Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3097/2024 06.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********90 №-li kredit müqaviləsi üzrə 3130.63 manat əsas kredit borcu və xx.xx.2020-ci il tarixli, BPM**********90 № li kredit müqaviləsi üzrə 974.52 manat əsas, vəfat etdiyi tarixə 0.66 manat faiz olmaqla cəmi 975.18 manat kredit kartı borcunun ödənilmiş 61.31 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin MXD departamenti ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********90 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 3500 manat məbləğində kredit, xx.xx.2020-ci il tarixli, BPM**********90 kredit müqaviləsinə əsasən Bank tərəfindən 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit kartı X2 verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 Yusif xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X1 vərəsəsi Cavabdehdır. xx.xx.2024-cü il tarxili maliyyə arayışlarına əsasən X1 Banka ödənilməmiş qalan xx.xx.2020-ci il tarixli, BPM**********90 №-li kredit müqaviləsi üzrə 3130.63 manat əsas kredit borcu və xx.xx.2020-ci il tarixli, BPM**********90 № li kredit müqaviləsi üzrə 974.52 manat əsas, vəfat etdiyi tarixə 0.66 manat faiz borcu olmaqla cəmi 975.18 manat kredit kartı borcu qalmışdır. Cavabdeh- Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mərhum krediti 17 aprel 2020-ci il tarixində götürmüş, ölümündən sonra vərəsəlik işi isə xx.xx.2021-ci il tarixində açılmışdır. Mərhumun ölümündən sonra 2021-ci ildı ölüm haqqında şəhadətnamənin alınması üçün telefonla əlaqə saxlanılmışdır. Daha sonra da, kredit borcu üzrə müvafiq prosedur başlamışdır. Hazırda iddianın tam şəkildə təmin edilməsini xahiş edir. Belə ki, Cavabdeh, X1 qanun üzrə vərəsəsi olmaqla, ondan qalan miras əmlakı qəbul etmişdir. Əldə etdiyi vəsaitin hara xərclənməsi, hazırki mübahisənin həllində əhəmiyyətli rol oynamır.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehə mərhumdan miras kimi sənədsizdə olsa ev qalmış və hazırda cavabdeh həmin evdən istifadə etdiyini etiraf etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, mərhumdan ona nə ev, nə də ki, başqa bir əmlak qalmamışdır. Sadəcə ölümündən sonra ərindən qalan 1174 manat pensiya məbləğini almışdır. Hansı ki, həmin məbləğ əslində sağlığında ödənilməli idi. Hətta mərhumun ölümündən sonra aidiyyəti orqanlara şəhid bacısı olduğunu bildirdikdən sonra ona mərhumun pensiyası ödənilmişdir. Həmin pulla da, onun dostuna olan borcunu və öz kredit borclarını ödəmişdir. Mərhumun banka olan borcundan xəbəri olmamış, bank tərəfindən hər hansı bildiriş almamışdır.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, mərhum onun əridir. Əri vəfat etməmişdən əvvəl qızına banka borcu olduğunu demişdir. Əri vəfat edəndən sonra ölüm haqqında şəhadətnaməni banka təqdim etmişlər. Bu müddət ərzində onlara bank tərəfindən hər hansı məlumat verilməmişdir. Özü şəhid bacısıdır və 30 №-li məktəbdə müəllimə işləyir. Özünün də kredit borcunu təzəliklə ödəyib bitirmişdir. Əlavə olaraq bildirir ki, hazırda yaşadıqları ev onun puluna alınıb. Belə ki, mərhum əri ilə nikahda olan zaman yaşadıqları ev onun evi olub. Həmin evi satıb başqa bir ev, sonuncunu satdıqdan sonra isə hazırki Binəqədi qəsəbəsindəki evi almışlar. Evi alanda ərinin yanında olmadığından əri, evin kommunal müqavilələrini öz adına keçirtmişdir. Ərindən ona miras kimi ev qalmışdır və həmin mirası da, qəbul etmişdir. Ev Binəqədi qəsəbəsində yerləşir və hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. "xxxx" ASC ilə X3 arasında bağlanan xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 48 ay müddətinə illik 22% ödəmək şərtilə 3500 manat məbləğində kredit, xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi il isə 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit kartı verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür.
8. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 3130.63 manat əsas borcu vardır.
9. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 975,18 manat əsas borcu vardır.
10. 26 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X1 vərəsəsi Cavabdeh miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən xx.xx.1954-cü il təvəllüdlü mərhum X1 adına Xüsusi Şərtlərlə Təyinat üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabında 1174,78 manat məbləğində pul vəsaitindən ibarətdir.
11. "xxxx" ASC tərəfindən borclu X3 vərəsəsi Cavabdeh ünvanlanan xx.xx.2023ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan 2360,28 manat əsas kredit borcunu və 975,18 manat kredit kartı borcunun 7 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
12. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 61.31 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. "xxxx" ASC ilə X3 arasında xx.xx.2020-ci il tarixli, BPM**********90 saylı nağd kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmış, "xxxx" ASC borcalana 48 ay müddətinə illik 22 % ödəmək şərti ilə 3500 manat məbləğində kredit, tam kart çərçivə müqaviləsi üzrə isə 36 ay müddətinə illik 24% ödəmək şərti ilə 1000 manat məbləğində kredit limiti vermişdir.
14. X3 xx.xx.2021-ci il tarixində ölmüş, ölümündən sonra 26 saylı Notariat ofisində 2V-219 reyestr nömrəli vərəsəlik işi açılmışdır.
15. 26 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2021-ci il tarixində vəfat etmiş X1 vərəsəsi Cavabdehdır.
16. Cavabdeh mərhumdan miras qalmış Xüsusi Şərtlərlə Təyinat üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabında 1174,78 manat məbləğində pul vəsaitindən tam pay hüququ əldə etmişdir.
17. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə borclunun banka xx.xx.2020-ci il tarixli, BPM**********90 №-li kredit müqaviləsi üzrə 3130.63 manat əsas, xx.xx.2020-ci il tarixli, BPM**********90 № li kredit müqaviləsi üzrə isə 974.52 manat əsas, vəfat etdiyi tarixə 0.66 manat faiz olmaqla cəmi 975.18 manat kredit kartı borcunun olduğunu iddia edir və həmin borc məbləğinin borclunun vərəsəsindən tutulmasını tələb edir.
18. Məhkəmə iclasında iştirak etmiş borclunun vərəsəsi isə mərhum ərindən ona miras olaarq 1174 manat məbləğində pul vəsaitinin qaldığını, həmin vəsaiti isə həm mərhumun həm də ki, öz kredit borclarının ödənilməsinə sərf etdiyini bildirmişdir.
19. Əvvəlki məhkəmə iclaslarında mərhumdan miras əmlak kimi fərdi yaşayış evinin qalması barədə mübahisə olsa da, məlum olmuşdur ki, həmin yaşayış evinin hüquqmüəyyənedici sənədi olmamış, mərhumun sadəcə 1174,78 manat məbləğində pul vəsaitinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
22. 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.
23. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
24. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
25. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
27. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
30. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
31. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
32. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
33. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.
34. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
35. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
37. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
39. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə X3 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur, borcalan ölümü ilə əlaqədar öhdəliyini icra edə bilməmişdir, borcalanın öldüyü vaxtadək maliyyə arayışında qeyd edilən məbləğdə borcu qalmışdır, cavabdeh borcalandan 1174 manat məbləğində pul vəsaitini miras əmlak kimi qəbul etmişdir. İddiaçı cavabdehin borcalanın başqa əmlakını da miras kimi qəbul etdiyini bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir. Müzakirəsi gedən özbaşına tikilinin isə borcalandan miras qaldığı və miras kütləsinə daxil olduğu işin halları ilə sübut edilmir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh qəbul etdiyi miras aktivi həcmində miras qoyanın passivini də qəbul etməli olduğundan və qəbul edilən miras aktivinin həcmi miras passivindən az olduğundan iddia qismən əsaslıdır.
40. Beləliklə, hər iki kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün cavabdehdən 1174 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
41. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras əmlaka vərəsə tərəfindən sonradan hər hansı formada sərəncam verməsi vərəsənin kreditor qarşısında məsuliyyətini istisna etmir. Tətbiq edilən prosessual normalar:
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
45. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
46. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;
47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
48. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
49. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə X3 arasında bağlanan xx.xx.2020-ci il tarixli, BPM**********90 saylı nağd kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ümumilikdə 1174 (bir min yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti, həmçinin iddianın təmin edilmiş hissəsinə münasibətdə 18 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" ASC ilə X3 arasında bağlanan xx.xx.2020-ci il tarixli, BPM**********90 saylı nağd kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ümumilikdə 1174 (bir min yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti, həmçinin iddianın təmin edilmiş hissəsinə münasibətdə 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev