Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3150/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 16 fevral 2023cü il tarixli, NRNPU-10843 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 12551,47 (on iki min beş yüz əlli bir manat 47 qəpik) manat, faiz borcuna görə 790,12 (yeddi yüz doxsan manat 12 qəpik) manat, dəbbə borcuna görə 907,64 (doqquz yüz yeddi manat 64 qəpik) manat, cəmi 14249,23 (on dörd nin iki yüz qırx doqquz manat 23 qəpik) manat məbləğində pulun və 133 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 16 fevral 2023-cü il tarixli, N RN PU-10843 saylı kredit müqaviləsinə əsasən illik l4 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 15000 (on beş min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 16 fevral 2023-cü il tarixli, NRNPU-10843 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzii olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 16 fevral 2023-cü il tarixli, NRNPU-10843 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 16-dan gec olmayaraq hər ay 512,67 (beş yüz on iki manat 67 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-'vaxtında və lazımi qaydada icra elməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 16 fevral 2023-cü il tarixli NRNPÜ- 10843 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 12551,47 (on iki min beş yüz əlli bir manat 47 qəpik) manat, faiz borcuna görə 790,12 (yeddi yüz doxsan manat 12 qəpik) manat, dəbbə borcuna görə 907,64 (doqquz yüz yeddi manat 64 qəpik) manat, cəmi 14249,23 (on dörd min iki yüz qırx doqquz manat 23 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən kəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 16 fevral 2023-cü il tarixli, NRNPU-10843 saykredit müqaviləsi üzrə əsas borcuna görə 12551,47 (on iki min beş yüz əlli bir manat 47 qəpik) manat, faiz borcuna görə 790,12 (yeddi yüz doxsan manat 12 qəpik) manat, dəbbə borcuna görə 907,64 (doqquz yüz yeddi manat 64 qəpik) manat, cəmi 14249,23 (on dörd min iki yüz qırx doqquz manat 23 qəpik) manat pul tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə iddia ərizəsini müdafiə etdiyini və işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçrilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 16 fevral 2023-cü il tarixli, N RN PU-10843 saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir - 14 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 fevral 2023cü il tarixli, N RN PU-10843 saylı kredit müqaviləs üzrə 12551,47 manat əsas, 790,12 manat faiz, 907,64 manat cərimə borcu olmaqla, cəmi 14249,23 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2023-cü il tarixli, N RN PU-10843 saylı saylı kredit müqaviləsi üzrə 12551,47 manat əsas, 790,12 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Dəbbə borcuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 12551,47 manat məbləğində əsas borca 907.64 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, “...... Nəzərə alınmalıdır ki, cərimə və maliyyə sanksiyalarından fərqli olaraq, dəbbə pulu (peniya) dövlət büdcəsinə tutulan maliyyə vəsaiti vaxtında ödənilmədiyi halda tətbiq edilir və həmin pul mülki müqavilə ilə və ya qanunvericiliklə müəyyən edilir. Maliyyə sanksiyasının məbləğinin gecikdirilən günlərə görə hesablanmış dəbbə pulunun (peniyanın) əsas təyinatı isə büdcənin vaxtında ödənilməyən maliyyə vəsaiti itkisindən qorunmasına xidmət etməkdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır.”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 907.64 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 627 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 133 manatın 113 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16 fevral 2023-cü il tarixli, NRNPU-10843 saylı kredit müqaviləsi üzrə 12551,47 manat əsas, 790,12 manat faiz, 627 manat cərimə borcu olmaqla, ümumilikdə 13968,59 manat məbləğində bоrc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 113 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3150/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3150/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver