Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3480/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi eyni tərəflər arasında iki müxtəlif əsasla yaranmış 12489,99 manat və 17000 manat olmaqla ümumilikdə 29489,99 manat borc öhdəliyinin icra olunmaması ilə bağlıdır. İddia tələbinin əsaslarından birincisi tərəflər arasında bağlanmış müqavilədir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, İddiaçı və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 2ndə bağlanılmış Kredit müqaviləsinə əsasən, sonuncuya xx.xx.2021-ci il tarixədək qaytarılması şərtilə 12000 manat borc verilmişdir. Cavabdeh öhdəliyin icrasından uzun müddətdir ki, müxtəlif bəhanələrlə yayınır. Bu günə qədər mövcud müqavilə üzrə iddiaçıya heç bir məbləğ ödənilməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə pul öhdəliyinin icrası iddia qaldırılmış xx.xx.2022-ci il tarixə qədər 294 gün gecikdirilmişdir. Bu halda əsas borca illik beş faizlə hesablanmış borc 12000 / 360 x 5% x 294 gün = 489,99 manat təşkil edəcəkdir. İddia tələbinin ikinci əsası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsidir. İddia ərizəsinə əlavə edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(012)-556/2022 saylı Qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Əliyev Əzim Əli oğlu arasında ünvan 2ndə xx.xx.2021-ci il tarixdə bağlanmış və AN-İ N0880105 nömrə ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, eləcə də daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Əliyev Əzim Əli oğlunun ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin mülki işin materiallarında olan ünvan 2ndə bağlanmış 22 aprel 2021-ci il tarixli, AN-İ Na ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Əliyev Əzim Əli oğluna satmağı, alıcı Əliyev Əzim Əli oğlu isə bunun müqabilində 3000 manat məbləğində pulu satıcı İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Qətnamədə o da müəyyən edilir ki, məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, ünvan 2ndə bağlanmış 22 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Əliyev Əzim Əli oğluna satmağı, alıcı Əliyev Əzim Əli oğlu isə bunun müqabilində 3000 manat məbləğində pulu satıcı İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Əliyev Əzim Əli oğlu 22 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Bu hal tərəflərin izahatı ilə yanaşı, iş materialları ilə tam təsdiq olunur. Bundan əlavə məhkəmədə sübutların tədqiqatı zamanı işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsində rəsmi nəzərdə tutulmuş 3000 manatdan əlavə, 17000 manat ödəniş aparılması barədə tərəflər arasında qeyri-rəsmi razılaşma olmuş, qeyri-rəsmi razılaşma İddiaçı özünün, İddiaçı etibar etdiyi və razılığı əsasında hərəkət edən məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh iştirakı ilə aparılmışdır. Tərəflərin razılığına əsasən cavabdeh torpağın dəyərinin ödənilməmiş hissəsinin dəyəri olaraq özünə məxsus 17000 manat dəyərində qiymətləndirilmiş Hyundai Tucson markalı minik maşını notariusda iddiaçı tərəfindən iştirak edən, iddiaçı tərəfin razılığı ilə X1 adına baş etibarnamə verməklə cavabdeh qeyri-rəsmi razılaşmaya əməl etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdehə məxsus maşınla bağlı razılaşma olmadığını bildirsə də, onun izahatı məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh və X1 ifadələri ilə tam təkzib olunmuşdur. Qətnamədə həmçinin o da qeyd olunur ki, məhkəmə 17000 manat dəyərində qiymətləndirilmiş Hyundai Tucson markalı minik maşının satışından əldə olunmuş vəsaitin İddiaçı ödənilməməsi ilə bağlı qeyd edir ki, məhkəmədə qeyd olunan maşının Cavabdeh tərəfindən satılması, satışdan əldə olunan vəsaitin İddiaçı çatdırılmalı olduğu halda, Cavabdeh tərəfindən çatdırılmaması, həmin vəsaiti qanunsuz özündə saxlaması işin faktiki halları ilə müəyyən edildiyindən, İddiaçı pul tələbi ilə bağlı Cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Beləliklə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-556/2022 saylı Qətnaməsində qeyd olunduğu kimi, hazırkı iş üzrə Cavabdeh İddiaçı ilə X11 arasında ünvan 2ndə bağlanılmış 22 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinin alqı-satqısı müqaviləsində qeyd olunmamış, lakin tərəflərin şifahi razılığına əsasən müəyyənləşdirilmiş 17000 manat ödənişi mənimsəmiş və İddiaçı qaytarmamışdır. Bu fakt hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı onunla Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 12000 manat və həmin məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik beş faizlə hesablanmış 489,99 manat faiz məbləğinin, eləcə də İddiaçı ilə X11 arasında ünvan 2ndə bağlanılmış 22 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinin alqı-satqısına görə iddiaçıya verilməli olan 17000 manat pul məbləğinin ümumilikdə 29489,99 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 178,47 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncu xx.xx.2021-ci il tarixədək qaytarmaq şərtilə borc verəndən 12000 manat məbləğində borc almışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(012)-556/2022 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Əliyev Əzim Əli oğlu arasında ünvan 2ndə xx.xx.2021-ci il tarixdə bağlanmış və AN-İ №0880105 nömrə ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, eləcə də daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Əliyev Əzim Əli oğlunun ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onunla cavabdeh Əliyev Əzim Əli oğlu arasında ünvan 2ndə xx.xx.2021-ci il tarixdə bağlanmış və AN-İ №0880105 nömrə ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, eləcə də daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Əliyev Əzim Əli oğlunun ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququna dair qeydin ləğv edilməsi, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ... Cavabdeh Əliyev Əzim Əli oğlu məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərində yerləşən un məmulatlar sexi ona məxsus olmuş və 2018-ci il tarixdə mübahisə predmeti olan yeri alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Bir müddət sonra həmin yerin yenidən satılığa çıxarıldığını eşitmiş və ərazini almaq qərarına gəlmişdir. Belə ki, torpağın alqı-satqısına dair bütün məsələləri Günay adlı şəxs ilə danışmışdır. Torpağı 28000 manata danışmışlar, Günaya 11000 manat nağd pulu olduğunu və qalan məbləği isə 17000 manat bazar dəyəri olan Hyundai Tucson markalı minik maşını ilə əvəzləşdirə biləcəyini bildirmişdir. Qarşı tərəf razılaşdıqdan sonra 23 saylı notariusa getmişlər, o, Günay, iddiaçı, iddiaçının bacısı İradə, Rüstəm və Faiq adlı şəxslərin iştirakı ilə alqı-satqı müqaviləsi bağlamışlar. Onun notariusa İddiaçı ilə heç bir ünsiyyəti olmamış və alqısatqı ilə bağlı Günayı tanıdığı üçün, yalnız onunla ünsiyyəti olmuşdur. Alqı-satqı zamanı İddiaçı 3000 manat əlbəəl pul vermiş və Hyundai Tucson markalı maşına görə İddiaçı adamı olan Rüstəm adlı şəxsə baş etibarnamə vermişdir. Notariusdan çıxdıqdan sonra İddiaçı maşına baxmış və halallaşmışdır. Daha sonra iddiaçı və iddiaçının bacısı Rüstəmin maşınına, Günay isə onun maşınına minmişdir. O həmin gün Bank Respublikanın qabağında bankdan 8000 manat kredit alaraq vasitəçilik etdiyinə görə Günaya pul vermiş və daha sonra maşını Neftçilər ərazisində yerləşən binanın önündə saxlayaraq, maşını Rüstəm adlı şəxs təhvil vermişdir. Hadisədən bir neçə ay sonra telefonuna zəng gəlmiş, zəng edən şəxs İddiaçı yaxın adamı olduğunu və baş etibarnaməni ləğv etməli olduğunu bildirmişdir. O, bununla razılaşmadıqda isə onu məhkəməyə verəcəyini deyərək, telefonu söndürmüşdür. Odur ki, hazırki iddia tamamilə əsassızdır və rədd edilməlidir. ... Məhkəməyə şahid qismində cəlb edilmiş Cavabdeh ifadəsində bildirdi ki, o, iddiaçı Quliyeva İradə ilə çılçıraq mağazasında tanış olmuş və evlərinə gediş-gəlişi olmuşdur. İddiaçı ona Fatmayi kəndi ərazisində torpaq sahəsi olduğunu və 60000 manata satmaq istədiyini bildirmişdir. Torpaq çox uzaq yerdə yerləşdiyi üçün, 60000 manata heç kimin ərazini almayacağını bildirəndə torpağı 20000 manata satışa qoymaq qərara gəlmişlər. O, torpaq sahəsində yerləşən sexə nəzarət edərkən yaxınlıqda yaşayan cavabdeh Əliyev Əzimə satılığa torpaq olduğunu və alıbalmamaqla maraqlandığını soruşmuşdur. Cavabdeh 20000 manat torpaq almağa razılaşsa da, nağd pulu olmadığı üçün hissə-hisə ödəniş edə biləcəyini bildirmişdir. Belə ki, ilkin olaraq 3000 manat və qalan pulun əvəzi olaraq maşını verməkdə razılaşmışlar. Notariusda o, vasitəçilik etdiyi üçün bütün danışıqlarda o iştirak etmişdir. Alqı-satqı zamanı o, iddiaçı, iddiaçının bacısı İradə, Rüstəm, İddiaçı tanışı Faiq və Əliyev Əzim iştirak etmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Əliyev Əzim iddiaçıya əlbəəl 3000 manat vermişdir. Notariusdan çıxanda isə iddiaçı maşına baxaraq təhvil almışdır. Avtomobili ya o, yada ki, Rüstəm adlı tanışı satmalı idi. Eyni zamanda, Əliyev Əzim Rüstəmə baş etibarnamə vermişdir. Daha sonra İddiaçı və bacısı X5 məxsus avtomobilə minmiş və o isə Əliyev Əzimin avtomobilinə minərək sözügedən avtomobili Rüstəmin evinin önündə saxlamışdır. Bundan sonra Əliyev Əzim Sumqayıt şəhərində yerləşən “Göyərçin” abidəsinin önündə vasitəçilik etdiyinə görə ona 8000 manat məbləğində pul vermişdir. Mübahisə predmeti olan avtomobilə bir müddət sonra 17000 manat alıcı tapmışdır. Alıcının adını xatırlamır. Belə ki, alıcının nağd pulu olmadığı üçün maşına görə hissə-hissə ödəniş edəcəkdi. İlkin olaraq 4000 manat pul verilmişdir. Daha sonra isə iki dəfəyə 9000 manat ödəniş edilmişdir. Lakin maşını alan şəxsin imkanı olmadığı üçün və onun pul haqq hesabı olduğuna görə, maşını alan şəxsin yerinə İddiaçı 8800 manatı ödəməyi üzərinə götürmüşdür. Lakin daha sonra uşaq dünyaya gətirdiyi üçün bir müddət işləyə bilməmiş və ödənişdə gecikmələr yaranmışdır. Hazırda özünə məxsus torpaq sahəsini satışa çıxarmış və torpaq sahəsi satıldığı halda İddiaçı borcumu ödəyəcəkdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 ifadəsində bildirdi ki, o, çılçıraq ustasıdır, çılçıraq təmiri və quraşdırılması ilə məşğuldur. Cavabdeh ilə uzun müddət çılçıraq mağazasında birlikdə işləmişlər. İddiaçı məxsus evə 3 dəfə çılçıraq quraşdırmaq üçün getmişdir. Belə ki, Günay ona zəng edərək, İddiaçı özünə məxsus torpaq sahəsini satmağı tapşırdığını, yeni alıcının ödənişlə yanaşı, maşında verəcəyəni bildirmişdir. Maşına dair ona etibarnamə veriləcəkdi və bu səbəbdən o da notariusa getmişdir. Maşının hansı səbəbdən onun adına verildiyini bilməsə də, iddiaçının maşından məlumatı olmuş və hətta maşına baxmışdır. Alqı-satqı tamamlandıqdan sonra Əliyev Əzim ona baş etibarnamə vermiş, İddiaçı ilə Süleymanova İradəni maşının harada saxlanacağını göstərmək üçün yaşadığı məhləyə aparmışdır. Bu hadisədən iki həftə sonra Günay avtomobilə alıcı tapmışdır. Avtomobilin neçəyə satıldığını bilmir. ... Beləliklə sübutların tədqiqatının nəticəsindən yekun nəticəyə gəlmək olur ki, 22 aprel 2021- ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanılarkən tərəflər arasında həqiqi hüquqi niyyət və iradə ifadələrinin əsl məzmunu barədə razılaşma olmuş,həmin razılaşmanın şərtləri cavabdeh tərəfindən icra olunmuş,cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir”. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-556/2022 saylı qətnaməsində xüsusi olaraq qeyd olunmuşdur ki, “ ... məhkəmə 17000 manat dəyərində qiymətləndirilmiş Hyundai Tucson markalı minik maşının satışından əldə olunmuş vəsaitin İddiaçı ödənilməməsi ilə bağlı qeyd edir ki,məhkəmədə qeyd olunan maşının Cavabdeh tərəfindən satılması, satışdan əldə olunan vəsaitin İddiaçı çatdırılmalı olduğu halda, Cavabdeh tərəfindən çatdırılmaması,həmin vəsaiti qanunsuz özündə saxlaması işin faktiki halları ilə müəyyən edildiyindən, İddiaçı pul tələbi ilə bağlı Cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məcəllənin bu normasının (*Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi) mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. ... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü və Mülki Məcəlləsinin 385.1, 448.2, 739.1-ci maddələrini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 29489,99 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 29489,99 (iyirmi doqquz min dörd yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat məbləğində pul və 178,47 (yüz yetmiş səkkiz manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3480/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3480/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver