Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3276/2025 18.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinin şərtlərinə vaxtında əməl etməməsi nəticəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanma qaydası ilə cavabdeh doqquz il müddətində illik beş faiz hesablanmaqla 45 000 (qırx beş min) manat, hüquqi yardım, mənəvi zərər üçün isə 5500 (beş min beş yüz) manat olmaqla ümumilikdə 50500 (əlli min beş yüz) manat pulun və iddia ərizəsinə görə ödənilmiş 242 (iki yüz qırx iki) manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 17 fevral 2015-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsi Bakı şəhəri, 27 saylı notariat kontorunda təsdiq edilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh 2 (iki) ay müddətinə 100 000 (bir yüz min) manat məbləğində faizsiz kredit vermişdir. Cavabdeh 100 000 (bir yüz min) manat məbləğində borcu iki ay ərzində ödəməyi öhdəsinə götürməsinə baxmayaraq ödəniş etməmişdir. Bundan sonra mən kredit müqaviləsi üzrə borcun alınması tələbi ilə xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə aidiyyatı üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi rayon Məhkəməsinin 2(001)-6863/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbim təmin olunaraq Cavabdeh kredit müqaviləsi üzrə 100 000 (bir yüz min) manat məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış icra olunması üçün icraya yönəlmişdir. Cavabdeh barəsində bütün məcburi icra tədbirləri görülməsinə baxmayaraq o, icra sənədini qərəzli olaraq qəsdən icra etməmiş, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmiş və nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işi başlanılmış, iş araşdırılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi Məhkəmənin icraatında olduğu zaman Cavabdeh xx.xx.2024-cü il tarixində borcunu ödəmiş və bununla bağlı Məhkəməyə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi cavabdeh 2015-ci ildən başlayaraq doqquz il ərzində onun pulundan öz şəxsi ehtiyacları üçün istifadə etmiş ona ziyan vurmuşdur. Halbuki, özü şəxsi biznes fəaliyyəti ilə məşğuldur cavabdeh pulunu vaxtında qaytarmış olsaydı, həmin pul ilə biznes fəaliyyəti görüb pul qazanardı. Doqquz il ərzində məhkəmə üçün vəkilə çəkdiyim xərclər və mənəvi olaraq mənə dəymiş ziyanların ümumi dəyəri 5500 (beş min beş yüz) manatdı Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehdən kredit müqaviləsinin bitdiyi tarixdən notariat kontorunda öz ərizəsini yazdığı vaxta kimi gecikdirilmiş müddət üçün, təxminən 9 il ərzində hesablanmış gecikdirilmiş faiz borcunu tələb edir. Borcun mövcudluğu barədə qətnamə 2019-cu ildə çıxıb, notarial qaydada borcun ödənilməsi bağlı ərizəni isə xx.xx.2024-cü il tarixində verib. Ərizəsinə münasibətdə artıq, 2019-cu il tarixli qətnamə üzrə borcun ödənilməsi ilə bağlı iş üzrə icraata icra qaydasında xitam verilib. Cavabdeh borcu ödəyə bilməyəndə, onun qardaşı özünəməxsus olan evi borca münasibətdə təklif etdi. Belə ki, cavabdeh tərəf əslində Asif və Zaur adında iki qardaşdır. Qardaşlar 2013-cü ildə ona müraciət etdilər ki, 78000 manata Xətai rayonunda 153 kv.m ev satılır. Evə görə ödəniş etdiyi 78500 manata münasibətdə ona saxta maliyyə arayışı və sənədlər verildi. 2 il sonra isə həmin pulun itirilməməsi üçün aralarında 100000 manat borcun qaytarılmasına dair kredit müqaviləsi bağlanır. Hüquqi yardım göstərilməsi ilə bağlı xərclədiyi vəsaitə dair hər hansı sübutu yoxdur.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, cavabdeh onu aldatmış, 110000 manat məbləğində pul vəsaiti ona qaytarılmayıb. Cinayət işi davam edən zaman cavabdehin qardaşı gəldi və dedi ki, “evi sənə verirəm. Lakin mənim evimin dəyəri yüksəkdir. Sən mənə əlavə 30000 manat məbləğində pul vəsaiti verməlisən”. Əlində olan nağd 15000 manat məbləğində pul vəsaitini və bundan əlavə özünə məxsus olan “Volkswagen Passat” markalı nəqliyyat vasitəsini cavabdehin qardaşına vermişdir. Deyildi ki, 2-3 ay ərzində borc ödənilməsə ev onun adına keçəcək. Lakin evi ona təhvil verməmişlər. Notariusda ərizəni özü cinayət işinin bitməsi üçün vermişdir. Hazırda cavabdehin qardaşının arvadının ona borcu olması ilə bağlı məhkəmə qətnaməsi çıxarılıb. Cavabdehin borcunu çevirdilər Afaq xanımın adına, 15000 manat məbləğində avtomobil və 15000 manat məbləğində nağd pul vermişdir. Nəticə olaraq, hər iki qardaş onu aldadıblar və 9 ildir ki, pulu geri qaytarmırlar. 2024-cü ilin aprelində 100000 manat Afaq xanımın adına keçib.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, borc onun qardaşının borcu olub. Sonradan iddiaçı ərizə verib ki, Asif tərəfindən maddi və mənəvi zərər tam həcmdə ödənilib. Orada məbləğ qeyd olunmayıb ki, iddiaçıya nə qədər pul verilib. Bəlkə elə iddiaçının ona borcu var. Qarşı tərəf yalan danışır. 30 ildir eyni ünvanda yaşamaqla, heç kimdən qaçmırlar. Borc iddiaçıya tam həcmdə ödənilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edildiyindən, qardaşı orada pulun bir hissəsini ödəmişdir. Evə dair müqavilə qardaşının yoldaşı ilə ayrı alqı-satqı olub. Özünün isə həmin iş barədə məlumatı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. İddiaçı ilə Cavabdeh arasında bağlanan 17 fevral 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2015-ci il müddətinə 100000 manat faizsiz kredit vermiş, Cavabdeh isə aldığı krediti məcburi olaraq vaxtında ödəyəcəyi barədə öhdəlik götürmüşdür.
7. İddiaçı tərəfindən Bakı şəhəri 43 saylı notariat ofisində yazılan xx.xx.2024-cü il tarixli **********834 saylı ərizənin surətindən görünür ki, o, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə bununla bağlı iddiasının olmadığını bildirmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6863/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 17 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4902/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı-cavabdeh İddiaçı cavabdehiddiaçı X4 qarşı “08 aprel 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən cavabdeh X5 tərəfindən ona satılmış ünvan 1 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258.50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evini və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi” barədə ilkin iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258,50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin sonuncuya satılmasına dair bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-519 N-li ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 110000 (bir yüz on min) manat məbləğində pul alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir.
10. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı-cavabdeh ilə cavabdeh-iddiaçı X6 arasında ünvan 2 ünvanında yerləşən 310 kv.mtorpaq sahəsində tikilmiş 258.50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli ilkin alqı-satqısı haqqında müqavilə bağlanmışdir. Həmin müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam olaraq İddiaçı tərəfindən icra edilməsinə baxmayaraq (Afaq İsayevanın xx.xx.2024-cü il tarixli notarial ərizəsi ilə öz təsdiqini tapmışdır), mübahisəli ev və torpaq iddiaçı-cavabdehə təhvil verilməmişdir. Lakin məhkəmə iclasında və şahid ifadələrindən müəyyən edilir ki, cavabdeh-iddiaçının qaynı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə 100000 manat məbləğində kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən Cavabdeh 100000 manat məbləğində borc pul verilmiş və həmin borcun mövcudluğu iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-279/2024 saylı qərarında öz əksini tapmışdır. Bu səbəbdən həmin borcun əvəzi olaraq tərəflər arasında pərdələnmiş əqd kimi xx.xx.2024-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Faktiki olaraq əmlaka sahibliyi cavabdeh-iddiaçı X6 həyata keçirir. Qeyd olunan ilkin alqısatqı müqaviləsinə əsasən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi 110000 manata satılmışdır. Torpaq sahəsində iki mərtəbəli yaşayış evinin mövcud olması nəzərə alınarsa qeyd olunan əmlakın dəyərinin 110000 manat olması mümkün deyildir. Bütün bunlar həmin ilkin alqı-satqı müqaviləsinin pərdələnmiş əqd olmasını sübut edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməklə xx.xx.2024-cü il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda məhkəmə iş materiallarında olan X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etdiyi Bakı şəhəri, 18 saylı notariat ofisində xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmiş 3M-519 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona borclu olduğu pulu tam olaraq İddiaçı almasını nəzərə alaraq, hesab edir, X1 110000 (bir yüz on min) manat məbləğində pul alınaraq İddiaçı geri qaytarılmalıdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 279/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən (Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş hallar müəyyən edildiyindən) cinayət məsuliyyətindən azad edilməsi və həmin cinayət işi üzrə icraata xitam verilməsi qərar alınmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. İddiaçı ilə Cavabdeh arasında 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi bağlanır və İddiaçı Cavabdeh xx.xx.2015-ci il müddətinə 100000 manat faizsiz kredit verir, Cavabdeh isə aldığı krediti xx.xx.2015-ci il tarixinədək ödəyəcəyi barədə öhdəlik götürür. Cavabdeh müqavilə üzrə öhdəliyi icra etmədiyindən, İddiaçı iddiası əsasında çıxarılan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6863/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 17 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 manat borcun tutularaq İddiaçı ödənilməsi qət edilir.
13. Daha sonra cavabdehin qardaşı arvadı X6 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixində 100000 manat borcun qarşılığında ünvan 2 ünvanında yerləşən 310 kv.mtorpaq sahəsində tikilmiş 258.50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli ilkin alqı-satqısı haqqında müqavilə bağlanır, sözügedən əmlak 110000 manata iddiaçıya satılır. xx.xx.2024-cü il tarixində isə İddiaçı Bakı şəhəri 43 saylı notariat ofisində yazılan **********834 saylı ərizəsində Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə bununla bağlı iddiasının olmayacağını bildirir. X6 isə xx.xx.2024-cü il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi ilə İddiaçı ona borclu olduğu pulun tam olaraq ödənildiyini bildirir.
14. İlkin alğı-satqı müqaviləsinə görə əmlak xx.xx.2024-cü il tarixinə kimi alıcı İddiaçı təhvil verilməli olsa da, müqavilə öhdəliyi icra edilmədiyindən İddiaçı mübahisənin həlli üçün məhkəməyə müraciət edir və X3 yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4902/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilir ki, əslində xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsi pərdələnmiş əqdir və nəticədə həmin müqavilə etibarsız hesab edilir və X1 110000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilir.
15. Hazırda iddiaçı iddia edir ki, cavabdeh tərəfindən aldadılmış, cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə öhdəliyini xx.xx.2015-ci ilədək icra etməli olsa da, etmədiyindən həmin tarixindən özünün notarial qaydada borcun ödənilməsi barədə ərizə verdiyi xx.xx.2024-cü il tarixinədək keçən 9 il müddətində illik 5% olmaqla gecikdirilmiş 45000 manat borcun cavabdehdən tutulmasını xahiş edir.
16. Cavabdeh isə iddiaçı tərəfindən borcun tam ödənilməsi barədə ərizə verilməsini əsas gətirməklə iddianı qəbul etmir. Tətbiq edilən maddi hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
20. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir;
25. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
26. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmənin mövqeyi:
27. Preyudisial əhəmiyyət daşıyan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6863/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış Kredit müqaviləsi etibarlıdır və məhz buna görə cavabdehdən 100000 manat pulun tutulması ilə bağlı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və qətnamənin icrası mərhələsində həmin borcun digər formada əvəzləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə tərəflər arasında razılaşma olmuşdur. Bununla belə, məhkəmənin qənaətinə görə tərəflərin razılaşmasından sonra yaranan mübahisəli hüquq münasibətləri hazırki məhkəmə araşdırmasının predmeti deyildir və həmin hissədə hər hansı əsaslandırma aparılmasına zərurət yoxdur.
28. Hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasında isə qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
29. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
30. MM-in 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdə kreditorun gecikdirilmiş vaxt üçün MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Bu səbəbdən də məhkəmə iddianı həmin hissədə əsaslı hesab edir.
31. Hansı ki, tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalan öhdəliyini xx.xx.2015-ci il tarixinədək icra etməli olsa da, həmin tarixdən ən tezi xx.xx.2024-cü il tarixədək öhdəlik icra edilməmişdir. Odur ki, 9 il üçün illik 5 faizlə tutulmalı olan məbləğ 45000 manat təşkil edir.
32. Məhkəmə iddianı digər hissələrdə əsassız hesab edir. Belə ki, iddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı vəsait xərclədiyinə görə ona maddi zərər vurulması barədə , o cümlədən mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
33. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar və qaydalar:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
36. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;
37. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 45000 manat məbləğində pul vəsaiti və 242 (iki yüz qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 45000 (qırx beş min) manat məbləğində pul vəsaiti və 242 (iki yüz qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev