Məhkəmə qərarları › İş №e-2(001)-3297/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3297/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3297/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : İddiaçı "xxxx" BOKT MMC Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianı müdafiə etdiklərini bildirmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini ona aid olan hissədə qəbul etməyərək bildirmişdir ki, müqavilə üzrə əsas borclu Cavabdeh1 ölmuş, Cavabdeh2 isə yalnız zamin qismində çıxış etmişdir. Hazırda Cavabdeh1 vəfat etdiyini, bu barədə "xxxx" BOKT MMC-yə məlumat verdiklərini, onlar tərəfindən bu barədə heç bir tədbir görülmədiyini qeyd etdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh1 ölmüş olduğundan, bununla da o, cavabdeh hesab edilmədiyindən iş üzrə icraata xitam verilməli və iddiaçıya Cavabdeh1 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilən Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləlinin 261 və 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar