Məhkəmə qərarları › İş №e-2(001)-3196/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3196/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3196/2021 09.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi X9 Addıxanovnanın iştirakı ilə İddiaçı Xoretek LLC MMC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərər və sair tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh1 Cavabdeh Xoretek LLC MMC-yə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Xoretek LLC MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərər və sair tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh Xoretek LLC MMC-yə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Xerotek LLC MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 Cavabdeh2 həyat yoldaşıdır. Bu fakt 3 saylı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.01.2016-cı il tarixli nikah haqqında şəhadətnamə ilə öz təsdiqi tapmışdır. Cavabdeh1 əvvəllər Xerotek LLC MMC-nin direktoru olmuş Cavabdeh2 26.02.2016-cı il tarixli 06 saylı əmr ilə cəmiyyətə loqistik Aysu administrator vəzifəsinə təyin edilmiş, onunla 26.02.2016-cı il tarixli 23 saylı əmək müqaviləsi bağlanmışdır. Xerotek LLC MMC ilə Kermur audit və Konsalting MMC arasında bağlanmış 19.02.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 iddiaçı Xerotek LLC MMC ilə əmək münasibətlərində olduğu dövrdə işdə olduğu tarixlərin, həmin tarixlər üçün əmək haqqının düzgün hesablanaraq ödənilməsini və iddiaçı Xerotek LLC MMC-nin əvvəllər direktoru olmuş digər Cavabdeh2 Lexus markalı 90HT690 dövlət nişanlı avtomobilin cəmiyyətə icarəyə verməsi ilə bağlı ödənilən icarə haqlarının əsasslılığının audit yoxlaması aparılmış və məlum olmuşdur ki, Cavabdeh1 əvəllər Xerotek LLC MMC-nin direktoru olmuş Cavabdeh2 26.02.2016-cı il tarixli 06 saylı əmri ilə loqistik aysu administrator vəzifəsinə təyin etmişdir. Cavabdeh1 ilə 26.02.2016-cı il tarixdə 23 nömrəli əmək müqaviləsi bağlanmışdır. 01.02.2019-cu il tarixdə əmək müqaviləsində dəyişikliklər edilməsi haqqında 04 nömrəli razılaşma tərtib olunmuş, cəmiyyətin direktoru Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalanmışdır. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, cavabdeh X18 cəmiyyətdə loqistik aysu administrator vəzifəsində işlədiyi dövr ərzində 2016, 2017, 2018 və 2019-cu il yanvar ayına qədər hər ay ona 220 manat əmək haqqı, 2019-cu il fevral ayından 2020-ci il dekabr ayına kimi isə ona hər ay 455,87 manat əmək haqqı olmaqla işlədiyi dövr ərzində cəmi 18205,96 manat əmək haqqı hesablanmış, faktiki olaraq 11372,26 manat əmək haqqı verilmişdir. Əmək haqqından tutulan vergilər isə aşağıdakılardan ibarət olmuşdur: gəlir vergisi 336 manat, DSMF-4112,21 manat, işsizliyə görə1 faiz olmaqla 94,16 manat. Audit yoxlaması gedişində Cavabdeh1 iş fəaliyyəti ilə əlaqədar cəmiyyətin işçilərindən izahatlar alınmışdır. Cəmiyyətin direktoru X30 audit yoxlamasında verdiyi izahatında Cavabdeh1 cəmiyyətdə işləməsinə dair heç bir məlumatının olmadığını, onu bir dəfə də olsun işdə görmədiyini, bu barədə ilk dəfədir ki, hazırki yoxlamanın gedişində eşitməsini göstərmişdir. Cəmiyyətdə servis meneceri işləyən X19 öz izahatında 1998-ci ildən cəmiyyətdə işləməsini, işlədiyi müddət ərzində Cavabdeh1 adında işçi görmədiyini, birinci dəfədir ki, belə bir işçinin adını eşitməsini göstərmişdir. Cəmiyyətin kağız satışı şöbəsi müdiri X7 öz izahatında göstərmişdir ki, o 2003-cü ildən cəmiyyətdə işləyir, işlədiyi dövr ərzində cəmiyyətdə Cavabdeh1 adında adamın işləməsi barədə məlumatı olmamış, birinci dəfədir ki, cəmiyyətdə belə bir adamın işləsini eşidir. Cəmiyyətin satış üzrə meneceri X10 izahatında göstərmişdir ki, o, 2016-ci il fevral ayından cəmiyyətdə satış üzrə menecer vəzifəsində çalışır. Cəmiyyətdə Cavabdeh1 adında adamın işləməsini eşitməmişdir. O, Cavabdeh1 cəmiyyətdə işdə görməmiş, bu barədə ilk dəfədir ki, eşidir. Beləliklə, cəmiyyətdə Cavabdeh1 əmək fəaliyyəti yoxlanılarkən məlum olmuşdur ki, o cəmiyyətdə faktiki olaraq heç zaman işdə çalışmamış və ümumiyyətlə işdə olmamışdır. Audit yoxlaması nəticəsində müəyyən olmuşdur ki, cəmiyyətdə işləmədiyi halda əmək haqqı alması nəticəsində Cavabdeh1 tərəfindən Xerotek LLC MMC-yə 15914,63 manat ziyan vurulmuşdur. Cəmiyyətə bu maddi ziyanın vurulmasına cəmiyyətin direktoru olmuş Cavabdeh2 şərait yaratmışdır. Belə ki, Cavabdeh2 yaxın qohumu olan arvadı Cavabdeh1 ilə əmək müqaviləsi bağlasa da, sonuncunun işə gəlməyərək mütəmadi olaraq uzun illər ərzində əsassız əmək haqqı almasına şərait yaratmış, onun işə gəlməməsi ilə bağlı heç bir intizam tədbiri görməmişdir. Sonradan təyin olunan direktorlar da, Cavabdeh1 barəsində hər hansı bir intizam tənbehi təbiq etməmişlər. Cavabdeh1 əmək intizamını kobud surətdə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilmişdir. Cavabdeh1 işə gəlməsə də, onunla bağlanan əmək müqaviləsinə xitam verilənədək ona əmək haqqı cəmiyyət tərəfindən hesablanmış, həmin əmək haqqından bütün vergilər tutulmuş, lakin əmək haqqı Cavabdeh1 ödənilməmişdir. Cavabdeh1 övladının doğulması ilə bağlı hər hansı sənədi işəgötürənə təqdim etməmişdir. Cavabdeh1 Nərimanovnın analıq məzuniyyətində olmasına dair əmr verilməmişdir. 16.01.2016-cı il tarixdə Cavabdeh2lə iddiaçı Xerotek LLC MMC arasında icarə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, icarəyəverən müqavilənin 2-ci bəndi ilə müəyyən olunan daşınar əmlakı icarəçinin icarəsinə verməyi, icarəçi isə həmin əmlakı qəbul edib müqaviləilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə istifadəyə verilən daşınar əmlak Cavabdeh2 mülkiyyətində olan ** HT *** qeydiyyat nişanlı Lexus LX 570 minik avtomobildir. Bu müqavilə üzrə icarəçi müqavilənin 2-ci bəndi ilə müəyyən olunan daşınar əmlakdan istifadəyə görə icarəyəverənə 1000 manat icarə haqqı ödəmişdir. İcarə haqqı icarəçinin daşınar əmlakı verdiyi və müqavilə imzalandığı gündən hesablanmışdır. İcarəçi daşınar əmlaka görə ödənilmiş icarə haqqının Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq müvafiq məbləğdə vergi məbləğini özü ödəmişdir. Auditlə yoxlanılan dövr ərzində müqavilə öhdəlikləri 2018-ci ilin oktyabr ayı da daxil olmaqla tam olaraq ödənilmişdir. Ümumilikdə Cavabdeh2 avtomaşının icarəsinə görə 2017-ci ildə 12000 manat, 2018-ci ildə isə 11000 manat olmaqla cəmi 23000 manat icarə haqqı ödənilmişdir. Həmin icarə haqqının 3000 manatı AccessBank ASC-nın Xətai filialından, qalan 20000 manat isə Xerotek LLC MMC X39 Azerbaijan ASC-nin hesablaşma hesabından ödənilmişdir. Bundan əlavə vergi qanunvericiliyinə uyğun olaraq icarə haqqına görə mənbədən vergi olaraq 14 faiz olmaqla təyinatı üzrə 3744,17 manat dövlət büdcəsinə vəsait ödənilmişdir. Eyni zamanda icarəyə görə avtomobil icarəyə verən şəxsə Socar Petrolium QSC vasitəsilə maşın icarədə olduğu müddət ərzində 21390,28 manat premium markalı benzin ödənilmişdir. Ümumilikdə avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə Xerotek LLC MMC tərəfindən 48134 manat vəsait ödənilmişdir. Audit yoxlaması zamanı cəmiyyətin kağız satışı şöbəsinin meneceri Fərid Məhərrəmov izhatında bildirmişdir ki, 2017 və 2018-ci illərdə Xerotek LLC MMC-nin direktoru olmuş Cavabdeh2 işə həftə də 1-2 dəfə gəlmiş, işdə 2-3 saat olmuş, qalan vaxtlar Cavabdeh2 nə işlə məşgul olduğunu bilmədiyini, işə ** HT *** qeydiyyat nişanlı Lexus LX570 minik modeli avtomobil ilə gəlməsini, həmin maşının ancaq Cavabdeh2 ixtiyarında olmasını, cəmiyyətin digər işlərində heç vaxt istifadə olunmadığını göstərmişdir. Cəmiyyətin satış meneceri X11 izahatında göstərmişdir ki, X24 həftədə 1-2 dəfə işə gəlmiş, cəmi 2-3 saat işdə olmuş, özünün idarə etdiyi ** HT *** qeydiyyat nişanlı Lexus LX570 minik maşını ilə işə gəlmişdir. Bağlandıqdan sonra icarə müqaviləsi Xerotek LLC MMC mübahisələndirilməmiş, ləğv edilməmişdir. Audit yoxlaması nəticəsində bəlli olmuşdur ki, avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə Xerotek LLC MMC tərəfindən Cavabdeh2 ödənilmiş 48134 manat vəsaitə görə Cavabdeh2 maddi məsuliyyət daşıyır. Cavabdeh1 işlədiyi dövr ərzində hesablanmış 15914,63 manat əmək haqqına görə Cavabdeh2 və Cavabdeh1 maddi məsuliyyət daşıyırlar. 25.02.2021-ci il tarixli audit aktı ilə sübut olunur ki, Cavabdeh2 ona əsassız ödənilmiş 48134 manat icarə haqqına görə və Cavabdeh1 Cavabdeh2 ilə birlikdə əsassız hesablanmış 15914,63 manat əmək haqqına görə iddiaçıya vurduqları ümumilikdə 64048,63 manat maddi zərərə görə maddi məsuliyyət daşıyırlar. Sahibkarlıq fəaliyyəti ilə məşgul olan iddiaçı üçün 64048,63 manat ciddi məbləğdir. Əgər iddiaçı həmin vəsaiti öz sahibkarlıq fəaliyyətinə yönəltmiş olsaydı təbii ki, daha çox gəlir və vəsait əldə etmiş olardı. Lakin, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı əldən çıxmış fayda şəkilində həmin gəlirdən və vəsaitdən məhrum olmuşdur. Əldən çıxmış fayda üçün Cavabdeh1 20000 manat, Cavabdeh2 40000 manat, işgüzar nüfuza dəymiş ziyan üçün Cavabdeh1 30000 manat, Cavabdeh2 50000 manat alınaraq iddiaçıya ödənilməlidir. Audit yoxlamasının aparılması üçün iddiaçı Xerotek LLC MMC ilə Kermur Audit və Konsalting MMC arasında bağlanmış 19.02.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Kermur audit və Konsalting MMC-yə 3000 manat, hüquqi yardıma görə iddiaçı tərəfindən nümayəndəyə 2500 manat hüquqi yardım haqqı ödənilmişdir. 25.05.2021-ci il tarixli əmr Cavabdeh1 25.05.2021-ci il tarixdə ona göndərilmiş, işləmədiyi üçün ona son haqq hesab ödənilməmiş, əmək kitabçası isə hal-hazırda da cəmiyyətdədir. Cavabdeh1 qarşılıqlı iddia və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək əmrin ləğv edilməsini və əmək haqqı tələbini irəli sürmüşdür. Lakin Cavabdeh1 hüququnun pozulmasını 25.05.2021-ci il tarixdə bilmiş, lakin əmrin ləğv edilməsinə dair iddia ərizəsini 1 ay ərzində məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi müddətin ötürülməsi səbəbindən təmin edilə bilməz. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurulmuş maddi zərərə görə 15914,63 manatın, Cavabdeh2 iddiaçıya vurulmuş maddi zərərə görə 48134 manatın, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının nümayəndəyə göstərdiyi yardıma görə 2500 manatın, Kermur Audit və Konsalting MMCnə audit yoxlaması üçün ödənilmiş 3000 manatın, dövlət rüsumuna görə 30 manatın, əldən çıxmış faydaya görə Cavabdeh1 20000 manatın, Cavabdeh2 40000 manatın, işgüzar nüfuza dəymiş ziyan üçün Cavabdeh1 30000 manatın, Cavabdeh2 50000 manat Xerotek LLC MMC-nin xeyrinə tutulmasına, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ilk iddianın Cavabdeh1 aid hissədə əsasını Kermur Audit və Konsalting MMC-nin 25.02.2021-ci il tarixli audit aktı təşkil edir. Həmin aktın Cavabdeh1 aid hissəsinin əsasını isə Xerotek LLC MMC-nin əməkdaşlarının verdikləri Cavabdeh1 tanımamaları, görməmələri barədə izahatlar təşkil edir. Əməkdaşlar rəhbərlikdən asılı olduqlarından belə izahatlar vermişlər. O.Əliyev isə rəsmi direktor olsa da, əslində şirkətə rəhbərlik edən İsa Hüseynovdan asılıdır. Direktor il ərzində işçiləri barədə bir neçə dəfə DSMF, vergiyə, statistikaya və digər hesabatlar verdiyi halda Cavabdeh1 tanımaması mümkün deyildir. Audit aktı iddiaçıya hüquqi xidmət göstərən şirkət tərəfindən tərtib edilmiş, Kermur Audit və Konsalting MMC-nin direktoru, Xerotek LLC MMC-nin direktoru və baş mühasibi tərəfindən imzalanmışdır. Ona görə də mötəbər sübut növü kimi qəbul edilə bilməz. Xerotek LLC MMC Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə seçilən iddianın təmini tədbiri barədə qərarddan Cavabdeh1 verdiyi şikayət təmin edilərək qərardad ləğv edildiyindən Xerotek LLC MMC bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 Xerotek LLC MMC-nin təsisçilərindən biridir. Xerotek LLC MMC-nin digər təsisçisi İsa Hüseynov Cavabdeh1 zəng edərək Cavabdeh2 öz payından onun xeyrinə imtina etməsini, əks halda onların başına oyun açacağını bildirmişdir. Bu danışıqdan sonra Cavabdeh1 bir ildən artıq işə buraxılmamış, ona 2020-ci ilin yanvar ayından əmək haqqı verilməmişdir. Xerotek LLC MMC ilə Cavabdeh1 arasında əmək müqaviləsinin bağlanmasına, Cavabdeh1 sonradan analıq məzuniyyətində olmasına, 2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlməsinə, əmək haqqı almasına, hazırkı vaxta kimi bu şirkətin işçisi olmasına baxmayaraq şirkətin idarə edilməsini öz üzərinə götürmüş İsa Hüseynovun namizədi X30 yeni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında Cavabdeh1 həyat yoldaşı Cavabdeh2lə İsa Hüseynov arasında həll edilməmiş məsələlər olmasını, bu məsələlər həllini tamayınca işə buraxılmadığını bildirmişdir. 25.05.2021-ci il tarixdə isə Cavabdeh1 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Xerotek LLC MMC-nin Cavabdeh1 qərəzi aydın görünür. İşə buraxılmadığı üçün Cavabdeh1 işə buraxılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi halda işəgötürən himayəsində 3 yaşına çatmaya uşağı olan Cavabdeh1 ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verməklə əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh1 işə buraxılmaması barədə işəgötürənə məlumat versə də, işəgötürən bu halı araşdırmadan Cavabdeh1 ilə əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh1 əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş, həmin idarə 28.07.2021-ci il tarixli məktubu ilə Cavabdeh1 Xerotek LLC MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti araşdırılarkən onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl edilmədən 25.05.2021-ci il tarixdə həmin Məcəllənin 70-ci maddəsinin ç bəndilə xitam verilməsi, bu səbəbdən işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə müvafiq olaraq inzibati tənbeh vermə barədə qərar qəbul edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsinin işəgötürənə həvalə edilməsi bildirilmişdir. Cavabdeh1 Xerotek LLC MMC-nin 25.05.2021-ci il tarixli əmrini mübahisələndirmək üçün iddia müddətini ötürməmişdir. Ona görə də qarşılıqlı iddia tələbləri tam həcmdə təmin edilməlidir. İlk iddia ərizəsi isə qanunsuz əsassız olmaqla yanaşı Xerotek LLC MMC bu tələblər üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, işəgötürən vurulmuş ziyanla bağlı bir il müddətində iddia tələbi irəli sürə bilərdi. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə, Xerotek LLC MMCnin 25.05.2021-ci il tarixli əmrinin ləğv edilməsinə, Cavabdeh1 öz işinə bərpa olunmasına, işə buraxılmasına, ödənilməmiş əmək haqqına görə 5915 manatın, gecikdirilmiş günlər üçün 14386 manatın, mənəvi ziyana görə 50000 manatın, məcburi iş buraxmaya görə əmək haqqının və istifadə olunmayan məzuniyyət haqqının ödənilməsinə, dövlət rüsumuna görə 30 manatın Xerotek LLC MMC-dən Cavabdeh1 xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, o, Xerotek LLC MMC ilə bağlanmış 26.02.2016-cı il tarixli əmək müqaviləsinə əsasən MMC-yə loqistik aysu adminstrator vəzifəsinə işə qəbul edilmişdir. İşə qəbul edildikdən sonra Xerotek LLC MMC-nin direktorunun tapşırıqlarını yerinə yetirmiş, iş yerinə gəlməklə yanaşı ona tapşırılan işin xarakteri yeni müştərilərin tapılması olduğundan evdən internetlə də öz vəzifələrini icra etmiş, işə götürən tərəfindən xarici ölkələrə ezmiyyətə göndərilmişdir. Daha sonra analıq məzuniyyətinə çıxmış, doğum haqqında arayışı həyat yoldaşı Cavabdeh2 Xerotek LLC MMC-nin baş mühasibinə təqdim etmişdir. 2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlmiş, əmək haqqı almış, şirkətin işçisi olmasına baxmayaraq X30 yeni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında ona şirkətin təsisçisi olan həyat yoldaşı Cavabdeh2 şirkətin digər həmtəsisçi İsa Hüseynovla arasında həll edilməmiş məsələlərin həllini tapmayınca ona işə buraxılmamasını demişdir. Bundan sonra o, işə buraxılmamış, aralarında bir neçə məhkəmə işləri başlanmışdır. Daha sonra himayəsində 3 yaşına çatmayan uşağının olmasını, işə buraxılmamasını, məhkəməyə müraciət etməsini bildiyi halda işəgötürən Xerotek LLC MMC tərəfindən onunla bağlanan əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin tam həcmdə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə Cavabdeh2 ilk iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, 7 pay olmaqla Xerotek LLC MMC-nin təsisçilərindən biridir. Xerotek LLC MMC-nin təsisçilərinin ümumi yığıncağının 31.05.2010-cu il tarixli qərarına əsasən Xerotek LLC MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, işəgötürən Xerotek LLC MMC ilə bağladığı 01.06.2010-cu il tarixli 09 saylı əmək müqaviləsinə əsasən Xerotek LLC MMC-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra o, icarəçi Xerotek LLC MMC ilə 06.07.2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq mülkiyyətində olan ** HT *** qeydiyyat nişanlı Lexus LX 570 markalı nəqliyyat vasitəsini hər ay 1000 manat icarə haqqı ödənilməklə icarəçiyə icarəyə vermişdir. İcarə müqaviləsi Xerotek LLC MMC-nin direktor müavini tərərəfindən imzalanmışdır. Xerotek LLC MMC direktoru işlədiyi müddət ərzində mülkiyyətində olan nəqliyyat vasitəsi direktor kimi onun istifadəsində olmuşdur. Müqavilə bağlandıqdan sonra heç kim tərəfindən mübahisələndirilməmiş, etibarsız hesab edilməmiş, ləğv edilməmişdir. Direktor kimi əmək müqaviləsinə xitam verilənədək ona icarə haqqı ödənilmişdir. İşəgötürən Xerotek LLC MMC ilə işçi Cavabdeh1 arasında bağlanmış 26.02.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə loqistik aysu adminstrator vəzifəsinə qəbul edilmişdir. Cavabdeh1 onun verdiyi tapşırıqları icra etmiş, öz əmək funksiyalarını iş yerindən, yaşadığı evdən icra etmiş, xarici ölkələrə öz əmək funksiyalarını icra etmək üçün MMC tərəfindən ezamiyyətə göndərilmişdir. Onalrın birgə nikahlarından 02.08.2018-ci il tarixdə X20 anadan olmuşdur. Bu barədə tibbi arayışı o, Xerotek LLC MMC-nin baş mühasibi X4 təqdim etmişdir. Xerotek LLC MMC-nin təsisçilərinin ümumi yığıncağının 09.04.2019-cu il tarixli qərarına əsasən o, Xerotek LLC MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. X31 yaxını olan X30 direktor təyin edildikdən sonra onun həyat yoldaşı Cavabdeh1 işə buraxılmamış, ona əmək haqqı ödənilməmiş, məhkəməyə müxtəlif iddia ərizələri ilə müraciətlər edilmişdir. Daha sonra həyat yoldaşı ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh1 əmək hüquqlarını pozmaqla xitam verilmişdir. Xerotek LLC MMC-nin ona qarşı da olan iddia tələbləri əsassızdır. Bu tələblər üzrə də iddia müddəti ötürülmüşdür. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 19.03.2020-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X16 6 pay, X26 7 pay, Cavabdeh2 7 pay olmaqla Xerotek LLC MMC-nin təsisçiləridir. Xerotek LLC MMC-nin təsisçilərinin ümumi yığıncağının 31.05.2010-cu il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh2 Xerotek LLC MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. İşəgötürən Xerotek LLC MMC ilə işçi Cavabdeh2 arasında bağlanmış 01.06.2010-cu il tarixli 09 saylı əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 Xerotek LLC MMC-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. Xerotek LLC MMC-nin təsisçilərinin ümumi yığıncağının 09.04.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh2 Xerotek LLC MMC-nin direktoru vəzifəsindən azad edilmiş, həmin vəzifəyə X14 təyin edilmişdir. İşəgötürən Xerotek LLC MMC ilə işçi Cavabdeh1 arasında bağlanmış 26.02.2016-cı il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, işçi loqistik aysu adminstrator vəzifəsinə qəbul edilmişdir. Xerotek LLC MMC-nin 26.02.2016-cı il tarixli 06 saylı əmrinin surətindən müəyyən olunur ki, X12 Xerotek LLC MMC-yə loqistik aysu adminstrator vəzifəsinə təyin edilmişdir. İşəgötürən Xerotek LLC MMC ilə işçi Cavabdeh1 arasında bağlanmış 01.02.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsnə dair 04 saylı razılaşmanın surətindən müəyyən olunur ki, tərəflər aralarında bağlanmış əmək müqaviləsinin 4.2.1-ci bəndində dəyişiklik edərək işçinin əmək haqqının 455,87 manat olması barədə razılığa gəlmişlər. YapıKredi Bank ASC-nin 01.07.2021-ci il tarixli çıxarışından müəyyən olunur ki, Xerotek LLC MMC tərəfindən Cavabdeh1 2017-ci ilin oktyabr-noyabr aylarında ezamiyyə xərcləri ödənilmişdir. AC N 014081 saylı 26.08.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Lexus LX 570 markalı ** HT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. İcarəyə verən Cavabdeh2lə icarəçi Xerotek LLC MMC arasında 06.07.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən mülkiyyətində olan ** HT *** qeydiyyat nişanlı Lexus LX 570 markalı nəqliyyat vasitəsini hər ay 1000 manat olmaqla icarəçiyə icarəyə vermişdir. 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 09.01.2016-cı il tarixli AZ-İİ 100983 saylı nikah haqqında şəhədaətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2lə X12 09.01.2016-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 86 saylı qeyd tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Qitlina soyadı verilmişdir. Doğum haqqında 30.10.2018-ci il tarixli arayışdan müəyyən olunur ki, X20 02.08.2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır. 1 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş AZ-İV 192501 saylı 30.10.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 02.08.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum akt qeyləri kitabında 5948 saylı doğum akt qeydi aparılmış, atası Cavabdeh2, anası Cavabdeh1dır. X28 MMC-nin direktoru A.İ.Vahabov, Xerotek LLC MMC-nin direktoru O.X. Əliyev və Xerotek LLC MMC-nin baş mühasibi R.A.Məhərrəmova tərəfindən tərtib olunan 25.02.2021-ci il tarixli aktdan müəyyən olunur ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 23.12.2016-cı il tarixli AT/094 N-li icazə ilə fəaliyyət göstərən Kermur Audit və Konsalting MMC-nin direktoru A.İ.Vahabov Xerotek LLC MMC-nin direktoru O.X.Əliyev ilə bağlanmış 19.12.2021-ci il tarixli 21\11 saylı müqaviləyə əsasən Cavabdeh1 Xerotek LLC MMC ilə əmək münasibətlərində olduğu dövrdə işdə olduğu tarixlərin, həmin tarixlər üçün əmək haqqının düzgün hesablanaraq ödənilməsini və Xerotek LLC MMC-də direktor olmuş Cavabdeh2 Lexus markalı ** HT *** dövlət nişanlı avtomobilin həmin MMC-yə icarəyə verilməsi ilə bağlı ödənilən icarə haqlarının əsaslılığının audit yoxlamasını aparmışdır. Audit yoxlaması Xerotek LLC MMC-nin direktoru O.X.Əliyevin və Xerotek LLC MMC-nin baş mühasibi R.A.Məhərrəmovanın iştirakı ilə aparılmışdır. Aktdan daha sonra görünür ki, Xerotek LLC MMC-də Cavabdeh1 əmək fəaliyyəti yoxlanarkən məlum olmuşdur ki, o, cəmiyyətdə faktiki olaraq heç zaman işdə çalışmamış, işdə ümumiyyətlə olmamış, cəmiyyətin işçilərinin audit yoxlamasına təqdim etdikləri izahatları ilə Cavabdeh1 cəmiyyətdə işləməmişdir. Audit yoxlaması ilə Cavabdeh1 Xerotek LLC MMC-yə 15914,63 manat ziyan vurması, həmin ziyanın cəmiyyətə vurulmasına cəmiyyətin direktoru Cavabdeh2 şərait yaratmışdır. Belə ki, Cavabdeh2 yaxın qohumu olan arvadı Cavabdeh1 ilə əmək müqaviləsi bağlasa da, sonuncunun işə gəlməyərək mütəmadi olaraq uzun illər ərzində əsassız əmək haqqı almasına şərait yaratmış, onun işə gəlməməsi ilə bağlı heç bir intizam tədbiri görməmişdir. Xerotek LLC MMC-də işçilərin davamiyyətinə dair tabellər aparılmamış, işçilərin davamiyyətinə nəzarət etmək, iş vaxtının uçotunun aparılmasını təmin etmək üçün Xerotek LLC MMC-nin sabiq direktoru Cavabdeh2 tədbirlər görməli idi. Aktdan daha sonra görünür ki, 16.01.2016-cı ildə Cavabdeh2 Xerotek LLC MMC-nin direktor müavini X33 ilə icarə müqaviləsi bağlamış, ümumilikdə avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə Xerotek LLC MMC tərəfindən 48134 manat vəsait ödənilmişdir. Aktdan daha sonra görünür ki, avtomaşının icarədə olduğu dövr ərzində avtomaşına görə Xerotek LLC MMC tərəfindən ödənilmiş 48134 manat vəsaitə görə Cavabdeh2, Cavabdeh1 işlədiyi dövr ərzində hesablanmış 15914,63 manat əmək haqqına görə Cavabdeh2 və Cavabdeh1 maddi məsuliyyət daşıyırlar. Xerotek LLC MMC-nin 25.05.2021-ci il tarixi 06 saylı əmrindən görünür ki, Xerotek LLC MMC-nin loqistik aysu adminstrator vəzifəsində işləyən Cavabdeh1 26.02.2016-cı ildən 13.04.2021-ci il tarixədək heç bir üzrlü səbəblər olmadan işə gəlməmiş və işə gəlməməkdə davam edir. Q.Liliya bu barədə cəmiyyətə və birbaşa rəhbərinə heç bir məlumat verməmişdir. Xerotek LLC MMC-nin 13.04.2021-ci il tarixli rəsmi məktubuna Cavabdeh1 19.04.2021-ci il tarixdə cəmiyyətə ünvanladığı cavab məktubunda qeyd etmişdir ki, cəmiyyətlə onun arasında əmək müqaviləsi bağlanmış, sonradan analıq məzuniyyətində olmuş, 2020-ci ilin yanvar ayına kimi gedib-gəlmiş, əmək haqqı almış, hazırkı vaxta kimi bu şirkətin işçisi olmasına baxmayaraq şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) namizədi X30 yeni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında ona şirkətin təsisçisi olan həyat yoldaşı Cavabdeh2 digər həmtəsisçi İsa Hüseynovla arasında həll edilməmiş məsələlərin həllini tapmayınca işə buraxılmamasını ona bildirmişdir. Beləliklə, Cavabdeh1 19.04.2021-ci il tarixdə cəmiyyətə ünvanladığı cavab məktubunda üzrsüz səbbədən işə gəlmədiyini etiraf edir, lakin bunun səbəbi kimi İsa Hüseynov adında şəxs tərəfindən işə buraxılmadığını qeyd edir. İsa Hüseynov direktor müavinidir. O, Cavabdeh1 işə buraxılmaması barədə nə yazılı nə şifahi göstəriş verməmişdir. Cavabdeh1 işə buraxılmaması faktı heç zaman baş verməmişdir. Cavabdeh1 müxtəlif bəhanələr gətirərək işə gəlməkdən yayınmışdır. Üzrlü səbəb üçün əsas olan sənədləri cəmiyyətə təqdim etməmişdir. Bununla da o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndində əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Xerotek LLC MMC-nin 25.05.2021-ci il tarixi 06 saylı əmrindən daha sonra görünür ki, Cavabdeh1 əmək intizamını kobud surətdə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işçi ilə son haqqhesab və təhvil-təslim aparılması, əmrin verilməsinə əsasın 25.05.2021-ci il tarixli aktın olması əmrdə qeyd edilmişdir. Cavabdeh1 Xerotek LLC MMC-yə ünvanladığı 19.04.2021-ci il tarixli izahatından müəyyən olunur ki, o, Xerotek LLC MMC-yə cəmiyyətlə onun arasında əmək müqaviləsi bağlanmasını sonradan analıq məzuniyyətində olmasını, 2020-ci ilin yanvar ayına kimi işə gedib-gəlməsini, əmək haqqı almasını, şirkətin işçisi olmasına baxmayaraq X30 yeni direktor təyin edildikdən sonra 2020-ci ilin yanvar ayında ona şirkətin təsisçisi olan həyat yoldaşı Cavabdeh2 şirkətin digər həmtəsisçi İsa Hüseynovla arasında həll edilməmiş məsələlərin həllini tapmayınca işə buraxılmamasını ona deməsini bildirmişdir. Xerotek LLC MMC-nin direktoru X17, Xerotek LLC MMC-nin baş mühasibi X2, Xerotek LLC MMC-nin servis üzrə müdiri X13, Xerotek LLC MMC-nin satış üzrə nümayəndəsi X3 və Xerotek LLC MMC-nin satış üzrə nümayəndəsi X5 tərtib etdikləri 25.05.2021-ci il tarixli atdan müəyyən olunur ki, Cavabdeh1 19.04.2021-ci il tarixli izahatında qeyd olunan hallar aktı tərtib edən şəxslər tərəfindən üzrlü səbəb olaraq qəbul edilməyərək Cavabdeh1 əmək intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Bakı şəhər İdarəsinin Cavabdeh1 ünvanladığı 28.07.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 Xerotek LLC MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti araşdırılarkən onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl edilmədən 25.05.2021-ci il tarixdə həmin Məcəllənin 70-ci maddəsinin ç bəndilə xitam verilmişdir. Bu səbəbdən işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə müvafiq olaraq inzibati tənbeh vermə barədə qərar qəbul edilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və Cavabdeh1 əvvəlki vəzifəsinə bərpa edilməsi barədə müəssisəyə müvafiq məktub ünvanlanması Cavabdeh1 bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli 1(001)-320\2021 saylı qərarından müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X22 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o, 2016-ci ilin fevral ayından Xerotek LLC MMC-də satış üzrə menecer vəzifəsində çalışır. Cəmiyyətdə Cavabdeh1 adında adamın işləməsini eşitməmiş, Cavabdeh1 cəmiyyətdə işdə görməmişdir. Cəmiyyətin direktoru X24 həftədə 1-2 dəfə işə gəlmiş, cəmi 2-3 saat işdə olmuş, özünün idarə etdiyi ** HT *** qeydiyyat nişanlı Lexus LX570 minik maşını ilə işə gəlmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən Xerotek LLC MMC-də işləyir. Hazırda şirkətin kağız satışı şöbəsinin müdiri vəzifəsində işləyir. Şirkətin təxminən 30 işçisi vardır. Onun rəhbərlik etdiyi şöbənin iki işçisi var. Cavabdeh1 heç vaxt işdə görməmiş, işçi kimi onun barəsində heç nə bilmir. Şirkətin kadrlar və mühasibatlıq şöbələri ilə əlaqəsi yoxdur. X28 MMC-nin auditi tərəfindən ondan alınan izahatı təsdiq edir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Xerotek LLC MMC-də baş mühasib vəzifəsində işləyir. 2009-cu ildən 2021-ci ilin avqust-sentyabr aylarınadək MMC-nin kadrlar işini də icra etmişdir. Cavabdeh1 işçi kimi tanımır. Cavabdeh1 ilə 2016-cı ildə əmək müqaviləsi bağlanmış, o, loqistik aysu adminstrator vəzifəsinə qəbul edilmişdir. Lakin Cavabdeh1 işə gəlməmişdir. Cavabdeh1 əmək haqqı hesablanmış, iş günləri qeydə alınmış və əmək haqqı ödənilmişdir. X24 Xerotek LLC MMC-nin direktoru vəzifəsindən azad edildikdən sonra direktor təyin olunan X14 və X30 da Cavabdeh1 əmək haqqı hesablanıb ödənilməsinə göstəriş vermişdir. Cavabdeh1 analıq məzuniyyətinə çıxması ilə bağlı ona heç bir sənəd verilməmiş, bu barədə MMC tərəfindən əmr verilməmişdir. Daha sonra Cavabdeh1 ilə bağlanan əmək müqaviləsinə xitam verilənənədək ona əmək haqqı hesablanmış, bütün vergilər ödənilmiş, lakin əmək haqqı Cavabdeh1 verilməmişdir. İşəgötürən işçiləri barədə hər ay hesabat verməli olduğundan Cavabdeh1 əmək haqqının hesablanmaması mümkün deyildi. Ona görə də 2020-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək Cavabdeh1 əmək haqqı hesablanmış, lakin ödənilməmişdir. İşə gəlməyən işçi ilə əmək müqaviləsinə xitam verilməməsinin səbəbi isə ona məlum deyildir. 2016-cı ildən 2019-cu ilədək o, direktor kimi X15 göstərişlərini yerinə yetirmiş, həmin vaxt müavin kimi X22 da imza hüququ olmuşdur. O, mühasib və cəmiyyətdə kadr işlərinə nəzarət edən şəxs kimi daim rəhbərliyə Cavabdeh1 işə gəlməməsi barədə məlumat vermişdir. Cavabdeh1 ezamiyyətə formal olaraq göndərilmiş, Xerotek LLC MMC tərəfindən ezamiyyə xərcləri hesablanaraq Cavabdeh1 ödənilmiş, biletlər MMC tərəfindən şifariş verilərək alınmışdır. Cavabdeh1 işə gəlməməsinin səbəblərini Xerotek LLC MMC-yə bildirməsinə dair məktublar göndərilmişdir. Xerotek LLC MMC-nin bağladığı icarə müqaviləsinə əsasən X21 icarə haqqı ödənilmişdir. Həmin müqavilə ləğv edilməmişdir. Xerotek LLC MMC-nin mülkiyyətində iki minik avtomobili vardır. İcarəyə götürülən avtomobili Xerotek LLC MMCnin direktoru istifadə etmiş, həmin nəqliyyat vasitəsindən istifadə zamanı ayrılan yanacaq limiti aşılmamışdır. Cavabdeh1 işə çıxmadığına görə onunla bağlanan əmək müqaviləsinə xitam verilmiş, onun əmək kitabçasının yazılıb-yazılmamasını o, xatırlamır. Lakin əmək kitabçası Cavabdeh1 verilməmişdir. Cavabdeh1 ilə əmək müqaviləsi bağlandıqdan sonra işə gəlmədiyinə görə 25.05.2021-ci il tarixədək ona hər hansı bir intizam tənbehi verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi təsbit edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Həmin Məcəllənin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 Xerotek LLC MMC ilə bağladığı əmək müqaviləsinə əsasən, Xerotek LLC MMC-yə loqistik aysu adminstrator vəzifəsinə işə qəbul edilmiş, uzun müddət işəgötürən işiçinin əmək funksiyalarının icarına heç bir etiraz etmədən onunla əmək münasibətlərini davam etdirmiş, ona əmək haqqını ödəmiş, X1 LLC MMC-yə direktor vəzifəsinə təyin edildikdən sonra da, Cavabdeh1 ilə əmək münasibətləri davam etdirilmiş, lakin bir müddət sonra Cavabdeh1 əmək haqqı hesablansa da, işçiyə ödənilməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, işəgötürən Cavabdeh1 hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə etməsinə dair müvafiq əmrləri tərtib etməmiş, Cavabdeh1 ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə xitam verərəkən işçinin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına daxil olmasını bildiyi halda qanunvericiliyin bu tələbinə qəsdən əməl etməməklə işçiyə qarşı ayrı-seçkiliyə yol vermişdir. Məhkəmə Xerotek LLC MMC-nin nümayəndəsinin və şahid qismində dindirilən işçilərinin Cavabdeh1 işə gəlməməsinə, himayəsində 3 yaşına çatmayan uşağının olması barədə işəgötürənə hər hansı bir məlumatı verməməsinə dair izahatlarında göstərikləri xüsusatlara münasibət bildirib qeyd edir ki, işəgötürən tərəfindən tərtib olunan sənədlərlə bu izahatlarda qeyd olunan məlumatların həqiqət olmadığı öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh1 işəgötürən işçisi kimi qəbul etdiyi üçün ona əmək haqqı hesablayaraq ödəmiş, barəsində heç vaxt intizam tənbehi təbiq edilməmiş, Cavabdeh1 izahat tələb olunarkən sonuncu analıq məzuniyyətində olmasını bildirmiş, işəgötürən Cavabdeh1 işə buraxılması tələbi ilə məhkəməyə müraciət etdiyini bildiyi, tərtib etdiyi əmrdə işçinin ona analıq məzuniyyətində olmasını bildirməsini göstərdiyi halda məhkəmə araşdırmasını gözləmədən, iddiaçıdan himayəsində 3 yaşına çatmayan övladının olmasını təsdiq edən sübutu təqdim etməsini təklif etmədən himayəsində üç yaşınadək uşağı olan Cavabdeh1 ilə bağlanan əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Xerotek LLC MMC Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 əsassız ödənilən əmək haqqına görə MMC-yə vurulmuş maddi zərərlə bağlı 15914,63 manat tələbi sübuta yetirilə bilnməməsi əsası ilə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə Xerotek LLC MMC-nin Cavabdeh2 icarə müqaviləsi üzrə vurulan maddi zərərə görə 48134 manat tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanan 06.07.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, Xerotek LLC MMC-nin istifadəsinə verilən nəqliyyat vasitəsindən hansı işçinin istifadə etməsini müəyyən etmək səlahiyyəti bu barədə qərar qəbul etmək səlahiyyəti olan Xerotek LLC MMC-nin vəzifəli şəxslərinə aid olduğundan, icarəyə götürülən əmlakdan istifadə nəticəsində Xerotek LLC MMC maraqlarına toxuna biləcək pozuntuya yol verilməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından ilk iddiaçının bu tələbi də əsassız olduğu üçün təmin edilə bilməz. Məhkəmə Xerotek LLC MMC-nin əldən çıxmış fayda görə Cavabdeh1 20000 manat və Cavabdeh2 40000 manat, işgüzar nüfuza vurulmuş ziyana görə Cavabdeh1 30000 manat və Cavabdeh2 50000 manat tələblərini də əsassız olması qənaətinə gəlib təmin etmir. Belə ki, ilk iddiaçı bu tələbləri ilə də bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, hansı qaydada hesablama aparmasını məhkəməyə izah edə bilməmişdir. İlk iddiaçı Xerotek LLC MMC işçiləri tərəfindən ona maddi ziyan vurulmasını hesab etdiyi iddia tələbləri ilə bağlı qanunla müəyyən olunan bir illik iddia müddətini də ötürmüşdür. Məhkəmə bu əsasdan da ilk iddia tələblərinin təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı sübutları tədqiq edib qeyd edir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ olduğundan, dövlət tərəfindən bu hüquqların qorunmasına təminat verildiyindən, himayəsində üç yaşınadək uşağı olan qadınlarla bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi yolverilməz olduğundan, işçi barədə qəbul edilməli olan əmrləri tərtib etmək vəzifəsi işəgötürənə aid olduğundan məhkəmə Xerotek LLC MMC-nin 25.05.2021-ci il tarixi 06 saylı əmrinin ləğv edilməsinə, Cavabdeh1 Xerotek LLC MMC-də loqistik aysu adminstrator vəzifəsinə işə bərpa olunmasına, işə buraxılmasına, məcburi iş buraxmaya görə 25.05.2021-ci il tarixədək və 25.05.2021-ci il tarixdən işə bərpa olunan tarixədək olan dövr üçün əmək haqqının ödənilməsinə, istifadə edə bilmədiyi məzuniyyət hüququna görə kompensasiya tələbinə dair qarşılıqlı iddia tələblərini əsaslı hesab edib təmin edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə Xerotek LLC MMC-nin Cavabdeh1 işə bərpa tələbinə iddia müddətinin təbiqi ilə bağlı ərizəsinə münasibət bildirib qeyd edir ki, işəgötürən işçiyə əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin nə vaxt verilməsinə dair sübutunu məhkəməyə təqdim etmədiyindən, əksinə Cavabdeh1 əmək hüquqlarının müdafiəsi ilə bağlı mübahisəyə məhkəmədə baxıldığı vaxt onunla əmək müqaviləsinə xitam verdiyindən ərizə əsassızdır. Məhkəmə Cavabdeh1 ƏM-nin 172-ci maddəsinə istinad edərək gecikdirilmiş günlər üçün Xerotek LLC MMC-dən tələb etdiyi 14386 manat tələbi ilə bağlı qeyd edir ki, ƏM-nin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Tərflər arasında fərdi əmək mübahisəsi yarandığından məhkəmə qarşılıqlı iddia ərizəsini bu hissədə təmin etmir. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, işlədiyi müəssisədə ayrı-seçkiliyə məruz qalmasını bilən, pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalan, himayəsində azyaşılı övladı olan qadının əmək hüquqlarının kobud şəkildə pozulması nəticəsində mənəvi istirablar, sarsıntılar keçirməsi istisna edilmədiyindən Cavabdeh1 mənəvi ziyan tələbi əsaslıdır. Ona görə də məhkəmə vurulmuş mənəvi ziyana görə 1000 manat pul vəsaitinin Xerotek LLC MMC-dən Cavabdeh1 xeyrinə tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ilk iddiaçının tələb etdiyi məhkəmə xərcləri və qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu Xerotek LLC MMC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ Xoretek LLC MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərə görə 15914,63 manatın, Cavabdeh2 maddi zərərə görə 48134 manatın, əldən çıxmış fayda görə Cavabdeh1 20000 manatın və Cavabdeh2 40000 manatın, işgüzar nüfuza vurulmuş ziyana görə Cavabdeh1 30000 manatın və Cavabdeh2 50000 manatın, Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə ödənilən 2500 manatın, audit yoxlaması üçün ödənilən 3000 manatın, dövlət rüsumana görə ödənilən 30 manatın tutulmasına dair ilk iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Xerotek LLC MMC-nin 25.05.2021-ci il tarixi 06 saylı əmri ləğv edilsin. Cavabdeh1 Xerotek LLC MMC-də loqistik aysu adminstrator vəzifəsinə işə bərpa olunmaqla işə buraxılması vəzifəsi Xerotek LLC MMC-yə həvalə edilsin. Cavabdeh1 məcburi iş buraxmaya görə 25.05.2021-ci il tarixədək və 25.05.2021-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan dövr üçün əmək haqqının və istifadə edə bilmədiyi məzuniyyət hüququna görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsi Xerotek LLC MMC-yə həvalə edilsin. Xerotek LLC MMC-dən mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1030 manat Cavabdeh1 xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar