Məhkəmə qərarları › İş №e-2(001)-3522/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-3522/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3522/2023 14.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı “X15 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X7rşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı “X15 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 və X5 müştərək (birgə) qaydada əsas məbləğ üzrə 2,150.11 AZN hesablanmış və ödənilməmiş faiz borcu üzrə 246.27 AZN, cərimə borcu üzrə 204.42 AZN,müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 7.00 AZN, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri kimi 2.60 AZN, olmaqla cəmi 2,610.40 AZN məbləğində kredit borcunun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 46.10 manat dövlət rüsumunun "xxxx" QSC-nin хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixində X8 münasibətdə iddia tələbini azaldaraq, X10 əsas məbləğ üzrə 2,150.11 AZN hesablanmış və ödənilməmiş faiz borcu üzrə 246.27 AZN, cərimə borcu üzrə 204.42 AZN,müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 7.00 AZN, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri kimi 2.60 AZN, olmaqla cəmi 2,610.40 AZN məbləğində kredit borcunun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 46.10 manat dövlət rüsumunun "xxxx" QSC nin хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3522/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı “X15 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X7rşı “pul” tələbi barədə sadələşdirilmiş iddia ilə bağlı materiala iddia icraatı qaydasında baxılması və bununla bağlı növbəti prosessual hərəkətlər edilməsi qərara alınmışdır.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci ildə «X15 Azərbaycan» QSC və X13 arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan X12 (müqavilənin 4.26.1 Maddəsinə əsasən 5 (beş) il müddətinə) istehlak yönümlü 2000 AZN məbləğində kredit kartı limiti ayrılmışdır. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə X11 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvеriciliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərlərinə götürmüşdülər. «X15 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan X13 kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, xx.xx.2012-ci ildə iddiaçı və cavabdeh arasında bank hesabı, debet kartı və kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə iddiaçı bank tərəfindən cavabdehə 5 il müddətinə istehlak yönümlü 2000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdeh Özsoy Mehmet Hayrettin oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bugünədək borcu ödəməmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

9. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3522/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. “X15 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan X3 arasında bağlanan xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.26-cı maddəsindən görünür ki, borcverən bank borcalana 5 (beş) il müddətinə istehlak yönümlü 2000 AZN məbləğində kredit kartı limiti ayrılmışdır. Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür.

11. 12 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X15 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan X3 arasında bağlanmış xx.xx.2012-ci il kredit müqaviləsinə əsasən cavabdehin “X15 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə 2150,11 manat, faiz borcu üzrə 246,27 manat, cərimə borcu üzrə 204,22 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 7.00 AZN, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri kimi 2.60 AZN, olmaqla cəmi 2,610.40 AZN məbləğində kredit borcu vardır;

12. 10 mart 2023-cü il tarixli Bildiriş-Xəbərdarlıq məktubundan görünür ki, X2 “X15 Azərbaycan” QSC-yə olan borcunu 5 iş günü müddətində icra etməməsi təqdirdə kredit borcunun ödənilməsi məqsədi ilə aidiyyatı orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir;

13. Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, X13 xx.xx.2017-ci il tarixdə ölkəyə giriş etmiş, xx.xx.2018-ci il tarixdə çıxış etmişdir.

14. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1969-cu il təəvəllüdlü X12 sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2018-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır.

15. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 46,10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

16. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “X15 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan X3 arasında xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmış və müqaviləyə əsasən “X15 Azərbaycan” QSC tərəfindən cavabdehə 5 (beş) il müddətinə istehlak yönümlü 2000 AZN məbləğində kredit kartı limiti ayrılmışdır..

17. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit məbləğini qaytarmağı, barədə üzərinə öhdəlik götürmüşdür.

18. İddiaçı hazırda öhdəliyin lazımınca yerinə yetirilməməsi nəticəsində cavabdehin borcunun yarandığını iddia edir və cavabdehdən əsas məbləğ üzrə 2,150.11 AZN hesablanmış və ödənilməmiş faiz borcu üzrə 246.27 AZN, cərimə borcu üzrə 204.42 AZN,müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 7.00 AZN, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri kimi 2.60 AZN, olmaqla cəmi 2,610.40 AZN məbləğində kredit borcunun tutulmasını xahiş edir.

19. Borcun mövcudluğunu isə maliyyə arayışı ilə təsdiq edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

23. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

25. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

26. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

27. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

28. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

29. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

30. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

31. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İş materiallarında olan maliyyə arayışı ilə cavabdehin borcunun olduğu öz təsdiqini tapır. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

36. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

37. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

38. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.

39. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:

40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə əsas borca görə 2150,11 manat, faiz borcuna görə 246,27 manat, cərimə borcuna görə 204,42 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 7 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri kimi 2,60 manat olmaqla, cəmi 2610,40 manat məbləğində pul vəsaiti və 46,10 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq “X15 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə əsas borca görə 2150,11 manat, faiz borcuna görə 246,27 manat, cərimə borcuna görə 204,42 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 7 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri kimi 2,60 manat olmaqla, cəmi 2610,40 (iki min altı yüz on manat, qırx qəpik) manat məbləğində pul vəsaiti və 46,10 (qırx altı manat, on qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq “X15 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar