Məhkəmə qərarları › İş №e-2(001)-3204/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3204/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3204/2022 19.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emin oğlunun katibliyi ilə İddiaçı Azər-Türk Bank ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azər-Türk Bank ASC cavabdehlər İlqar Tahir oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azər-Türk Bank ASC tərəfindən Cavabdeh1 şəxsi məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10800 manat məbləğində kredit verilmiş və bununla bağlı Azər-Türk Bank ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli 1025567/18541 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 7446,66 manat, faiz borcu 913,28 manat, cəmi borcu 8359,94 manat təşkil edir. Eyni zamanda Cavabdeh1 şəxsi məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2400 manat məbləğində kredit verilmiş və bununla bağlı Azər-Türk Bank ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 2209,25 manat, faiz borcu 339,52 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Cavabdehlər kredit müqavilərində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiklərindən kredit müqavilələri üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Ona görə də, Azər-Türk Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azər-Türk Bank ASC-nin xeyrinə əsas borca görə 7446,66 manat, faiz borcuna görə 913,28 manat olmaqla cəmi 8359,94 manat borcun tutlmasına, Azər-Türk Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh1 Azər-Türk Bank ASC-nin xeyrinə əsas borca görə 2209,25 manat, faiz borcuna görə 339,52 manat olmaqla cəmi 2548,77 manat borcun, ödənilmiş 123,13 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Azər-Türk Bank ASC-nin nümayəndəsi C.Y.Cavadov ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Azər-Türk Bank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 23 % ödəmək şərti ilə 10800 manat kredit verməyi öhdəsinə götürmüşdür. Azər-Türk Bank ASC-nin xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 10800 manat, faiz borcuna görə 5815,29 manat olmaqla cəmi 16615,29 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azər-Türk Bank ASC-nin xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 10692 manatı Cavabdeh1 vermişdir. Azər-Türk Bank ASC-nin xx.xx.2022-ci il tarixli kredit hesabından çıxarışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 7446,66 manat, faiz borcuna görə 913,28 manat olmaqla cəmi 8359,94 manat borcu vardır. Borcverən Azər-Türk Bank ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1025567/18541 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Azər-Türk Bank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 10800 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalan xx.xx.2019-cu il tarixində kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Borcverən Azər-Türk Bank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 24 % ödəmək şərti ilə 2400 manat kredit verməyi öhdəsinə götürmüşdür. Azər-Türk Bank ASC-nin xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2400 manat, faiz borcuna görə 1355,91 manat olmaqla cəmi 3755,91 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azər-Türk Bank ASC-nin xx.xx.2022-ci il tarixli kredit hesabından çıxarışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 2209,25 manat, faiz borcuna görə 339,52 manat olmaqla cəmi 2548,77 manat borcu vardır. Azər-Türk Bank ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziyadan müəyyən olunur ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azər-Türk Bank ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziyadan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azər-Türk Bank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 7446,66 manat, faiz borcuna görə 913,28 manat olmaqla cəmi 8359,94 manat borcu vardır. T.Cavabdeh1 tərəfindən banka əsas borca görə 3353,34 manat, fazi borcuna görə 3834,17 manat ödənilmişdir. Azər-Türk Bank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 2209,25 manat, faiz borcuna görə 339,52 manat olmaqla cəmi 2548,77 manat borcu vardır. T.Cavabdeh1 tərəfindən banka əsas borca görə 190,75 manat, fazi borcuna görə 282,64 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 7446,66 manat, faiz borcuna görə 913,28 manat olmaqla cəmi 8359,94 manat borclarının yaranması, Cavabdeh1 xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 2209,25 manat, faiz borcuna görə 339,52 manat olmaqla cəmi 2548,77 manat borcun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azər-Türk Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 7446,66 manat, faiz borcuna görə 913,28 manat olmaqla cəmi 8359,94 manat Azər-Türk Bank ASC-nin xeyrinə tutulsun. Azər-Türk Bank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 2209,25 manat, faiz borcuna görə 339,52 manat və ödənilmiş dövlət rüsumuna görə 123,13 manat olmaqla cəmi 2671,9 manat Azər-Türk Bank ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar