Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3359/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, “Bank BTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bank BTB (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 361535-CNS- 44387 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 5.197,28 (beş min bir yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 216.57 (iki yüz on altı manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 61.40 (altmış bir manat qırx qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.475,25 (beş min dörd yüz yetmiş beş manat iyirmi beş qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 74,75 (yetmiş dörd manat yetmiş beş qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASCnə ödənilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 361535- CNS-44387 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 14 aprel 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 361535-CNS-41456 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 5.197,28 (beş min bir yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixinə Banka 5.197,28 (beş min bir yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 216.57 (iki yüz on altı manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 61.40 (altmış bir manat qırx qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.475,25 (beş min dörd yüz yetmiş beş manat iyirmi beş qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış borcu barədə xx.xx.2024-cü il tarixli, 445 P saylı pretenziya məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixli maps arayışına əsasən borclu ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib 14 aprel 2023-cü il tarixli, 361535-CNS-44387 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 5.197,28 (beş min bir yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 216.57 (iki yüz on altı manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 61.40 (altmış bir manat qırx qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.475,25 (beş min dörd yüz yetmiş beş manat iyirmi beş qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 361535-CNS-44387 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 14 aprel 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 361535-CNS-41456 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 5.197,28 (beş min bir yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə, xx.xx.2023-cü il tarixli, 361535-CNS-44387 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən 5.197,28 (beş min bir yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 216.57 (iki yüz on altı manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 61.40 (altmış bir manat qırx qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.475,25 (beş min dörd yüz yetmiş beş manat iyirmi beş qəpik) manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 361535-CNS-44387 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 5.197,28 (beş min bir yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 216.57 (iki yüz on altı manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 61.40 (altmış bir manat qırx qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.475,25 (beş min dörd yüz yetmiş beş manat iyirmi beş qəpik) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən “Bank BTB (Azərbaycan)” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 74,75 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış 14 aprel 2023-cü il tarixli, 361535- CNS-44387 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 5.197,28 (beş min bir yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 216.57 (iki yüz on altı manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 61.40 (altmış bir manat qırx qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.475,25 (beş min dörd yüz yetmiş beş manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “Bank BTB (Azərbaycan)” ASCnə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 74,75 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “Bank BTB (Azərbaycan)” ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3359/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3359/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver