manat, xx.xx.2022-ci il tarixindəki 50.68 manat, xx.xx.2023-cü il tarixindəki 27.47 manat manatın geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait “X2” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X2” MMC-yə 155.76 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yeRrmiş olduğu xidmətlərə görə “X2” MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 155.76 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3174/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1321,20 manat məbləğində əsas, 66,98 manat məbləğində faiz, 114,67 manat məbləğində cərimə, cəmi 1502,85 manat məbləğində borc, habelə ödənilmiş 20 manat məbləğndə dövlət rüsumunun əvəzi qismində Cavabdeh iddiaçı “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. “X3 Azərbaycan” QSC ilə “X1” MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və/və ya istehlak krediləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasın istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunun əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələni tənzimləyir. xx.xx.2022-ci il tarixli təhvil aktından görünür ki, xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən “X1” MMC iyul ayı üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində 160,13 manat ödəniş etdirmiş, ödənişin 15 % həcmində 24,02 manat pul vəsaiti “X1” MMC-yə ödənilməlidir. xx.xx.2022-ci il tarixli təhvil aktından görünür ki, xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən “X1” MMC sentyabr ayı üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində 160,13 manat ödəniş etdirmiş, ödənişin 15 % həcmində 24,02 manat pul vəsaiti “X1” MMC-yə ödənilməlidir. xx.xx.2022-ci il tarixli təhvil aktından görünür ki, xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən “X1” MMC oktyabr ayı üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində 160,13 manat ödəniş etdirmiş, ödənişin 15 % həcmində 24,02 manat pul vəsaiti “X1” MMC-yə ödənilməlidir. xx.xx.2022-ci il tarixli təhvil aktından görünür ki, xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən “X1” MMC noyabr ayı üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində 159,60 manat ödəniş etdirmiş, ödənişin 15 % həcmində 23,94 manat pul vəsaiti “X1” MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli təhvil aktından görünür ki, xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən “X1” MMC dekabr ayı üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində 50,68 manat ödəniş etdirmiş, ödənişin 15 % həcmində 7,60 manat pul vəsaiti “X1” MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli təhvil aktından görünür ki, xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən “X1” MMC fevral ayı üzrə Cavabdeh xx.xx.2023-cü il tarixində 27,47 manat ödəniş etdirmiş, ödənişin 15 % həcmində 7,60 manat pul vəsaiti “X1” MMC-yə ödənilməlidir. “X3 Azərbaycan” QSC tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, “X3 Azərbaycan” QSC ilə “X1” MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən son tariz xx.xx.2023-cü il tarixinə 1038,40 manat “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 155,76 manat ödəniş edilmişdir. “X3 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMCyə köçürülən 155,76 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi sonuncudan tələb edilmiş, əks halda mübahisənin məhkəmə qaydasında həlli barədə xəbərdarlıq edilmişdir. 19 fevral 2024-cü il tarixli dövlət rüsumunun ödənilməsi haqqında ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “X3 Azərbaycan” QSC ilə “X1” MMC arasında xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilə bağlanmış, bu müqavilə əsasında MMC bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün hüquqi xidmət göstərəcəyi barədə öhdəlik götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3174/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1321,20 manat məbləğində əsas, 66,98 manat məbləğində faiz, 114,67 manat məbləğində cərimə, cəmi 1502,85 manat məbləğində borc, habelə ödənilmiş 20 manat məbləğndə dövlət rüsumunun əvəzi qismində Cavabdeh iddiaçı “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamənin icrası MMC tərəfindən təmin edilmiş borclu tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Buna görə də, “X3 Azərbaycan” QSC tərəfindən göstərilən xidmətə görə MMC-yə müqavilə üzrə ödənişlərin 15 % həcmində haqq ödənilmişdir. Hazırda “X3 Azərbaycan” QSC “X1” MMC-yə ödədiyi xidmət haqqının borcludan tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının İcra haqqında Qanunun: - 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. - 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. - 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, qətnamənin icra edilməsi onun icraya yönəldikdən sonra icra məmuru tərəfindən icraata başlanılaraq müvafiq icra tədbirlərinin görülməsindən ibarətdir. “X3 Azərbaycan” QSC-nin “X1” MMC ilə aralarında olan “Hüquqi xidmət haqqında” müqavilə əsasında müfaviq məhkəmə qərarı üzrə borcun tələb edilməsini ona sifariş etməsi, borcun təmin edilməsi müqabilində isə “X1” MMC-yə 15%-i həcmində, yəni 155,76 manat xidmət haqqı ödəməsi onun müvafiq icra qurumu tərəfindən qətnamənin icrasının nəticəsini gözləmədən öz istəyi ilə həyata keçirdiyi tədbir sayılmalıdır. Tələbkarın bu xidmət qarşılığında ödədiyi xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə həm də icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Lakin tələbkar tərəfindən bu tədbirin həyata keçirilməsi zərurətini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-3062/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3062/2024
15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver