Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3407/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi ilə, İddiaçı (İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 3649.92 (üç min altı yüz qırx doqquz manat doxsan iki qəpik) manat, təbii qazdan istifadəyə görə 1414.5 (min dörd yüz on dörd manat əlli qəpik) manat və 90.14 (doxsan manat on dörd qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AKX02214xx/xx-2020 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********05652 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********885 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndi və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə:
1. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1114.56 manat;
2. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat;
3. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 466.56 manat;
4. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 306.24 manat;
5. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat;
6. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat;
7. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat;
8. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat;
9. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat İddiaçıİB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3649.92 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 1414.5 manat borcu qalmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, eləcə də onun istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi həm tərtib edilmiş aktla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öztəsdiqini tapmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək, iş üçün zəruri olan sənədləri məhkəməyə təqdim edib, iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Pirallahı rayon Məhkəməsinin icraatında olan 2(094)-242/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixdə saat 12:00-da olan məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili qismində iştirakı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək. İş üzrə bütün sənədlər təqdim edilmişdir, heç bir vəsatət və əlavəsi yoxdur, iddia tələbini müdafiə edir. Azərbaycan Respublikası MPMnin 68.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiaya iştirakım olmadan baxasınız, iddia tələbinin təmin edilərək, cavabdeh X1 tərtib olunmuş akt üzrə 3649.92 (üç min altı yüz qırx doqquz manat doxsan iki qəpik) manat, təbii qazdan istifadəyə görə 1414.5 (min dörd yüz on dörd manat əlli qəpik) manat və 90.14 (doxsan manat on dörd qəpik) manat dövlət rüsmunun tutularaq İddiaçı (Alan müştərinin adı: X2, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AKX02214xx/xx-2020 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsindən görünür ki, Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş, İddiaçı İB tərəfindən mənizlə G-4 markalı, 12529686 nömrəli sayğac quraşdırılmış, mənzildə istismar olunan qaz qurğularının siyahısında 1 ədəd 4 gözlü “PQ-4” qaz piltəsi göstərilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 31 mart 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 9288 kub-metr (1114.56 manat) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2448 kub-metr (293.76 manat) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 3888 kub-metr (466.56 manat) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 29 iyul 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2448 kub-metr (306.24 manat) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 31 avqust 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2448 kub-metr (293.76 manat) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 30 sentyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2448 kub-metr (293.76 manat) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2448 kub-metr (293.76 manat) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 30 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2448 kub-metr (293.76 manat) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 2448 kub-metr (293.76 manat) müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 2020-ci ilə sərfiyyat 1784, debitor borc 178,40 manat, 2021-ci ilə sərfiyyat 5592, debitor borc 1029,00 manat, 2022-ci ilə sərfiyyat 32211, debitor borc 215,40 manat qalıq və aktlar üzrə 3649,92, 2023cü ilə sərfiyyat 16912, debitor borc 1909,44 manat müəyyən edilmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş sübutlarla araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (25 iyun 2023-cü il tarixədək olan redaksiya). Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli AKX02214xx/xx-2020 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus ev təbii qazla təchiz edilmişdir. Cavabehə İddiaçı İB tərəfindən **********05652 nömrəli abonent kodu verilmiş və həmin ünvanda qaz xəttinin üzərində G- 4 markalı **********885 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndi və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulub təbii qazı talayaraq ziyan vurmuş və bu hal xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1114.56 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 466.56 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 306.24 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat aktlarla öz təsdiqini tapmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli AKX02214xx/xx-2020 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.4-cü bəndinə əsasan cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə ilk olaraq iddia tələbi ilə bağlı qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanuna əlavə edilmiş 13.8-1 maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bır nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş"Qazdan istifadə qaydaları"mn 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, "Xalq" qəzeti, 6 iyul 2023-cü il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 878). Hazırki işdən isə görünür ki, İddiaçı əməkdaşları yuxarıda qeyd edilən qanunun tələblərinə əməl etməyərək, yəni 2022-ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməli olduğu halda bunu etməmiş, əksinə qüvvədən düşmüş qanunvericiliyə əsaslanaraq Cavabdeh barəsində xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 466.56 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 306.24 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar tərtib edilib, abonentə borc kimi yazılaraq tələb edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə məhkəmə hazırda borcun tutulması üçün İddiaçı əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən sonra tərtib edilmiş aktlar üzrə hesablanmış borcu əsassız hesab edir və qeyd edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edilən qanundan əvvəl, yəni iş üzrə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1114.56 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat hissəsində qeyd edir ki, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azarbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qararı ila tasdiq edilmiş “Qazdan istifadə qaydaİarı”nın 6.5-ci bəndinə əsasən (25 iyun 2023-cü ilə kimi qüvvədə olan), qaz paylayıcısı qanunsuz xatti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan tarixlərdə (xx.xx.2022 və xx.xx.2022ci il) tərtib olunmuş aktlarda göstərilənlər işin halları ilə öz təsdiqini tapdığından, iddia həmin aktlara əsasən hesablanmış borc məbləğinə münasibətdə təmin edilməlidir. Həmçinin iş materiallarında olan iddaçının adına tərtib olunmuş abonentin saldoları ilə müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh təbii qazdan istifadəyə görə ümumilikdə 1414.5 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli və Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 1414.5 manat məbləğində borc tutulmalıdır. İş materialları ilə müəyyən edilmişdri ki, iddiaçı ərizənin verilməsi üçün dövlət rüsumu kimi 90,14 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 90.14 manatın 80 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1114.56 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat olmaqla, ümumilikdə 1408,32 manat, eləcə də təbii qazdan istifadəyə görə hesablanmış 1414.5 manat borc Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1114.56 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293.76 manat, eləcə də təbii qazdan istifadəyə görə hesablanmış 1414.5 manat olmaqla, ümumilikdə 2822,82 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 80 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı (Alan müştərinin adı: X2, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev