Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3498/2022 18.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş akt üzrə 4.472,74 manat, 69,13 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 4.941,87 manat məbləğində pulun tutularaq onun (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, alan bankın müxbir hesabı AZ03NABZ********************, alan bankın kodu 805153, bankın VÖEN-i **********, müştəri VÖEN **********) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli AK-1/0564 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə birlik tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1702AZ**********93 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 64,8 manat, 29 noyabr 2019-cu il tarixli ******* nömrəli akt əsasında 64,8 manat, 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında 144,1 manat, 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat, 28 fevral 2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat, 30 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 144 manat, 30 aprel 2020-ci il tarixli ******* saylı akt əsasında 187,2 manat, 31 may 2020-ci il tarixli ******* nömrəli akt əsasında 86,4 manat, 30 iyun 2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 30 iyul 2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 31 avqust 2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 30 sentyabr 2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 30 oktyabr 2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, 30 dekabr 2020-ci il tarixli ******* saylı akt əsasında 590,4 manat, 29 yanvar 2021-ci il tarixli ******* saylı akt əsasında 144 manat, 26 fevral 2021-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, 31 mart 2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30 aprel 2021-ci il tarixli ******* saylı akt əsasında 187,2 manat, 31 may 2021-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, 30 iyun 2021ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, 30 iyul 2021-ci il tarixli ******* saylı akt əsasında 151,2 manat, 31 avqust 2021-ci il tarixli ******* saylı akt əsasında 151,2 manat, 30 sentyabr 2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 29 oktyabr 2021-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat, 30 noyabr 2021-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, 30 dekabr 2021-ci il tarixli ******* saylı akt əsasında 354,24 manat məbləğində Birliyə ziyan dəymişdir. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4.472,4 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, o, 1936-cı il təvəllüdlü olmaqla Ağdam rayonundan məcburi köçkündür, İİ qrup əlildir və “Şəhid” atasıdır. Bir oğlu Qarabağ müharibəsində şəhid olub, digər oğlu isə Birinci Qarabağ müharibəsinin veteranıdır, İİİ qrup əlildir və Vətən müharibəsinin iştirakçısıdır. O, Ağdam rayonu işğal olunduqdan sonra, 1994-cü ildən məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin yataqxanasının 1 otağına məskunlaşmışdır. Bütün kommunal xərclər hazırkı vaxta kimi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. 30 oktyabr 2019-cu il tarixində İddiaçı əməkdaşları yaşadığı mənzilə yaxınlaşaraq, onun qoca, xəstə və savadsız olmağından istifadə edərək, onun məcburi köçkün olmağını yoxlamaq üçün şəxsiyyət vəsiqəsini almış və ona hansısa sənədə imza etdirmiş və yaşadığı mənzilə qaz xəttinin çəkilməsini bildirmişlər. O da bunu başa düşmədən həmin sənədə imza etmişdir. Lakin çox vaxtlarda o, həmin yataqxanada ayrılmış otağında qalmamışdır. Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalarda müalicə olunmuş və müalicəvi sanatoriyalarda yaşamışdır. Məhkəmədən göndərilən sənədlərdən ona məlum olmuşdur ki, guya o, İddiaçınə 4.472,74 manat, 69,13 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 4.941,87 manat məbləğində pul borcludur və həmin məbləğ məhkəmə qaydasında ondan tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Hesab edir ki, o, həmin məbləğdə qazdan istifadə etməmişdir və göstərilən məbləğdə cərimə oluna bilməz. Yaşadığı otaqda cəmi bir ədəd 4 göz qaz peçi vardır. O, yaşadığı ünvanla bağlı qazlaşdırma ilə əlaqədar İddiaçınə rəsmi olaraq müraciət etməmişdir. İddiaçı əməkdaşları tərəfindən qazın çəkilməsi və qaz sayğacının quraşdırılması barədə məlumatlandırılmamış və xəbərdar olunmamışdır. Qaz sayğacına şəxsən müdaxilə etməmişdir. Belə işləri o, bacarmır, qoca və xəstə olmaqla, 86 yaşında olan İİ qrup əlildir. Həyat yoldaşı 19 ildən çoxdur ki, vəfat edib, dul qalmışdır və “Şəhid” atasıdır. Qaz və sayğac işlərindən də başı çıxmır. Xəstə olduğu üçün çox vaxtları da həmin yerdə yaşamamış, müxtəlif qohumlarının himayəsində, mənzillərində qalmışdır. Aldığı təqaüdlə çox çətinliklə yaşayır. Aldığı pensiya pulu da müalicə dərmanlarına çatmır. Həmin yataqxanada o, tək qalmışdır. Mənzilin qaz sayğacı isə binanın arxa tərəfində quraşdırılmışdır. Təbii ki, qaz sayğacına və qaz xəttinə müdaxilə olunubsa, Qaz İdarəsinin işçiləri tərəfindən edilmişdir. Həmin qaz xəttinə və qaz sayğacına müdaxilə etməyə 86 yaşında qoca və xəstə adamın imkanı və sağlamlığı yol vermir. Azərbaycan Respublikasının Prezidenti X2 cənabları və Birinci Vitse-Prezident xanım Mehriban Əliyeva daima məcburi köçkünləri, “Şəhid” ailələrini, müharibə əlillərini, müharibə veteranlarını və “qaziləri” daima diqqət mərkəzində saxlamaqla onların problemlərinin həllinə yardımçı olurlar. Kredit, pul borclarını əfv edirlər və Dövlət hesabına ödəyirlər. Bütün kommunal (bütün mənzil, su, işıq, kanalizasiya və s.) xərclərini bu günə kimi Dövlət hesabına ödəyirlər.Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək yazılı etiraza uyğun izahat verdilər və iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında 07 oktyabr 2017-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AK- 1/10564 saylı müqavilənin surətindən görünür ki, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı, 30 aprel 2020-ci il tarixli ******* saylı, 31 may 2020-ci il tarixli ******* nömrəli, 30 iyun 2020-ci il tarixli ******* saylı, 30 iyul 2020-ci il tarixli ******* saylı, 31 avqust 2020-ci il tarixli ******* saylı, 30 sentyabr 2020-ci il tarixli ******* saylı, 30 oktyabr 2020-ci il tarixli ******* saylı, 30 dekabr 2020-ci il tarixli ******* saylı, 29 yanvar 2021-ci il tarixli ******* saylı, 26 fevral 2021-ci il tarixli ******* saylı, 31 mart 2021-ci il tarixli ******* saylı, 30 aprel 2021-ci il tarixli ******* saylı, 31 may 2021-ci il tarixli ******* saylı, 30 iyun 2021-ci il tarixli ******* saylı, 30 iyul 2021-ci il tarixli ******* saylı, 31 avqust 2021-ci il tarixli ******* saylı, 30 sentyabr 2021-ci il tarixli ******* saylı, 29 oktyabr 2021-ci il tarixli ******* saylı, 30 noyabr 2021-ci il tarixli ******* saylı və 30 dekabr 2021-ci il tarixli ******* saylı aktların surətlərin görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir. Tələb dəymiş ziyan hesablansın və ödənilsin; İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 30 oktyabr 2019-cu il tarixli ******* saylı və 29 noyabr 2019-cu il tarixli ******* saylı aktlara əsasən 648 m3, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı və 30 mart 2020-ci il tarixli ******* saylı aktlara əsasən 1440 m3, 30 aprel 2020-ci il tarixli ******* saylı akta əsasən 1872 m3, 30 may 2020-ci il tarixli ******* saylı, 30 iyun 2020-ci il tarixli ******* saylı, 30 iyul 2020-ci il tarixli ******* saylı, 31 avqust 2020-ci il tarixli ******* saylı, 30 sentyabr 2020-ci il tarixli ******* saylı və 30 oktyabr 2020-ci il tarixli ******* saylı aktlara əsasən 864 m3, 30 dekabr 2020-ci il tarixli ******* saylı akta əsasən 5904 m3, 29 yanvar 2021-ci il tarixli ******* saylı akta əsasən 1440 m3, 26 fevral 2021-ci il tarixli ******* saylı akta əsasən 2952 m3, 31 mart 2021-ci il tarixli ******* saylı akta əsasən 2520 m3, 30 aprel 2021-ci il tarixli ******* saylı akta əsasən 1872 m3, 31 may 2021-ci il tarixli ******* saylı və 30 iyun 2021-ci il tarixli ******* saylı aktlara əsasən 432 m3, 30 iyul 2021-ci il tarixli ******* saylı və 31 avqust 2021ci il tarixli ******* saylı aktlara əsasən 1512 m3, 30 sentyabr 2021-ci il tarixli ******* saylı akta əsasən 2520 m3, 29 oktyabr 2021-ci il tarixli ******* saylı akta əsasən 2952 m3, 30 noyabr 2021-ci il tarixli ******* saylı akta əsasən 2520 m3 və 30 dekabr 2021-ci il tarixli ******* saylı aktlara əsasən 2952 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; **********00040 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh 2019/2020/2021-ci illər üzrə qalıq aktlara görə borcu cəmi 4.472,74 (273,7+1728+2471,04) manat təşkil edir; "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, 7 saylı İddiaçı Şöbəsi tərəfindən "xxxx" MMC-nin hesabına təyinatı – Cavabdeh qeyd edilməklə 400 manat məbləğində vəsait köçürülmüşdür; 23 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 68,73 manat məbləğində dövlət rüsumu ödəmişdir; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı, 30 aprel 2020-ci il tarixli ******* saylı, 31 may 2020-ci il tarixli ******* nömrəli, 30 iyun 2020-ci il tarixli ******* saylı, 30 iyul 2020-ci il tarixli ******* saylı, 31 avqust 2020-ci il tarixli ******* saylı, 30 sentyabr 2020-ci il tarixli ******* saylı, 30 oktyabr 2020-ci il tarixli ******* saylı, 30 dekabr 2020-ci il tarixli ******* saylı, 29 yanvar 2021-ci il tarixli ******* saylı, 26 fevral 2021-ci il tarixli ******* saylı, 31 mart 2021-ci il tarixli ******* saylı, 30 aprel 2021-ci il tarixli ******* saylı, 31 may 2021-ci il tarixli ******* saylı, 30 iyun 2021-ci il tarixli ******* saylı, 30 iyul 2021-ci il tarixli ******* saylı, 31 avqust 2021-ci il tarixli ******* saylı, 30 sentyabr 2021-ci il tarixli ******* saylı, 29 oktyabr 2021-ci il tarixli ******* saylı, 30 noyabr 2021-ci il tarixli ******* saylı və 30 dekabr 2021-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə 4.472,74 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qaz xəttinə özbaşına qoşulma halları iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, həmin aktlarda cavabdeh tərəfindən hansı formada iddiaçıya məxsus qaz xəttinə qoşulma barədə məlumat da qeyd edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin aktlar mötəbər sübut kimi qiymətləndirilə və həmin aktlara görə cavabdehdən tələb edilən pul vəsaiti tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3498/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3498/2022
18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver