Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3541/2025 04.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Oba Market MMC-in əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “Oba Market MMC-in əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-in əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 11253,73 (on bir min iki yüz əlli üç manat 73 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 74 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 16-X saylı əmrlə, Azərbaycan Respublikası 68.2 “b” (müddətin bitməsi ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin Binəqədi 9 mağazasında çalışdığı zaman, xx.xx.2023cü il və xx.xx.2024-cü il tarixlərində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin cəmiyyətə müvafiq 5927 manat 80 qəpik və 9255 manat 41 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 11253 manat 73 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mövcud tələblə ona qarşı iddia qaldırmaq hüququnun müddət baxımından keçdiyini qeyd etmiş və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilən İddiaçı MMC və nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq həmin tarixdə şirkətlə bağlı müxtəlif rayonlarda bir neçə məhkəmə prosesi olduğundan üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxir edilməsini xahiş etmiş olsa da, məhkəməyə gəlməməsinin mümkünsüzlüyü barədə sübutlar təqdim etməmiş, cavabdeh isə məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci və 185.5-ci maddələrinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsini müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia müddətinin tətbiqi barədə ərizəsini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10 may 2023-cü il tarixdə bağlanmış Əmək Müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında Cavabdeh OBA Marketlər Şəbəkəsinə əsas iş yeri olmaqla Satış Departamenti- Satış şöbəsi -satıcı- kassir vəzifəsinə işə qəbuluna dair müqavilə bağlanmışdır. 10 may 2023-cü il tarixli X2 haqqında müqavilədən görünür ki, Cavabdeh işəgötürən İddiaçı MMC qarşısında ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. 13 iyun 2023-cü il tarixli, 157 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentin Satış şöbəsinə 13 iyun 2023-cü il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. 16 fevral 2024-cü il tarixli 16-x saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. 20 noyabr 2023-cü il tarixdə «OBA-BİNEQEDİ-9» filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, araşdırmadan sonra malların dəyərindən 5927.8 manat çatışmazlıq müəyyən edilmişdir. 25 yanvar 2024-cü il tarixdə «OBA-BİNEQEDİ-9» filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, araşdırmadan sonra malların dəyərindən 9255.41 manat çatışmazlıq müəyyən edilmişdir. İddiaçı MMC-nin 16 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 5927.80 manat və 9255.41 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsi qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 11253,73 (on bir min iki yüz əlli üç manat 73 qəpik) manat borcu qalmışdır. Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmiş və 50 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. İddiaçı məhz xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə aparılmış təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsinə istinadla hazırkı iddia tələbini irəli sürmüş, cavabdeh isə həmin tələb üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmaqla iddiaya etiraz etmişdir. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilibedilməməsinə birbaşa təsir etdiyindən məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin ötürülməsinə dair arqumentinə qiymət verməyi zəruri hesab edir: Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə görə İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması xx.xx.2023-cü il və 25 yanvar 2024-cü il tarixlərdə müəyyən edilsə də, iddiaçı tərəfindən cavabdehə qarşı həmin ziyan üzrə iddia ərizəsi 14 aprel 2025-ci il tarixdə, başqa sözlə qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu mənada məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “Oba Market MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Oba Market MMC-in əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3541/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3541/2025
04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver