Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3404/2022 10.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 noyabr 2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 990 manat əsas borc, 148,5 manat cərimə, cəmi 1138,5 manat, 18 dekabr 2019cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 278 manat əsas borc, 41,7 manat cərimə, cəmi 319,7 manat, 08 yanvar 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 476 manat əsas borc, 71,4 manat cərimə, cəmi 547,4 manat, ümumilikdə 2005,6 manat borcun və 40,10 manat ödənilmiş dövlət rüsumun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli ********* saylı müddətli nisyə alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «Samsung» markalı televizora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 109 manat olmaqla cəmi 1299 manat, 18 dekabr 2019-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «Samsung» markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla cəmi 408,5 manat, 08 yanvar 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi əsasən, sonuncu aldığı «Xiaomi Redmi» markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 82 manat olmaqla cəmi 489 manat, ümumilikdə üç müqavilə üzrə 2196,5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 111 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 71 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 96 manat ödəniş etmiş və hər üç müqavilə üzrə qalıq qalmış 1744 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 0,5 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin iki müqavilə üzrə faktiki cərimə borcu 2616 manatdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2616 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq hərmin cərimə məbləğinin 90 %-i gözəşt edilmiş, cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i, yəni 261,6 manat İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh bildirişi almasına bamayaraq, iddiaya dair məhkəməyə hər hansı bir münasibət bildirməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış, 02 noyabr 2019-cu il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş «Samsung» markalı televizoru qəbul etməyi və 12 ay müddətinə ayda 109 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 02 noyabr 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 02 dekabr 2019-cu il, sonuncu ödəniş tarixi 02 noyabr 2020-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 02 noyabr 2019-cu il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 990 manat borcu vardır. Cərimə məbləği 02 mart 2020-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 274 gündür. 18 dekabr 2019-cu il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş «Samsung» markalı mobil telefonu qəbul etməyi və 6 ay müddətinə ayda 69 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 18 dekabr 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 18 yanvar 2020-ci il, sonuncu ödəniş tarixi 18 iyun 2020-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 18 dekabr 2019-cu il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 278 manat borcu vardır. Cərimə məbləği 18 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 155 gündür. 08 yanvar 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən Cavabdeh əlavədə göstərilmiş «Xiaomi Redmi» markalı mobil telefonu qəbul etməyi və 6 ay müddətinə ayda 82 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqaviləyə olan 1 saylı əlavədə qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. 08 yanvar 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən ilkin ödəniş tarixi 8 fevral 2020-ci il, sonuncu ödəniş tarixi 8 iyul 2020-ci il olaraq müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh 08 yanvar 2020-ci il tarixli əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 476 manat borcu vardır. Cərimə məbləği 08 mart 2020-ci il tarixdən hesablanmışdır. Gecikdirilən gün sayı 125 gündür. Tələbkar tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubuna əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 40,10 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 noyabr 2019-cu il tarixli ********* saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC «Samsung» markalı televizoru 1299 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 109 manat ödəniş etməyi, 18 dekabr 2019-cu il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC «Samsung» markalı mobil telefonu 408,5 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 6 ay müddətinə aylıq 69 manat ödəniş etməyi, 08 yanvar 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC «Samsung» markalı televizoru 489 manat qiymətinə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 6 ay müddətinə aylıq 82 manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 40,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə hər üç müqavilə üzrə cavabdehdən tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 99 manat məbləğində müəyyən edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 27,8 manat məbləğində müəyyən edilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 47,6 manat məbləğində müəyyən edilməli və həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 noyabr 2019-cu il tarixli ********* əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 990 manat, cərimə borcuna görə 99 manat, cəmi 1089 manat, 18 dekabr 2019-cu il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 278 manat, cərimə borcuna görə 27,8 manat, cəmi 305,8 manat, 08 yanvar 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 476 manat, cərimə borcuna görə 47,6 manat, cəmi 523,6 manat, ümumilikdə 1918,4 manat pul vəsaiti və 40,10 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 noyabr 2019-cu il tarixli ********* əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 990 (doqquz yüz doxsan) manat, cərimə borcuna görə 99 (doxsan doqquz) manat, cəmi 1089 ( bir min səksən doqquz) manat, 18 dekabr 2019-cu il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 278 (iki yüz yetmiş səkkiz) manat, cərimə borcuna görə 27,8 (iyirmi yeddi manat, səksən qəpik) manat, cəmi 305,8 (üç yüz beş manat, səksən qəpik) manat, 08 yanvar 2020-ci il tarixli ********* saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə üzrə əsas borca görə 476 (dörd yüz yetmiş altı) manat, cərimə borcuna görə 47,6 (qırx yeddi manat, altmış qəpik) manat, cəmi 523,6 (beş yüz iyirmi üç manat, altmış qəpik) manat, ümumilikdə 1918,4 (min doqquz yüz on səkkiz manat, qırx qəpik) manat pul vəsaiti və 40,10 (qırx manat, on qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-3404/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3404/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver