Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3366/2023 30.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1(004)- 250/2022 nömrəli cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində cəzəsını çəkən Cavabdeh, onun qardaşına qarşı törətdiyi dələduzluq cinayət əməlini nəticəsində ona məxsus avtomobili zədələdiyinə görə təmir və bərpa xərci olan 3359 (üç min üç yüz əlli doqquz) manat, eləcə də qardaşı Murad Mustafazadəyə məxsus 2125 (iki min yüz iyirmi beş) manat dəyərində olan 1 ədəd “HP Pavilion” markalı noutbuku mənimsədiyinə görə 2125 (iki min yüz iyirmi beş) manat, ümumilikdə maddi zərərə görə 5484 (beş min dörd yüz səksən dörd) manat məbləğində və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun tutularaq ona (zərərçəkmişin hüquqi varisi olduğuna görə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 sentyabr 2020-ci ildə kirayədə qaldığı ünvan 1 ünvanında az müddət əvvəl tanış olduğu, ona həmin ünvanda bir otağı kirayə vermiş X1 etibarından sui-istifadə edib sonuncuya məxsus 7500 manat dəyərində olan “Peugeot 307” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili həmin tarixdə idarə edib günün sonunda qaytaracağına, eləcə də M.Mustafazadəyə məxsus həmin tarixə olan Milli məzənnə ilə 2125 manat təşkil edən 1250 ABŞ dolları dəyərində 1 ədəd “HP Pavilion” markalı noutbuku viruslardan təmizləyərək həmin günün sonunda qaytaracağına dair Murad Mustafazadəyə yalan vəd verib inandırmaqla sonuncunu aldadıb həmin avtomobili və noutbuku vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs X2 ümumillikdə 9625 (doqquz min altıyüz iyirmi beş) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 1(004)-250/2022- 028 nömrəli hökmü ilə o, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bildirirəm ki, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı qardaşı olan X5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin, qardaşı Murad Mustafazadə məhkəməyədək icraat dövründə, yəni 12 may 2022-ci il tarixdə vəfat etmişdir (AZ İİ 276565 №-li “Ölüm haqqında şəhadətnamə”nin surəti iddia ərizəsinə əlavə edilir). Buna görə o, məhkəmə icraatında zərəçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Cavabdeh barəsində olan Yasamal rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 1(004)-250/2022 nömrəli hökmdə göstərildiyi kimi, Cavabdeh qardaşı Murad Mustafazadəyə yalan vəd verib inandırmaqla onu aldatmış və ona məxsus “Peugeot 307” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili və həmin tarixə olan milli məzənnə ilə 2125 manat təşkil edən 1250 ABŞ dolları dəyərində 1 ədəd “HP Pavilion” markalı noutbuku vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək ona ümumillikdə 9625 (doqquz min altı yüz iyirmi beş) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh noutbuku qaytarmamış, qanunsuz olaraq avtomobili ələ keçirərək sahibləndiyi vaxt isə zədələmişdir. Bu fakt istintaq materiallarında, hökmün təsviri-əsaslandırıcı hissəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 dekabr 2021-ci il tarixli 8/2801 saylı rəyin öz əksini tapmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 9/6808 saylı rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş “X8 Servis” tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2004-cü il buraxılışlı “Peugeot 307 minik” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 3359 (üç min üç yüz əlli doqquz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı maddi sübut kimi tanınmış və saxlanılmış “Peugeot 307 minik” markalı 10 -NO-425 dövlət qeydiyyat nişanlı avtomobil mərhum zərərçəkmiş şəxs qardaşı olan X2 qaytarılmış, ailə üzvlərinin istifadəsində verilmiş, bu haqda müvafiq qeyd Cavabdeh barəsində olan Yasamal rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 1(004)-250/2022- 028 nömrəli hökmünün nəticəvi hissəsində öz əksini tapmışdır. Bundan əlavə, həmin hökmün nəticəvi hissəsində göstərildiyi kimi, zərərçəkmişin hüquqi varisi İddiaçı (yəni ona) hökm qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh qarşı vurulmuş maddı ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Beləliklə, yuxarıda sadaladığı müvafiq sənədlərə (hökmə və rəylərə) əsasən Cavabdeh onun qardaşına qarşı törətdiyi dələduzluq cinayət əməlini nəticəsində ona məxsus avtomobili zədələdiyinə görə təmir və bərpa xərci olan 3359 (üç min üç yüz əlli doqquz) manat məbləğində, eləcə də qardaşı M.Mustafazadəyə məxsus həmin tarixə olan Milli məzənnə ilə 2125 manat təşkil edən 1250 ABŞ dolları dəyərində 1 ədəd “HP Pavilion” markalı noutbuku mənimsədiyinə görə, ümumilikdə 5484 (beş min dörd yüz səksən dörd) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa bildirir ki, Cavabdeh onun qardaşına bu cinayəti törətməkdə ona 500 manat məbləğində mənəvi ziyan vurmuşdur. Belə ki, vəfat etməmişdən öncə qardaşı Murad Mustafazadəyə qarşı cavabdeh olan Cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və sair kimi hallar yaranmışdır. Qardaşına qarşı törədilmiş cinayət əməli nəticəsində onda nigarançılıq, ruhi sarsıntı və iztirab, həyəcan, acizlik və məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik hissləri yaranmışdır. Cavabdeh qardaşına məxsus əmlakı (avtomobili və noutbuku) qaytarmadığında qardaşı davamlı həyəcan hissi keçirmiş, cinayət işi üzrə məhkəmə hökmündə öz əksini tapmış zərərçəkmiş şəxs kimi verdiyi ifadələrindən də müəyyən edilir ki, Cavabdeh əmlakı qaytarmadığında qardaşı ondan dəfələrlə əmlakın harada olmasından maraqlanmış, o isə cavabında bildirmişdir ki, avtomobillə qəzaya düşmüş, avotomobili təmir üçün ustaya vermişdir. Qardaşı Elsevərin dediyi Biləcəri qəsəbəsində olan “Məmmədoğulları” avtomobil servisinə getdiyində aşkar etmişdir ki, Elsevər onu aldatmış, sonra ona zəng edib əmlakı ona qaytaramayacağı təqdirdə ondan polisə şikayət edəcəyini bildirdiyində Cavabdeh onu öldürməklə hədələmişdir. Sonra isə qardaşına əmlak uzun müddət qaytarılmamış, noutbuk ümumiyyətlə qaytarılmamış, avtomobil isə zədələnmiş və nasaz, istismara yararsız vəziyyətdə qaytarılmışdır. Cavabdehin qeyd etdiyi əməlləri nəticəsində mərhum qardaşında yuxarıda göstərdiyi hallar (hisslər): nigarançılıq, ruhi sarsıntı və iztirab, həyəcan, acizlik və məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik yaranmışdır. Onun qardaşı bu hadisədən sonra uzun müddət özünə gələ bilməmiş, ailələrində, qohumların arasında utanmış, insanlara qarşı inamını itirmişdir. Həmçinin cavabdehin qanunsuz əməlləri nəticəsində mərhum qardaşına vurduğu ziyana görə onun yaxın qohumu (bacısı) olaraq onda da psixoloji gərginlik, məyusluq, nigarançılıq, ruhi sarsıntı və iztirab, həyəcan, acizlik, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik yaranmışdır. Buna görə o, bu mənəvi zərəri təxminən 500 (beş yüz) manat dəyərində qiymətləndirir. Mənəvi zərərin ödənilməsinə əsas olan halların baş verdiyini geniş olan insan dairəsi: ailə üzvləri, qonşuları, iş yoldaşları təsdiq edə bilərlər. Hal-hazırda Cavabdeh hökmlə ona təyin edilmiş cəzasını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində çəkir. Cavabdeh tərəfindən bu günədək qardaşına və ona vurduğu maddi və mənəvi ziyanın əvəzinə pul, yaxud başqa hər hansı bir maddi nemət verilməmişdir, ödənilməmişdir. Yəni Cavabdeh qanunsuz hərəkətləri nəticəsində qardaşının və onun maddi vəziyyəti kəskin dərəcədə pisləşmişdir. Cavabdeh tərəfindən qardaşına qarşı cinayət törətdikdən sonra ona vurduğu ziyana görə bu günədək bir manat belə ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh 05 dekabr 2022-ci il tarixli 1(104)-250/2022-028 nömrəli hökmünün 3cü səhifəsinin 2-ci abzasında göstərilmişdir ki, məhkəmə prosesi zamanı Cavabdeh iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış məhrum qardaşı Murad Mustafazadəyə və onun ailə üzvlərinə gələcəkdə vurulan maddi ziyanı ödəməyə söz vermişdir. Cinayət iş üzrə aparılan məhkəmə prosesinda Cavabdeh bu ifadəsini vurduğu ziyanın etiraf etməsi kimi qiymətləndirməklə hesab edir ki, məhkəmə tərəfindən bu hal da nəzərə alınmalıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi "həcminin azaldılması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1-ci bənddə olan iddia tələbinin, “1(004)-250/2022 nömrəli cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində cəzəsını çəkən Cavabdeh, onun qardaşına qarşı törətdiyi dələduzluq cinayət əməlini nəticəsində ona məxsus avtomobili zədələdiyinə görə təmir və bərpa xərci olan 3359 (üç min üç yüz əlli doqquz) manat, eləcə də qardaşı Murad Mustafazadəyə məxsus 699 (altı yüz doxsan doqquz) manat dəyərində olan 1 ədəd “HP Pavilion” markalı noutbuku mənimsədiyinə görə 699 (altı yüz doxsan doqquz) manat, ümumilikdə maddi zərərə görə 4058 (dörd min əlli səkkiz) manat məbləğində” kimi dəyişdirilməsini xahiş etmiş və ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşına məxsus 1 ədəd “HP Pavilion” markalı noutbukun dəyəri (satış qiyməti) haqqında məlumatın verilməsi barədə "xxxx" MMC-yə müraciət edilmiş, lakin qanunamüvafiq müddətdə cavab verilməmişdir. Mərhumun əşyalarının arasında “Elektron cihazının sığortası şəhadətnaməsi”, “zəmanət talonu” və 052803 №-li mədaxil qəbzi aşkar edilmişdir. Qeyd olunan sənədlərdə 1 ədəd “HP Pavilion” markalı noutbukun sığorta predmetinin olması, həmin predmetin məbləğinin 699 manat olduğu göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və 1(004)-250/2022 nömrəli cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıCM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində cəzəsını çəkən Cavabdeh, onun qardaşına qarşı törətdiyi dələduzluq cinayət əməlini nəticəsində ona məxsus avtomobili zədələdiyinə görə təmir və bərpa xərci olan 3359 (üç min üç yüz əlli doqquz) manat, eləcə də qardaşı Murad Mustafazadəyə məxsus 699 (altı yüz doxsan doqquz) manat dəyərində olan 1 ədəd “HP Pavilion” markalı noutbuku mənimsədiyinə görə 699 (altı yüz doxsan doqquz) manat, ümumilikdə maddi zərərə görə 4058 (dörd min əlli səkkiz) manat məbləğində və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun tutularaq ona (zərərçəkmişin hüquqi varisi olduğuna görə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentiensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsində cəzaçəkən Cavabdeh müəsissəsinin rəhbərliyi vasitəsi ilə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, iddia ərizəsinə dair hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 276565 №-li Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə travmatik ikincili və ya residivləşən qanaxmadan Sumqayıt şəhərində ölmüşdür. 25 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak-"xxxx" ASC “İnşaatçılar” filialı tərəfindən N656, xx.xx.2022-ci il tarixli məktuba əsasən X1 adına 3.44 manat və 134,11 manat olan **********589475 və **********383311 nömrəli kart hesablarından ibarətdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-250/2022 saylı, 05 dekabr 2022ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 03 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə müəyyən edilir ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 sentyabr 2020-ci il tarixdə kirayədə qaldığı ünvan 2 ünvanında az müddət əvvəl tanış olduğu, ona həmin ünvanda bir otağı kirayə vermiş X1 etibarından sui-istifadə edib sonuncuya məxsus 7500 manat dəyərində olan «Peugeot 307” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin tarixdə idarə edib günün sonunda qaytaracağına, eləcə də M.Mustafazadəyə məxsus həmin tarixə olan Milli məzənnə ilə 2125 manat təşkil edən 1250 ABŞ dolları dəyərində 1 ədəd “HP Pavilion” markalı noutbuku viruslardan təmizləyərək həmin günün sonunda qaytaracağına dair Murad Mustafazadəyə yalan vəd verib inandırmaqla sonuncunu aldadıb həmin avtomobili və noutbuku vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs X2 ümumilikdə 9625 (doqquz min altı yüz iyirmi beş) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmdə qeyd edilir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli 9/6808 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X8 Servis” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2004-cü il buraxılışlı “Peugeot 307 minik” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3359 manat müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsininxx.xx.2023-cü il tarixli 1(004)-250/2022 №-li məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 250/2022 saylı, 05 dekabr 2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır və icraya yönəldilmişdir. xx.xx.2015-ci ildə X1 adına tərtib edilmiş 052803 №-li bütün növ sığorta haqları üçün mədaxil qəbzindən və EEİ-P-1505503-E №-li Elektron cihazların sığortası şəhadətnaməsindən görünür ki, X2 məxsus “HP Pavilion” markalı noutbukun dəyəri 699 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi(vəkili) Nümayəndə tərəfindən iddia ərizəsinin verilməsinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 79,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu mənada Cavabdeh dələduzluq cinayət əməlini (o cümlədən mülki hüquq pozuntusu) törətməsi və cinayət nəticəsində X2 məxsus “HP Pavilion” markalı noutbukun və “Peugeot 307” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirməsi, “Peugeot 307” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə 3359 manat məbləğində ziyan vurması və HP Pavilion” markalı noutbuku zərərçəkmiş şəxsə qaytarmaması, bunun nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurduğu işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin istinad edilən maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası isə digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. İndiki halda iddia tələbinin əsası kimi Mülki Məcəllənin delikt ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmənin qənaətinə görə, hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində zərərçəkmiş X2 maddi zərər vurulduğu şübhəsizdir, həmin qanunsuz hərəkətlər ilə ona vurulan zərər arasında səbəbli əlaqə vardır. Odur ki, zərərçəkmiş X1 hüquqi varisi olaraq İddiaçı X1 məruz qaldığı ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia maddi ziyanın tutulması hissəsində təmin edilməli, Cavabdeh “Peugeot 307” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili zədələdiyinə görə təmir bərpa xərci olan 3359 manat və “HP Pavilion” markalı noutbuku mənimsədiyinə görə 699 manat olmaqla, ümumilikdə 4058 manat məbləğində maddi ziyan İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “500 məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçının məhz cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi halı müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi 500 manat məbləğində mənəvi zərərin tutulması hissədə də təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan və iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumunun 54 (əlli dörd) manatı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4058 (dörd min əlli səkkiz) manat və ödənilmiş dövlət rüsumunun 54 (əlli dörd) manatı alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3366/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3366/2023
30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver