Məhkəmə qərarları › İş №e-2(001)-3403/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3403/2021

13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3403/2021 13.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə 13 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş zərərin əvəzi kimi 508,81 manat, əldən çıxmış fayda kimi 52 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, icarə müqaviləsi əsasında **-PE-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı avtomobil X1 istifadəsinə verilmişdir. X3 27 noyabr 2020-ci il tarixdə, saat 13:30-da idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Nərimanov rayonu istiqamətində hərəkət edərkən yolun orta-sağ hissəsində hərəkətdə olan moped sürücüsü Cavabdeh qəfil avtomobilin qarşısına keçmiş, nəticədə avtoqəza baş vermişdir. Avtoqəza nəticəsində F.Həmidovun idarə etdiyi avtomobilin qabaq gücləndiricisi, kapotu və bamperi sıradan çıxmışdır. İddiaçı tərəfindən avtomobilin təmir və bərpasına 508,81 manat xərc çəkilmişdir. Həmçinin, avtomobilin təmir-bərpa işlərinə 2 gün sərf edilmiş, avtomobilin həmin müddətdə taksi kimi fəaliyyət göstərməməsi nəticəsində itirilmiş fayda olaraq gündəlik 26 manat olmaqla iddiaçıya 52 manat zərər dəymişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməsə də, iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq etirazda göstərmişdir ki, onun iddia ərizəsində göstərilən yol-nəqliyat hadisəsinin törədilməsində heç bir təqsiri olmamış, qəza iddiaçı tərəfindən törədilmiş, nəticəsdə o özü baş nahiyyəsindən xəsarət almış, polis bölməsində izahat verərkən halı özündə olmamışdır. Cinayət işi başlanmasının rədd edilməsi barədə qərar da ona təqdim edilməmişdir. Cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - AD seriyalı, 745182 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Ravon Nexia R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. - Avtomobilin müddətli satışı üzrə 30 dekabr 2019-cu il tarixli, K-535A-PCC-19 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC mülkiyyətində olan “Ravon R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili müddətli satış üsuli ilə İddiaçı MMCyə satmışdır. - "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, “Ravon Nexia R3” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X2 həmin avtomobili idarə etmək hüququ tanınmışdır. - "xxxx" ASC tərəfindən təqdim edilmiş “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, “Ravon Nexia R3” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 508,81 manatdır. - Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində verdiyi izahatından görünür ki, o, 27 noyabr 2020-ci il tarixdə, saat 13:30-da özünə məxsus “Moon” markalı, 49 kub mühərrikli skuter mopedlə dostu Tural Məmmədovla birlikdə Nərimi rayonu, R.Behbudov küçəsi ilə C.Xəndan küçəsinə gedirmiş, həmin vaxt R.Behbudov küçəsindən Bakıxanov küçəsinə sol tərəf istiqamtində dönərək hərəkətini düzünə davam edərkən qəfil fikrini dəyişib sol tərəfə, X.Şuşinski küçəsi ilə yolunu davam etmək qərarın agəlmiş və hərəkət etdiyi zolaqdan sola dönməklə yolu kəsib X.Şuşinski küçəsinə keçmək istədikdə ehtiyatsızlıqdan düzünə hərəkətdə olan “Ravon” markalı avtomobilin qarşısına çıxmış və həmin avtomobilin ön-sağ hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində mopedlə bərabər asfalt üzərinə yıxılmış, dostu xəsarət almasa da o sağ ayaq və baş nahiyyəsindən yüngül sıyrıq xəsarətləri almışdır. Hadisə onun öz ehtiyatsızlığından baş vermişdir. İzahar onun sözləri ilə yazılmış, imzası ilə təsdiq edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 05 dekabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 27.11.2020-ci il tarixdə baş vermiş, yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4cü (velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın Nəsimi RPİnin X6 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Tamiz oğlu idarə etdiyi skuter mopedlə 27 noyabr 2020-ci il tarixdə, saat 13:30-da X1 etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək yol-nəqliyyat hadisəsi törətmiş, avtomobilin zədələnməsi nəticəsində İddiaçı MMC-yə 508,81 manat maddi zərər vurmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avtomobilin gündəlik taksi kimi istifadə olunması nə qəza nəticəsində təmir-bərpa işləri ilə bağlı 2 gün müddətə fəaliyyət göstərə bilməməsi nəzərə alınarsa, hər günü 26 manat olmaqla ümumilikdə 52 manat məbləğində pul vəsaiti də əldən çıxmış fayda qismində nəzərə alınmalıdır. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 508,81 manat çəkilmiş xərclərin əvəzi kimi, 52 manat isə əldən çıxmış fayda olmaqla ümumilikdə 560,81 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 508,81 manat çəkilmiş xərclərin əvəzi kimi, 52 manat isə əldən çıxmış fayda olmaqla ümumilikdə 560,81 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar