Məhkəmə qərarları › İş №e-2(001)-3493/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3493/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3493/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh X7 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X8 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 vərəsəsi X6 iddiaçı"xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1594.39 manat əsas borcu, kart krediti üzrə 498.88 manat əsas borcu və 11.03 manat faiz borcu, cəmi 509.91 manat borcu olmaqla, ümumilikdə 2104.3 manat borcun və ödənilmiş 41.05 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********08 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 18 %-lə, 27 ay müddətinə 2600 manat nağd kredit verilmiş, illik 24 %-lə, 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 177769 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 419 nömrəli məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi X14 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinə müracət etmiş və notariat ofisi tərəfindən X9 xx.xx.2021-ci il tarixində 2V/1104 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Binəqədi filialı tərəfindən təqdim edilmiş 543 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1594.39 manat əsas borcu, kart krediti üzrə 544 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, 498.88 manat əsas borcu və 11.03 manat faiz borcu olmaqla, cəmi 509.91 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-10046/2023 nömrəli, 6-2-22/2- 10047/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, anasından qalan daşınmaz əmlakı miras əmlak kimi qəbul etmişdir. Tələb edilən borc məbləğini də qəbul edir və ödəməyə hazırdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir. Cavabdeh onun anasıdır. Anası vəfat etdikdən sonra banka getmiş və anasının ölüm haqqında şəhadətnaməsinin surətini təqdim etmişdir. Həmin vaxt bankın əməkdaşı anası rəhmətə getdiyindən banka olan borcunun silindiyini bildirdi. Hətta bankda ona anasının pensiyaçı olduğundan kreditinin sığortalandığını, bu səbəbdən borcun tam olaraq silindiyini bildirdilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********08 saylı tam kart çərçivə müqaviləsindən və xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşmadan görünür ki, "xxxx" ASC borcalana 27 ay müddətinə illik 18 % ödəmək şərti ilə 2600 manat məbləğində kredit verməyi, 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə 500 manat bank kartına kredit limiti ayırmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.

7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 543 saylı maliyyə arayışından görünür ki, X3 xx.xx.2020-ci il tarixli BPM**********08 nağd kredit müqaviləsi üzrə 1594,39 AZN əsas borcu vardır.

8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 544 saylı maliyyə arayışından görünür ki, X3 bank kartına kredit limitinin ayrılması haqqında xx.xx.2020-ci il tarixli razılaşma üzrə 498,88 AZN əsas, 11,03 manat faiz borcu vardır.

9. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı 177769 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 407 № ilə qeyd edilmişdir.

10. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X12 tərəfindən bankın müvafiq soruğuna cavab olaraq "xxxx" ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli, 419 saylı məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X3 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində vərəsəsi X9 xx.xx.2021-ci il tarixində, 2V/1104 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 1V, mənzil 108, Yeni qaydalarla AZ 1115, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində 2194 saylı reyestr kitabının 203994 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ islə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.

12. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X3 vərəsəsi qızı X11r və miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin xx.xx.2021-ci il tarixli 0103-1866 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 məxsus "xxxx" ASCdə hər birinin nominal dəyəri 2 manat olan 112 ədəd adi adlı səhmdən ibarətdir .

13. "xxxx" ASC tərəfindən borclu X3 vərəsəsi qızı X9 ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, X9 banka olan borcunu 3 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

14. 02.06.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 48,78 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli BPM**********08 saylı tam kart çərçivə müqaviləsi və xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşma bağlanmış, nəticədə "xxxx" ASC borcalana 27 ay müddətinə illik 18 % ödəmək şərti ilə 2600 manat məbləğində kredit verməyi, 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə 500 manat bank kartına kredit limiti ayırmışdır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

16. X5 xx.xx.2021-ci il tarixində ölmüşdür. Ölümündən sonra 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixində, 2V/1104 reyestr nömrəli vərəsəlik işi açılmışdır.

17. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X3 vərəsəsi qızı X11r Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin xx.xx.2021-ci il tarixli 0103-1866 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 məxsus "xxxx" ASCdə hər birinin nominal dəyəri 2 manat olan 112 ədəd adi adlı səhmdən ibarət miras əmlakdan 1/1 hissədə tam pay almışdır.

18. X1 xüsusi mülkiyyət hüququ ilə məxsus və miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 1V, mənzil 108, Yeni qaydalarla AZ 1115, ünvan 1 ünvanında yerləşən mənzilə miras payının müəyyən edilib-edilməməsinin müəyyən edilməsi üçün müvafiq notariat orqanına sorğu verilsə də, cavab tələb olunan vaxtda məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə iclasında da, borclu həmin mirası qəbul etdiyini bildirmişdir.

19. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə borclunun banka 2104,3 manat borcunun olduğunu iddia edir və həmin borc məbləğinin borclunun vərəsəsindən tutulmasını tələb edir.

20. Məhkəmə iclasında iştirak etmiş borclunun vərəsəsi borc məbləğini qəbul etdiyini, mübahisələndirmədiyini və ödəməyə hazır olduğunu bildirmişdir. Miras əmlak olaraq anasından qalmış mənzili də qəbul edildiyini etiraf etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

23. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

24. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

26. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

27. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

28. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

29. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

30. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

31. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

32. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

33. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

34. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

35. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

37. Göründüyü kimi "xxxx" ASC qarşısında borclu X5 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işi açılmış, X3 vərəsəsi kimi tanınmış X15 anasının vəfat etməsi ilə əlaqədar ondan qalan daşınmaz əmlakı miras əmlak kimi qəbul etmişdir. Lakin iş materiallarında olan və miras əmlak kimi qəbul edilən əmlakın dəyəri "xxxx" ASC-də hər birinin nominal dəyəri 2 manat olan 112 ədəd adi adlı səhmdən ibarətdir. Qəbul edilən mirasın həcmi isə tələb edilən borc məbləğindən çox azdır. Lakin borclu məhkəmə iclasında anasından qalan daşınmaz əmlakı da, miras əmlak kimi qəbul etdiyini etiraf etmişdir.

38. Odur ki, cavabdeh vərəsə kimi miras əmlakı qəbul etdiyindən və qəbul edilən mirasın həcminin (dəyərininin) faktiki olaraq tələb edilən borc məbləğindən artıq olduğunu nəzərə alındıqda, vərəsələrin miras payının həcmi miras qoyanın passivini qarşılayır. Bu baxımdan əgər vərəsələr miras qoyanın aktivini qəbul etmişlərsə, deməli onun miras əmlak həcmində passivini də qəbul etmiş hesab olunurlar.

39. Məhkəmə iclasında isə borclu anasından qalan miras əmlakları qəbul etdiyini, borc məbləğini qəbul etdiyini və ödəməyə hazır olduğunu bildirdiyindən məhkəmə hesab edir ki, idddiaçını tələbinin təminini istisna edən hər hansı hal yoxdur.

40. Məhkəmə sadalanan normaları rəhbər tutub, tədqiq edilmiş sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, borcalan X3 mirası qəbul etmiş vərəsəsi X14 həmin müqavilə üzrə kreditorun borclusu hesab edildiyindən, öhdəliyin pozulmasına görə məsuliyyət daşıyaraq kreditor qarşısında yaranmış borcu ödəməlidir. Müqavilə və razılaşma üzrə borcun mövcudluğu iş materiallarında olan maliyyə arayışları ilə təsdiq olunur. Tətbiq edilən prosessual normalar:

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

45. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

46. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli BPM**********08 saylı nağd kredit müqaviləsi üzrə cavabdeh X6 əsas borca görə 1594,39 manat, xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşma üzrə əsas borca görə 498,88 manat, faiz borcuna görə 11,03 manat olmaqla, ümumilikdə 2104,3 manat məbləğində pul vəsaiti, həmçinin 41,05 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli BPM**********08 saylı nağd kredit müqaviləsi üzrə cavabdeh X6 əsas borca görə 1594,39 manat, xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşma üzrə əsas borca görə 498,88 manat, faiz borcuna görə 11,03 manat olmaqla, ümumilikdə 2104,3 (iki min yüz dörd manat, otuz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 41,05 (qırx bir manat, beş qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar