Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-334/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X6 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə dəymiş ziyana görə 2625 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat və hüquqi xidmətə görə ödənilmiş 100 manat, ümumilikdə 2775 manat pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 13:27 radələrində idarə etdiyi “Mercedes” **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə DSK yolu dalanda hərəkətdə olarkən ondan əks istiqamətdə olan Cavabdeh idarə etdiyi “Hyundaı” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil sola manevr edib, maşınının sol ön hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı məlum olmuşdur ki, cavabdeh avtomobilini sığorta etdirməyib. Cavabdeh barəsində Binəqədi rayon X11 Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmin Qərarla cavabdeh Həsənov X1 Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixində tərtib edilmiş 1002/01 saylı Qüsur aktından görünür ki, baş vermiş hadisə nəticəsində ona 2625 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd etmək istəyir ki, cavabdeh öz izahatında da baş vermiş hadisəni etiraf etmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 54.1ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə, iddiaçının yazılı razılığı ilə iddiaçı X6 əsl İddiaçı ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini, yol nəqliyyat hadisəsinin baş verdiyini, qarşı tərəfə ziyan dəydiyini, lakin dəymiş ziyanın məbləği ilə razı olmadığını və məbləğin şişirdildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, həqiqətən də hadisə baş vermiş və iddiaçının avtomobilinə zərər dəymişdir. Lakin dəymiş ziyanın məbləği ilə razı deyil. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: BA245096 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E200 CDİ” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı “Mercedes Benz E200 CDİ” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi X4 etibar etmişdir. BA002332 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Santafe” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2r. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 “Hyundai Santafe” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi Cavabdeh etibar etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYP tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 469.3-cü maddələrinə əsasən (Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) 50 manat məbləğində cərimə edilmişdir. X3 Binəqədi RPİ-nin rəisinə ünvanladığı izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “Mercedes” markalı, **-RM-*** avtomaşınla hərəkətdə olarkən ondan əks istiqamətdə olan “Hyundai” markalı, **-FD-*** avtomaşın sola manevr edib, onun maşınının sol ön hissəsi ilə toqquşdu. Hadisə zamanı bədən xəsarəti alan olmadı. Sərxoş deyildi. Cavabdeh Binəqədi RPİ-nin rəisinə ünvanladığı izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə , saat 14:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai” markalı, **-FD-*** avtomaşınla DSK yolunda hərəkətdə olarkən ondan əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, **-RM-*** avtomaşının sol ön hissəsi ilə toqquşdu. Hadisə zamanı bədən xəsarəti alan olmadı. Sərxoş deyildi. Fiziki şəxs Nikpeyman Şahram (VÖEN **********) tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, **-RM-*** dövlət nömrə nişanlı “Mercedes Benz E220” minik markalı nəqliyyat vasitəsinə dəymiş zərər aşağıdakı kimi qiymətləndirilir: 1 ədəd qabaq kapot - 200 manat, 1 ədəd qabaq bufer- 650 manat, 1 ədəd kapot, dil-10 manat, 1 ədəd antifriz baçoku-50 manat, 1 ədəd şveller, qabaq-100 manat, 1 ədəd buferin alt qoruyucusu-50 manat, 1 ədəd qanaq, sol-150 manat, 1 ədəd buferin salazkası, sol-10 manat, 1 ədəd kapotun kilidi- 20 manat, 1 ədəd qanadaltı-35 manat, 1 ədəd sapfa-70 manat, 1 ədəd aliminium qol-70 manat, 1 ədəd fincan, yuxarı-60 manat, 1 faranın eynəyi, sol-50 manat, 1 ədəd fara-200 manat. Əlavə olaraq avtomobildə dəmirçi işləri-350 manat, rəngsaz işləri- 450 manat, sapfanın, aliminum qolun, yuxarı fincanın dəyişdirilməsi-100 manat. Ümumi məbləğ 2625.00 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/7044 nömrəli rəyindən görünür ki, iş materiallarında olan “Chevrolet” (VÖEN **********) servis tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2007-ci il buraxılışlı, gümüşü metallik rəngli, “Mercedes Benz” markalı, “E200 CDİ minik” model, **- RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 2425 manat məbləğində olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, X7 tərəfindən Bakı şəhəri 31 saylı Vəkil Bürosuna 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Cavabdeh təqsirli, hüquqazidd əməli nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Həmin zərərin məbləği ekspert rəyinə əsasən 2425 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan “Hyundai” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoyulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı, “E200 CDİ minik” model, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan iddiaçının təqdim etdiyi qüsur aktına əsasən, 2625 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyinə əsasən “Mercedes Benz” markalı, “E200 CDİ minik” model, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2425 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi mötəbər sübut hesab edilməklə, həmin rəy nəzərə alınaraq, ““Mercedes Benz” markalı, “E200 CDİ minik” model, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2425 manat məbləğində ziyan Cavabdeh tutulmaqla, iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 100 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulması hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməli, 100 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 49 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 5 manatı İddiaçı, 45 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2425 (iki min dörd yüz iyirmi beş) manat, 100 (yüz) manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 49 (qırx doqquz) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 5 (beş) manatı İddiaçı, 45 (qırx beş) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-334/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-334/2025
14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver